Cansız saçlar və onlarla tez-bazar mübarizə üsulları

Şərhlər: 5
Baxılıb: 2 501
Səs ver:
(səs: 3)
Saçlar demək olar ki, hər bir qadının "yaralı" yeridir. Gah quruluq, gah yağlılıq, gah saçqıranlar, gah da cansızlıq bizi saçlarımızla bağlı tədbirlər görməyə vadar edir. Sən də bütün bu problemlərdən əziyyət çəkirsənsə Foxy verdiyi ipuclarına əməl etməklə onlardan yaxa qurtara bilərsən. 

Əgər saçların cansızdırsa, işə onlarla başla. Saçlarının cansız uclarını kəs. Bunu etməyin bir neçə üsulu var ki, ən düzgün variantı sənə təqdim edirik.

• Birinci saçlarını islat. Çünki saçlar yaş və ya nəm olanda daha səliqəli kəsilir.

• Sonra islaq saçlarını alnının üzərinə dara, orta və şəhadət barmağının arasına yığ, bacardığın qədər də bərk dart.

• Ən sonda isə saçlarının cansız uclarını iti qayçıyla kəs. Bu işi edərkən qorxma, sadəcə, dərindən nəfəs al. Bir şeyi düşün ki, nəticədə saçların canlı və həcmli olacaq. 

Əgər "saçlarımı kəsdirmək istəmirəm, uzunluğuna dəymədən kəsdirmək istəyirəm, həm də cansız saçlarımdan yorulmuşam" deyrisənsə bu üsul sənlikdir.

Saçlarımın uclarını kəsdirmədən saçqırandan necə can qurtara bilərəm?Saçlarının uclarının canlı görünməsini istəyirsənsə onları formaya salandan sonra xüsusi saç kremi və ya mus vur. Bundan əlavə, iki həftədən bir saçlarının uclarına zeytun yağı çək və bir neçə saat saxlayıb, şampunla yu (daha yaxşı olar ki, uşaq şampunu ilə yuyasan). Və nəticədə görəcəksən ki, saçların canlanıb və həcmlidir.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 2 501
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri