Bal, üz dərisinin eyni tonda olmasını təmin edir. Üz dərisi balla canlanır, qara nöqtələr yox olur.
Maskanın tərkibi:
5 xörək qaşığı süzmə bal
1 xörək qaşığı küncüt yağı
Hazırlanma qaydası:
Balla küncüt yağını bir qabda qarışdırın. Əlinizə rezin əlcək geyinərək bu qarışımı üzünüzə şəkin. 20 dəqiqə gözlədikdən sonra ilıq sula üzünüzü yuyun.
Maskadan həftədə 2-3 dəfə istifadə etməklə qara nöqtələrdən xilas olacaqsınız.