Məni tək qoyma, ölərəm (2-ci bölüm)

Müəllif: Onun_Mələyi
Şərhlər: 16
Baxılıb: 4 791
Səs ver:
(səs: 0)
İyul ayı yenicə girmməsinə baxmayaraq çox soyuq idi hava.
İşdən evə,atasının yanına getməyə can atan Sevincin küləy üzünə dəyib,bədəninə dolurdu..Yenicə başlayan narın yağış damcıları onun üzünü isladıb,sanki onunla söhbət edirdilər.. Bu onun çox xoşuna gəlirdi.
Yağış yağanda çətir açmaq yağışa kobudluq kimi idi ona görə.
Yağış yavaş-yavaş güclənirdi,o isə islandığına baxmayaraq qaçmırdı,yağışın qoxusunu içinə çəkə-çəkə əllərini havaya qaldırıb,yağış damcılarını tutmağa çalışırdı.
Bu zaman onu birisinin izlədiyini hiss elədi bir an,yenə də fikir verməyib yoluna dəvam etdi.
Yavaş-yavaş yaşadığı binaya çatdı.5'ci mərtəbədə yaşayırdılar,Köhnə tikili olduğundan lift yox idi binada.
Həmişəki kimi o ,5'ci mərtəbəyə kimi nərdivanla qalxmalı oldu.
İçəri keçəndə evdə bir qadın ayaqqabısı gördü..Nə düşünüb-nə düşünmədən həyacanlandı birazda.
Kim ola bilərdi ki?
Atası Sevincə səsləndi:
-Seva gəl qızım,bax Rahilə xalan bizə gəlib.
İçəri girəndə orta yaşlı,nur uzlü,bir qadın oturmuşdu divanda.
Sevinc onun kim olduğunu bilmədi deyə sadəcə salamlamaqla yetindi.
Ama Rahilə ayağa qalxıb onu alıcı gözü ilə başdan ayağa süzdü,alnından öpüb:
-Hay Allah,çöldədə yaman küləy əsirdi.Məndən sonra yağış da yağıb demək.
Can bala,ıslanmışsan başdan ayağa.
Yorulmuş da olarsan indi.Əynini dəyişib bala,xəstələnərsən iraq olsun.
Cane Rasim qardaş,Bu uşağın da çəkdiyi gün deyil ki.

Rasim susub uzun-uzadı yerə baxırdı.
Sevinc tez əynini dəyişib,saçını qurutdu.çay süfrəsi hazırlayıb,axşam bişirdiyi perokdan süfrəyə qoydu.
Özü isə ayaq üstə dayanıb hələ də qadına baxırdı.
Rasimin dillənmədiyini ,Sevincin isə ona elə baxmasına görüb dilləndi Rahilə.
-Mənə elə Baxma qadası.Adim Rahilədir,Atan Rasimin doğmaca bibisi qızıyam.
Neçə illərdir ki Rusiyada idik,sənədlərmizdə problem çıxmışdı deyə bu illər ərzində bir dəfə də olsun gələ bilməmişik.Şükür 1 həftə olar gəldik Vətənə.Oğlumda böyüyüb,yekə kişi olub .Onu evləndirib,xoşbəxt olduğunu görsəydim bu dünyadan gözü yumlu gedərdim.
Bundan sonra sizədə tez tez gələcəm dedi qıkkqıldayaraq.

Bütün bu sözlər Sevinc ağlına başqa şey gətirdi.Ürəyində "inşəAllah səhv başa düşürəm " dedi öz-özünə.
Çayın qurtardığını görüb durub çay süzdü Sevinc.
Rahilə çaydan içib elə özü deyib özü gülürdü.
Nəhayət ayağa durub dilləndi:
-Süfrəniz açıq olsun,Sevinc balam özünə yaxşı bax.
Rasim qardaş dediklərim haqqında da düşün biraz.Mən gedim tay.
Sevinc Rahiləni ötürdükdən sonra birbaşa otağına keçdi.Söhbəti anlamışdı deyə atasının üzünə çıxmağa da utanırdı.
Nəhayət otağından çıxıb süfrəni yığışdırıb,axşam üçün yemək hazırlamağa başladı.
İlk dəfə idi ki atasından bugün ürəyinin nə istədiyini soruşmadı,soruşa bilmədi doğrusu.
Yemək hazır oldu.Süfrəni açıb yeməyini qoydu.
Atasını çağırmadan,Rasim özü gəlib masanın arxasına keçdi.Elə söhbəti açmaq istəyirdi ki ,Sevincin üzünə baxıb,göz-gözə gəldilər .
Bir şey demədən ikisi də yeməyini yedilər.

Bir neçə gün hər şey beləcə dəvam elədi.
Nəhayət Rasim Sevinci yanına çağırıb onunla vacib bir məsələ haqqında danışmaq istədiyini dedi.
Sevinc atasının nə dəyəcəyini bilirmiş kimi yerə baxıb,alçaq səslə dilləndi.
-Hə ata,eşidirəm səni .
-Sevinc,bax qızım.Bugün sabah dünyadan köçəcəm.Sənidə əmanət edə biləcəyim ,güvənəcəyim bir qohumum yoxdur.
Bu illər ərzində ayaqları yer tutmayan,bir işə yaramayan atana baxdın.Bundan sonra istəyirəm xoşbəxt olasan,evlənib yuva qurasan.
Sevinc bir qədər kövrəldi.
-Ata,mən onsuz da xoşbəxt'əm.Məni canından çox istəyən atam var yanımda.
Evliliyi düşünmürəm ata.Həm Uniyə hazırlaşıram,həmdə ki səni tənha qoyub hara gedərəm axı?Bəs sən necə olacaqsan axı?
-Mənə görə narahat olma qızım,bu illər ərzində mənə baxdın.Borcundan çıxa bilmərəm.Bir evladın edə biləcəyindən çox şey etdin.
Balaca olandan evin yükü üstünə düşdü.
Mənimdə aylığım özümə yetər.
Bir təhər özümü saxlayaram.
Uni barədə narahat olma.Rahilə xalan deyir lap evlənər toydan sonra gedər təhsilini dəvam etdirər.
Rahilə də yaxşı qadındır. Düzdür biraz çox danışır ama kiməsə pisliyi dəyməz.
İstəsən oğluna da baxa bilərsən.
-Yox ata,yox! Evlənmək istəmirəm.Xaiş eliyirəm bu barədə mənsiz qərar vermə.
Evliliyə hazır hiss etmirəm özümü.Həmdəki səni tək qoyub getmərəm .Birdə bu barədə mənə heçnə demə.

Ağlayaraq otağına keçdi.Bir küncə çəkilib oturdu.Öz özünə eyni sözü deyib dururdu.
-Mən atamı evdə tək necə qoya bilərəm axı?Onu kimə əmanət edərəm?
Olmaz.yox olmayacaq.


3 gün keçmişdi aradan.Rahilə yenə Sevinc evdə olmayanda gəlib,Rasim ilə bu haqda danışmışdı bu haqda.
Hətta oğlu Nadir'ində Sevinci görüb bəyəndiyini bildirmişdi.
-İstəsən onunla özüm danışaram Rasim qardaş,
Oğlum Nadir qızını görüb,yatıb ürəyinə.Gəl bir xeyir işdi eliyək.Sənədə gəlib hər gün özüm baş çəkərəm,onsuz da biz Rusiyaya gedəcəyik,elə istəsən Uşaqları da tək qoymazsan,yanlarında qalarsan.
Lap istəsən bir üzükdü taxarıq,biləy ki qız biz imdi,nişanlı da qalarlar,bir-birlərini tanıyırlar.

Rasim biraz vaxt istədi Rahilədən,Sevincin qərarını da dedi.
Rahilənin Sevinc necə ürəyinə yatmışdısa,əl çəkməyəcəyini deyib sağollaşdı Rasimlə.

Müəllif: Onun_Mələyi
P.S yazı səhvi oldusa,bağışlayın.
(səs: 0)
Şərhlər: 16
Baxılıb: 4 791
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri