Rufina (19-cu bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 3 238
Səs ver:
(səs: 0)
İnsan acılarla yaşamağı öyrənirmiş. Onlara alışır və zaman keçdikcə acılara dayanmağı öyrənirmiş. Hissizləşir və hər şeyi adi qəbul edərmiş.
Yavaş-yavaş acıya, acılara alışırdım. Baş vermiş ən dəhşətli hadisəni belə, "həyatın qanunu budur" deyib adiləşdirirdim. Getdikcə dəyişirdim...
Bu səhər özümü yaxşı hiss edirdim. Biraz tez olduğundan üzərimi dəyişib qara birşeylər geyinmişdim. Hicinin verdiyi qara paltonu da əynimə keçirib asta hərəkətlə evdən çıxmışdım. Polad hər zamanki kimi, yerini almışdı.
- Rufina xanım, bir şeymi lazım idi?
- Bir az hava almaq istəyirdim.
Belə görünürdü ki, Poladın məni buraxmaq niyyəti yox idi.
- Hara istəyirsiniz mən aparım.
- Mən uşaq deyiləm! - üzərinə qışqırmış, daha sonra birinin eşitmə qo(rxusuyla ətrafa boylanmışdım.
- Bilirəm, lakin Nəzirxan bəy tapşırdı ki...
- Onun dediklərinin önəmi yoxdur mənim üçün. Maşınımın açarları səndədi?
Tərəddüd edirdi, yəgin ki, atamdam qorxurdu.
- Narahat olma, qayıdacağam...
Çarəsiz qalıb açarı mənə vermişdi. Təşəkkür edib maşını qarajdan çıxarıb yola düzəlmişdim.
İnsanlıq... Qarın sevincini bölüşən gənclik... Körpələrini yumru bir topa çevirib qarın içinə buraxan valideynlər. Şən qəhqəhələr... Əl-ələ sevgililər... Qartopu oynayan məktəbli uşaqlar. Olduqca gözəl mənzərələr idi və mən heç birindən keyf almırdım. Hissisləşmişdim.
Musiqi qoşmaq istəsəmdə, sonra bu fikirdən vaz keçmişdim. Yolum olduqca sıxıcı keçmişdi. Və budur məzarlığa yaxınlaşırdım. Maşını bir kənara çəkib enmişdim. Bütün məzarlar mənə adi bir daş yığını kimi gəlmişdi. Aralarıyla yavaş-yavaş irəliləyib Nurun məzarını tapmışdım və yanında da nənəmin.
Məzar mənə yeni ildə bəzədilmiş şam ağaclarını xatırlatmışdı. İri qara məzar daşı, arxası iri şəkilli üzərindən qırmızı bir şey bağlanmışdı. Önündə daha bir şəkil. Və gül çələngləri... Üzərini səhər yağan qar tutmuşdu. Allahım, bu nə göstəriş idi?!
Hirslə qarı təmizləyib uzərindəki bər - bəzəkləri kənara atmışdım. Nəfəsim səsli çıxərdı, bu yorğunluğun səsi deyildi. Bu ardından gələn gözyaşlarımın xəbərcisi idi. Başımı soyuq daşa dirəyib günlərdir qurutduğum gözyaşlarımı tökmüşdüm. Nə qədər hissizləşmiş hiss etsəm də özümü, nəhayətində bir insan idim və ən yaxınımı, ən sevdiyimi qara soyuq torpağa vermişdim. Üşüyürmü görəsən? Həmişə qalın geyinən, kənd arvadları kimi başı və belinə qədər uzanan qalın yun şal taxan nənəmə soyuq təsir etməzdimi indi? Din adamlarının söylədiyi kimi, adi bir ət parçasımı vardı bu məzarda? Ruhu bəs hardadır? Dəli kimi ətrafa baxmışdım.
- Hardasan... - nəfəsimdən çıxan buğ bir andaca soyuq havaya qarışıb yox olmuşdu. Məzardakı rəsminə baxmışdım. Keçən il, yeni il gecəsi çəkdiyim rəsm idi. Gülümsəyirdi mənə, üzündəki qırışlar belə hiss olunurdu. Əyninə güclə ağ jaket geyindirmişdim. Amma yenə də şalını çiyninə atmışdı. İnadından döndərə bilməmişdim.
Bu xəyalın üzümdə gülüş yaratdığını hiss etmişdim. Nənəmlə o qədər xatirəm vardı ki...
Bir də Nurun məzarına baxmışdım. Mənim onun varlığından belə xəbərim olmamışdı. Bu mövzuda şanslı deyildim. Düzdü, Hicran mənə bacıdan artıq olmuşdu. Bunu inkar etmək ona haqsızlıq olardı. Ancaq hər şərtdə Nurla birlikdə böyüməyi çox istəyərdim.
Üşüyürdüm artıq. Çox qala bilməzdim. Hələ o qədər işim vardı...
Maşına əyləşib əllərimi ovuşdurdum, saata baxdığımda hələ 8 idi. Maşını işə salıb xəstəxananın yolunu tutmuşdum. Artıq həyata dönməyin, mənə ehtiyacı olan insanların yanında olmağımın vaxtı gəlib çatmışdı...
İçəri girdiyimdə bir qadını məni itib qucağında körpə uşaqla qışqırmağa başlamışdı.
- Qurban olum köməy edin. Həkim yoxmu?
Uşağın səsi gəlmirdi. Qadının arxası mənə tərəf olduğundan görə də bilmirdim. Ayaqlarında ev başmağı vardı. Tibb bacısının və digər insanların başına toplaşdığını gördükdə artıq dayana bilməyib yaxınlaşmışdım. Nazik ədyala bükülü təxminən bir yaşında sinə nahiyəsində dərin yanıq olan balaca qız uşağı vardı qucağında. Uşaq sanki ağlamaq istəyirdi lakin səsi gəlmirdi. Çabalayır, sanki ölümlə pəncələşirdi. Ürəyim sancmışdı. Körpəyəmi, yoxsa özündə olmayan anasına üzüləcəyimi bilməmişdim.
Tibb bacısı uşağı alıb uzaqlaşdığında daha çox qalmaq istəməmişdim. İkinci mərtəbəyə qalxmış, Alxazın yatdığı palataya yaxınlaşmışdım. Bir aya yaxın idi onu görə bilmirdim. Həyəcanlı deyildim, olduqca üzgün idim. Derin nəfəs alıb içəri keçmişdim.
Xəstənin nəvzini yoxlayan tibb bacısı işini yarımçıq buraxıb mənə baxmışdı. Elə xəstə də.
- Buyurun, nə lazım idi?
- Mmən, başqa xəstə üçün gəlmişdim. Bağışlayın.
- Hansı xəstə?
-Motosiklet qəzası ilə gəlmişdi. - əlimi irəli geri hərəkət etdirir, fikrimi tam çatdırmaqda çətinlik çəkirdim.
- Hə siz iflic xəstəsi üçün gəlmişdiz yəgin ki. O evə buraxılıb.
- Aydındır, üzr istəyirəm...
Qapını bağlayıb bir neçə saniyəlik olduğum yerdə qalmışdım. Niyə bu qədər tez buraxılmışdı ki?? Bəs xəstəxana xərclərini necə ödəmişdilər?
Evlərinin ünvanını da bilmirdim, necə edəcəkdim indi?
O qədər panikaya düşmüşdüm ki, qəbuldan öyrənməyi tamamən unutmuşdum. Bəlkə Şamildən nəsə öyrənərəm deyə məktəbə gəlmişdim. Mühafizə otağına baxdığımda gözlərim dolmuşdu. İndi içəridən çıxıb, "muncuq" deyərək mənə sarılmasını o qədər istəyirdim ki... Dərs başlamışdı deyəsən, kimsə ortalıqda görünmürdü. İkinci mərtəbəyə öz sinifimə qalxıb qapını döyərək içəri keçmişdim. Üzünü mürdəşir yumuş Cabirin dərsi idi. Anında arxa sıraya baxmış, Şamili yerində görüb rahat nəfəs almışdım.
- Rufina müəllimə, xoş gəlmisiz buyurun. Üzürlü hesab edin, başsağlığına gələ bilmədik.
- Çox sağolun, - artıq söz deməsinə imkan vermədən davam etmişdim. - Şamili 5 dəqiqəlik olarmı Cabir müəllim?
- Hmm, buyur...
Şamilə işarə edib çıxmasını istəmişdi.
- Mane olduğum üçün üzr istəyirəm.
Üzrxaqlıq edib ardınca çıxmışdım otaqdan. Qapı önümdə narahat görünən Şamil mənim çıxmağımla sarılmışdı.
- Sənə görə olduqca narahat idim.
- Harda olduğumuzu unudursan! - sərt şəkildə onu özümdən uzaqlaşdırıb ətrafa baxdığımda qanlı baxışla bizi izləyən Şəbnuru görmüşdüm.
-Rufina müəllimə, bir daha Allah rəhmət etsin.
- Cox sağol... - Şamilin vəziyyətdən çıxmaq üçün göstərdiyi səyi məndə tamamlamışdım. Ancaq bilirdim ki, o sarı ilan bununla yetinən deyil. Yanımızdan ədayla ötüb keçdiyində Şamilin qolundan çəkişdirib kitabxanaya salmışdım. Eynən aylar öncə onun məni saldığı kimi... Xoşbəxtlikdən boş idi.
- Birdə görməyim!!
- Yaxşı, əsəbləşmə. İçimdən gəldi sadəcə. Sən niyə burdasan? Yenə evdən qaçmısan?
Qaşımı havalandırıb ona baxmışdım.
- Nədi olmaz? Mən ev dustağıyam?
- Ona görə demədiyimi də özün bilirsən, səni so gördüyümdə huşunu itirmişdin. Yəni deyirəm, bir az da evdə qalıb yaxşıca toparlanardın.
- Mən özümü toparlamışam! Narahat olma! Xəstəxanaya getmişdim. Alxaz evə buraxılıb deyirlər.
- Həə o məsələ.. - əlini boynunun ardına edib nəsə düşünmüşdü bir anlıq.
- Şamil, pis birşey yoxdu elə deyil?
Bəlli ki, olanları mənə demək istəmirdi. Olduqca qərarsız qalmışdı.
- Şamil!
- Lənət şeytana! O heç yaxşı deyil.
Artıq qorxmağa başlamışdım. Qolundan tutaraq gücüm gəldikcə sıxmışdım.
- Mənimlə açıq danış! Ona nə olub?
Qolunu ehtiyatla çəkib üzümü əlləri arasına almışdı.
- O...
- Baxın, Gulnaz xanım! Bu hədsizlərin künc bucaqda nalayiq hərəkətlər edirlər. Öz gözünüzlə görün! Bir müəllim şagirdi ilə eşq yaşayır, həmdə məktəbin içində, uşaqlara necə nümunə olacaq bu qadın, söyləyin mənə... Biri çox təriflədiyiniz müəllim, digəri qohumunuz...
Gülnaz xanım və Şəbnurun içəri girməsiylə qorxudan elə yerimizdəcə qalmışdıq.
- Rufina? Şamil? - Qadının səsinə özümə gəlib cəld şəkildə Şamildən aralanmışdım.
- Düşündüyünüz və göründüyü kimi deyil. Açıqlama verə bilərəm.
Şəbnur irəli gələrək əl qol hərəkətlərlə olmayan səbrimi daşırmışdı.
- Əxlaqsızlığını nə ilə açıqlayacaqsan?
Yumruğumu sıxaraq üzünə sərtcə endirmişdim. Hər kəs iri gözlərlə mən baxırdı.
- Sən kimsən...
- Sus! - Barmağımı qaldırıb hədələmişdim. - Birdə adımı bu cür iyrənc şeylərdə hallandırsan, bilmiş ol ki, bu başlanğıc idi! - Dodağından gələn qanla az da olsa sakitləşmişdim.
- Xala, əmin ol ki, nə mən,nə də Rufina müəllimə bu böhtana layiq olacaq bir hərəkət etməmişik!
Qarşımdakı əsəbdən əsən qadını əlimlə itərək Gülnaz xanıma yaxınlaşmışdım.
- Əgər siz də bu böhtana inanıb məni günahlandıracaqsınızsa, mən ərizəmi elə bu dəqiqə verəcəyəm!
- Nə böhtan - böhtan salmısız?! Hər şey göz önündə deyildi? Biz gəlməsəydik bəlkə də öpüşəcəkdiniz!
Gözlərimi yumub sakitləşməyə çalışmağım uğursuz olmuşdu. Geri qayıdaraq Şəbnurun sinəsinə qədər açıq olan ağ köynəyindən yapışıb divara çırpmışdım. Özünü müdafiə etməyi bir yana, sərt şəkildə çırpılmağından verən acıyla inildəmişdi. Ancaq bu əsəbimi söndürməmişdi.
- Sənə sus dedim elə deyil?! Buraxın məni! - Arxadan məni tutan Gülnaz xanıma qışqırmışdım. - Hansı haqqla mənim üzərimə şər atırsan? Hansı haqqla öz adını mənə yaraşdırırsan? Cavab ver!! Keçən dəfəki sənə dərs olmadı deyəsən?! - Cavab verməyinə imkan vermədən ikinci yumruğumu atmışdım. Bu dəfə qolumdan tutaraq arxaya çəkən Şamil olmuşdu. Hirsim hələ soyumamışdı. Yerdə ağrıdan ağlayan qadını təpikləmək istəyirdim.
- Sakit olun Rufina müəllimə...
- Eyib olsu sizə! Məni unutdunuz burda?! Qapıdan sizə baxan şagirdlərə bu cür örnək olacaqsınız?! Rufina müəllimə, təbii ki, söylənənlərə inanmadım, hətta gördüklərim də yalnış ola bilər. Lakin, şagirdlərinizin önündə nümayiş etdirdiyiniz şiddəti sizə heç cür yaraşdırmadım! Yarım saat verirəm sizə, toparlanın və otağıma gəlin!
Gülnaz xanım qapı önünə yığılmış şagirdləri qovaraq çıxmışdı. Şamilə baxdığımda işlərin yolunda getməyəcəyini anlamışdım...

*******************************************************************************

- Oğlum rahatsan? Arxana bir dənə də yastıq qoyum?
- Nə rahatlığı ana?! Mən heçnə hiss etmirəm! Rahatlığı, ağrını, acını, əyrini, düzü!! Xeyri yoxdu istər bir yastıq istər iki, nə bilim 5-10!! - son vaxtlar əsəblərimi cilovlaya bilmir, qarşımdakı gözləri dolmuş əzab çəkən anam olsa belə dilimi saxlaya bilmirdim. Üst-üstə gələn bədbəxtliklərin ardından Rufinanın da belə etməsi sinirlərimi qabartmışdı.
- Yaxşı ay oğul, qoymuram.. - əliylə ağzını qapayıb çıxmışdı otaqdan. Yəgin ki, ağlayacaqdı. Allah məni öldürsün, qadın onsuz da yetəri qədər əzab çəkmişdi və hələ də çəkirdi. Onu daha da niyə incidirdim ki?! Ayağa qalxıb təsəlli edəcək gücüm yox idi. Lənətə gəlmiş ayaqlarım əllərim tutmurdu!
Bir əlim də işləmirdi ki, bir dəfəlik canım qurtarsın bu əzablardan!
-Aaaaaa!! - başımı sağa sola tez tez hərəkət etdirib ağlamamaq üçün mübarizə aparirdim. - Hardasan Allah?! Niyə görmürsən məni?! Niyə almırsan canımı?!
Bağırtıma içəri girən anamın qızarmış gözləri nəzərimdən yayınmamışdı.
- Nə oldu bala? Haran ağrıyır, anan qurban olsun sənə...
- Hanı Elxan?! Elxanı çağır mənə!
- Ggəlir... -yaxınlaşıb başıma sığal çəkdiyində yana çəkmişdim. - Çörək almağa düşüb, indi gələcək.
- Hanı?! Gəlsin indi!!
- Nə olub, səsiniz məhəllədən eşidilir. - Əlində çörək paketi ilə içəri keçən qardaşım çaş baş qalmışdı.
- Çörəyi al çıx otaqdan ana.. - anamın tərpənmədiyini görüb : - Ana çıx dedim!!
Səsimə diksinən qadın cəld qalxıb çörəyi alaraq çıxmışdı.
- Qadını niyə bu qədər üzürsən?! - sualına əhəmiyyət verməmişdim.
- Yaxın gəl!
Əsəbi şəkildə mənə yaxınlaşmışdı.
-Bu qədər qəddar olmaya bilərsən.
- Mənim yerimdə sən olsan nə edərdin?!
- Ölmədiyim üçün şükür edərdim. Danışa bilirsən eşidə bilirsən...
- Cəhənnəm olsun hamısı! Mən ölmək istəyirəm! Başa düşürsən?!
- Yenə başlama! Mən gedirəm.
Ayağa qalxıb getmək istədiyində köynəyinin qoluna keçirdiyim barmağımla buna mane olmuşdum. Elxan da buna mat qalmışdı.
- Xahiş edirəm...
- sən hərəkət edirsən! Anaa! İlahi! Alxaz...
- Sakit ol, ilk gündən şəhadət barmağımı oynada bilirəm. Məni ümidləndirməyə çalışma.
- Bəs bunu həkim bilir?
- Bilir bilmir.. Fərq etməz artıq. Mənim düzəlmə ehtimalım yoxdur. Bunu həkim mənə dedi.
Əsəblə otaqda gəzişməyə başladı.
- Əclaf! Mən ona göstərərəm.
-Sakit ol bunu mən istədim.
- Necə sakit olum?! - əllərini uzadaraq əsəblərini göstərməyə çalışırdı. -Biz ona dəfələrlə tapşırdıq ki, səhhətin barədə sənə heçnə deməsin! Əclaf!
Elxan son şansım idi, çox güman ki, o da qəbul etməyəcəkdi bunu və mən ömrümün sonuna qədər belə yaşamağa məhkum olacaqdım. Ancaq yox, belə qoymayacaqdım. Mütləq bir yolunu tapmalı idim. Həmdə qısa zamanda...

Yazar: Dəniz
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 238
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri