Bahara məxsus dəri maskaları!

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 3 240
Səs ver:
(səs: 1)
Dəri təmizləyici maska

1 yemək qaşığı quru lavanta
1 yemək qaşığı quru gül yarpağı
3 yemək qaşığı yulaf
2 yemək qaşığı gil

Bütün vəsaiti qarışdırıb qaynar su əlavə edərək məcun halına gətirin. Dərinizə çəkib 20 dəqiqə gözlədin və yuyun. Həftədə bir dəfə tətbiq edin.

 

Canlandıran və işıltı verən maska

2 yemək qaşığı nar dənəsi
1/2 banan
1 çay qaşığı bal
3 damla avokado yağı

Bütün vəsaiti  qoyub püre halına gətirin. Göz ətrafı xaric dərinizə tətbiq edin. 20 dəqiqə gözlədib yuyun. 

 


Təzə tərəvəz & meyvə detoksu

Özünüzü həftədə bir ya da iki gün meyvə tərəvəz müalicəsi tətbiq edə bilərsiniz. 24 saat boyunca  yalnız mövsümlük təzə tərəvəz-meyvə yeyərək bədəninizi təmizləyə bilərsiniz. Gündə 3 litr suyun yanında yaşıl və ağ çayı da detoksun bir parçası olaraq gündə 2 fincan olaraq qəbul edə bilərsiniz.

 

Qırışıqlıqlar üçün cökə maskası

2 yemək qaşığı cökə
1 qəhvə fincanı süd

İsti südün içərisində cökəni blendirle əzin. Hər gecə yatmadan əvvəl dərinizə çəkib 15 dəqiqə gözlədin və yuyun. Həftədə iki gün gecə yatmadan əvvəl tətbiq edin.

Hüceyrə yeniləyici çay

1 su stəkanı qaynar su
1 yemək qaşığı yaşıl çay
1 çay qaşığı rəzyana
1 çay qaşığı alma sirkəsi
1 çay qaşığı bal

Qaynar suyun içərisində yaşıl çay və rəzyananı  qarışdırıb süzün. Bal və alma sirkəsini qarışdırıb üçün.

 

Göz kənarı üçün maska

1 çay qaşığı limon suyu
1 çay qaşığı xiyar suyu
1 çay qaşığı zeytunyağı
1 çay qaşığı jojoba yağı

Bütün vəsaiti qarışdırıb gün həddindən artıq 15 dəqiqə göz ətrafına çəkib ilıq su ilə durulanın. Gecələri tətbiq edin.

 


Möhkəmləşdirən dəri toniki

2 yemək qaşığı quşburnu
1 stəkan su

Quşburnunu, suda 10 dəqiqə qaynadıb süzün. Pambığa batırıb dərinizi silin. Məsamələrinizi möhkəmləşdirdiyini görəcəksiniz. Həftədə 2-3 dəfə tətbiq edin.
 
/Mənbə.Qadınlar.Biz/
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 240
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri