4-5 aylıq körpənin hərəki aktivliyi üçün oyunlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 905
Səs ver:
(səs: 1)
Bu vaxta qədər övladınız gün ərzində yatağında hərəkətsiz uzanırdı. Lakin bu sükunət dövrü artıq başa çatır.
Körpəniz 4-cü ayından etibarən oyuncaqlarına dartınır, beşiyindən asdığınız oyuncaqlara əl uzadır. Onun bu hərəkətli tamamilə şüurlu və məqsədlidir; o, bunları dəfələrlə təkrar edərək oyuncaqlardan çıxan səsə sevinə bilər.
Bu aydan etibarən körpəniz sürünmə həkətləri etməyə başlayacaq. Nəticədə kiçik məsafələrə yerdəyişmələr edə bilər. O, qarnı üzərində uzanaraq dirsəklənir, başını qaldırır və ayaqları ilə təkan verərək irəliləyir. Bu şəkildə görüş dairəsində olan oyuncaqlara doğru hərəkət edə bilir. Bəzən körpələr öouml;nə yox, arxaya doğru hərəkət edir. Bu heç də çatışmazlıq deyil. Sadəcə toppuşunuz ona belə hərəkət etməyin rahat olduğunu kəşf edib.
Körpənizin iməkləməsini maraqlı əşya və ya oyuncaqla inkişaf etdirə bilərsiniz. Bu yaşda körpəni hər şey maraqlandırır: qaşıqlar, stəkanlar, rəngli parça kəsikləri və s. Iməkləməni stimullaşdırmaq üçün oyuncağı onun əllərindən bir neçə sm aralı qoymaq olar. Hər şeyə maraqlı olan körpə oyuncağa çatmağa cəhd edəcək. Körpə oyuncağa yaxınlaşdıqda onu uzaqlaşdırmaq olmaz;çünki bu onun iməkləmə istəyinə pis təsir edər. Əksinə onun "zəhmətini" xoş sözlərlə mükafatlandırmaq lazımdır.
5 aylıq körpə üçün məşq aləti rolunu inkişaafetdirici xalça, beşiyindən asacağınız səsli oyuncaqlar oynaya bilər. Körpə uzun müddət məmnuniyyətlə bu oyuncaqlarla oynaya bilər. Hər bir oyuncaqdan çıxan fərqli səs onun marağına səbəb olur. Əgər körpə oyuncaqlara həm də ayağı ilə toxuna biləcəyini kəşf etməyibsə,ana bunu ona öyrətməlidir.
Toppuşunuz əli ilə tutmağı da öyrənib. Doğrudur bu hərəkətlər hələ tam səlist və dəqiq koordinasiyalı deyil. Bəzən barmaqları körpəyə tabe olmur və o, oyuncağı düzgün tutub saxlaya bilmir.
Körpə əllərinin cəldliyi və bacarığını inkişaf etdirmək üçün xüsusi oyuncaq və məşqlər var. Bu oyuncaqlara zəif toxunuşda belə səs çıxaran rezin tütəklər misal ola bilər. Oyuncaqların səs çıxarması uşaq üçün çox vacibdir. Bu onun cəhdlərinin uğurla nəticələndiyini görməsi üçün vacibdir.
Körpə əllərinin həssalığının inkişafında üzəridə toplar olar səsli halqanın rolu böyükdür. Onların bəzilərini  tutacağı incə, bəziləri qalın olur, bəziləri isə əldə bütöv tutulmalıdı. Ana bu oyuncaqları övladına növbəli verməklə onun əl həssaslığını, koordinasiya və düşüncəsini inkişaf etdirir.
Əgər körpə yaxşı əhval ruhiyyədədirsə,deməli hərəkətliliyini məşq etdirməyin tam zamanıdır. Əvvəlcə körpəyə ovucunuzla qarnı üstə çevrilməsinə kömək edin. Sonra oyuncaqla onun diqqətini cəlb edin. Oyuncağı çox uzaq qoymamaq şərti ilə ona doğru dartınmasını təmin edin.
Körpəniz hər şeyi ağzına saldığına görə danlamayın. Bu onun yaş xüsusiyyətidir. Qoy ağzına salıb kəşf etsin. Siz sadəcə oyuncağın təmiz və təhlükəsiz olmasına diqqət edin.
Körpənin hərəkətliliyinin inkişafına dartınma məşqləri də çox yaxşı təsir edir.  Bunun üçün onun beşiyindən halqalar və ya köndələn tirlər asılır. Körpə oyuncaqlarına dartınaraq geniş görüş məsafəsi və ananı daha çox görmə imkanı əldə edir.
5 aylıq körpə bir möcüzədir. O artıq daha çox şey edə bilir. Onun inkişafı hələ başlanğıc mərhələdədir. Ana onunla məşğul olaraq sağlam inkişafına töhvə vermiş olur.

Ülviyyə Səid
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 905
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri