Rufina (23-cü bölüm FİNAL)

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 4 086
Səs ver:
(səs: 2)
Bir anlıq düşünmədən verdiyimiz qərarlar həyatımızə kökündən elə dəyişir ki, toparlanmaz üçün bəzən bir ömür də kifayət etmir...
"Onun ölümündə yeganə günahkar sənsən Rufina !"
Elxanın sözləriylə ixtiyarsız tətiyə basmış, atamın çöküşünü öz gözlərimlə izləmişdim. Edilən fəryadları gözümü və qulağımı tutan qandan duymaz və görməz olmuşdum.
- Rufu ver mənə onu ! - silahı duyduğum səsin sahibinə çevirmişdim. Ancaq o gözlərdə qorxudan əsər əlamət yox idi. - Başqalarına da zərər verəcəksən nolar ver...
Anamın atama tərəf getdiyi gördükdə qışqırmışdım. Qadın qorxudan yerindəcə qalmışdı.
- Sən necə qürursuz qadınsan hə? Bu adam səninlə evli ola ola başqa qadına getdi, o qadından qızı oldu! Sənsə hələdə burda onun dərdindəsən!
- Öləcək qızım...
- Ölsün !! Bu əclaf adam ölümə layiqdir atam olsa belə!! Bilirsən onu işlərini ? Həə?? Nə etdiyini bilirsən?!
- Nə etdiyini mən söyləyim sizə... - bu səs Polada məxsus idi. Atamın başının üstündə dayanmışdı.
- Nəzirxan bəyə həmişə sadiq olmuşam mən. Məni pis işlərinə buıaşdırdığında belə. Ancaq daha susmayacam. Vicdanım məni rahat buraxmır. Bu adam öz qızını öldürtdü sırf ona qarşı gəldiyi üçün, sırf onun işlərini aşkara çıxaran adi bir polis işçisini sevdiyi üçün. Bütün bu yaşadığınız malikanə, yediyiniz yemək ! Haram pullarla əldə olunub. Alxazın qəzasını da Nəzirxan bəy təşkil etmişdi. Məni illərlə susmağa məcbur etdi. Susdum, çünki qorumalı olduğum bir ailəm vardı. Ümid edirəm məni bağışlayarsınız. Bunun üçün hər şey edərəm. Məhkəmədə hər şeyi etiraf etməyə hazıram. Hətta bu işi boynuma götürməyə belə...
Poladın dediklərini dərk etməyə çalışarkən bir anda əlimin boşaldığını hiss etmişdim. Silahı əlimdən almışdılar. Bu şəxs Polad idi...

Gözünü açdıqda ilk olaraq olduğu yeri xatırlaya bilmədi. Belində ağrı vardı, yerdə yatmağı öyrəşməmişdi. Üstündə ağ-qara pişin xırıltiyla yatırdı. Pişiyi kənara qoyub ətrafa nəzər salınca kənddə olduğunu xatırlamışdı. Görəsən kimsə oyanmamışdı? Bəs Rufina ?? Onu görmək istəyirdi. Səssizcə qalxıb yatdığı otağın qapısını açmış, içəri boylanmışdı. Yer yataqlarından biri boş idi, digərində balaca Samiranın şirin xorultusu gəlirdi. Görəsən hara gedə bilərdi? Əvvəlki günü xatırlayınca bağda olma qənaətinə gəlib çiyninə qalın jaketi ataraq həyətə çıxmışdı. Yaman soyuq idi. Ətrafa göz gəzdirib Rufinanı görməmişdi. Bağa tərəf irəliləməyə başladığında duyduğu gülüşlə addımlarınə yeyinlətmişdi. Budur, Rufina bağın ortasında firlanır ətrafa nəşə saçırdı.. Onu uzaqdan izləmək olduqca keyf verici idi...
Yorulduğunu anlayıb özünü topa halında olan xəzəlin üstünə atmişdi.
- Ohh! -dodaqları arasından çıxan buxar ona xoş gəlmişdi. Daha birini çıxartmış və duyduğu yarpaq xışıltısıyla başını döndərdiyində ona tərf gələn Şamili görüb cəldliklə qalxmışdı yerdən.
- Bunun burda nə işi var - dodağını dişləyib yaxınlaşmasını gözləmişdi.
- Burda nə edirsən deyə soruşmayacam, çünki payızı sevdiyini söyləmişdin.
- Məni kifayət qədər yaxşı tanıyırsan.
- Zənn etmirəm, haqqında bilməli olduğum çox şey var.
- Mənsə haqqımda danışmağı sevmirəm.
- Danışmağını da istəmirəm, çünki səni özüm kəşf edəcəm. - qızın titrədiyini görüb jaketi çiyninə atmişdi.
- Soyuqdur, gedək artıq.
Başını yelləmişdi.
- Mən hələ getmək istəmirəm...

Gülümsəyib əlini tutmuşdu.
- Onda gəl mənimlə, sənə daha yaxşı hiss etdirəcək bir şey göstərəcəm.
Bir söz demədən adamın arxasınca düşmüşdü. Bağın sonlarına doğru getmişdilər.
- Uşaq olanda həmişə bura gələrdik. Bu aylarda həmişə şaxta olduğundan səhərlər bax gördüyün çay buz bağlayır. Və biz də keyflə o buzları qırırdıq. Yoxlamaq istəyirsən.
Geri çəkilmişdi. Bəlli ki, qorxurdu.
- Çox dərin deyil, bunu mütləq etməlisən. - Rufinanın əlini buraxıb çaya düşmüşdü. Ayaqlarının altındakı buz xırıldayaraq qırılmışdı. Bu səs yetmişdi ona çaya girməsi üçün. Ətrafında fırlanaraq ayağı altındakı buzları qırmağa başlamışdı.
- Haqqlısan, bu çox yaxşıdır! - yüksək səslə qışqırmış, ardınca da qaçmağa başlamışdı.
Çayın sonuna doğru qaçmış, bitdikdə olduğu yerdə dayanıb üzgün sifəti olmuşdu.
- Ee, bitdi... - tənginəfəs ona çatan adam əlini dizlərinə dayayıb nəfəs aldı. - gözəl şeylər bitməsin, bitməməlidir.
- Bugünlük bitdi, istəsən sabah yenə gələrik. Mənsiz gəlməyi ağlının ucundan keçirmə. Bütün buzları sənə vermək kimi bir niyyətim yoxdur biləsən.
İncə bir qəhqəhə atmışdı.
- Nəyə gülürsən?
- Paxılsan..
- Nəə?? - cavab vermək əvəzinə bağa doğru qaçmışdı. - indi görərsən paxıl kimdi. - Rufinanın ardınca qaçmışdı. Onu yaxalamaq elə də asan olmamışdı. Bütün bağı dövrə vurmuş, yaxaladığı an hər ikisi xəzəlin üstünə düşmüşdülər.
- Bayaq nə deyirdin? - ağır-ağır nəfəs alan adam pıçıltıyla soruşmuşdu. Düşdükləri vəziyyət xoşuna gəlmişdi hər ikisinin.
- Mən... - özünü itirmişdi o da... - evə getmək istəyirəm.
- Əvvəlcə sualıma cavab ver... - ciddi göstərməyə çalışmışdı özünü. Dodağını çeynəyib par-par yanar gözlərdən qaçırmışdı gözlərini.
- Dedim ki, paxılsan, paylaşmağı sevmirsən...
Gülümsəmişdi.
- Doğru deyirsən. Sevdiklərimi kimsəylə paylaşmıram. - Ona maraqla zillənən gözlərlə daha çox dayana bilməmişdi. - Elə səni də! Dodaqlarına qonan zərif öpüşlə sanki, hər şey gözünün önündə canlanmışdı.
- Burax məni! - etdiyinin fərqinə indi varırmış kimi cəldliklə qalxmış əlini Rufinaya yardım üçün uzatsa da, vecə almadan qalxmışdı yerdən.
- Bunu birdə etmə ! - səsi titrəmişdi. Bir də toxunsaydı ağlayacaqdı. Burnunu çəkib evə doğru addımlamağa başladı.
- Rufina dayan, bir anlıq oldu. Mən üzr istəyirəm. Xahiş edirəm...
Dinləməmişdi..
Evə girdiyində gözü ilk Rufinanı axtarmışdı. Sobanın böyründə pişiklə oynayırdı. Başını qaldırıb baxmış, göz süzdürərək pişiyi tumarlamağa davam etmişdi.
- Hardasan sən, axı biz gedəcəkdik. Saatdan xəbərin var?
Kamilin dediklərini eşitsədə gözü Rufinada qalmışdı.
- Bu günlük qaldı. Sabah gedərik artıq.
- Yaxşı, gəl səhər yeməyimizi yeyək, sonra kəndi gəzərik.
Əlində qoyun pendiriylə içəri girən Gülsüm bibi oğluna sərt bir baxış atmışdı.
- Adə, hara aparırsan uşağı. Sənə demədim Sona gələcək?!
- Off ana, bu sən, buda uşağın. Nə istəyirsiz edin.
- Sus! - əlindəkini masaya qoyub əllərini belinə qoymuşdu. - Mənimlə düzgün danış, baxmaram yaşına başına odunla döyərəm səni.
Ailədiki kiçik və mehriban atışmalar xoşuna gəlmişdi Rufinanın və belə isti ailəyə sahib olmadığı üçün tez də üzülmüşdü. Görəsən nə haldadırlar? Anası, Hicran.. Heç birindən xəbəri yox idi.
- Qızım, gəl süfrəyə. Axşama qədər sığallasan da doymaz. Camaatın pişiyi kəsəyən tutar bizimdi yatmaqdan yorğundu.
Qadının xoş zarafatına gülümsəyib ayağa qalxmışdı. 10 dəqiqəyə hər kəs süfrə başındaydı artıq. Şirin zarafatla başları yeməyə qarışan ailə fərdlərinə bir-bir nəzər salmışdı.
Hər birini sevirdi, hətta qulaqları ağır eşidən babanı da.
- Sən niyə yemirsən bala? - Hüseyn kişinin səsini eşidib baxışları ixtiyarsız onu izləyən qarşısındakı adama yönəlmişdi. - Ay arvad, pendir qoy qızın boşqabına, öz əllərimlə hazırlamışam. Gör necədi?
- Çox sağolun... Yaxşıdı - pendirdən bir tikə alıb ağzına apararkən Şamilə də göz süzdürməyi ununmamışdı. Ayağında hiss etdiyi toxunuşla baxışlarını yenidən ona çevirmişdi. Adam isə sadəcə gülürdü. Dodaqlarını büzüb ayaqlarını altına yığmışdı. Ancaq onun ayaqları o qədər uzun idi ki, bura qədər gəlib çatırdı.
- Xala, bu gün mənimlə birlikdə şəkil çəkərsən? Bağçada hamı çəkib, bir mən qalmışam. - ilk öncə anlamamışdı müraciətin ona edilməsinə. Başını qaldırdığında hamının nəzərlərini üzərində görüb vurnuxmuşdu.
- Mmən?
- Həə, edərsən? - Balaca Samirə ağzındakı tikəni udub maraqla Rufinaya baxmışdı. - Əmi dedi ki, sən müəlliməsən.
Gözləri dolmuşdu. 8 ay meçmişdi, uzun müddət hesab etmək olardı.
- Əlbəttə...- əlini uzadıb yanına əyləşmiş qızcığazın başına sığal çəkmişdi. - Yeməkdən sonra çəkərik.
- Urraaaa... - dahada iştahla girişmişdi yeməyə.
Yemək sonrası Şamillə Kamil çıxmışdı. Rufina da başını uşaqla rəsm çəkməklə qatırdı otaqda. Ara sıra pişiyin xoş miyoltusu eşidilirdi. Əslində balaca Samirə ilə vaxtı pis keçmirdi, ancaq yenədə nədənsə sıxılırdı. Darıxırdı, niyə və kim üçün bilmirdi...
İçəri dolan xoş qoxular burnunu qıcıqlandırmış, istəmədən qoxunu iştahla ciyərlərinə çəkmişdi.
- Nənə kətə bişirirrr - əllərini bir-birinə vurub otaqdan çıxan qızcığazın ardınca o da çıxmışdı. - Nənə mənə də verdə nolar, mənə də.
- Nənə sənə qurban, hanı xala? Gəlin birlikdə isti-isti yeyin. Süfrəyə boşqab qoyub, kətə dolu sinini də qarşılarına qoymuşdu.
İri qutablardan birini əlinə alıb damcılayan yağa baxmışdı. Sevmirdi qutabda bu qədər yağı, ancaq utandığından susmuşdu.
- Ye ay qızım, o bildiyin şəhər yağlarından deyil e, bibin hazırlayıb.
Bibinin sözləriylə qulaqlarına qədər qızarmışdı. Daha da naz edə bilməzdi. Bir dişlək alıb dadını yoxladıqda əslində qutaba ən çox yağın dad verdiyini anlamışdı.
- Bu uşaqlar harda qaldı görəsən, Şamil də isti-isti sevir.
Gözü ixtiyarsız qapıya çevrilmiş, əslində Şamil üçün darıxdığını anlamışdı.
-Nənə çox istidii.
- Can, gəl bura mən yedirəcəm. Gəl qızım, səndə keç ye. Mən bunlarıda bişirim gəlirəm.
Əslində söylənənləri eşitsə də gözü və fikri qapıda, Şamilin yanında idi..
Bibinin isrsrı ilə tam 4 qutab yemişdi. Nəfəs ala bilmirdi artıq. Kömək etmək istəsə də qəti şəkildə etiraz etmişdi Gülsüm bibi. "Sən hələ ki, bizim qonağımızsan" söyləmişdi mehribanca.
Bağa çıxmaq istədiyini söyləyib çölə atmışdı özünü. Təmiz hava olduqca yaxşı gəlmişdi. Paltosunun papağını başına çəkib həyətdən çıxmışdı. Kəndin hər tərəfini görmək istəyirdi. Yolda kimsə gözə dəymirdi. Əlini cibinə salıb aşağı doğru addımlamağa başlamışdı.
Dodaqlarında astaca mahnı zümzümə edirdi. Belə ki, özündən başqa kimsə eşitməzdi. Heyvan səsləri batırırdı səsini.
Bir az irəlidə 4-5 uşaq yığılıb nəsə edirdilər. Addımlarını yeyinlədib onlara yaxınlaşdıqda əslində qoz yediklərini anlamışdı. Uşaqlar da onu görüb salam vermişdilər.
- Mənə də verərsiz?
Təxminən 10 yaşlarında oğlan uşağı yaxınlaşıb əlindəki ləpələri ona uzatmışdı.
- Mən dedim bunlara, aşağıdakı ağacda çoxdu, getmədilər. Oyun oynayaq dedilər.
- Nə oynayırsız?
Sinəsini qabağa verib lovğa-lovğa dilıənmişdi:
- Həsən top gətirməyə gedib futbol oynayacağıq.
- Hmm, məndə oynamaq istəyirəmm.

Bütün uşaqlar çevrılıb ona baxmışdı.
- Sən futbol oynaya bilməzsən e - bayaqkı usaq gülərək yoldaşlarına çevrilmişdi - oynadaq?
Çiyinlərini çəksələr də Rufinanın israrı nəticəsində qəbul etmişdilər onu da kamandaya. Bir azdan Həsən də əlində topla gəlmiş və iki yerə bölünüb yarışa başlamışdılar. Elə cəld oynayırdılar ki, Rufina onların sürətinə çata bilmirdi. Oyunun sonlarına yaxın güclə də olsa qol vura bilmişdi və sevincini onlar kimi qışqıraraq biruzə vermişdi. Başı oyuna o qədər qarışmışdı ki, ətrafa toplanan gənclərdən xəbərsiz idi.
Uşaqlardan biri topa güclü zərbə endirdiyindən top yan yana durmuş iki gəncin yanına getmişdi.
- Mahir adaş, ver də topu... - ağlamsınaraq qarşısındakı adama baxırdı.
- Bir şərtlə verəcəm. Bu qızın kim olduğunu söyləsən. Yoxsa topu görməyəcəksən.
Söhbətin ondan getdiyini anlayıb uşağın yanına gəlmişdi.
- Uşaqların topunu qaytarın!
Oğlan yanındakına göz vuraraq qarşısına keçmişdi Rufinanın.
- Hmm, qaytarmasam ?
- Uzatdız ee... - əlini uzadıb topu almaq istədiyində arxasına etmişdi.
- Məni də oyuna alsaz verəcəm.
- Rufina bacı, qoy oynasın yoxsa verməyəcək. - dodaqlarını büzən uşaq göz altında oğlana baxırdı.
- Nə deyirəm oynasın. Ancaq rəqib kamandada...
- Qəbul... Rufina "bacı" - dodağını yana çəkib topu Rufinaya atmışdı. Demək olar ki, oyun bundan sonra başlamışdı. Rufinaya acıq gəlmişdi oğlanın yekəbaşlığı. Hər fürsətdə onu itib, daşlardan düzəldilmiş rəqib qapısına doğru irəliləyirdi. Lakin bu oyun da çox çəkməmişdi. Oğlanın zərblə vurduğu top Rufinanın başına doğru istiqamətlənmiş, aldığı zədədən gözləri qaralmışdı. Olduğu yerdə çöküb gözlərini iri-iri açaraq özünə gəlməyə çalışırdı. Hər kəs qorxu içində ətrafına toplanmışdı.
- Mən.. Bağışla əslində sənə atmamışdım. - Hal-hazırda oğlanın üzrxaqlığı vecinə deyildi.
- Çəkilin! - duyduğu səslə başını qaldırıb sahibinə baxmışdı. - Rufina, yaxşısan?
Qızdan cavab gəlmədiyini görüb əsəblə ətrafdakılara süzdü. Nə olduğunu soruşduqda, uşaqlardan biri hər şeyi danışmışdı ona.
-Şamil, uzatma gəl gedək..
Ancaq gözü dönmüş adama bunlar kar etmirdi.
- Kamil, Rufinanı evə apar. Məndə işimi bitirib gəlirəm.
Etiraz etmək istəsə də, nə oğlanın yaxasından yapışan Şamilə, nədə onu güclə evə doğru aparan Kamilə güc gələ bilməmişdi...
Xəbəri duyan ev əhli bir-birinə dəymiş, hər kəs Rufinanın ətrafında pərvanə tək dolanırdı.
- Mən yaxşıyam - nə qədər yaxşı olduğunu söyləsə də, heç kim, ən əsası da bibi qane olmurdu. Fikri isə Şamildə qalmışdı. Gah qapıya gah da əsəbi halda otaqda dolaşan Kamilə baxırdı.
- ay bala çıx gör bu Şamil harda qaldı. Səndə qoyub gəldin onu orda. - anasının danlağı ilə qapıya tərəf getmək istədiyində, Şamilin içəri girməsiylə hərəkətini saxlamışdı. Dodağı və qaşı partlamışdı və əsəbi olduğunu bildiklərindən kimsə bir şey soruşmağa cəsarət etməmişdi.
Heç vaxt ağlına gəlməzdi ki, onu bu vəziyyətdə görüb qəlbi ağraya bilər..
Günün sonuna qədər Şamil danışdırmamışdı onu, nədə üzünə baxmışdı. Bu hal onu üzür, hər fürsətdə danışdırmaq istəsə də, reaksiya verməmişdi adam. Sonu özü də dodaqlarını sallayıb "küslük" elan etmişdi...
Səhər evdəki səs küyə oyanmışdı. Gözlərini ovuşdurub saata baxmışdı. Hələdə alatoranlıq idi. Üzərini dəyişib çıxmışdı otaqdan.
- Sabahınız xeyir... - gözü Şamildə idi. Nədənsə başı qarışıq görünürdü. Onu fərq etməmişdi belə.
- Sabahın xeyir Rufona bacı, səni də oyadacaqdıq. Tez gəl yemək yeyək, çıxmalıyıq.
- Səhər - səhər hara gedirik ? Saat hələ 6 olmayıb.
- Səhər gedərlər də ba...- Şamilin göz ağartmasıyla susmuşdu. Qürurundan daha da heçnə soruşmadan əl üzünü yuyub masa başına keçmişdi.
- Mənim maşınımla getsək olmaz?
- Yox, çətin olacaq. Mənim vilis nə günə durur??
Könülsüz şəkildə yeməyini yeyib qalxmışdı.
- Qızım əynini qalın geti haa. Oralar soyuq olur. - Bir söz demədən otağa keçmişdi. Onsuz da susqun olan qız üzüntüdən heçnə danışmaq istəmirdi.
Əyninə isti birşeylər keçirib yerdə yatan Samirəni çoxluca öpmüşdü.
- Xala hara gedirsən?
Gözünü ovuşdurub yataqda dikəlmişdi.
- Heç məndə bilmirəm quzu. Şamil əmin aparır.
- Mən bilirəm hara aparır. Əmi mənə səhər tapşırdı ki, sənə deməyim.
- Yaxşı, sən yat. Gələndə yenə şəkil çəkərik. - uşağı yatağa uzadıb üstünü bərkitmişdi.
- Rufina bacıı, harda qaldın gəl gecikirik...
Kamilin səsləməsinə dodağını çeynəmişdi. Demək ki, Şamil çağırmağı özünə sığışdırmamışdı...
Yol boyu ikisi də susmuşdu. Öndə Şamil, arxada Rufina tək əyləşmişdi. Hirsindən heç önə də baxmırdı. Pəncərədən yol boyu uzanan gözəl meşəni izləyirdi. Təxminən 40-45 dəqiqəlik yolun sonunda düzənlik bir əraziyə gəlib çıxmışdılar. Xoşuna gəlmişdi bu yer. Maşın hərəkətini saxladığında yerə enib yaxınlıqdakı gölə tərəf qaçmışdı.
- Bura çox gözəldir.. - Arxadan ona yaxınlaşan gənclər əllərindəki tilovları yerə qoymuşdular. - Biz bura niyə gəldik?? Yoxsa ???
Gah tilovlara gahda Şamilə baxmışdı. Cavabı yenə də Kamil vermişdi.
- Həə balıq tutacağıq.
Yanaqlarını şişirib tilovlardan birini əlinə almışdı.
- Mən balıq tuta bilmirəm ki. Kim öyrədəcək?
- Vallah mənə baxma Rufina bacı, mən hövsələsizəm.
Tilovunu alıb gölə tərəf getmişdi. Ümidlə Şamilə baxmışdı. O qədər həvəslənmişdi ki, bir an əvvəl tutmaq istəyirdi. Lakin qürurunu qırıb istəyə bilmirdi. Tərslikdən o da dindirmirdi qızı, tilovunu alıb getmişdi. Çarəsiz yaxınlaşıb böyründə yerini almışdı. Etdiklərini təkrarlamaq istəsə də alınmamışdı. Axır dözməyib qoluna toxunmuşdu.
- Şamil mənə də öyrət də.- adam da daha çox dözə bilməyib gülməyə başlamışdı.
- Gəl bura başımın bəlası.. - sevincdən əllərini bir birinə çırpmışdı uşaqlar kimi. Şamil tilova yemi yerləşdirib suya atmışdı. Hər şeyi anlatdıqdan sonra tilovu Rufinaya verib gözlməsini söyləmişdi. 10 dəqiqə sonra səbri çatmamışdı.
- Eee, nə vaxt gələcək bu balıq, gözləməkdən yoruldum.
- Hələ nə keçib ki, bəzən saatlarla gözləməli olurduq.
Dodaqlarını büzüb etiraz etmişdi.
- eee, belə çox maraqsızdı. Tez gəlsin. Nə olar tez gəlin dəə... - gölə tərəf etdiyi müraciətinə hər ikisi gülmüşdü.
- Gələcəklər darıxma))
Beş dəqiqə sonra Rufinanın tilovundakı hərəkətlilik həyəcanlandırmışdı onu.
- Gəldi gəldi. Şamil tut. Mən qorxuram.
- Qorxma xanım. Astaca yığ bax öyrətdiyim kimi.. Bax belə afərin sənə...
Bir iki saata xeyli balıq tutmuşdular. Bu işdən olduqca keyf almışdı Rufina. Tilovları yığışdırıb maşına yerləşdirən Kamil odun toplamaq üçün biraz uzaqlaşmışdı.
- Burda yeyəcəyik ?
- Bunun ləzzəti elə bundadır. Gəl bizdə balıqları təmizləyək.
Vedrəni göldən su ilə doldurub balıqları bir-bir təmizləməyə başlamışdı.
- Hamısını yeməyək, evdəkilər də istəyər.
- Onların payını ayrıca yığmışıq. Sən bulaşma mən edərəm.
Yerdə əyləşib əllərini tutmuşdu adamın.
- Şamil.. - əlindəki işi yarımçıq qoyub maraqla ona baxdı. - Hər şey üçün çox sağol. Məni o cəhənnəmdən çıxartdığın, mənə insan olduğumu, küncə atılacaq bir əşya olmadığımı xatırlatdığın üçün..
- Mən peşmanam... Daha öncə bunu eymədiyim üçün. 8 ay səni ora məhkum etdiyim üçün.
Dərin bir ah çəkmişdi.
-Mən əli qanlı bir qatiləm. Mən sənə layiq deyiləm.. Yenə də məni buraxmırsan.
- Çünki səni sevirəm Rufina.. Sevmə məni, ancaq mənimlə ol, yanımda ol.
Əliylə adamın tüklü yanağını oxşamışdı.
- Sən mənə yaxşı gəlirsən. Səni çox istəyirəm.
- Bax bu mənə yetər. - daha çox dayana bilməyib sarılmışdı adama.
- Allah səni də əlimdən almasın, yoxsa bu səfər mən ölərəm... Sən mənim həyata tutunmağıma səbəbsən...

Allah bir qapını bağlayanda digər qapını açarmış. Bax o qapıda bezmədən, usanmadan, yorulmadan məni gözləyən biri vardı. Hər şeyə rəğmən mənimlə olan, məni tək qoymayan yeganə insan. Kənddə qaldığımız bir ay boyunca mənə yaşatdığı xoşbəxtlik bir ömür beynimə həkk olunmuşdu. Yaralarımın yanında özünə yer etmişdi. Onu sevirdimmi ? Alxazdan sonra bu mümkün deyilmiş kimi gəlirdi. Ancaq çox istəyirdim, həmişə yanımda olsun, mənimlə maraqlansın. Başqa birinə gözünün ucu ilə baxmasın. Qısqanmaq da qoymaq olardı bunun adını. Onu kimsə ilə paylaşmaq istəmirdim...
Gülsüm bibigildən ayrıldığımızda məni öz qızı kimi bağrına basıb ağlaması məni də ağlatmışdı. Elə bir adamın belə bir bacısı olduqca düşündürücü idi..
Geri qayıtdığımızda xoşbəxtlik hər ikimizin gözündə oxunurdu. Ətrafa sevinc saçırdıq. Yol uzunu tutduğu əlimi bir an olsun buraxmamışdı..
Bakıya, məni bədbəxt edən şəhərə çatmışdıq artıq. İstəmirdim geç cür bura qayıtmağı.
- Mənim kürənim niyə üzgündü belə?
Çantaları yerə qoyub əlimdən tutmuşdu.
- Bu şəhər məni boğur...
- Hmmm, - bic bic gülmüşdü. - Onda mənim həyatımın parçası, evləndiyimizdə kənddə qalarıq nə deyirsən?
Gülməyim tutmuşdu söylədiklərinə və təbii ki, nə düşündüyümü anlamamışdı.
- Deyəsən xoşuna gəldi evlilik sözü keçən cümləm.. - ay səni, qulaqlarıma qədər qızarmışdım.
-Onu demirdim ki mən eh. - üzümü turşutduğumu görüb yanaqlarımı ovuclamışdı.
- Nəyi deyirdin bəs?
- Səni odun yararkən, yer belləyərkən təsəvvür edə bilmirəm. - ardınca qəhqəhəm göyə qalxmışdı.
- Eləə?? İndi görərsən sən. - sözünü bitirib böyrümü qıdıqlamağa başlamışdı.
- Yaxşı daa, qonşulardan eyibdi.. - əlindən qurtulub evə tərəf qaçsamda ev qapısı bağlı idi.
- Gəl artıq mənə soyuqdu..
Gülməyini kəsmədən çantaları alıb yaxınlaşmışdı.
- Söylədiklərini bir bir edim, sən də bax. O vaxtı sən də qarnın burnunda mənə çay gətirəcəksən.
Bu səfər gülən özü olmuşdu. Qaşlarımı düyünləyib evə girmişdim.
- Utanmaz ! - deyinə deyinə mənim üçün ayrilmiş otağa keçmişdim.. Söylədikləri məni yaman həyəcanlandırmışdı..
Gec olduğundan burda qalmalə olmuşdum, ancaq daha çox qala bilməzdim. Mənə də yaraşmazdı. Bunun bir çarəsinə baxmalıydım. Ata evinə dönə bilməzdim. Anamla qarşılaşmağa hazır deyildim. Tutduğum evə heç cür gedə bilməzdim. Ora Alxazın xatirələriylə doluydu. Nə edəcəyimi bilmirdim...
Səhər oyandığımda olduqca gec idi. Evə sakitçilik çökmüşdü. Üzərimi dəyişib saçımı səliqəylə toplamışdım. Güzgüdə özümə nəzər yetirib otaqdan çıxdım. Kifir görünmək istəmirdim.
- Şamil ?? -səsləyərək qonaq otağına keçdiyimdə gözəl bir masayla qarşılaşmışdım. Arxamdan belimə dolanan əllərlə diksinmişdim.
- Qorxma məməm. Sabahın xeyir kürənim. - boynuma öpüş qondurub özünə tərəf çevirmişdi məni.
- süfrəni sən hazırlamısan ?
- Hmm, həmdə sənin üçün.
- məni də oyadardın, kömək edərdim.
- O günlər də olar, amma indi mən hazırladım. - burnuma toxunub məni masaya gətirmişdi. Özü də əyləşdikdən sonra yeməyə başlamışdıq.
- Rufina.. - səsləməsi hər səfərkindən fərqli idi. - başımı qaldırıb üzünə vaxmışdım. - Düzdü, səhər yeməyi vaxtı belə bir şey edən ilk adam olaraq tarixə keçəcəm. Ancaq mənim daha çox gözləməyə səbrim yoxdur. -Ayağa qalxıb yanıma gəlmiş, əlimdən tutmuşdu. - daha çox gözləmək istəmirəm, həyatımın qadını olmanı istəyirəm. Bir evdə ayrı-ayrı otaqlarda, yataqlarda yatmağı deyil, bir çarpayını, bir yastığı bölüşmək istəyirəm sənlə. Olanlar keçmişdə qaldı, üzərindən çox zaman keçib. Gecikirik bir-birimizə... Evlən mənimlə, həyatlarımızı, ruhlarımızı qəlblərimizi birləşdirək...
Donub qalmışdım. Gözləmirdim belə qısa zamanda olacağını. Gözüm əlindəki qutuda özünə yer etmiş üzükdə ilişib qalmışdı
- Rufina... Bir söz de...
- Mənə bir gün vaxt ver... Sonra səninlə hər şeyə varam.
Üzüntülü bir gülümsəmə vardı üzündə.
- Necə istəyirsən...
Daha çox üzülməsin deyə sarılmışdım...
Ayaqlarım məni məzarlığa gətirmişdi. Deyilənə görə Alxaz da Nurun yanında dəfn edilməsini istəmişdi. Son gəldiyimdə iki sevdiyim vardı, indi üç olmuşdu. Yan yana üç qəbr... Mənə gülümsəyən üç rəsm...
- Salam sevdiklərim... Aylar sonra mən gəldim.. - gözlərim dolmuşdu. İlk əvvəl Nurun rəsminə yaxınlaşmışdım. Daha sonra nənəmlə görüşmüş, ən son Alxaza gəlmişdim.
- Səninlə olmadı. Əslində sən istəmədin... Biz olmağı istəmədin. Bilirəm, heç vaxt Nurun yerini ala bilməzdim qəlbində. Bu doğru da olmazdı. Ancaq belə getməzdin kaş... Məni belə buraxmazdın...
Bura başını şişirməyə gəlmədim. Vidalaşmaq üçün gəlmişəm. Həyatımı yoluna qoymaq, davam etməyin vaxtı çatıb. Şamildən xoşun gəlmədiyini bilirəm. Sen getdikdən sonra mənim yanımda yalnız o vardı. Bütün varlığıyla. Bu gün burda, həyatdayamsa onun sayəsində. Əlvida...
Ayağa qalxıb son dəfə üç məzara baxmışdım.
"Sizi sevirəm..."

İkinci görüş yerim evim olmuşdu. Hansı ki, həyatımın ən bədbəxt günlərini keçirdiyim evim...
Həyətə keçmək istədiyimdə önümü iricüssəli biri kəsmişdi.
- Buyirin xanım... kim lazım idi?
- Hüsniyyə xanım...
- Kimdi deyim?
- Rufina deyin, özü biləcək...
2 dəqiqə sonra saçı ağarmış, sadə üzərində töküntü geyimləri olan bir qadın enmişdi həyətə. Bu mənim anam idi???
- qızım... - söyləmiş, ardınca həyətin ortasına yıxılmışdı. Qorumayla birgə onu qaldırıb evə aparmışdım.
- Ana oyan.. Ana... - üzünə su vurub özünə gətirmişdim.
- Sən gəldin? Bu doğurdan sənsən??
Anamın vəziyyəti olduqca üzmüşdü məni.
- Gəldim ana... Sən... - qəhər boğduğundan gerisini gətirə bilməmişdim.- Hicran hanı?
- işş.. İşə gedib, sən hardaydın? Çox narahat olduq sənin üçün...
- Ona görəmi məni dəlixanaya atıb getdiz...
- Yox yox.. - qırışmış əlləriylə saçlarıma sığal çəkmişdi. - biz hər gün gəlirdik. Ancaq səni o vəziyyətdə görmək ürəyimi ağrıdırdı.
- Yaxşı ana keçdi. Mən bağışladım hər kəsi...
Anama sarılmış, ömrüm boyunca həsrətində olduğum qoxusunu ciyərlərimə çəkmişdim...
Bir saat sonra Hicran da gəlmiş, onunla da danışıb olanları anlatmışdım. Evlənəcəyim xəbərinə hər ikisi sevinmişdi. Ancaq bundan daha da önəmlisi bunu Şamilin də öyrənib se inməsi idi..
Evə gəldiyimdə Şamil yox idi. Səhər yəgin ki, çox üzülmüşdü. Ancaq olmamağı işimə yaramışdı. Bir necə cür yemək hazırlayıb süfrə qurmuşdum. Onun etdiyini ona qytarmaq kimi bir niyyətim yox idi. Ancaq bu gecənin həmişə xatırlanacaq bir gün olmasını istəyirdim. Komputeri qoşub çalınacaq musiqini hazır qoymuşdum. İşiqları söndürüb masaya düzdüyüm şamları yandırmışdım. Hər şey hazır idi, əskik olan bir şey varıydısa oda çox çəkməmiş gəlmişdi.

İşıqları yandırmaq istəsə də buna mane olmuş, əlindən tutaraq masaya yaxınlaşdırmışdım. Şam işığında gözlərinin parladığını və hələ də nə baş verdiyini anlamadığını hiss edirdim. Əllətindən tutub çətin də olsa sözə başlamışdım:
- Bir söz vardır deyərlər. İlk sevgi unudulmur və qovuşması mümkün deyil. Mən sevgini səndə gördüm adam. Nə ilki, nə sonu... Mən sevgini səndə yaşadım.. Mən sənin sevginlə böyüdüm.. Mən sənin sevginə sarıldım.. Mən özümü səndə tapdım və bir daha itirməyə niyyətim yoxdur.. Nə səni nə də özümü... Nədə mənə bəxş etdiyin eşqini... Səndən bir gün möhlət istəmişdim, çünki üzləşmək istədiyim, vidalaşmalı olduğum insanlar vardı. Varam... Səninlə eyni evi eyni otağı, eyni yatağı bölüşməyə. Bir qabda yemək yeməyə. Bir bardaqdan su içməyə... Ömrümü səninlə keçirməyə...
-Mənim ilk və son sevgim sənsən qadın. Dəfələrlə itirmə təhlükəsiylə qarşılaşdım, ancaq həyat mənim olanı əlimdən ala bilmədi. Mənim sevgim ikimizə yetər. Sən məni sevməsən də olar..
Əlini cibinə atıb səhərki qutunu çıxarmışdı. Ürəyim həyəcandan əsirdi, üzüyü barmağıma keçirdiyində ixtiyarsız gözümdən bir damla süzülmüşdü. Əyilib göz yaşımdan öpmüşdü.
"Sən bütünlüklə mənimsən artıq " söyləmişdi. " Hər zərrən, göz yaşın belə mənə aiddir və mən onu dünya ilə paylaşmaq niyyətində deyiləm... Səni sevirəm qadın"...

SON

Yazar: Dəniz
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 086
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri