Bir gecəlik günah (7-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 5 211
Səs ver:
(səs: 0)
Sənanın dostları gəlmişdi artıq. Amma aralarında Ariz yox idi. Sənan dostları ilə söhbət edirdi amma ağlında Məryəmin hec nə demədən çıxıb getdiyini fikirləşirdi. Halbuki, Sənan ona hec bir söz deməmişdi.. Fidan Sənanın qulağına "Məryəm denən naməlum haradadı?"deyə pıcıladadı. Sənan Fidanın dediyi sözü öz ağlından keçirdib "Hardadı.."deyib öz özünə Fidana dönüb "Uşaqlarıda götür get. Mənim vacib bir işim var"dedi. Fidan söz söhbət yaratmadan uşaqlar ilə birgə evi tərk etdi. Sənan isə Məryəmə zəng etdi. Məryəm evin yaxınlığındaki uşaq parkına gedib,yellənciklərin birində oturmuşdu. Telefonun zəng çaldığını görüb, cibindən çıxartdı.

Alo..
-hardasan?
Mənn?
- yox mən! Hədə sən
Uşaq parkında...
-Orda qal

Məryəm telefonu söndürb "Onsuzda gedəcəyim bir yerim yoxduki.. Arizədə bir şey deyə bilmərəm.. Mənə görə aralarının dəyməsini istəmirəm.. Qaldıqmı yenə tək başımıza qızım.. Sənə bildirməsəmdə qorxuram indi.. Gecənin bir vaxtı burda tək olmaqdan, çox qorxuram .. Amma başqa çarəmiz yoxdu.. Bir az yellənməyə nə deyirsən? Birlikdə uşaqlıq edək səninlə" deyib yelləncəkdə yellənməyə başladı. 10 dəqiqə keçmişdi artıq. Sənan parka daxil olub, Məryəmi axtarmağa başladı. Uzaqdan yelləncəkdən kiminsə yellədiyini görüb ora yaxınlaşdı. Qulağına səslər gəlməyə başlamışdı. Yelləncəyin arxasında durub, Məryəmin öz özünə danışdıqlarına qulaq asdı. "Necə olacaq həə bundan sonramız? Əvvəldən tək olmuşam mən, bundan sonrada həyata tək davam edəcəm... Sənan istəmir.. İstəmir qızım.. Nə səni nədə məni istəmir.. Atan deyə bilmirəm.. Səni qəbul etmir. Bundan sonra sən varsan, mən varam, biz varıq amma Sənan yoxdu.. Bu saatda bizi çölə atan adamdan, nə mənə yoldaş, nə sənə ata olar..Ancaq zəhərli sözləri var başqada hec nə.. Məndə hamı kimi olmasını istəyərdim.. Səni biləndə sevinməyini istəyərdim.. Amma ... Amması yoxdu qızım.. Bundan sonra səni incidicək hər seydən uzaq duracam.. Tək varlığım sənsən.. Səni itirə bilmərəm..." deyib ağlamağa başladı. Sənan isə bu eşitdiklərindən sonra sanki yerində donub qalmışdı.. İçində sakit bir fırtına qopdu.. Eşitdikləri nə qədər acı olsada, onun haqqında deyilmiş bir gercəklər idi.. Bir gün vicdanın vurarmı üzünə şillə...?! Yatmış vicdanın oyanarmı? Aylardır etdiyin zülm qarşısında, indi susarmısan? Qaranlıq bir zülmət gecənin tən ortasında dayanmışkən, yenidən indi həyatını qaranlığamı çevirəçəksən? Ya bu zülməti söküb, gec olmadan etdiyin sehvləri düzəldəcəkmisən? Qorxaqsan Sənan.. Qorxaqsan! Qorxdun sən xoşbext olmaqdan qorxdun! Həyat qorxaqları sevməz! Cəsarətin olacaqmı indi?! İnanmıram... Yaratdığım obraza mən inanamıram... Sən həmişəki Sənan olmağa layiq bir insansan! Qorxaqlığa davam Sənan! Qorxaqlığa davam!
Sənan Məryəmin bu danışıqlarının, eşitməsini sanmaması üçün parkın arxasından yavaşca irəlləyib, Məryəmin qarşısına çıxdı. Məryəm Sənanı görəcək, yelləncəkdən endi. Sənan "Gedəy.."deyib üzün çevirib addım atmağa başladı. Məryəm isə olduğu yerdə idi.. Sənan təkrar çönüb arxaya baxdıqda, Məryəmin olduğu yerdə qaldığını görüb "Orda nə dikilib qalmısan, gəl gedirik evə"dedi yenidən. Məryəm sanki böyük şokdan ayılıb, Sənan tərəfə addımlamağa başladı. Sənanın bura gələcəyini hec gözləmirdi. Maşına mindilər birgə. Məryəm Sənana ifadəsiz bir şəkildə baxırdı.. Sənan isə ağlında, Məryəmin dediyi sözləri götür qoy edirdi.. Evə gəlmişdilər. Məryəm evdə hec kimin olmadığını görüb "Dostların.."dedi. Sənan "Gəlmədilər" bu gün deyib öz otağına çıxıb, özünü yatacağına atdı.Yalanlara sığınmağa davammı Sənan? Səndəndə bu hərəkət gözlənilərdi.. Niyə deyə bilmədinki bütün danışıqlarını eşitdim?! Niyə deyə bilmədinki, əslində dostlarım gəlmişdi, amma mən sənin üçün onları göndərdim! Niyə..?! Niyə edə bilmədin.. Elə bilirsənki həyat səni bağışlayacaq? Yox əzizim.. Sən sehv bilmisən.. Həyat gec qalanları, hec vaxt bağışlamır!!!

Bölümün Sonu ...

Müəllif: İ.Goncha
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 5 211
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri