Rufina (20-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 3 068
Səs ver:
(səs: 0)
Sıra halında Gülnaz xanımın qarşısında durmuşduq. Çox qəzəbli görünürdü. Haqqlı idi. Şəbnurun iki gözü də azca qızarmışdı. Betər olsun... Şamil yerində dinc dura bilmir irəli-geri hərəkət edirdi. Mənə görə narahat olduğunu bilirdim.
- İndi deyin görüm mən sizə nə edim hə?! Qovum hər üçünüzü?
- Hər üçümüzü niyə, Şamilin bu işdə günahı yoxdur.
Baxışlarını mənə çevirmişdi, belə ki, qorxutmuşdu gözlərdəki əsəb məni.
-Rufina xanım.. Kimin günahkar olub, kimin olmayacağına yalnız mən qərar vercəm!
Şəbnura tərəf döndüyümdə üzündə məmnun ifadə vardı. İfritə, danlanmağıma sevinmişdi.
- Xala... Şey, Gülnaz xanım. Belə vəziyyət yarandığı üçün sizdən üzr istəyirəm. Mən sadəcə Rufina müəlliməni təsəlli edirdim. Nənəsi rəhmətə gedib, mühafizəçi Alxaz qəza keçirib iflic qalıb. Onun vəziyyəti ilə maraqlanırdı. Kimsə görüb səhv anlamasın deyə kitabxanaya keçdik.
- Bilirəm xəbərim var. Allah rəhmət etsin. bu cümə axşamı gəlməyi düşünürdüm.
Səsi yumşalmışdı, yəni mənə acımışdı. Mən acınacaq vəziyyətdə idim..
-Sizin davanıza gəlincə...
- Gülnaz xanım, kim mənim yerimdə olsa bu cür davranardı. Mən haqqımda deyilnləri qəbul etmirəm.
- Haqqlısan qızım, ancaq şiddətlə heçnə çözülmür.. - üzünü Şəbnura çevirmişdi. - Sənsə birini günahlandırarkən yaxşı düşün. Bu səfərlik sizi əff edirəm, yalnız bir müddət burda görünməsəniz yaxşı olar. Sizin davanıza şahid olan şagirdlər var. Sən dərsinə dön Şamil.
Şamili yolladıqdan sonra bizə də 1 aylıq uzaqlaşma cəzası vermişdi.
Mənim nə planlarım vardı, nələr oldu. Bəlkə, uşaqlarla başım qarışar deyə işimə dönməyi qərarlaşdırmışdım. Olanlara bax...
Dərsin bitməsinə qədər məcbur gözləməli olmuşdum, çünki Alxazın yerini öyrənməli idim. Liseyin həyətindəki skamyalardan birinə əyləşib gəlməsini gözləyirdim. Lakin ikinci dərs başlamış, o gəlməmişdi.
Əsəblə içəri keçib sinifə girmişdim. Şamil dərsdə yox idi. Şagirdlərdən harda olduğunu soruşduğumda evə getdiyini söyləmişdilər.
Yəgin ki, nə olduğunu demək istəmir. İlahi, ona bir şey olsaydı mən nə edərdim...
Çarəsiz şəkildə məktbdən çıxıb maşına minmişdim. Hər yerdən əlim üzülmüşdü. Köməksiz hiss edirdim. Görəsən necə idi? Dünyası yıxılmış, bərbad vəziyyətdə olardı. Özümü onun yerinə qoymağa çalışırdım. Yəgin ki, yaşaya bilməzdim. Ölüm istəyərdim. Ya o da ölüm istəyirsə? Onun yanında olmalıydım. Amma necə?
Maşını işə salıb evin yolunu tutmuşdum.

Elinden bir şey gelmiyorsa
Aşktan için yanıpta sönmüyorsa
Yüzün eskisi gibi gülmüyorsa
Azalıyor insan, tükeniyor insan
Artık içinde rüzgar esmiyorsa
Gönül telinde kuşlar ötmüyorsa
Aklının sözünden çıkmıyorsa
Azalıyor insan, tükeniyor insan
Geçmişin üstesinden gelmiyorsa
Hesabı kesip dosttan saymıyorsa
Vicdanının sesini duymuyorsa
Yanılıyor insan, ne biliyor insan.

Radionun səsini azaldıb əlimin tərsi ilə gözümdən axanları silmişdim. Yolumu görməyə mane olurdular. Nəfəsim daralırdı. Maşını bir kənara çəkib enmişdim. Azalırdım, yox olurdum.. Kimsə mənə kömək etmirdi. 5-10 dəqiqə daha qalıb yenidən maşına əyləşmişdim. Yəgin indi məni axtarırdılar evdə. Bircə Poladı danlamasaydılar. Sürəti artırıb bir an əvvəl evə çatmaq istəyirdim. Bununla artıq ailəmə yaxşı olduğumu, ev dustağı olmadığımı anladacaqdım. Sürət get gedə artdıqca ürəyimdə yaranmış ağırlıq məni sıxmağa başlamışdı. Olanlardan Alxazın qəza məsələsini unutmuşdum. Mən bunun qəza olmadığını necə sübut edəcəkdim? Ağlımda dolanan suallarla evə gəlib çatmışdım artıq. İzdiham vardı həyətdə.
Nəzirxan bəy hər kəsi toplamışdı qarşısına. Ən çox danladığı isə Polad idi. Yazıq qarşısında büzüşüb yumağa dönmüşdü.
- Sənə nə tapşırmışdım mən?! Rufinanı bu həyətdən çölə qoymayacaqsan demədim?! Öz başınasan sən? Sənin sahibin mənəm, nə desəm onu da etməlisən.
- Nnəzirxan bəy, mane ola bilmədim, maşının açarlarını istədi...
-Afarin sənə! Birdə maşının açarlarını vermisən! Sənə10 dəqiqə vaxt verirəm, topla zir zibillərini rədd ol burdan küçük!
Artıq dözə bilməmişdim irəli gəlib açarları qarşısına atmışdım.
- Nəzirxan bəy!! Siz hansı haqqla insanlarla heyvanmış kimi rəftar edirsiz?!
Atam məni görüb qolumdan tutmuşdu. Belə ki, qolumdan olmazın ağrı qopmuşdu.
- Sən hardasan?! Kimdən icazə alıb çıxmısan çölə, həmdə maşınla?!
Qolumun ağrısından gözlərim yaşarmışdı, nə qədər çəksəmdə çıxara bilməmişdim.
- Mən səndən icazə alacaq yaşı çoxdan keçmişəm "ata!" Elə etmə ki, səni bağışladığıma peşman olum! Poladdan üzr istəməsən məndə onunla birgə gedəcəm, və ölünə də gəlməyəcəm!
- Ssən..!
Əli boşalmışdı, ancaq gözündəki qəzəb olduğu kimi qalmışdı.
- Keç içəri! Gözüm görməsin səni! Mənim işlərimə qarışma!
- Mən sənə sözümü dedim! Etdiklərini unutmamışam hələ!!
Yumruğunu sıxıb dodaqaltı nəsə mızıldanmışdı.
- Belə şey istəyə bilməzsən məndən.
- Sən bilərsən artıq!
Yanından ötüb keçmək istədiyimdə dodaqlarından istəmədən tökülən sözlərlə dodağım yana qıvrılmışdı.
- Üzr istəyirəm, biraz əsəbi idim. İşinizin başına keçə bilərsiz.
Əyilməz Nəzirxanı əyməyə başlamışdım artıq. Evə keçdiyimdə səssizlik idi. Mənə görə narahat olan ailəm hara yox olmuşdu?)
Vecimə də deyildi. Yorğun halda pillələri qalxmışdım. Hicranın da səsi gəlmirdi harda batmışdı başı?
Otağına doğru addımladığımda səsi gəlmişdi. Telefonla danışdığı bəlli idi. İndi getsəm də mənə əhəmiyyət verməyəcəkdi. Ən yaxşısı mən biraz dincəlim , onumla sonra danışardım. Boynumdan şərfi açıb otağıma trf getmək istədiyimdə duyduğum adla qaşlarım havalanmışdı. Daha yaxşı duya bilmək üçün qulağımı qapıya dirədim. Daha bir təsdiqi və mən sevincimdən qapını döymədən içəri girmişdim. Özünü itirib telefonu söndürmüşdü.
- Ssən gəldin? Nə vaxt gəldin? Hardaydın? Qapını niyə döymədən gəldin?
Gözlərini qırpışdıraraq birnəfəsə verdiyi suallardan qəhqəhə çəkmişdim.
- Gəl əyləş Hici. Gəl, sakitləş, özünü ələ al, qorxma.. Keçdi...
Çarpayiya əyləşdirib əlini çiyninə qoymuşdum.
- Sən az əvvəl Elxanlamı danışırdın?
Gözlərini irolədib ayağa qalxmaq istədiyində ciynindən basıb mane olmuşdum.
- Otur hele...
- Rufu çox xainsən !
Kiçik barmaqları yumruq halında sıxılmışdı.
- Sən mənə kömək edəcəksən, məndə eşitdiklərimi unudacam.
Dodaqlarını sallayıb əlimin altından çıxmışdı.
- Yalan deyirsən, heçnə eşitməmisən sən.
-Məni tanımırsan deyəsən?
Qaşları düyümlü halda qapıya yaxınlaşıb kimsəni olmadığına əmin olduqdan sonra bağlamışdı. Eyni əsəblə :
-Nə istəyirsən başımın bəlası.
- Elxandan evlərinin ünvanını soruşacaqsan...
- Nəəə?! Sən dəli olmusan ? Nə deyə soruşacam?
Susduğumu görüb qolumdan yapışaraq qapını açmışdı.
- Çıx, istədiyi şeyə bax! Bəlkə otağını da soruşum?
Onun belə asan yola gəlməyəcəyini bilirdim. Son şansımı sənayacaqdım.
- Əmisi?? Anaaa...
Əlləriylə ağzimi qapayıb qorxuyla ətrafa baxmışdı.
- nə olub qızlar niyə dalaşırsız??
- Gəl ana, gör sənə nə deyirəm...
Göz qaşını oynadıb susmağımı istəmişdi. Başımı iki yana salladığımda qulağıma yaxınlaşıb:
- Sus sus, başın batsın yarım saat ver öyrənəcəm. - söyləmişdi.
Gözlərimi qırpıb razılaşdığımı bildirdiyimdə daha da qıcıqlanmışdı.
- Nə deyəcəksən? Səhər-səhər evdən necə qaçdığınımı??
Hicranın üzündə məmnun ifadə varıydı, dodaqlarını irəli çıxarıb mənə acıq verməyə başlamışdı.
- nə qaçması ana? Mən artıq yaxşıyam və daha da yaxşı olacam. Hici gözləyəcəm... - şərfimi yerlə sürüyə-sürüyə otağıma girmişdim. İnanırdım bu səfər Hicranın köməyi ilə Alxazı tapa biləcəkdim...
Qapının üç dəfə tez-tez döyülməsinə Hicran olduğunu anlamışdım. Dəvətimi gözləmədən içəri girib qapını qapamışdı.
- Elxanla danışdım. Ünvan soruşduqda anlamışdı. Verdi, həmdə dedi mümkün qədər tez gəlsin, vəziyyəti yaxşı deyil.
Hicrandan ünvanı və maşınının açarlarını alıb gizlicə çıxmışdım evdən. Yoxluğumu bildiyində yəgin yenə partlayacaqdı Nəzirxan bəy. Heç vecimə də deyildi...
Ünvana çatdıqda ürəyimin fasiləsiz döyünməyə başlamışdı. Maşından enib 5 mərtəbəli binaya baxdım. Köhnə, təxminən 20-25 ilə məxsus olardi. Son mərtəbə, boz rəngli qapı demişdi Hicran. Özümü ələ alıb binaya girmişdim. İçərisi çöldən də pis vəziyyətdə idi. Şüşələri qırılmış, divarlarda boyayla yazılmış adlar, sökük çatlaq divarlar.
Mən bina böyüklüyündə evdə qalarkən, insanlar səfil həyatı yaşayırdılar. Belə yaşayışlı insanlar özəl xəstəxananın xərcini necə ödəmişdilər görəsən? Məndə xərclərini ödəmək üçün nənəmdən pul almağa getmişdim. Ancaq istəyə biıməmişdim. Acımı xatırlayınca ürəyim sancmışdı. Divara söykənib sakitləşmək istədim. Onun qarşısına acılarımla çıxmamalıydım. Onun acısı məndən də çox idi..
Budur, 28 nömrə.. Boz qapı... Zəngi basıb gözləmişdim. Az sonra qapını üzümə anası açmışdı. Məni görüb gözləyirmiş kimi acıyla gülümsəmişdi. Gözlərinin yaşının hələ qurumadığını hiss etmişdim. Qızarmışdı kənarları.
- Gəl qızım, gəl keç...
İçəri keçdiyimdə rütubət qoxusu burnuma dolmuşdu. Bu cür evdə xəstə necə baxılardı?
- Hardadı?
Qapını örtüb məni içəri dəvət edən qadın başıyla ikinci qapını göstərmişdi.
- Mümkünsə onunla təklikdə danışım..
Başıyla razılıq verib uzaqlaşmışdı. Qapıya yaxınlaşıb döymək üçün əlimi qaldırdığımda tərlədiyini hiss etmişdim. Həttə qışın bu soyuq günündə bütün bədənim tərləmişdi. Qapını astaca döyüb gözlədim. İçəridən səs gəlməmişdi. Yəgin yatmışdı. Bu düşüncəylə qapını ehtiyatla açıb içəri girmək istədiyimdə duyduğum səslə içəri girə bilməmişdim.
- Mən gəl demədim! -sərt və kobud çıxmışdı səsi. Ancaq dəyişməmişdi.
- Mən də gəlməyim? - yenə sükut çökmüşdü. Bundan ürəklənib içəri girmişdim. Əlil arabasındaydı. Arxası mənə üzü pəncərəyə tərəf... Saçları dağınıq idi. Həmişə saçlarına xüsusi diqqət verən adamın bu vəziyyətə düşməsi içimi parçalayirdi.
- niyə gəldin?! - eyni səs tonu.
- Danışmaq, həmdə səni görmək üçün. Sənə çox ehtiyacım var.
Arabadan səs gəlmişdi. Üzü mən tərəfə döndüyündə yıxəlmamaq üçün qapının yanındakı stuldan tutmuşdum. Bu ki, Alxaz deyildi. Üzü tüklənmiş, bəzi hissələrində göylük var idi. Qorxunc görünürdü.
- Çıx get, mən ehtiyacını ödəyəcək birisi deyiləm.
- Alxaz, belə danışma. -Qarşısına qaçıb dizlərim üztə çöküb başımı ayaqlarına qoymuşdum. - sənə ehtiyacım var. Gömdərmə məni icazə ver yanında olum. Mənə səndən başqası kömək olmaz.
-Mən köməyə məhkum birisiyəm, nə gözləyirsən?
Başımı qaldırıb nəmli gözlərlə yalvarırcasına baxmışdım. Buz kimi soyuq əlindən tutub öpmüşdüm.
- Alxaz, sənə kömək edəcəm. Səni xaricə götürəcəm. Hetər ki, sağal. Mənim yanımda ol..
Üzü ifadəsiz və soyuq idi və bu məni üşütməyə bəs etmişdi.
- Rufina ! Mən düzəlməyəcəm! Heç vaxt anlayırsan?! Cıx get, rəddol!! Səni görmək istəmirəm!!
Başımı yelləmişdim.
- Bilirəm, səndən uzaq durmağım üçün söyləyirsən bunları, amma getməyəcəm. Söysəndə, qovsan da getməyəcəm!
Gözümdəki yaşı silib ayağa qalxmışdım.
- Bilirsən nə var?! Mənimlə evlənəcəksən! Həmdə tezliklə. Səndən imtina etməyəcəm. Aylar əvvəl geri addım atdım, amma indi belə olmayacaq. Bircə səbrli ol nənəmin qırxı çıxsın. Sadə nigahla evlənəcəyik. Sonra səninlə xaricə gedəcəyik. Sağalacaqsan Alxaz, güvən mənə.
Əyilib yanağına öpüş qondurmuş ardından, öncə otaqdan, daha sonra evdən çıxmışdım. Ancaq çıxarkən etdiyim səhv mənim həyatimin tamamilə dəyişməsinə səbəb olmuşdu. Otağın və evin qapılarını açıq qoymuşdum...
Arxamda qulaqlarımı kar edəcək bağırtı qopmuşdu...

Yazar: Dəniz
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 068
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri