Alın Yazım (9-cu bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 5
Baxılıb: 4 067
Səs ver:
(səs: 0)
Gəlinlik qutusunu yanıma qoymuşdum və bir an gözlərimi çəkmirdim.
-Heç yana qaçan deyil.
Azərin istehzalı səsini eşidib baxışlarımı yola çevirdim,utanmışdım yenə.
-İtalyan mətbəxini sevirsən?
-Heç dadmamışam.
-Mən çox sevirəm.Bildiyim İtalyan restoranı var,yeməkləri dadlıdı ora gedək.
Azər haqqında hər gün yeni bir şey daha öyrənirdim.
Restorana çatıb maşından enərək,içəri daxil olduq.Restoranın içi çox gözəl və səliqəli idi.Keçib masalardan birinə əyləşdik.Bir az sonra ofsiant yaxınlaşıb menyunu təqdim etdi.
-İstəyirsən sənin əvəzinə mən seçim?
Gülümsəyərək başımla razılıq bildirdim.
Azərin bu davranışı məni olduqca sevindirmişdi.Milli mətbəximizi sevirdim eyni zamanda dadlı yeməklər bişirirdim ona görə xarici mətbəx heç zaman maraq dairəmə girməyib.Azər bunu bildiyi üçün,məni incitmədən seçimi öz üzərinə götürmüşdü.O,bu hərəkəti ilə gözümdə bir pillə daha yüksəlmişdi.
Sifarişi verib söhbətə başladıq.
-Makaron sifariş etdim,qəşəng sousu var inşAllah bəyənərsən.
-Yeməkdə ki,zövqün geyim zövqün kimidirsə bəyənəcəyimdən şübhən olmasın.
Ona "buz parçası" deməklə haqsızlıq etmişəm çünki arada gülümsəyirdi.
Sifarişlər gəlmişdi,həqiqətən gözəl görünürdü.Yeməyə başlayıb elə ilk çəngəli ağzıma aparmışdım ki,ağzımın içi müharibə meydanına döndü.Allahım bu nə acı idi sanki dünyadakı bütün bibərləri yeməyə doğramışdılar.Gözümdən yaş süzülsə də bir təhər loxmamı udub,derhal masadakı suyu bir nəfəsə başıma çəkdim.Keçmirdi...İkinci bardağı içdim.
-Sənəm yaxşısan?Sənəm...Su ilə keçməyəcək...Al çörək ye.
Gözlərimdən alov çıxırdı,bu an Azərin mənim üçün canfəşanlığını görmürdüm belə.Tələsik onun əlindəki çörəyi alıb çeynəməyə başladım.Biraz keçmişdi...Azərin yavaşdan gülməsi məni lap qıcıqlandırırdı.
-Xahiş edirəm gülmə.
Sözümü deyib qəzəblə ayağa qalxaraq wc-yə tərəf addımladım,üz əlimi yuduqdan sonra makyajımı təzələyib çıxdım.Özümə gəlmişdim...
Geri döndüyümdə utanc hissi məni tamam bürümüşdü.Masaya əyləşib günahkar uşaqlar kimi başımı aşağı əyib danışmağa başladım.
-Acı sevmirəm...Yemək çox acı idi- Özümü müdafiəyə başladım.
-Günah məndədi,soruşmalı idim.
-Sən bunları necə yeyirsən? Heyif deyil öz plovumuz,dolmamız.
-Düzdü Milli mətbəximizə heç biri çatmaz amma fərqli yeməkləri dadmağı sevirəm.
-Başa düşdüm.
Çox ac idim...Onun da ac olduğnu bilirdim.
-Bəlkə başqa yemək sifariş edim?
-Yox...Evə gedək xaiş edirəm.
Qalxıb bir başa bizim evə gəlmişdik.Evdə heçkim olmadığından utanaraq da olsa Azəri evə dəvət etdim.Üstümü dəyişdikdən sonra süfrəni qurub yeməkləri isidərək masaya əyləşdik və yeməyə başladıq.Hər ikimiz çox ac idik,ona görədə səssizcə yeməyə dalmışdıq.Başımı qaldırıb Azərə nəzər saldığımda sevinmişdim,ilk dəfə onun bu cür iştahla yemək yeməsinə şahid olurdum.Süfrəyə baxdığımda isə bir növ şok keçirmişdim,çünki bütün qablar boşalmışdı.Bu mənzərə gülümsəməmə səbəb olmuşdu.
-Nəyə gülürsən?
Azərin kobud səs tonuna baxışlarımı ona çevirdim.
-Necə açmışdıqsa masa da təkcə boşqablar qalıb.
Bu sözümə Azər də gülümsəyərək qarşılıq verdi.
-Həqiqətən dadlı idi...Sənəm mənim evləndiyim qadından çox tələbim yoxdu,tək istəyim işdən evə gələrkən qapımı qadınım açsın,axşam yeməyini öz evimdə,onun hazırladığı yeməklərdən yeyim.Ailə həyatım sevgi üzərinə qurulmasa da hörmət,dostluq üzərinə olsun.
Yenə dostluq...Dəli olacaqdım...Sadəcə başımı yellədim,əslində düz deyirdi bizim ailə həyatımız sevgi üzərinə qurulmurdu.
-Səninlə razıyam ancaq unutduğun bir şey var,mən də bir qadınam xarici görnüşüm çirkin ola bilər amma qadınam...Təbii haldır ki,evlənəcəyim insandan bu sözləri eşitmək heç xoş deyil...Mən səndən sevgi ummuram,mənim "dostun" yox "qadının" olduğumu qəbul etməyini umuram.Gördüyüm qədəri ilə buna hələ hazır deyilsən,hazır olacağın günə kimi evlilymiz kağız üzərində olacaq.
-Sən nə dediyinin fərqindəsən?
-Bəli.
Sakit tonla danışmağım Azəri çaşdırmışdı,heç bir söz demədən üzümə baxırdı.Dediklərimin əslində həqiqətdən ibarət olduğunu bildiyi üçün heçnə demədən qalxıb evi tərk etdi.
Açıq söhbət etdiyim üçün,içim rahat idi.Günlərdir bu mövzu haqqında düşünürdüm və necə dilə gətirəcəyimi bilmirdim.Bunun üçün Azər özü şərait yaratmış,məndə düşüncələrimi dilə gətirmişdim,amma yenədə içimdə bir yer göynəyirdi.Azərin dediyi hər yaxşı söz məni göyün yeddinci qatına qaldırdığı kimi,xoşa gəlməyən sözü isə yerə çırpırdı.Otağıma keçib yatağın yanında yerə çökərək ağlamağa başladım.Ürəyimdə təzə cücərməyə başlan sevgi toxumları getdikcə canımı yandırırdı.Mən özümdə bilmədən getdikcə buz parçası dediyim adama aşiq olurdum...
Bugün toyumuz idi...O gündən bəri Azərlə görüşməmişdik,yenə qaçırdı.İnsanlar çətinliklə üzləşdiyi zaman,o çətinliklə mübarizə aparır Azər isə qaçırdı,qaçmaq artıq onda bir növ adət halını halmışdı.Salona getmək üçün hazırlaşıb,Gülçinin gəlməsini gözləyirdik,bibim qızıda mənimlə gələcəkdi.Əslində bibim qızının digərləri ilə getməyib,mənimlə gəlmə səbəbini bilirdim.Evdə məni rahat rahat iynələyə bilməmişdi çünki qonaqlar çox idi,indi təklik olacaqdı.
Gülçinin qısa zəngi ilə aşagıda olduğunu bilib endik.Gülçinin sürücü ilə gələcəyini düşünürdüm amma maşına söykənib gözləyən Azəri gördüyümdə donub qalmışdım.
Azərin gözləri parlayaraq gülümsədiyin görüncə qeyri ixtiyari arxaya döndüm.Arxadan heçkim gəlmirdi deməli Azər mənə bucür gülümsəmişdi.O sözlərimdən sonra gülümsəmək bir yana,üzümə baxmayacağını düşünmüşdüm amma o gülümsəyib baxırdı.Özümü tamam itirmişdim və ayağım dolaşırdı. "Allahım nə olar biri məni tutsun,yeri qucaqlıyacam indi" deyə dua edirdim ki,bibim qızı qoluma girdi.
-Deyirəm nə şanlıimişsən.yeznə çox yaraşıqlıdı.
-Xatırladım ki,sən nişanlısan.
-Nə dedim ki,aa
Hələ mənə sifətdə edir,nə demişmiş birdə desəydin.Keyfim qaçmışdı,bu son olmayacaqdı bundan əmin idim.
-Salam necəsən?
-Salam,yaxşıyam sən necəsən?
-Şükür...Keç otur.
Azərlə aramızdakı qısa və alışılmış dialoqdan sonra maşına əyləşdik.
-Az niyə nişanlının yanında oturmadın?-Bibim qızı öz ampulasında çıxışına davam edirdi.
-Öhö öhö...
Yalandan öksürdüm...Yaxşı ki nə demək istədiyimi başa düşüb susmuşdu.
Salona çatıb maşından endik.
-Sənəm.
Azərin səsinə geri dönüb ona yaxınlaşdım.
-Mən keçən gün səni incitmək istəməmişdim...Düzünü desəm cəsarətinə heyran olmamaq mümkün deyil...İlk dəfə idi bir qadın mənə qarşı gəlib,mənə sərhəd qoyurdu...Əslində dediklərində doğruluq payı çox idi,ona gorə fikrinə etiraz etmirəm...Mən sənlə razıyam,bundan sonra həyatımız necə istəsən elə o cürdə olacaq.
Azər sözünü dedikdən sonra maşına minərək ordan uzaqlaşdı.Mən isə arxasınca baxa baxa qalmışdım.Nə hiss edəcəyimi,nə düşünəcəyimi bilmirdim.Onun mənim fikirlərimlə razılaşdığını bilmək məni sevindirsə də bir yandan biraz üzülmüşdüm.Əslində nəyə üzüldüyümü tam olaraq bilmirdim.Deyəsən mənim üçün mübarizə aparmasını istəmişdim amma yanıldığımı gormək məni biraz üzmüşdü.Hansı haqla bunu gözləyirdim onuda bilmirəm.Ən azından Azər mənim sözlərimə dəyər verib razılaşıb,bu mənə hərşeyi düzəltməyim üçün zaman qazandıracaqdı.İndi sadəcə bunu düşünüb sevinməli idim.
Salona daxil olub,stuldan birinə əyləşərək özümü vizajist xanımın əllərinə təslim etdim.
-Gəlin qızımızı gözəlləşdirin.
Bibim qızının deyəsən bu gün susmaq niyyəti yox idi amma mən fikir vermirdim çünki bu gün mənim toyum idi,həyatda bir dəfə olacaq bir şey,heç nəyin eləcə də heç kimin bu günümə kölgə salamasıa izin verməyəcəkdim...
Aynaları sevmirdim çünki aynalarda xarici gözəlliyə önəm verirdi,amma bu gün aynada mənə tanımadığım bir qız baxırdı...Gəlinliyim saç və makyajım,qısacası sözün əsil mənasında dəyişmişdim.Buna təccüblənmədim desəm yaĺan olardı.Üzümdəki ışıltı gəlinliyin yansıması idi yoxsa qəlbimdə ki,qarşılıqsız sevginin? Bunu bilmirdim...
Bu an ən çox ana nəvazişinə ehtyac duyurdum,gözümdən süzülən damlanı əlimin tərsi ilə silib,başımı göyə qaldırdım.
-Ana...məni görürsən?
Qapının xəfifcə döyülməsi ilə cümləmi tamamlaya bilməmişdim.Qapıda səssizcə məni izləyən Səadət xalanı görməyimlə yenidən göz yaşlarına boğuldum.
-Ana...
-Can ana...
Səadət xala mənə Tanrının hədiyyəsi idi,bu zamana kimi ona ana deməyərək çox haqsızlıq etmişəm çünki o,ana sözünün qarşılığı idi.Bir birimizə sarılıb ağlamağa başladıq,otağa daxil olanlar bizi sakitləşdirmişdi...Siqnal səsləri ilə makyajımı düzəldib,özümü ələ almağı bacarmışdım.Azər qapıdan girdiyi an başdan ayağa süzdüm onu.Bu gündən etibarən həyatıma,ara sıra gülümsəyən bu adamla davam edəcəkdim.Çox yaraşıqlı idi...Mən onu sevirdim qarşılıqsızda olsa...Qoluna girib gülümsəyərək üzünə baxdım və özümə bir söz verdim,onun qəlbini qazanıb özümü sevdirəcəkdim...
Böyüklərimizin xeyir duası ilə evdən çıxıb şadlıq evinə doğru yol aldıq.Məkana çatıb,maşından enərək içəri daxil olduq,rəsmi nigahdan sonra ilk rəqsmizi edib yerimizə əyləşdik.Toy öz axarında davam edirdi.Hər kəs yeyib içir,rəqs edib əylənirdi.Yadıma nişanımız gəlmişdi,o gün Azər heç üzümə baxmamışdı amma indi azda olsa,o günə nisbətən aramızdakı buzların əridiyini hiss edirdim.Azər yenə gərgin idi,ara bir qalustuqunu genəltməsindən hiss edirdim.Hər halda bu qədər göz önündə olmağa alışmamışdı,əslində gözlər mənim üzərimdə idi amma gərilən Azər idi.Qohumlarının mənə öldürücü baxışlarla baxmasından artıq təngə gəlmişdim sanki Azərlə evlənərək cinayət işləmişdim...
Toy sona çatmış hər kəs dağlışmağa başlamışdı.Bizdə yaxınlarımızla görüşüb evə getmək üçün maşına eyləşdik.Arxaya dönüb valideyinlərimə baxaraq,yanağım boyu süzülən damlaları sildim...Yeni həyata başlayırdım...Evimizə gəlib,qapının önündə dayandıq...Azər açarları çıxarıb qapını açaraq dilləndi.
-Qapını açarla açmağı heç sevmirəm.Bundan sonra sən açacaqsan-deyib məni qucağına aldı-Adətə uyğun olsun Sənəm Qarayeva...

Yazar: Afaq.Q
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 067
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri