Kəpənəklər azaddır (8-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 8
Baxılıb: 3 628
Səs ver:
(səs: 0)
Elnarə bu sualı gözləyirmiş kimi sakit səslə dedi:
- Yox.
Ceyhun gülümsəyərək:
- Mən də.- deyib, qapını açaraq çıxdı.
Qapı örtüldüyü anda Elnarə sanki ayılın, onun arxasıyca getmək istədi. Əlini dəstəyə atdığı anda geri çəkib dayandı. Öz-özünə pıçıldadı:
- Mən onu sevirəm?...
Bu sualı özünə verdiyi ilk günü hələ də xatırlayırdı...

3 İL ƏVVƏL:
Elnarə əlinə verilmiş fotoya baxıb düşünməyə çalışırdı. Onun çarpayısına əyləşmiş orta yaşlı bir qadın bundan bezmiş kimi dilləndi:
- Eliş nə fikirləşirsən ee? Ali savadlı oğlandı. Işi də var, yaraşığıdakı öz yerində. Başqa nə istəyirsən ee?
Elnarə gözlərini şəkildə belə fikirli görünən Ceyhundan ayırmayıb dedi:
- Xala mən onu yaxşı tanımıram axı...
- Da nə tanıyasan? Kolleqasız ee siz. Eyni fikirli insanlarsız da. Bundan yaxşısı var?
- Mən axı onu sevmirəm...
Xalası gülümsəyərək ona daha da yaxınlaşıb, şəkli göstərərək dedi:
- Sevmirsənsə bəs niyə gözünü ondan çəkə bilmirsən?
Elnarə utanaraq başını aşağı salıb, öz-özünə pıçıldadı:
- Mən onu sevirəm?...

Nilay qapının döyülməsinə diksindi. Artıq neçə saatdır o vəziyyətdə yerdə qaldığını xatırlamırdı belə. Güclə durub, keyiyən ayağını ovuşdurdu. Qapını açmağa gedərkən, divardakı aynaya gözü sataşıb dayandı. Üzündə bayaq axıtdığı göz yaşlarının izi aydın bilinirdi. əlini sərt bir şəkildə üzünə gəzdirib, hər zamanki məsum təbəssümü ilə gülümsədi aynadakı özünə. Qapını açdığı anda, baxışlarını ona dikən Ceyhun tək bir kəlimə söylədi:
- Hazıram.


Yarı-qaranlıq otaq.(müəllif: Cəmilə Məmmədli) Yan otaqlardan gələn əcayib səslər. Otaqdakı qatı siqaret dumanından güclə seçilən 4 qadın paslanmış dəmir başlıqlı bir çarpayıda oturmuşdular. əyinlərindəki bədənlərini güclə örtən paltar, dağınıq saçları, olduqca kobud və qatı edilmiş makiyajları ilə yaranan miskin görkəmlərini, üzlərindəki yorğun və bezgin ifadə tamamlayırdı. Birdən yan otaqdan gələn qəhqəhə səsinə diksinən sarısaçlı qadın, digərlərinə baxıb maraqla soruşdu:
- O nə idi?
Digər 3 qadın, onun bu təəccüblü halına maraqla baxıb, bir-birlərinə baxıb güldülər.
Digərlərindən böyük olduğu hiss olunan eynəkli kinayəli səs tonu ilə dedi:
- O öyrəşmişlərdəndi. Hamı sənin kimi zırıldamır Məleykə. Bir az keçəndən sonra öyrəşirsən, hələ zövq almağa da başlayırsan.
Məleykə gözlərini geniş açıb, maraqla soruşdu:
- Doğurdan N...
- Sus!- deyə qışqıran eynəkli, qəzəblə davam etdi:
- Sus! Heç kimin əsl adını çəkmə! Hamınız adlarınızı, keçmişlərinizi, yaxınlarınızı unudun. Burda hamımızın tək bir adı var- fahişə.
Bayaqdan səssiz dayan qıvrımsaç:
- Guya mənim əvvəlki həyatım, adım, yaxınlarım var...
Eynəkli az öncə danışan qadının yazıq baxışlarını görüb, bir anlıq gözlərini qaçırdı. Birdən yenə baxışlarını soyuqlaşdırıb, gülərək dedi:
- Mənim də yoxdu.
Yatağın küncündə ayaqlarını qarnına yığıb oturan əsmər sakit səslə pıçıldadı:
- Mənim də...
Hər kəsin səssizləşdiyini görən sarısaçlı göz yaşlarını saxlaya bilməyib, hönkürərək dedi:
- Mənim var və mən onların yanına getmək istəyirəm!
Digər 3 hıçqıraraq ağlayan Məleykənin yanına yaxınlaşıb sakitləşdirməyə çalışdılar. Bir otaqda göz yaşlarını saxlaya bilməyən 4 qadının səssiz hıçqırıqları eşidilərkən, digər otaqlardan əcayib səslər və qəhqəhələr eşidilməyə davam edirdi...

- Nilay? Nilay...
Nilay səsə diksinib, xəyallarından ayıldı. ətrafına nəzər yetirdik də enə Ceyhunla qarşı-qarşıya oturduğunu gördü. Cəld gülümsəyib, sanki heç nə olmamış kimi dedi:
- Hə? Nə deyirdin?
Ceyhun onun gözlərində gördüyü bayaqkı boş ifadəni anlamağa çalışaraq soruşdu:
- Nə fikirləşirdin?
- Heç. Sabahkı iclası.
Ceyhun buna inanmasa da, söhbəti dəyişdirmək üçün dedi:
- Sən mənə Lamiyə adlı qızın həyatını danışırdın hə? Sonra nə oldu? O necə...
Nilay kinayəli bir təbəssümlə:
- Necə Fahişə oldu hə?- deyib, Ceyhunun baxışlarını qaçırdığını görüb davam etdi:
- Dedim axı, özü istədi.
Ceyhun əsəbi şəkildə Nilaya baxıb, onun nə düşündüyünü anlamağa çalışdı. Amma hər zaman məsum bir təbəssümlə baxan o gözlərdə o qədər boş bir ifadə var idi ki. Sanki heç nə düşünmürdü, heç nə hiss etmirdi. Ceyhun Nilay əslində hər zaman belə baxdığını xatırlayıb, bu ana kimi fərqinə varmadığına təəccübləndi. Birdən verəcəyi sualı xatırlayıb, əsəbi şəkildə dedi:
- Necə yəni özü istədi? Hansı qadın satılmağa razı olarki? Demək ki, özünün canında...
- Bəs hansı kişi bir qadın bədənini almağı qəbul edər ki? Kimisi borc alıb, kimisi ailəsinin ruzisindən kəsib, hətda uşağının dərman pulunu da bir gecəlik kefinə verənlər var. Çünki onların ruhunda fahişəlik var... çünki hər fahişənin fahişə olmasına səbəb fahişə ruhlu bir kişi var.
Nilay sözlərini bitirib, Ceyhunun gözlərinin içinə baxdı. Onun baxışlarını qaçırdığını görüb, qətiyyətlə dedi:
- Bəs siz Ceyhun bəy, evdə halal arvadınız sizi gözlədiyini bilə-bilə, mənim kimi bir keçmiş fahişənin yanına niyə gəlmisiz? Sizi məndən yaxşı edən nədir?

Yazar: Cəmilə Məmmədli
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 628
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri