Bir gecəlik günah (14-cü bölüm FİNAL)

Müəllif: Lusi
Şərhlər: 17
Baxılıb: 6 775
Səs ver:
(səs: 1)
5 il Sonra
Ən son Məryəm qızınıda götürüb, Sənanı tərk etmişdi. Qururu sevgisindən daha üstün gəldiyi üçün.. Sənanın onu tapmaması üçün Türkiyəyə getmişdi. 2 il orda qaldıqdan sonra isə Azərbaycana qayıtmışdı. Sənan bu illərdə Məryəmi çox axtarsada, onu tapa bilməmişdi. Günü gündən məhv olurdu.. Ciddi, üzü gülməz bir adam olmuşdu.. Qızının üzün görməsəydi, bəlkədə ona bu qədər çətin gəlməzdi.. Amma o qızını həm görmüş, həmdə qoxulamışdı.. İnsanın qoxusuna möhtac qalmaq nədir bilirsinizmi siz? Məryəmin dediyi kimi tam cəhənnəmi yaşayırdı indi. Hər gün beşiyin yanına gəlib göz yaşı tökürdü. İnsan bezməzmi hec bu 5 ildə hər gün ağlamaqdan? Sizə nağıl kimi gəlsədə Sənanın hər günü ağlamaqla kecirdi. Gözünün altı daima şiş və qaraltı idi. Bu hal Nərgiz xanımın gözündən qacmırdı. Amma əlindən edəcək, hec nə gəlmirdi. Arizlə dostluq münasibətləri bitmişdi. Tək başına həyatına davam edirdi. Yada həyatına davam edir deyil, məcbur qaldığı üçün yaşayırdı.. Parçalandımı içimiz...? Sızladımı ürəyimiz? Sənanın Məryəmə qarşı pis davrandığını unudub, Sənanı bağışladıq. Məryəm isə bağışlamayıb getdi. Bəziləri deyirki "Sevən getməz.." amma ən çox "Sevən gedər" əzizim..

Ən çox sevən... Getmək cəsarət istər, getmək böyük bir ürək istər.. Qalmaq isə hünər.. Məryəm getməyi secdi. Arxasında qoyduqlarını hec düşünmədən getməyi seçdi. Sızlamadımı qəlbi..? Sızladı... Amma qızını qucaqlayıb, yanan qəlbinin odun söndürməyə çalışdı. Qələmə aldığım bu hekayədə özümün üzü hec vaxt gülmədi.. Məryəmində Sənanında acısını daima hiss etdim. Yazmağa davam deyirəmsə, acılarınıda çəkməyə davam.
Bu günümüzdən
Nərgiz xanım oğluna baş çəkmək üçün onun evinə gəlmişdi. Qonaq otağında idilər. "Oğlum.. 5 il keçib, daha nə qədər özünü incidəcəksən.."dedi içi yanaraq. Sənan "Ana eyni sözləri demeyden əl cek! Sən mənsiz yaşaya bilərsən? Yaşaya bilərsən?!"dedi. Nərgiz xanım bu sual qarşısında susdu.. Çünki verəcək bir cavabı yox idi.. "Oğlum amma sən günü gündən məhv olursan.."dedi. Sənan ayağa qalxıb "Ana mən onsuz Məryəm gedən gündən məhv olmuşam! Başa düşürsən mən qızımın ilk sözün, ilk yerişin, böyüməyin hec neyin görmədim... Getdi.. Onu nə qədər çox sevdiyimi bilərək getdi.. İndi çox xoşbextdə ola bilərdik.. Amma olmadı"dedi. Daha sonra qapının zəngi çalındı.

Sənan 'görəsən kimdi' deyə içindən keçirdib, qapıya yaxınlaşıb qapını açdı. Gördüyü məzərə isə, polis geyinmində olan 2 şəxs, yaşı 35dən yuxarı sarı saçlı qadın, və yanlarında təxmini 5 yaşlarında olan bir qız uşağı gördü. Qızın gözləri eyni ilə öz gözlərinə bənzəyirdi.. Polis "Sənan Kərimzadənin evidi?"dedi. Sənan gözlərini balaca qızdan çəkib kəkələyərək "Bəəlli"dedi polisə baxaraq. Polis "Məryəm Kərmizadə vəfat edib, qızı isə ortalıqda qalıb, sənədlərdə atası olaraq sizin adınız keçir. Qızınızı qəbul edirsiz?"dedi. Sənan sanki böyük bir şok yaşamdı. İnana bilmirdiki qarşısında dayanmış, qız onun öz qızıdı.. Amma Məryəmin ölümü..? Məryəm yox idimmi həyatda?düşüncələri ilə dizlərin yerə atıb qızına möhkəmcə sarılıb ağlamağa başldı. Balaca qız isə olduğu kimi qalıb, düşdüyü bu vəziyyəti anlamağa çalışırdı. Məryəm xərcəng xəstəliyindən vəfat etmişdi. Bəli, 1 ildən çox idiki bu xəstəliklə tək başına mübarizə aparırdı.. Amma bu xəstəliyə qalib gələ bilmədi.. Sənanın yanına qayıtmağa hec üzü yox idi..

Amma Məryəm bilirdiki, Sənan qızına sahib çıxacaq. Gözünü rahatca yumub, bu dünyadan köçmüşdü... İllərdən sonra Sənanı qızından ayrı qoymağın nə qədə böyük bir sehv hərəkət olduğunu anlamışdı. Amma son peşmancılıq hec vaxt fayda verməzdi.. Sənan qızına qovuşduqdan sonra, onu bir dəqiqə olsun belə tək qoymamışdı. Düzdü Bahar qoxulu qızının ona öyrəşməsi bir az zamam almışdı, amma Sənan hər çətinliyin üstündən gəlib, ona həm ana həmda ata olurdu. Sənan Baharı 5 saat deyil, 5 gün deyil, 5 ayda deyil, tam tamına 5 il gözləmişdi. Bu gözləyişin sonunda Qızına qovuşmuşdu. Könül istərdiki, Məryəmdə bu sonluğun içində olsun. Amma ola bilmədi.. Çünki Məryəm, Sənanı tərk edib gedərək, mənim qələmimdən çıxıb, öz həyatını öz qələmində yazmağa başlamışdı.İndi isə 2 nəfərlik həyatlarında Sənan ilə Bahar çox xoşbxət idi.Əminəmki Məryəmin ruhuda bu xoşbextliyə çox şad idi.

SoN

Müəllif:İ.Goncha

Ps. Mən həmişə hekayələrimi xoşbext sonluqla bitirmişəm. Amma bu dəfə tam olaraq elə bitmədi... Hekayəni bu cür final etməyə məcbur idim. Çünki şablon sonları hec sevmirəm. Və inanın bu hekayəyə başqa sonluq yaraşmazdı. Egər hekayəyə başqa sonluq yazmış olsaydım,hekayə öz abu havasından çıxıb, bəsid bir sonluğa aid edilmiş olacaqdı.Çünki, bizlər bu hekayədə çox üzüldük, içimiz parçalandı, yeri gəldidə bir ağlayıb, Məryəmin acısını bir hiss etdik.. Daha sonra isə Sənana qarşı içimizdə mərhəmət hissi yarandı. 'Belə sonluqla niyə bitirdin?' desəniz, "Qələmə aldığım yazı, əbəs yerə deyildi.. İnsan bir hərəkət etmədən əvvəl yüz ölçüb, bir biçməlidir. Yanlış bir hərəkət bütün həyatınızın alt üst olmasına səbəb olar. Eyni ilə Sənanın 'günah' adlandırdığı sehvi kimi. Eyni ilə Məryəmin Sənanı 'tərk edib getməsi' kimi.. İkisidə yaşatdıqlarını yaşadılar. Necə demişdim? Həyat gec qalanları hec vaxt bağışlamır!" Bunu sizə acıqlamayı özümə borc bildim. Həmişə sevgi ilə qalın❤

Qeyd:Hekayə Final olsada, növbeti bölüm paylaşımı "Özəl BöLüm" olacaq.
(səs: 1)
Şərhlər: 17
Baxılıb: 6 775
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri