Genetal bölgədə estetik əməliyyatlar haqqında bilmədiklərimiz

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 3 605
Səs ver:
(səs: 1)
Nəyə görə Genetal Estetik?
Normal doğum dediyimiz vajinal doğuşdan sonra və ya qocalmaqla əzələ zəifləməsi, hormonal nizamsızlıq və genetik quruluş səbəbi ilə qadınların bir qismində vajinal genişlənmə ola bilər. Qadınlar Vajinal enlənmə səbəbiylə cinsi həyatlarını zövq almadan və rahatsız yaşaya bilərlər. Buna səbəb olan amil isə toxumalarında əsnəmə və gərginləşmə olması və doğuşdan sonra uşaqlıq yolunun əvvəlki halına gəlməməsidir.

Labioplasti (İç Dodaq Kiçiltmə)
Labioplasti əməliyyatı adətən 30-40 dəqiqə çəkir və adət sonrası əməliyyat üçün münasib vaxtdır. İç dodaq kiçiltmə əməliyyatı xəstəxana şəraitində aparılmalıdır. Lokal anesteziya və ya yüngül bir yatışdırma ilə də keçirilə bilər. Əməliyyat sonrası kiçik dodaqlarda iz qalmaz, və orta hesabla bir gündəlik istirahət dövrünün ardından xəstələr gündəlik həyatlarına davam edirlər. Əməliyyatın ertəsi günü duş ala bilərlər. Cinsi əlaqə üçün təxminən 3-4 həftə gözlənilməlidir,

Uşaqlıq yolu Daraltma (Vajinoplasti)
Vajinoplasti əməliyyatı daha çox normal doğuş keçirmiş xəstələrdə uşaqlıq yolu girişinin düzəldilməsi prosesidir. Xüsusən, əzələlərdə zəiflik və doğuş zamanı yaranan cırılmış və toxu artıqlığının düzəldilməsi və uşaqlıq yolu ağzının daraldılması əməliyyatıdır. Əməliyyatdan sonra xüsusilə uşaqlıq yolu ki genişlənməyə bağlı cinsi həyatda ki sıxıntılardan dolayı bəzən qadınlar ruhi problemlərə qədər uzanan problemləri həll edilir. Əməliyyat vagina zonasından tətbiq olunur. Əməliyyat təxminən 45 dəqiqə çəkir. Vaginanın girişi və 10 sm. içərisinə qədər azaldılır. Əməliyyat sonrası tikişləri söktürmək lazım deyil. Əməliyyat yatışdırma altında keçirilə bilər xəstənin ümumi vəziyyətini çox təsir edən ağır bir əməliyyat deyil. Xəstə 1 gün sonra normal həyatına qayıda. Bundan başqa, əməliyyatın ardından ən az 3 həftə sonra həkimin müayinəsindən sonra cinsi həyata qayıtmaq olar.

Labioplasti və vagina daraltma əməliyyatları birlikdə tez-tez gördüyümüz əməliyyatlardır, ikisinin eyni anda aparılması hər hansı bir sıxıntıya yol açmaz.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 605
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri