Uşaqlarınız üçün hər il etməniz lazım olan 10 şey

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 2 248
Səs ver:
(səs: 1)
İllər uçub gedir və siz daha fərqinə belə varmadan uşaqlarınız sürətlə böyüyür. Sağlam və xoşbəxt böyüdüklərindən əmin ola bilmək üçün hər il müntəzəm olaraq həkim müayinələri, otaq təmizliyi və bəzi qulluqların edilməsi olduqca əhəmiyyətlidir ...

Budur uşaqlarınızın sağlamlığı üçün olduqca əhəmiyyət kəsb edən şeylər:

1. Uşaqların otağında təmizlik edin
Uşaqların bir il içərisində nə qədər çox əşya topladıqlarını görmək heyrətvericidir. Uşaqlarınızın otağında ildə iki dəfə dərin bir təmizlik edin. Istifadə etdikləri geyimləri, oyuncaqları və məktəb əşyalarını yığın və üç qrupa ayırın: Saxlanacaqlar, atılacaqlar və bağışlanacaqlar. Uşaqlarınızın əşyaları ilə vidalaşmağa nə qədər hazır olduqlarını görəndə çox təəccüblənəcəksiniz.

2. Diş həkimi qəbulu
Kiçik yaşlarda əldə edilən sağlam bir ağız quruluşu, irəlidəki yaşlarda diş mövzusunda qarşılaşılacaq problem sayını ən aza endirər. Uşaqlar hər altı ayda bir diş həkiminə aparılmalıdır və müayinələr edilməlidir.

3. Oyun alətlərinə qulluq
Uşaqların oyun aparatlarını, oyuncaqları təsadüfi istifadə etmələrinə yol verməyin. Alətlərin nasazlıqlarına vaxtında baxdırmaq yalnız qulaqlarınızı deyil, eyni zamanda uzun müddət pulunuzu da qorumanızı təmin edər.

4. Göz həkimi qəbulu
Bütün uşaqların hər il bir qayda olaraq göz testlərindən keçmələri lazımdır. Uşağınızın gözlərində problem ola bilər, siz bu vəziyyəti fərq etməz və görmə şikayətlərini də ciddi almasanız, hər şey üçün çox gec ola bilər və laqeydlik nəticəsində uşağınızın göz problemi daha da inkişaf edə bilər. Bu ehtimalın gerçək olmasına maneə törətmək və sağlamlığından əmin olmaq üçün hər altı ayda bir dəfə uşağınızı göz həkiminə aparmalısınız.

5. Məktəb müəllimləri ilə müntəzəm ünsiyyət
Müəllimlərlə edilən ayaqüstü, on dəqiqəlik danışıqlar, yalnız səthi olaraq məlumatlandırılmanıza yetə bilər. Ancaq hər hansı bir mövzu haqqında ətraflı danışmağa yetməz. Buna görə də dövr ərzində uşağınızın nə vəziyyətdə olduğunu daha yaxşı anlamaq üçün ətraflı ünsiyyət təşkil etməlisiniz. Bu şəkildə aparılan danışıqlar, uşağınızın ictimai, psixi və təhsil məzmunundakı vəziyyətini öyrənməyə imkan verər və uşağınızı evdə yönləndirmək üçün nələr etməniz lazım olduğunu öyrənməyə vaxt tapmaq imkanı verər.

6. Ailə albomu
Digital kameralar daha çox fotoşəkil çəkməyi çox asan hala gətirdi, ancaq günümüz ailələri söz mövzusu olduğunda bu bolluq daha çox çap fotoşəkil mənasını vermir. Gerçək budur ki, çap olunmuş fotoşəkil sayı get-gedə azalır. Çəkilən fotoşəkilləri əksəriyyətlə daha sonra çap etdirmək niyyəti ilə kompüterə yükləyir və sonra da unuduruq. Ancaq qış aylarında isti bir evdə oturub, ailə fotoalbomlarına baxmaqdan zövqlü nə ola bilər ki?!.. Rəqəmsal kameralardan əvvəl, yaşadığınız əyləncəni xatırlayın və fotoşəkillərinizi təkrar çap etdirməyə başlayıb, albom yığma ənənəsinə davam edin.

7. Professional ayaqqabı seçimi
Ayaq sağlamlığı da ən az göz və diş sağlamlığı qədər əhəmiyyətlidir. Uşaqlarınızın saatlarla ayaqqabının içərisində dayanan kiçik ayaqları yorub, zərər görə bilər. Bu vəziyyətdən qaçmaq üçün uşağınızın ayağına ən uyğun və ən rahat ayaqqabını tapmaq çox mühümdür. Uşaqların düşüncələri müxtəlif olur, onlar sizə ayaqqabısının ayağını sıxdığını deməyə bilər. Buna görə də hər il bir qayda olaraq uşaqların ayaqlarını professional bir şəkildə ölçdürməkdə və bu ölçüyə görə ayaqqabı almaqda fayda vardır.

8. Hədiyyə edin
Uşaqlarınız böyük xəyallarla yaşayır. Dünyada çox az şeylərə sahib olan və xəyal belə edə bilməyəcəyimiz şərtlərdə yaşayan insanların var olduğunu anlaya bilmələri çox əhəmiyyətlidir. Hədiyyə yığmaq üçün edilən və uşaqların da qatılacağı çox ictimai fəaliyyət növləri vardır. Bunları araşdırın və uşağınızın insanları anlaya və kömək edə bilmə bacarıqlarını inkişaf etdirməsinə köməkçi olun.

9. Boy ölçülməsi
Uşaqların boylarını ölçmək əyləncəlidir. Köhnə metoddan istifadə edərək, qapının arxasına uşaqlarınızın boylarını ölçüb qələmlə yazmaqla işarələyə bilərsiniz. Yaxud da kiçik bir kağız parçası istifadə edib böyüməsinin qrafikini çəkə bilərsiniz. Hansı yolu istifadə edirsiniz edin, uşaqlar böyüdüklərini görməyə çox sevinəcəklər...

10. Sahə uşaq həkimi qəbulu
Uşaqlarınızın yaşlarına və sağlamlıq vəziyyətlərinə görə hər il nizamlı olaraq sağlamlıq müayinəsi etdirməniz lazımdır. Tövsiyə edilən yaşlar az dəyişənlik göstərə bilər, ancaq bu sağlamlıq kontrolları ümumiyyətlə doğumda, 1 ilə 4-cü həftələrdə, 6 ilə 8-ci həftələrdə, 4, 6, 9, 12 və 18-ci aylarda, 2, 3, 3.5, 4 və 5 yaşlarda edilməsi gözlənilir. 5 yaşdan sonra ildə bir dəfə il sağlamlıq müayinələrinin edilməsi tövsiyə edilir.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 248
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri