Uşaqların tez dil açması üçün nə etməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 36 173
Səs ver:
(səs: 6)
Övladınız doğulduğu andan etibarən sizinlə "danışmağa" çalışar, ilk olaraq da ağlayaraq münasibət qurar. Sadəcə ağlamaqla başlayan münasibət dili, bir müddət sonra gülümsəməklə və fərqli səslər çıxarmaqla davam edər. Sonra isə bu fərqli səslər hecalara və kəlmələrə, nəhayət, cümlələrə çevrilər. Həyəcanla ilk sözünü gözlərsiniz, sonra da danışaraq özünü ifadə etməsini... Bunlar hamısı gözəl hisslərdir, yaxşı, bəs gəlin görək övladınızın dil açması üçün sizin də üstünüzdə olan məsuliyyəti bilirsinizmi? Sizin bu mövzuda rolunuz nədir? Gəlin birlikdə incələyək.

Valideynin üzərinə düşən vəzifələr nələrdir, daha aydın şəkildə sıralayaq:

1. Doğduğu andan etibarən övladınızın gözlərinin içinə baxaraq, gülümsəyərək və yumuşaq bir səslə danışın.

2. Övladınızın tez-tez adını çağırın. Onunla uşaq kimi yox, öz səsinizlə danışın, amma yumuşaq bir tonla.

3. Yatağının üzərinə rəngli, hərəkətli və fərqli səslər çıxaran oyuncaqlar asın. Övladınızın səslərə çevrilməsi və oyuncağın hərəkətlərini izləməsi dilinin açılması üçün çox vacibdir. Xüsusən, 4 ayından etibarən oyuncağa əl atmağa çalışması üçün şərait yaradarsınız.

4. Övladınızın altını dəyişərkən onunla yumşaq bir səslə danışıb, mahnı da oxuya bilərsiniz.  5. Övladınıza nağıl, layla, klassik musiqi dinlədin. Hətta, mümkünsə hamiləykən də övladınıza tez-tez musiqi dinlədin və onunla hələ ana bətnindəykən "danışmağa" başlayın.

6. Övladınız 3 ayını keçdikdən sonra onunla ayna qarşısında danışmağa, adı ilə çağırmağa və onun çıxardığı səsləri yamsılamağa başlaya bilərsiniz.

7. Övladınızı ilk iki il boyunca televizordan uzaq tutun. Onun yerinə radionu açıb fərqli səsləri duymasına və dinləməsinə şərait yaradın. Musiqi və xəbərləri eşitmək onun fərqli tondakı səsləri ve ritimləri duymasına və bir müddət sonra eşitdiklərinə reaksiya verməsinə yardımçı olacaq. 8. Övladınızın çıxardığı səsləri həmən siz də təkrarlayın. Qırıq-qırıq söylədiyi sözləri söz birləşməsi şəklində təkrarlayın. Məsələn, uşaqların ən çox çıxardığı "nə-nə-nə" kimi səsləri siz doğru söz olan "nənə, nənə gəldi" cümləsi ilə əvəz edib övladınıza qaytarın.

9. Övladınızı bir yaşından etibarən ətrafını tanıması və onlarla vaxt geçirməsi üçün şərait yaradın.  10. Övladınızla birlikdə 1,5 yaşından etibarən rəsm çəkməyə və musiqi sədalarında rəqs etməyə başlayın.
(səs: 6)
Şərhlər: 8
Baxılıb: 36 173
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri