Bir gecəlik günah (8-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 11
Baxılıb: 6 230
Səs ver:
(səs: 0)
Bir yerdə qarşıma, belə bir cümlə çıxmışdı "Qızını sənə bənzər, birilərindən qorumağa çalışanda, yatmış vicdanın oyanacaq...!" Nə qədərdə dərin bir mənaya sahib olan cümlədi.. Eyni ilə Sənanı, ifadə edir.. Yaşadığı həyatı daha da çətinləşdirən, Sənanında yatmış vicdanı bir gün oyanacaqmı?
1 ay sonra
Noyabr ayı olduğundan havalar artıq soyumağa başlamışdı. Məryəm artıq uniyə getmirdi. Nərgiz xanım uni məsələsin danışıb həll etmişdi. Sənan isə hər keçən gün, özünü dahada çıxmaz bir kücədə qalmış kimi hiss edirdi.. Arizlə Məryəmin isti münasibətlərin görüb, Məryəmi Arizdən qısqanırdı. Bunun əsl səbəbakarıda özü idi. Əmisi oğlu Ramiz iləsə hər zamanki kimi aralarında soyuq küləklər əsirdi. Ramiz daim Sənana iynəlicəyi sözlər atırdı. Bu gün isə Sənan Məryəmlə ona paltar almaq üçün evdən çıxacaqdılar. Çünki Məryəmin paltarları sıxırdı artıq onu. Avmlərin birində idilər. Məryəm çoxlu paltarlar geyinib çıxardıb, sonda bəzilərində qərar alıb, mağazadan çıxmışdılar. Mağaza sıralarında oyuncaq satılan yerlərə Məryəmin gözü daima taxılıb qalırdı. Sənan isə Məryəmin uşaq oyuncaqlarına heyranlıqla baxdığını görüb "Alaq kukla?"deyib oyuncaq mağazasına baxdı. Məryəm "nəə...?"dedi. Sənan "Oyuncaq deyirəm almaq istəyirsən?" Məryəm gülümsünüb "istəyirəm"deyib mağazaya daxil oldu. Məryəm oyuncaqlara bir bir baxırdı. Sənanın isə diqqətin 'nağıllar ailəmindəki olan, böyük saraylı ev' çəkmişdi. Yaxınlaşıb diqqətlə ona baxdı. Və bir anlığına, üzünün güldüyü nəzərinə gətirdi. Üzündən gülüşü silib, işcilərdən birini yanına çağırıb, həmin bu evidə götürəcəyini bildirdi. Məryəmdə secdiyi oyuncaqları alıb, mağazadan çıxdılar. Məryəmin gözü Sənanın əlində olan paketdə idi.Dayana bilməyib "O nədi?" deyə soruşdu. Sənan "Oyuncaqdı..." dedi. Çox acıqlayıcı bir cavab oldu, elə deyilmi? Ya daha çox gizlətmək istədi.. Evə gəlmişdilər artıq. Məryəm yorulduğundan yatmışdı. Sənan isə öz otağına çıxıb paketi açıb, evi qurmağa başlamışdı. Daha doğrusu qura bilmirdi.. "Of nə çətin imişş.. Qıraqdan baxanda adama nə asand gəlir. Axmaq Sənan qıza aid olan oyuncağı niə aldınki? Alaydın bir pultlu maşın sürərdin özün üçün.. Mən nə danışıram belə. Mən oyuncağı özüm üçün yox, qızım üçün aldım.."dedi. Daha sonra öz dediyini özü üçün təkrar edib"Mən... qızım üçünmü dedim? Yox artıq" deyib öz dediyinə inanmamaq istədi.. Amma olan olmuşdu Sənan bəy! Sizin dilinizdən istəməzcədə olsa "Qızım üçün" kəliməsi çıxmışdı!

Bölümün Sonu...

Müəllif: İ.Goncha
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 6 230
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri