Rufina (14-cü bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 3 104
Səs ver:
(səs: 1)
Bəzən bizi istəmədiyimiz qərarlar verməyə həyat zorlayar...

Yenə həmin, mənə çox isti təbəssümlə baxan bir qızın məzarı önündəydim. Qəribə səslənə bilər, lakin mən burda huzur tapırdım. Bəli, yad bacımın məzarında. Çox şey bilirəm artıq haqqında..
Məsələn, mənim kimi qızılgülləri sevdiyini, kitab oxumağı, musiqi dinləməyi və insanları sevdiyini...
Deyilənə görə, çox şən əhval-ruhiyyəli imiş bacım. İnsanlara çox tez alışar, sevər tez də qırılarmış. Mələk kimi bir qızı qırmaqla əllərinə nə keçirmiş görəsən...
Hə, birdə ən çox istədiyi şey bir bacısı olması imiş... Mən burdayam əzizim...
Əlimlə məzardaki rəsmi oxşadım. "Kaş ki, səni tanısaydım"
Gülümsədim. Nur həqiqətən insanın içini nura qərq edirdi. Özü olmasa belə, xəyalı, ruhu, hətta məzarı...
"Sabah görüşərik..." çıxmışdım məzarlıqdan və məni aralıda gözləyən Şamilə yaxınlaşmışdım.
- Gedək...
Anlamışdı nə demək istədiyimi. Çünki, artıq daha yaxşı tanıyırdı məni. Harda susub, harda danışacağını öyrənmişdi artıq. Maşının qapısını açıb əyləşməyim üçün şərait yaratdı. Təşəkkür naminə azca gülümsədim. Başını tərpədib qapını bağladı və bir neçə saniyə olduğu yerdə qaldı. Nə düşündüyünü bilməyi çox istərdim...
Daha sonra sükan arxasına kecib mənə tərəf döndü. Nəsə demək istədiyini anlayırdım, ancaq nədənsə çəkinirdi elə bil...
Əlindən tutmuşdum. Titrəmişdi bir anlıq.
- Söylə...
Susqunluğu bir tərəfə atıb:
- Olduqca güclüsən... Mən.. mən olsam bacarmazdım..
Ona hər şeyi anlatmışdım. Alxazı sevdiyimi, onun isə tanimadığım bacımı sevməsini... Ancaq hər səfərində Alxazın da məni sevdiyini söyləyib, bu sevdanın arxasınca getməyimi istəyirdi. Mənsə yanıldığını söyləyər, bunun heç vaxt baş tutmayacağını dəfələrlə təkrarlayırdım. Yenə üzündə buna bənzər bir şey söyləyəcəkmiş kimi ifadə vardı. Ancaq söyləmədi və ikimiz də susmağı üstün tutaraq yola düşdük. Yol boyu ara sıra oğrun nəzərlərlə Şamili süzür, yaraşıqlı sərt biri olduğu qənaətinə gəlirdim. Üzü azca tüklənmiş, dodağının kənarında çapıq izi vardı. Yəgin ki, körpəlikdən qalma idi. Sifəti ciddi görkəm almışdı. Çox romantik və şən əhval-ruhiyyəyə malik idi. Gələcəyimi onunla keçirməyimə əngəl olacaq heçnə yox idi. İdeal həyat yoldaşı...
Lakin, hər şeyi öyrəndiyi gündən mənə sevgisi azalmışdı. Yada mənə elə gəlirdi, çünki sevən kişi kimi deyil, bir dost münasibəti göstərirdi hər zaman.
Əlimi rulu idarə edən əlinin üzərinə qoyduqda mənə tərəf çevrilib sual dolu baxışlarını üzümə dikmişdi. Sakitcə:
- Saxla maşını - söyləmişdim. Kənara çəkib saxlamışdı. Səhər saatları olduğu üçün yolda bir elə maşın da gözə dəymirdi.
- Nə isə olub? - əlini çəkmədən vermişdi sualını.
- Niyə məndən qaçırsan?
Üzündə təəccüb dolu ifadə olsada əslində nə demək istədiyimi anladığını və özünü elə göstərməyə çalışdığını bilirdim.
- Belə niyə düşünürsən? Mən ki, hər zaman sənin yanındayam.
Başımı bulayib:
- Daha məni sevmirsən?
- Üzdən sərt görünməyə çalışsada gözləri ələ verirdi onu. Kədərli idi..
- Başqasını sevən birini sevməyin düzgün olmadığını anladım deyək...
- Mən onu sevmirəm. Niyə anlamaq istəmirsən, səninlə olmaq iztəyirəm. Gör artıq bunu!
Özümü itirməmişdim adətimin əksi olaraq yalan danışdığımda.
- Özünü aldatma... - kədərli gülüş çökmüşdü üzünə. Mən isə inadımdan dönmür, bunu ona anlatmağın yollarını düşünürdüm.
- Əgər, sadəcə onun məndən uzaq durmasını istəsəydim, sənin yanında olmazdım, sənə səninlə birlikdə olmaq istədiyimi deməzdim!
Üzündəki ifadə dəyişməmişdi və mən getdikcə daha əsəbi olmağa başlamışdım.
- Bunu sənə elə indicə sübut edəcəm! - yaxasından tutaraq özümə çəkmiş, sadəcə bir saniyəlik dodağını öpmüşdüm. Bu hərəkətim onunla yanaşı məni də çaşdırmış və olduqca utandırmışdı.
Əllərimi yaxasından çəkib sıxmışdı. Gözlərindəki kədər itmiş, əvəzinə daha da parlayırdı. Lakin bu çox çəkməmişdi. Əllərimi buraxib pıçıltıyla " bu düzgün deyil " söyləyib maşını təkrar hərəkətə gətirmişdi. "Axmaq! Sənə buda azdı!" özümü söyüb başımı çevirmişdim. Özümə əsəbi idim, qəlbim acıyırdı. Qürurumu ayağımın altına atmışdım. Yox, şərt oldu bunların hər ikisindən uzaq durmaq.
- Saxla maşını! - bir anlıq çaşqınlıqla əyləci basmışdı. Bundan istifadə edib heçnə demədən enmişdim maşından. Başqa geçnə danışmaq istəmirdim onunla. Tərslikdən bir taxı da gözə dəymirdi.
- Rufina! arxamca səslənirdi - uşaqlıq edirsən!
Fikir vermədən addımlarımı sürətləndirmişdim. Arxadan maşın gəldiyini hiss edib dönmüşdüm. Şamil yolun ortasında durub hələfə məni səsləyirdi. Arxadan gələn maşın yanımda saxlamışdı. İçində iki cavan oğlan vardı.
- Maşın lazımdırsa, apara bilərik gözəl.. - Şamilə baxdığımda bizə yaxınlaşdığını görüb hikkə ilə maşına əyləşmişdim necə axmaq hərəkət etdiyimi anlamadan. Əyləşməyimlə maşının işə düşməsi bir olmuşdu. Arxaya döndüyümdə Şamilin maşının arxasınca qaçdığını görmüşdüm.
- Əcəb oldu!
- Bizimləsən gözəlim?
Sükan arxasındakı güzgüdən mənə gülmüşdü.
- Xeyr!
Çəkmirdi iyrənc nəzərlərini üzərimdən.
- Hara aparaq səni? Hotelə nə deyirsən?
- Cəhənnəmə necədi axmaq?! Saxla, düşəcəm mən!
- Bu olmadı bax. - digəri arxaya dönüb əlini ayaqlarıma atmışdı. qapıya sığınmışdım. - Yol haqqını ödəməlisən. - digərinə göz qırpmışdı.
- O əllərinə sahib çıx, yoxsa mən nə edəcəyimi bilirəm. - çantamdan pulqabımı çıxarıb içində olan 50 aznı üstlərinə atmışdım. - bu da haqqınız! Saxla eclaf!
Saxlamaq əvəzinə sürəti daha da artırdığını görüb maşının qapısını açmışdım.
- Nə edirsən sən?!
- Saxlamasan atılacam və gerisini siz düşünün!
- Ala, dəlidi bu. Saxla, getsin işinə. - dostunun sözünə razılıq verib saxlamışdı maşını. Endiyimdə :
- Dua edin başımda başqa problemlər var, yoxsa sizə edəcəyimi bilirdim mən ! - maşının qapısını çırpıb yolun qarşısındakı dayanacağa tərəf addımlamışdım. Yanımda duran maşın ard-arda siqnal verdiyində qulaqlarımı tutub dönmüşdüm. Şamil qəzəblə qolumdan tutub maşına basmışdı məni.
- Sən hansı ağılla yoldan ötən maşıma minib gedirsən?!
Üstümə qışqırmış, mənsə qorxudan küncə qısılmışdım. - ya başına birşey gəlsəydi? Ya adamlar əclaf çıxsaydı?
- Çıxmadılar və gördün ki, mən başımın çarəsinə baxa bilirəm! Sənə ehtiyacım yoxdur!
- Birdə mənə uşaq deyirsən!
Olduqca qəzəbli idi və mən sanki qurd ürəyi yemişdim. Dilimi saxlaya bilmirdim. Özümü haqsızlığa düçar olmuş kimi hiss edirdim.
- Düz deyirəm! Uşaq olmasaydın mənim şagirdim olmazdın!
- Məni məcbur etmə!
- Nəyə ?! Vuracaqsan?!
Başını iki yana sallayib :
- Bax buna ! - sərtcə dodaqlarıma sıxılmışdı...

Bir ay keçmişdi onun Nurun məzarını görmək istəməsindən. Məndə təəccüb oyatmışdı bu istəyi. Lakin daha sonralar dəfələrlə gəldiyinin şahidi olmuşdu, həmdə Şamillə birgə. Onunla gəlməyi əsəbiləşdirdiyi qədər niyə tez-tez gəldiyi də maraqlandırırdı. Bacısı olduğu öyrənmə şansı o qədər də yüksək deyildi. Nəzirxan söyləyəcək qədər ürəkli birisi deyildi.
Həqiqətən Rufinanın düşündüklərini bilmək istəyirdim. Lakin məndən qaçması hər şeyi alt üst edirdi. Hər gün onunla danışmaq məqsədiylə evin önünə getsəmdə mənə məhəl qoymadan Şamillə birgə gedirdi və mənim daha səbrim qalmamışdı. Rufinanın dəyişkənliyinə bir ad verə bilmirdim. Liseyde bele mənimlə elə davranırdı ki, sanki mən onun üçün yad birisiyəm. Danışmaq cəhdlərim də boş çıxırdı. Digər tərəfdən də Şəbnurun yapışqanlığı məni cana yığmışdı. Bir müəllim olduğunu göz önündə tutaraq adımızın hallanmamasına çalışsam da, yanıma tez-tez gəlməsi artıq pıçıltılara səbəb olurdu. Nə qədər mədəni şəkildə anlatmağa çalışsam da anlamamazlıqdan gəlirdi. Səbrim qalmamış, onunla açıq şəkildə danışmağa qərar vermişdim. Hava soyuq olduğundan kurtkamı əynimə keçirib otaqdan çıxmağa hazırlaşdığımda otağa biri daxil olmuşdu. Üzü saqqallı, qarayanız bir adam.
- Nə lazımdı?
Üzümə dəyən yumruqdan yere yıxılmışdım. Ayağa qalxmaq istədiyimdə daha birini vurmuşdu. Öskürərək partlmış dodağımın qanını silmişdim. Şüphə yox ki, Nəzirxanın adamı idi.
- Nəzirxan bəy xəbərdarlığını etmişdi. Bu hələ başlanğıcdır!
Tərpənməyimə imkan vermədən daha bir təpik vuraraq çıxmışdı mühafizə otağından. Çətinliklə də olsa ayağa qalxıb çıxmışdım otaqdan. Dərs vaxtı olduğundan süpürgəçidən başqa kimsə gözə dəymirdi. Kurtkamın papağını başıma çəkib həyətdəki ayaqyoluna tərəf getdiyimda məktəb kənarınd gördüyüm mənzərə məni əvvəlki zərbələrdən daha çox acıtmışdı. Öncə bir-birinə nəfəs qədər yaxın olan iki insana yaxınlaşmaq istəsəmdə, imtina etmişdim. Onlar mənə birlikdəliklərini dəfələrlə anlatmışdılar, lakin haralardasa ümid bəsləyirdim. Çünki, Rufinanın hər hərəkətindən sevgisi açıq aydın bəlli olurdu. Bəs bu nə idi indi? Lənət şeytana! Hər şey cəhənnəmə! Sürətlə çıxmışdım həyətdən. Kənarda saxladığım motoruma minib hər dəfə Rufinaya verdiyim kaskı taxmışdım. Sürət həddini keçməyi planlaşdırırdım. Hara getdiyimi bilmirdim. Maşın və avtobusların arasıyla keçərək irəliləyirdim. Polisin olmaması yararıma idi. Masinları və insanları geridə qoyub boş yolla getdiyim anda motorun aynasından arxamca düşən boz rəngli bir avtomobil görmüşdüm. Nömrəsinin olmaması daha çox narahat etmişdi məni. Bir andaca sürəti artırıb önümə keçməsi və hərəkətini saxlamasından özümü itirmiş, zərblə maşına çaxıldığımı bədənimdən qopan dəhşətli ağrıdan hiss etmişdim. Gerisi sadəcə yuxu idi...

Şamilin öpüşü bir xeyli çəkmişdi. Məndən aralandığında üzünə vurduğum şillə onu çaşdırmışdı. Hətta özümdə məəttəl qalmışdım az öncə onu öpən özüm olduğum halda. Daha sonra gülməyə başlamışdım. Bu sadəcə refleks idi və özü də bunu anladığında mənə qoşularaq gülməyə başlamışdı. Lakin daxildə bir yerlərdə bunun peşmançılığını çəkmişdim. Bu səhv ürəyimə bataraq mənə acı vermişdi. Geri dönüş yox idi. Bu yolu özüm seçmişdim.
- Bir az da qalsaq ikinci dərsə de çatmayacam.
Daha çox utandırmaq istəməyib maşını işə salmışdı. Ancaq az öncəki ağrı hələ də məni tərk etməmişdi. Sıxılmışdım məktəbə çatana qədər. Adi bir sıxıntı deyildi bu. Aldığım məsuliyyətin sıxıntısıydı...
Mətəbin önünə çatdığımızda enməyimə imkan verməmişdi.
- Nə oldu??
Mənə yaxınlaşıb bir nəfəs qədər yaxınımda durmuşdu. Özümü itirmişdim, içimdə yenə öpəcəkmiş kimi bir hiss yaranmışdı. Laki bunun olmaması üçün dua etmişdim. Barmağıyla gözümün üzərinə düşən teli qulağımın ardına etmişdi.
- Hələ də inana bilmirəm... -
Pıçıltısiyla dodaqlarının arasından çıxan isti nəfəsi üzümə yayılmışdı. - Sən mənim gecəmin günəşisən... Mənə qarşı içində yaranmış sevgi qığılcımını görməsəydim əgər, əsla sənə yaxın durmazdım. Məni sevməyin üçün əlimdən gələni edəcəm. Artıq acı yox, əzab yox. Biz varıq... Sən və mən... Bilirəm, nigaransan.. Ancaq, sən kimsəyə xəyanət etmirsən. Rahat ol.
Əlini saçıma keçirib yanağımdan öpmüşdü. Bu məni az da olsa rahatlatmışdı.
- Hazırsan? Hər şeyi arxada buraxmağa... Biz olmağa???
Başımı "hə" mənasında yelləmişdim. Bizə bir şans verəcəkdim...
Ondan aralanıb enmək istədiyimdə Alxazın dəli kimi motoruna minib uzaqlaşdığını görmüşdüm. Yəgin ki, bizi görmüşdü. Əldən birşey gəlmirdi. Bu məni üzsə də, özümə təskinlik vermişdim. Alxazla heç vaxt olmayacaqdı...
Son dərsimi də bitirib çıxışa doğru irəlilədiyimdə yanımda bir qaraltı sezmişdim. Şamil çibimə bir şey atmış, göz vuraraq uzaqlaşmışdı məndən. Əlimi cibimə atdığımda kiçik bir qutu dəymişdi əlimə. Uzaqdan gələn Cabir müəllimi görüb onu açmaqdan imtina etmişdim.
- Necəsən Rufina?
- Yaxşıyam sağolun. - onunla danışmaq istəmirdim. Ancaq onun məni buraxmaq fikri yox idi.
- Peşman olacaqsan...
- Nə demək istəyirsiz???
Başını yelləyib uzaqlaşçışdı məndən. Necə biri olduğunu bildiyimdən söylədiklərinə o qədər əhəmiyyət verməməyi qərarlaşdırmışdım. Cibimdən qutunu çıxarıb açmışdım. Qızıl bir boyunbağı vardı həm də gülümsəyən günəş klonlu.
Bu hədiyyə üzümdə təbəssüm oyatmışdı. Boyunbağının yanında kiçik kağız parçası vardı.
"Hədiyyəmi qəbul etsən, səni axşam saat 8 də binanın önündə gözləyir olacam. "
- Dəli... - başımı bulayaraq həyətdən çıxmışdım. Binanın önündəki mavi rəngli retro maşın digərləri kimi mənim də diqqətimi çəkmişdi. Bu ki, mənim maşınım idi. Onu görməyim məni həddən artıq sevindirmişdi. Ancaq susmağım və bağışlamağım üçün bir rüşvət olduğunu çox gözəl bilirdim. Bağrım daş basaraq ötüb keçmişdim yanından.
- Bu qədər hissizləşdiyini bilmirdim. - geri çevrilib çəp - çəp maşına söykənən Hicrana baxmışdım. - elə baxma, məni qorxudursan. Al açarları, məni alış-verişə apar!
Ağzımı açmağıma macal verməmiş açarları üzərimə tullamışdı.
Əslində qürurun yeri deyildi, maşınım üçün darıxmışdım. Ətrafa nəzər salıb cəld maşına əyləşmişdim.
- Daha çox naz edə bilməyəcəyini bilirdim.
Hicranın ələ salmasına dişlərimi qıcamışdım.
- Sadəcə bu günlük! Sonra gözüvə soxarsan, bilirəm elə sənin də ürəyin gedir. Dua elə polis çıxmasın.
- Orası mənlikdi. Dərd eləmə.
Təbəssümlə ona baxmışdım. Nə yaxşı ki, vardı həyatımda. Anidən sarılmağıma öncə nə edəcəyini bilməsə də, daha sonra özü də sarilmışdı mənə. İnsanın həyatdakı ən böyük şansı güvənilir dostlarının olmasıdır...
Telefonuma gələn zənglə bir birimizdən aralanmışdıq. Mənim kimi onun da gözlərinin dolduğunu görmüşdüm nə qədər gizlətməyə çalışsa da.
- Baxma elə cavab ver...
Telefonu əlimə aldığımda içimi qəribə bir hiss bürümüşdü. Nömrə tanış deyildi.
- Rufina xanımla danışıram? - kişi səsi.
- Bəli mənəm.
-Mən Alxazın qardaşı Elxan. Alxaz qəza keçirib...
Əllərim boşalmışdı. İçimi bürüyən hiss getdikcə böyüyərək bütün vücudumu ələ keçirmişdi...

Yazar: Dəniz
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 104
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri