Bir gecəlik günah (9-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 10
Baxılıb: 5 192
Səs ver:
(səs: 0)
Sənanın dilindən
Hər gün Məryəmin parkda dediyi sözləri düşünüb, özüm özümə lənət oxuyurdum. Hər keçən gün Məryəmidə, qızımıda daha çox sevməyə başlayırdım. Otağımdaki oyuncaq evi qurarkən, belə qızımı xəyal edib qurmuşdum. İstəmədiyim, aldırmaq istədiyim qızımı düşünüb, peşman olurdum. Atalar qızlarını, qızları isə atalarını çox sevərmiş. Görəsən bir gün qızım, onu istəmədiyimi öyərənəndə belə məni sevəcəkdimi? Düşdüyüm vəziyyət çox çətindi mənim üçün. Nə edəcəyimi, necə davranacağımı bilmirəm. Özümü dünyanın ən şərəfsiz bir insanı sayıram. Belə saymağımın səbəbkarı isə Ramizdi.. Ramizin dediyi "Eşitdim qızın olacaq.. Ya bir gün qızının qarşısına sənin kimi biri çıxsa?" sözünü deyib qəh qəhə çəkib gülümsəməsi idi. Bu düşüncənin özü belə mehv edir məni. Yəni o qədər alcaq biriyəmki, 'qızının qarşısına sən kimi biri çıxsa' deyilən bir cümlədən qorxdum.Qəbul edirəm, Məryəmə yaşatdıqlarım bağışlanılası bir şey deyil. Nə etsəmdə o məni hec vaxt bağışlamaycaq. Əlimdən bir sey gəlmir edəm. Günü gündən O məndən dahada uzaqlaşır. Günü gündən, mənə qarşı artıq içində sevgi qalmadığını görə bilirəm. İfadəsiz baxır mənə.. İncimiş baxır.. Küsgün baxır.. Qırılmışcasına baxır.. Amma sevgi dolu baxmır. Məhv etdiyim sevgi hissin geri qaytara bilmirəm. Hər gün Arizlə hava almaq üçün parka çıxırlar. 'Mənimlə gedək..' deyə bilmirəm ona. Sakit durub onların bir biri ilə necə xoş bir münasibətdə olmağına baxıram. Aylar əvvəl səhər saatlarından çıxıb, evə gec saatlarında gələrdim. Amma indi isə uni bitən kimi tez evə gəlirəm. Məryəm isə mən yox imişəmki davranır. Daha ona əsəbləşə bilmirəm.. Fidanada artıq "Bitdi!"demişdim. Bitmişdi.. Məndə bitmişdim artıq. Bitmişdim! Tükənmişdim! Məryəmə yaşatdığım hər seydən utanırdım! Sahib çıxa bilərdim! Onu qəbul edə bilərdim! Amma etmədim.. Mənim sehvimin nəticəsin, Məryəm tək başına çəkdi. Aylar sonra bunları başa düşməyim nəyi dəyişdirir? Həyat, dərsin mənə çox gözəl verdi. İçim paramparçadı indi.. Acı çəkirəm.. Yaşadığım acını iliklərimə qədər hiss edirəm desəm tam yeridi. Özüm özümü bədbəxt etdim.. "Bana bir masal anlat baba" mahnısını dinləyirəm indi. Bu mahnı məni daha da məhv edir. Dahada çıxılmaz bir vəziyyətə sürükləyir... Nəfəsim çatmır.. Özüm özümə, düşdüyüm bu vəziyyətə inana bilmirəm. Mən Sənan Kərimzadə həyata yenildim.. Sevirəm indi.. Sevirəmm.. 'Bir gecəlik günah' olan qızımı çox sevirəm..

Bölümün Sonu..

Müəllif: İ.Goncha

Ps. Bölüm obrazın dilindən olduğu üçün qısa oldu
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 5 192
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri