Hamiləliyin ilk göstəriciləri

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 17 806
Səs ver:
(səs: 0)
Köpmə və qaz
Hamiləliyin ilk zamanlarında hormonal dəyişikliklər qalın bağırsaqda xaosa səbəb ola bilər. Bunun nəticəsi olaraq köp, qaz və qəbizlik görülə bilər.

Sidikdə dəyişikliklər
Hamiləliklə artan qan böyrək tərəfindən süzülər, bunun nəticəsi olaraq da sidik torbası daha çox dollar. Eyni zamanda rəhm böyüdükcə sidik torbasının tutumu azalar.

Baş gicəllənməsi
Menstruasiya dövrünüz yaxınlaşınca hormon projestronunda artım olar. Bu hormon damarlarda böyüməyə səbəb olaraq qan təzyiqini salar. Qırmızı qan hüceyrələrində kifayət qədər çoxalmaz. Bunun nəticəsində də psixoloji anamı və baş gicəllənməsi görülə bilər.

Həddindən artıq halsızlıq
Həddindən artıq halsızlıq və yorğunluq hamiləliyin ilk əlamətlərindən bir dənəsidir. Ancaq gündəlik işlərdən qaynaqlı halsızlıqla qarışdırılmamalıdır.

Duyğusallıq
Duyğu dəyişmələri, həddindən artıq həssaslıq, narahatlıq, depressiya, ağlamaqlı hiss etmək kimi semptomlar menstruasiya yaxınlaşdığında görüldüyü kimi hamiləliyin də ilk semptomlarındandır. Bunun səbəbi hormonal dəyişikliklərdir.

Bir-iki günlük qanama
Hamilə qalmağı gözləyərkən menstruasiya dövrünüzdə biriki gündəlik qanama və yüngül qasık krampları da hamiləlik əlaməti ola bilər. Menstruasiya dövrünüzün başlanğıcıyla embrion implantasyonu eyni günə bərabər gəlməkdədir. Bu da qadınların30%-də yüngül qanamalara səbəb olar.

Menstuasiya gecikməsi

Ən çox bilinən semptomlardan biri də menstruasiya gecikməsidir. Ancaq nizamsız menstrusiya və menstrusiyaın ilk günlərində vajinal qanama qadınlar arasında olduqca məşhurdur. Buna görə hamilə olduğunuzu bilməyə bilərsiniz.

Qoxulara və dadlara həssaslıq
Sevdiyiniz şeylərin qoxusuna və dadına dözə bilməməyə başladınızsa bu da hamiləlik əlaməti ola bilər.

Sinələrin həssaslaşması

Sürətli hormonal dəyişmələrin nəticəsində sinələriniz şişib ağırlaşa bilər. Sinə uclarınızda qaralmalar da ola bilər. Menstrusiya dövrü yaxınlaşarkən də bənzər bir dəyişmə görüldüyündən fərqinə varılmağa bilər.

Vaginal axıntı

Vaginal axıntıların artması da məşhur semptomlardan biridir. Ümumiyyətlə ağ rəngdə və su kimidir.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 17 806
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri