Məni tək qoyma, ölərəm (4-cü bölüm)

Müəllif: Onun_Mələyi
Şərhlər: 11
Baxılıb: 4 662
Səs ver:
(səs: 0)
-Ata,Rafiq əmiyədə demişəm,bu gün səhər  köməy eliyəcək,səni həyətə düşərək.Deyirəm günortaya kimi bir az hava alaq,parka gedəy hə?Sənədə yaxşı təsir eliyər.
Bilirsən axı axır vaxtlar mənə görə həftədən həftəyə çıxmalı olursan.
Buna görə çox pis oluram.
-Yox qızım,bu gün nədənsə içimdən evdən bayıra çıxmaq gəlmir.Özümü yorğun həmdə ki halsız hiss eliyirəm.
-Ata,yəqin evdən bayıra çıxa bilmirsən deyə helədi. Evdə çox havasız qalırsan.Ona görə deyirəm,bu gün hava bəxtimizdən çox gözəldi,hava istiləşməmiş biraz gəzək. Bax bir şeyin qalmaz.

Rasim Sevinci yola gətirə bilməyəcəyini bildiyi üçün israr etmədi.
Sevinc idi axı O,beyninə bir şey düşdüsə çətinki əl çəkə.
Yarım saat keçmişdi aradan,hazırlaşıb qonşusu Rafiq əmini çağırdı.
Rafiq əmi pilləkənlərdən enməyə köməy elədi Sevincə  .Rafiq əmi işdə olanda həyat yoldaşı Nərgiz köməy eliyərdi Sevincə.
-Ay səni çox yaşa Rafiq qardaş.Allah səni bizim üstümüzdən əksik etməsin.Sən olmasan nə olardı axı mənim günüm.
-Əşşi boşuna tərifləyirsən məni.O nə sözdür?Mən olmasam dağ boyda Nərgiz nə günə durub burda?))
-Biz qonşu yox qardaşıq.Heç doğma qohumlarım belə mənim üçün sənin qədərini eləməyib.
-Ona görə deyiblərdə "Uzaq qohumnan yaxın qonşu yaxşıdı" ))

Bu sözünə gülüşdülər Rafiqin .Yenə dəvam elədi:
-Keşkə sənlə Sevinc qızım üçün əlimdən daha çox şey gəlsə.nəisə..

Sevinclə atası gün çıxana kimi gəzəcəkdilər,Ama elə Sevincin dediyi kimi bəxtləri gətirmişdi bugün Hava yaman sərin idi.Buna görədə axşama kimi gəzdilər.
Sevinc atasını dəniz sahilinə,Parka aparıb,yaxşıca gəzdirmişdi.
Artıq axşam 10:00 idi.Onlar yeməklərini yeyıb TV'ni izləyirdilər. Bu zaman atası yaman öksürməyə başladı.
-Al ata,su iç biraz.Həyətə gec gec düşürsən deyə bugün soyuq olmadıkı sənə?
- Yox,yəqin yeməkdəndən oldu nəsə.
- Ata gözümə yaman solğun görünürsən. Xəstələnməmisənki?
- Yox,qızım Yaxşıyam mən.gedib yatsam yaxşı olar.Səndə yatmamışdan Kitablarını oxu biraz.
- Yaxşı,amma istəyirəm sabah işdən icazə alıb səni xəstəxanaya aparam müayinəyə.Bəlkə hemoqlobinin aşağıdı deyə halsız hiss edirsən özünü.Gözümədə birtəhər dəyirsən.
-Yenə şişirdirsən bax)) İşdən icazə almağına ehtiyac yoxdur qızım,gələn şənbə gedərik .
- Ama ata..
-Etiraz istəmirəm,Gecən xeyrə dəli keçim mənim..

Aradan bir həftə daha keçmişdi..Rasimi yenə nə qədər eləsədə Sevinc xəstəxanaya müayinəyə göndərə bilməmişdi.Öksürməyi artmışdı,arasıra hərarəti olurdu,yorğunluq,yuxusuzluq da bir tərəfdən kişini lap əldən salırdı sanki.
-Ata heç olmazsa Rafiq əmiyə de,boş olanda heç olmazsa o səni aparsın.
-Camaatın işi gücü var qızım,bir deyəndə bir demək olmur axı.
-Sən deyə bilmirsən ,mən deyərəm Ata.Sən təki getməyə razı ol.

Sevinc yenə işini görüb, Rafiq əmiylə Rasimi müayinəyə aparmaq barəsində danışmışdı.

Sevinc işdə olanda Rafiq ona zəng elədi:
-Ürəyin rahat olsun bala. Bax aparıram atanı müayinəyə.
Allahın iznilə şad xəbərlərə qayıdaraq.
Bəlkə də sənin sanındığın kimi qanı aşağı düşüb atanın.Narahat olma ginən.
Sevinc bir söz demədən Telefonu söndürdü.
Restorandakı qızların dediyinə görə şənbə bazar bura bir oğlan gəlibmiş. Sadə kofe içib ,suyunu isə gətirməyəndə onları danlayıb. Ama qızların nə qolundan tutub bir söz deyib,nədəki nömrə verib  .
Qızlar o oğlandan danışanda söhbətin cümə axşamı gördüyü oğlandan getdiyini anlasada heçkimə bu haqda heç nə demədi.
Nədənsə ürəyi gup-gup atmağa başladı. istəmsizcə də olsa gözünü saatdan ayıra bilmirdi.
Bir neçə saat keçdikdən sonra telefona zəngin çalmasıyla diksindi.
Zəng eliyən Rafiq əmi idi.:
-Alo,Sevinc qızım atanı müayinə etdirdik.Analizlər verdirdik ..
Sözünü bitirmədən Sevinc sözünü kəsir.
-Bəs cavablar çıxdı?Nə dedi həkim.
-yaxşı olar ki xəstaxanaya gələsən.
-Əmi,qorxutma məni başına dönüm.Nə dedi həkim?qorxmağa başlayıram axı..
-Qorxma bala,*** xəstəxanasına gəl,rahat danışaq.
-Sevinc qaçaraq işdən çıxdı.Avtobusu gözləyə bilməyib tez taxiyə oturdu.
Xəstəxanaya çatanda artıq Rafiqlə Rasim analizin cavablarını almışdılar.
Sevinc onları görüb ,Onlara tərəf idi addımlarla getdi.
Atası Rasim səssizcə öz əlil arabasında oturub gözlərini qırpnadan bir nöqtəyə dikmiş,baxırdı.
Rafiqsə birsöz demədən,sanki Sevincdən göz yaşlarını gizləmək üçün ona möhkəm-möhkəm sarıldı .
Sevinc onlardan nə olduğunu soruşsada,kimsənin cavab verməyə dili gəlmirdi.
-Rafiq əmi,nolar cavab ver də mənə.Nə dedi həkim atama?Niyə susursuz axı?
Bu sözü dedikdən sonra gözlərinin əlinin arxasıyla yaşına silən Rafiq dedi:
-Atanın son zamanlar halsız olması,birdən birə çəki itirməsi,öskürəyi,dərisinin solğun rəng almsasının səbəbi..Nə desəm ki .Bütün bunlar xərçəngin əlamətiymiş .O xərçəngə yaxalanıb.
Ama həkim dedi yenə də heçbirşey üçün gec deyil.bax qızım ürəyinizə salmayın aa..Allahın köməyilə bunun da üstəsindən gələrsiz.
İstəyirsən sağdan 5'ci otağa gir. Rafiq'in həkimin otağıdır. Özüylə danışsan yaxşıdır.

Bütün bu sözləri eşidər eşitməz Sevinc hönkür hönkür ağlamağa başladı.Atası onun ağlamasına dözə bilməyib arabasını sürüb uzaqlaşmağa çalışdı.
-Niyə belə oldu axı Əmi?Niyə hər şey bizim başımıza gəlir?!Atam xərçəng'ə yaxalanıb.Bu bildiyimiz xərçəng deyil?Çoxlarının həyatına son qoyan?!Yəni mən atamı itirəcəm?!
Yox,Yox.Mən atamı itirmək istəmirəm. Axı mənim ondan başqa kimim var?!Anam ola ola anadan yetim qaldım.Atadan da yetim qalmaq istəmirəm .

Deyib yenə ağlamağa başladı,Rafiq onun saçından öpüb qucaqladı.Gözün axıb süzülən yaşa əngəl ola bilmədi.Işin ciddiyətini anlamışdı çünki.
Bu vaxt biri hər iki əlini Rafiqlə Sevincin çiyninə qoydu.
Sevinc yaş gözlərilə çönüb məsumca ona baxdı,Bu o idi Vüsal bəy.Rasim'in həkimi.
Əliylə Sevincin göz yaşlarını silərək,ona təsəlli etməyə başladı:
-Ağlama qızım.Ağlamaq heç nəyə çarə olmayıb indiyədək.Allahdan ümid üzülməz. Biz həkimlər kimik ki?Hər şey Uca Allahın əlindədir.Canı yaradan Allah,şəfasənı da verər inşəAllah.

Sevinc həm ona həmdə Rafiqə baxdı tanımadığı üçün.
Rafiq özünü toparlayıb tanış elədi.
-Sevinc qızım,bu Vüsal bəydi.Rafiqin həkimi.Atanın müalicəsi ilə bundan sonra o məşğul olacaq.
Sevinc Vüsal bəyin üzünə baxdı, yalandan da olsa gülümsəyə çalışdı.
- Gəl qızım,Məncə sən bunları görməlisən
Sevinclə Rafiqi,hətta Rasimi də çağırıb xəstaxanın 5'ci mərtəbəsində apardı liftlə .
Uzun bir kalidor görünürdü .Kalidorun sonunda balaca bir pəncərə vardı.O balaca pəncərə bütün kalidora azda olsa işıqlandırırdı.Kalidorun səssizliyindən buranın daimi qalan xəstələr üçün olduğunu anlamaq idi.
Vüsal 1'ci otağın qapısını takkıldadıb içəri girdi.İçəridə başında bəyaz şallı qız yatırdı.Bəlliki saçlarını kəsmişdilər.Bu palatada 7 yaşlı Zəhra qalırdı.Xərçəngdən əziyyət çəkirdi.Həkimin dediyinə görə o 11 aydır burdadır. Artıq deməy olar ki sağalır.O xərçəngə qalıb gəlmişdi.
2'ci palataya keçdi sonra.11 yaşlı Yusif bu palatada yatırdı.Oda amansız bir xəstəliyə yaxalanmışdı.7 ay idiki burda idi.Həkimlər əllərindən gələni edirdilər onun üçün,həkimlər ümüdünü üzsə də balaca Yusif tezliklə sağalıb ,təhsilinə dəvam edəcəyinə inanırdı.
Sonra 2 uşaq anası Səbinəni tanış elədilər,67 yaşlı Osman babanı..Palatanın sonuna kimi tanışlıq dəvam elədi:
-Və bu otaq.. burası atanız üçündür.Oda bundan sonra burda qalacaq.Bəlkə 8 ay,bəlkə 10 ay,1 il..Gördüyünüz kimi burda hər kəs dərdinə çarə tapmağa gəlib.Inamlı olun.Rafiq bəy,statunuza..Yəni əngəlli olduğunuza görə Xəstəxana xərcinin yarıdan çox faizni dövlət tərəfindən ödəniləcək.Sizə düşən 40-45 % ni ödəməkdir. İşdir buranın yeməklərini bəyənməsəz,və təbii ki maddi baxımdan istəsəniz evdə bişirilmiş yeməklər yeyə bilərsiniz.

Vüsal bəyin sözlərindən sonra kimsə bir şey soruşmadı.Onların maraqlandıran bütün sualların cavabını elə soruşmadan vüsal bəy vermişdi çünki.
Bundan sonra tək bir şey qalmışdı..onun hazırlaşıb Xəstəxanaya yerləşməsi.

Müəllif:Onun_Mələyi
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 4 662
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri