Hüzurum (32-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 5 269
Səs ver:
(səs: 0)
Zaman necə də sürətlə keçirdi. Hüzur aylar əvvəlində bütün həyatının bitdiyini düşünərkən, hər şeyin daha yeni başladığını bilməzdi. Bütün həyatı, xəyalları dəyişmişdi. Yaşadığı ev, mühit, hətta sevdiyi adam belə dəyişmişdi. Xəyallarını yaşayırdı sevdiyi adamla. Əli elə ilk görüşdən oğurlamışdı qəlbini. Həyatının eşqi və yoldaşı idi, uşağının atası olacaqdı. Hətta uşaqlarının atası... Bugün uşaqlarının cinsiyyətini belə öyrənəcəkdilər. Olduqca sağlam və problemsiz irəliləyirdi hamiləliyi. Balaca onu heç sıxmırdı. Bir də tərpənsə, onu içində hiss etsə daha gözəl olacaqdı. Həkim tələsməmələrini söyləmişdi. Zamanı gəldiyində içində bol bol tərpənib təpiklər atacaqdı. Həyəcanla gözlərkən, az da olsa şişmiş qarnını sevgi ilə oxşamağa başladı. Dörd aylıq olmuşdu artıq. Və atasının bütün günü yedizdirdiyi bol vitaminli ərzaqlar ilə olduğundan biraz artıq böyümüşdü. Əlinin üstündə ərinin əlini hiss etməsi ilə gülən üzünü ona çevirdi. Əli də arvadının şişmiş qarnını oxşamağı sevirdi. Bu aralar hərəkət etmə olasılığı daha yüksək olduğu üçün hər fürsət tapdığında əlini qarnına qoyurdu. İlk hərəkət etdiyi anı o da hiss etmək istəyirdi. Təbii ki, Hüzur da buna əngəl olmurdu. Gözlərində hər keçən gün artan həyəcanı görərkən necə əngəl ola bilərdi ki?

"Atan çox səbirsizdi düyməm. Bir an əvvəl hərəkət etməyə başlasan...? Gələcəkdə atan kimi sakit, yoxsa anan kimi ifritəmi olacaqsan görmək istəyirəm artıq."

Hüzur ərinin söylədiyi ilə yalandan qaşlarını çataraq çiyninə vurdu. Hüzur sakit görməmiş olsaydı, özünə sakit deyib onu aldadacaqdı. Həm onun nə ifritəliyini görmüşdü ki? Hər dediyini, elədiyini səsini çıxarmadan qəbul edirdi.

"Dəqiqə başı birinə sataşmaq, dalaşmaq, mənim hər şeyimə qarışmaq... siz nə vaxtdan sakit olmusuz Əli müəllim...?" Əli gözlərini qocaman açaraq məsum baxışlarla baxarkən, Hüzur üçün qaşları çatılı bir şəkildə baxmaq həqiqətən çox çətin idi. Hüzur buna belə güclə dayanarkən, Əli ona ifritə deyirdi."Nə olursa olsun, hər halımla sevirsən məni. Əsas odu." Bu dediyinə gülümsədi. Cavab belə verə bilməmişkən həkimin onun adını çəkməsi ilə sırasının gəldiyini anlayıb Əli ilə birlikdə yerlərindən qalxdılar. Get gedə həyəcanı atarkən əlləri titrəməyə başlamışdı. Sonunda cinsiyyətini öyrənə biləcəkdilər, sonunda onu görə biləcəkdilər. Əli də ən az Hüzur qədər həyəcanlı idi. Hətta Hüzurdan da həyəcanlı idi. İndidən gördüyü hər şeyi almağa başlamışdı. Müayinə otağına girincə Əli tez həkim xanımın əlini sıxaraq danışmağa başladı.

"Cinsiyyətini indi öyrənə biləcəyik də?" Həkimin danışmağına belə izacə vermədən sözə girmək də Əliyə özgü bir şey idi yəqin ki. Biz gözlə, bir salam əleyk eləyin, deyilmi? Amma yox, Əli müəllimin elə gərəksiz şeyləri danışmağa ehtiyacı yox imiş.

"Olduqca həyəcanlıyıq deyəsən. Onda sizi daha çox gözlətməyək. Hüzur sən arxaya keç hazırlan."

Hüzur başını müsbət mənada sallayaraq pərdənin arxasına keçdi. Əli də arxasında durmuş, gödəkçəsini və çantasını tuturdu. Sədyəyə yavaşca oturaraq qarnını açmışdı. Nailə xanım da şalvarının kənarlarına salfet qoymuşdu. Soyuq jeli qarnına sürdükcə irkilirdi Hüzur hər zamanki kimi. Heç cür alışa bilməmişdi buna. Soyuq və yapışqandı. Və kəsinliklə iyrənc idi.

"Bəli, olduqca sağlam gedir hamiləliyin. Kilo almağın da çox yaxşıdır. Amma daha artığı uşaq üçün zərərli ola bilər. Buna görə də yeməyinə daha da diqqət elə. Bu cür kilo almağın olduqca yaxşıdır. Ürək bulantıların nə vəziyyətdədir?"

Hüzur hələ ağzını belə aça bilmədən Əli tez danışmağa başlamışdı.

"Hələ də kusur, başı dönür. Nədəndir görəsən? Nəsə var? Bir şey olur onlara?"

Əlinin qorxu ilə soruşduqlarına bezgin bir nəfəs verdi Hüzur. Bütün günü ağlına belə şeylər gətirir və buna görə də Hüzuru həddindən artıq sıxırdı. Bu qədər qorxmağın bir mənası yox idi nəticədə.
"Nailə xanım Əli çox şişirdir. Ürək bulantılarım davam eləyir amma elə də böyüdüləcək bir şey yoxdur. Baş dönmələrim də sadəcə bir iki dəfə olub. O da yəqin ki yorğun olduğum üçün. Başqa da bir problemim yoxdu."

Anlayışla gülərək ekrana təkrar döndü Nailə xanım. Hüzur da qaşlarını çataraq ərinə baxmağa başladı. Nə var idi sanki bu qədər şişirdiləcək? Əli arvadının bu baxışlarını vecinə almadan çiynini çəkərək ekrana baxmağa başladı. Arvadı anlamırdı onu. Çox qorxurdu Əli onlara bir şey olacaq deyə.

"Təhlükəli dönəmi artıq keçmisən, bu aylardan sonra artıq o qədər də qorxulası bir şey yoxdu. Amma təbii ki, yenə də diqqət eləməlisən hərəkətlərinə. Çox ağır qaldırıb, yüksəyə çıxma. Hamiləlikdə edilməməsi gərəkən şeyləri eləməsən bəsdir yəni."

Hüzur başını müsbət mənada sallayaraq səssiz qaldı. Dediklərini edəcəkdi təbii ki. Ona görə də deyiləcək bir şey yox idi.

"Artıq cinsiyyətini öyrənsək?"

Həkim gülərək başını tərpətdi və tamamilə Hüzur və Əliyə döndü.

"Təbrik edirəm, qızdır."

Hüzurun gözləri tez dolarkən əllərinə dolanan əllə baxışlarını Əliyə çevirmişdi. Əlinin də gözləri dolmuşdu. O qız olmasını çox istəyirdi. Həmişə Hüzura "Sənə bənzəyən gözəl bir qızım olsun" deyirdi. İstədiyi olmuşdu. Balaca bir qızları olacaqdı.

"Çox sağ ol Hüzur. Məni o qədər xoşbəxt eləyirsən ki! Səni sevirəm. Səni çox sevirəm." Hüzurun ağzından çıxan hıçqırıq ilə göz yaşları yanaqlarından axmağa başladı. Onun üçün hər şeyi edəcəkdilər. Onu çox sevəcəkdilər. Ona çox dəyər verəcəkdilər.

"Əli qızımız olacaq. Bizim canımızdan bir qızımız olacaq."

Əli arvadının göz yaşlarını silərkən yerinə yeniləri gəlirdi. Hüzur qəlbində yaranan həyəcan ilə özünü saxlaya bilmirdi. Sağlam olduğu üçün cinsiyyəti vacib deyildi amma qız olması ayrı bir xoşbəxt etmişdi Hüzuru. Bu barədə yaraları olduğu üçün ayrı bir sevinmişdi buna. Otaqdakı yüksək səs ilə təəccüblə həkimə baxmışdılar.

"Bu da balacanın ürək döyüntüləri. Olduqca sağlam və güclü."

Sürətli və yüksək olan səs ilə hıçqıraraq ağlamağa başladı Hüzur. Əli onu qucaqlarkən, o da qollarını ərinin boynuna dolamışdı. Bu nə qədər gözəl səs idi belə. Nə qədər möhtəşəm idi. Möcüzə kimi bir şey idi bu. Onun içində hərəkətlərini hiss edə bilməmişdi amma qızının ürək döyüntülərini eşitmək hər şeyə bədəl idi. Bütün musiqilərdən, səslərdən daha gözəl gəlirdi qulağına. Bu qədər gözəl bir şey olacağını təxmin etməmişdi.

"Ağlama artıq mələyim. Qızımız yaxşıdır."

Buna görə ağlayırdı Hüzur. Yaxşı olduğu üçün xoşbəxtlikdən ağlayırdı. Özünü durdurmaq istəsə də durdura bilmirdi. Hamiləlikdən ötrü bütün duyğuları ən ucda yaşayırdı, bir də belə zamanlarda özünü heç saxlaya bilmirdi. Əli arvadından ayrılaraq şəfqətlə göz yaşlarını silərkən Hüzur da dərin nəfəslər alaraq sakitləşməyə çalışırdı. İkisinin də gözləri parıldayırdı. Bu an həqiqətən çox özəl bir an idi. İlk dəfə hiss etdiyi duyğuları dadmaq çox ayrı bir şey idi. Tərif edəcək kəlmələr yox idi hətta. Hələ yeni hiss etdiyi şey ilə yanaqlarının qızarmasını əngəlləyə bilmədi Hüzur. Nailə xanım yanlarından getmişdi. Onun getdiyini belə hiss etməyəcək qədər özündən keçməsi utanc verici idi. Əlinin salfet ilə arvadının qarnını silməsi ilə yatdığı yerdən doğruldu. İkisinin də gözlərində axmayan yaşlar var idi. Amma bu qədər də ağlamaq bəs idi. Xoşbəxtlikdən olsa belə daha çox ağlamayacaqdılar. Üstünü düzəldib oturduğunda Əli də yavaşca gödəkcəsini geyindirdi və sonradan arvadının alnını öpərək alnını alnına söykətdi. Hüzur ərinin gözlərindəki sevgini, eşqi, xoşbəxtliyi görə bilirdi. Hüzuru da, qızını da sevirdi və olduqca xoşbəxt idi. Bir müddət səssizcə gözlərinin içinə baxmışdılar. Əli də eyni Hüzur kimi içindəkiləri gözləri ilə anlatmağa çalışırdı. Sevincini, sevgisini, hiss etdiklərini anlatmağa çalışırdı. Və bacarırdı da. Hüzur ərinin hər duyğusunu iliklərinə qədər hiss edirdi. Çünki eyni duyğuları paylaşırdılar. Eyni anda ağızlarını açdıqlarında eyni cümlə çıxmışdı ağızlarından.

"Səni Sevirəm."

••••••••

Hüzur divanda uzanmış, təzə ərikləri yeyərkən gözləri ara sıra qapanırdı. O qədər ləzzətli gəlirdi ki dadı, dünyanın ən ləzzətli meyvəsi imiş kimi gəlirdi Hüzura. Arada çıxan səslərlə iştahı daha da artırdı. Sulu sulu və biraz da turş idi. Tam da qızı ilə birlikdə ürəkləri istəyən kimi idi.

"Of Hüzur. Niyə çətin tapa biləcəyim bir meyvə istəmir ürəyin? Mövsümü olmayan meyvələr istə məndən, ya da gecənin bir yarısı saatlarla açıq dükan axtart. Niyə evdə olan şeyləri aşərirsən?"

Hüzur təəccüblə ərinə baxmağa başladı. Sözləri o qədər mənasız gəlmişdi ki, ərikə olan marağı da uçub getmişdi. Bu adam nə gicləyirdi belə? Söylədikləri çox mənasız və gicgic idi. Onu çətinliyə salmamağından narahat idi rəsmən.

"Əli nə gic gic danışırsan?"

"Gic gic danışmıram. Arvadımla qızım üçün gecənin bir yarsı açıq dükan axtarıb, mövsümü olmayan bir meyvə axtarmaq istəyirəm. Nə var bunda?"

Bir də 'nə var bunda' deyə soruşurdu. Bu adam həqiqətən normal deyildi.

"Əli kişilər bundan şikayət eləyərlər e ümumilikdə." Hüzurun sual soruşur kimi dediyinə Əlinin verdiyi reaksiya çiynini çəkərək başını arvadının qarnına qoymaq oldu. Hüzur gülərək başını sağa sola sallayarkən əlindəki meyvə boşqabını masaya qoydu və ərinin bir reaksiya verməsini gözlədi. Gec tez verəcəkdi. Bir müddət sonra yavaşca koftasının ucunu qaldıraraq çılpaq göbəyində əlini gəzdirməyə başlamışdı. Hüzur bədənini saran ani həyəcan dalğası ilə oturaq vəziyyətə gəlmişdi. Əlinin bircə toxunuşu ilə ürəyi yerindən çıxacaqmış kimi atmağa başlamışdı. Əli arvadının bu halından xəbərsiz şikayət edər kimi danışmağa başladı.

"Sizin üçün bir şeylər eləmək istəyirəm qızım. Anan məni heç başa düşmür vAllah. Nə olacaq yəni çətin şeyləri tapmaq istəyəndə? Mən sizinlə onları da dadmaq istəyirəm. Sən anana fikir vermə gözəlim. İstədiyini anana bildir, mən gedib alaram sizin üçün."

Hüzur ərinin bu dediklərinə şən bir qəhqəhə atmışdı. Əli isə gülümsəyərək dodaqlarını arvadının qarnına basdırdı. Bir müddət sonra dodaqlarını ayırdı.

"Qoxun o qədər gözəl və sənə xasdı ki... Hər yerdə bu qoxunu alırmışam kimi hiss eləyirəm. Ağlımı başımdan alırsan." Hüzur son bir ildə yaşadıqlarına inana bilmirdi. İki günün içində evləndirilmiş, üstəlik əri tərəfindən istənməmişdi. O günləri xatırladı bir anlığına. Ərinin söylədiyi "Əsla amma əsla gözümə görünmə. Çünki səni görmək həyatımı qaraldır." O sözləri deyən adamla bu sözləri deyən adam necə eyni insan ola bilərdi? O vaxtkı Əli ilə indiki Əli arasında dünyalar qədər fərq var idi. Atası ilk dəfə evə gəldiyində üzünə belə baxmamışdı. İndi tez tez aparırdı onu atasının evinə, ya da gedib atasını öz evlərinə gətirirdi. Hətta çox yaxşı yola gedirdilər. Hər şey çox yaxşı gedirdi. Əlbəttə ki hərdən sevdiyi adamla mübahisə edirdilər amma küs qala bilmirdilər ki. Hələ hamilə qalandan sonra daha da üstünə əsirdi Hüzurun. Hüzur xoşbəxtliklə ərinə baxarkən bir daha şükr etdi Yaradan'ına...

••••••••

Hüzur ərinin oyanmamasına diqqət edərək yataqdan qalxmaq istədi amma əri çoxdan qollarının arasından çıxan arvadı ilə gözlərini aralamış ona baxırdı. Yenə ürəyi bir şeylər yemək istəyirdi Hüzurun. Ona görə qalxıb mətbəxə getmək istəyirdi. Bir şey demədən yataqdan qalxıb mətbəxə gedərkən Əli qolundan tutdu.

"Nə olub gözəlim? Özünü pis hiss eləyirsən?" deyə soruşdu nigaranlıqla. Arvadına və qızına bir şey olması düşüncəsi belə ürəyinin titrəməsinə səbəb olurdu.

"Heç nə olmayıb Əli, biz yaxşıyıq. Sadəcə ürəyim şokolad istəyir."

"Niyə durursan ki day sən? Mənə deyərdin mən gətirərdim də."

Hüzur barmaq uclarında yüksəlib ərinin dodaqlarına qısa bir öpüş qondurdu.

"Əli bilə bilə eləyirsən?"

Əli arvadının bu sualını anlamadığını sözləri ilə də bəlli etdi. "Neynirəm bəyəm?"

"Məni hər gün biraz daha aşiq eləyirsən özünə...
" Əli arvadının bu dediyinə qarşılıq o şəhanə gülümsəməsini sərgiləyib bu səfər o öpdü arvadının dodaqlarından. Hüzura hiss etdikləri o qədər başqa idi ki... Dilə tökmək çox çətin idi. Sözlər bəs etməzdi ki buna... Amma yenə də bu sevdasını bacardığı qədər dilə tökdü. "Sən bu həyatda sahib olduğum ən gözəl varlıqsan Hüzur. Məni sevməkdən heç vaxt vaz keçmə."

Hüzur əminliklə cavab verdi. "Buna heç şübhən olmasın."

İkisi də bir birinə xoşbəxtliklə baxarkən Hüzur burnuna gələn qoxu ilə zövqlə gözlərini qapatdı. Bu portağal iyi hardan gəlirdi? Belə sulu sulu, turş bir portağal görüntüsü gözlərinin önünə gəlincə tez gözlərini açdı. Gözləri iştahla parıldayarkən danışmağa başladı.

"Əli...?"

"Hə gözəlim?"

Sulu portağal görüntüsü gözlərinin önündən getməzkən sanki dadı dodaqlarında imiş kimi dodaqlarını yaladı. Birdən birə bu portağal eşqi haradan gəlib çıxmışdı belə?

"Ürəyim portağal istəyir e həm də çox."

Hüzur sözlərini bitirməsi ilə Əlinin sevinc nidaları atması bir olmuşdu. Nələr olurdu Allah Eşqinə? Sevinclə arvadının üzünü əllərinin arasına alaraq sulu sulu öpərək danışmağa başladı.

"Axır ki! Axır ki doğru düzgün bir şey aşərdin. Sırf sən bu yayın günü ürəyin portağal istəsin deyə hər tərəfə portağal qoxusu sıxmışdım. İşə yaradı."

Əlinin sevinclə dediyi şeyi Hüzur təəccüblə dinləyirdi. Bu adam həqiqətən manyakdı. Sırf gedib bu vaxtı çətin tapılan meyvə axtarmaq üçün bu qədər əziyyətəmi girmişdi yəni?

"Sənə inana bilmirəm Əli." deyə deyindiyində Əli arvadını saymayaraq tezdən yanaqlarını öpüb qapıya yönəldi. "Mən gedirəm portağal axtarmağa. Sən acısan yemək ye. Məni gözləyib ac qalma ha. Nə vaxt gələcəyim bəlli olmaz. Səni sevirəm gözəlim. Qızımızı da." Əli həyəcanla dediklərindən sonra arvadının bir şey deməyini gözləmədən evdən çıxdı. Bu adam həqiqətən dəlinin biri idi. Əlləşdiyi şeylərə bax. Gülərək şişmiş qarnını oxşayaraq mətbəxə doğru irəliləməyə başladı.

"Fəridə ana düz deyirmiş elə. Atan həqiqətən məntiqsizdir qızım. Allah ikimizə də səbr versin. Yaxşı ki atanı çox sevirəm, ona görə çox çətin olmur qatlanmaq."

Öz dediklərinə özü gülərək mətbəxə girdi. Gözünün önündə hələ də portağallar dönərkən bir şeylər yemədən də dura bilməzdi. Əlinin dediyi kimi, nə vaxt gələcəyi bəlli olmaz. Qızını ac buraxacaq deyildi ki...

Yazar: Məryəm
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 5 269
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri