Məni tək qoyma, ölərəm (6-cı bölüm)

Müəllif: Onun_Mələyi
Şərhlər: 10
Baxılıb: 4 188
Səs ver:
(səs: 0)
UNİ'nin açılmağına bir gün qalmışdı.
Yasəmənlə Sevinc yaşıd olduqlarına görə Unidə eyni siniftə  oxuyacaqdılar.Buna görə ikisi də çox sevindirdilər.
Sevinc evdə tək idi.Sabahdan Uni'yə gedəcəkdi deyə evi künc bucaq təmizləyib,sonrada  restorana işə getmək  vardı.
Birdən qapı durmadan döyülməyə başladı.
-Aç qapını Sevinc.Mən Nərgiz xalan.qızım evdəsən?
Sevinc yenicə qorxmağa başlamışdı.Nərgiz xalanın səsini eşidincə sevindi.ayaqlarını sürtlüyə-sürtlüyə qapını açdı.
-İçəri gəl Nərgiz xala.
-Qızım qapını niyə gec açtın bəs?hamamda idin?
- Yox ,qapı durmadan döyüləndə qorxdum düzü.Ona görə durub gözlədimki  görüm qapını döyən sizsiz ya yox.)
Nərgiz Sevincin bu sözünə qakkıltı ilə güldü.Sonra başdan ayağa Sevinci süzüb:
-Aa..sən  hələ hazırlaşmamısan ki?!
-Hara hazırlaşmamışam  Nərgiz xala?
- Necə yəni hara?Hələ bir soruşursan da qızım.Yasəmən msj atacam  dedi sənə.
Sevinc telefonu masanın üzərindən alıb qurcaladı.
** Yasəmən'dən 1 yeni mesaj var."Sabahın xeyir canım,mama deyir tez hazırlaşsın.Sabah UNİ'nin ilk günüdür axı.Gedib alış veriş edək biraz.Geyim kecim alarıq."
Yasəmən teli masanın üstünə qoyub ,başını qaldırmadan dilləndi:
-Başım qarışıb Yasəmənin mesajını görməmişəm xala.Siz mənsiz gedin bu dəfə  .
-Niyə bala?Sabahdan Uniyə gedəcəksən. Gedək bir iki dəstdə sən al.
-Bilirsən Nərgiz Xala,Doğrusu mənim məktəbdən çox paltarım qalıb.Evdə geyinməmişəm deyə təzə qalıb.Həm ...bu aralar lazımsız çox pul xərcləməmliyəm axı.
-Rafiq əminlə  biz bilmirikmi sənin vəziyyətini sanki.
Elə Yasəmənində məktəbdən çox paltarı qalıb .Yenədə Rafiq əmin maaşını alıb.Dedi qızları apar bir iki dəst Nə istəyirlər alsınlar.
-Allah Rafiq əmimim cibini dolu eləsin. Amma mən bunu qəbul edə bilmərəm.Olmaz.
Siz bizə çox köməy edirsiz.Allah razı olsun .Ama həqiqətən gərəy yoxdu xala.paltarlarımı səliqəylə ütüləyib  sabaha hazırlayacam.Bax görərsən heç hiss etməzdənki köhnədir əynimdəkilər.

Nərgiz başqa birşey demədən Sevinc'in uzun qara saçlarına sığal  çəkib dərindən nəfəs aldı.
- Yaxşı qızım,sən necə istəyirsən.
Ama Rafiq əminə necə başa salacam bilmirəm.məni də çətin vəziyyətə salırsan sən.

Sevinc'in bu halına çox kədərləndirdi Nərgiz.Anasının göstərmədiyi qayğını göstərmişdi Sevincə.Ona çox bağlı idi.
Yasəmən Sevincin gəlməyəcəyini biləndə çox pis oldu.Anasıyla alış-verişə Sevincsiz çıxmalı oldular.
Sevinc evdəki işlərini bitirib yeməyini yeyib işə  çıxdı.Saçlarını sümbül hörüb önünə atdı.
Sevinc yenicə restorana girmişdi ki O'nu gördü..yanında da bir qız vardı.Şirin-Şirin oturub kofe  içirdilər.
Sevinc onları görməməzlikdən gəlib tez restoranın mətbəx bölməsinə keçdi.Yenədə o oğlanın Sevinc'in restoranda çirkli qab qacaq yuduğunu bilməyini istəmirdi.Ürəyi gup-gup atmağa başlamışdı.O qızda kim idi?
Yadına istəmsizcə keçən dəfə olan söhbət yadına düşdü.
"Əşii nəyimə lazım?!" Deyə fısıldadı sakitcə.
İş saatı qurtardıqdan sonra, Birbaşa  Rafiq əmi gilə getdi.
Nərgiz'lə Yasəmən də alışverişdən dönmüş idilər.Ama yan otaqda deyəsən alış-verişdə aldıqlarını geyinib baxırdılar.Sevinc onları narahat etmək istəmədi.
-Rafiq əmi..
Rafiq əmi Sevincin nə deməy istədiyini anlamışcasına gülümsədi.Başıyla yaxşı işarəsi elədi.Rafiq Nərgizə gedəcəyini söylədi.Nərgiz Sevinc'ə səsləndi ama artıq onlar çıxmışdılar deyə səsinə səs verən olmadı.
Sevinc hərdəfə xəstəxanaya gedəndə həyacanlanırdı.Iti addımlarla həmişə Rafiq əmini arxada qoyub tez atasının yanına getmək  istəyirdi.
Qapını takkıldadıb içəri girdi.Atası sanki elə Sevincin gəlməsini gözləyirmiş.
- "Ata.." deyib atasına tərəf qaçdı Sevinc.Yenə göz yaşlarına hakim Ola bilmədi.
-Mənim balam. Gözüm qapıda qalmışdı.Sevinc qızım mənə nə vaxt gəlib baş çəkəcək görəsən dedim.
-Qurban olaram sənə.Bilirsən sənsiz nə pisdi.Ev bom-boş qalıb ata.Elə səni istəyirəm ki hərdən.Burnumun ucu göynəyir sənin üçün.
Deyib Uşaq tək dodağını büzüb ağamamağa çalışdı.
- Bütün günü fikrim səndədi Sevinc.Deyirəm görəsən acdımı,toxdumu,nəsə lazımdırmı?
- Yox ata,şükür Allaha  qalmıram. Hər şey normal gedir.Bircə sən yoxsa. Allahın iznilə səndə tezliklə bu xəstəliyə qalib gələrsən.Hərşey əvvəlki kimi olar .
Özün necəsən ata?çox fikir eləmə mənə görə.Sağolsunlar tez tez baş çəkirlər Rafiq əmigil. Sənin yoxluğunu mənə yaşatmaq istəmirlər.

Atasıyla bir xeyli söhbət elədikdən sonra Rafiq əmi də gəldi .Oda söhbətə qoşuldu.Evə qayıdanda Rafiq Sevinci  evlərinə ötürdü.Rafiqgil Sevinc'gilin evindən bir mərtəbə aşağıda yaşayırdılar.
Sevinc yenicə qapını bağlamışdı ki yenə qapı döyüldü.
Nərgiz xala Sevincə səsləndikdən sonra Sevinc qapını açdı.
Əlində iki poşet vardı.Yasəməndə yanında gəlmişdi.Içəri Keçib poşetlərdən birini verib Sevincə geyinməsini söylədi.
Sevinc həm utandı ,həmdə sevindi.
Gedib paltarın birini geyindi.Iki dəst almışdılar paltar.
Çox da yaraşmışdı paltarları,2-3 dəfə təşəkkür elədi Yasəməngilə.
Digər poşeti uzadıb
-"Al gör bunda nə var" dedi Yasəmən.
Sevinc poşeti açanda çox sevindi.
İçində Sevinc'in sevdiyi kimi bel çantası vardı.Onun içindədə Bir ilinə yetəcək qədər dəftər qələm .
Sevinc yenə çox duyğusallandı.Gözləri doldu.
Nərgiz'lə Yasəmənsə Sevincə sarılıb "Həmişə yanında olduqlarını "söylədi.
Bütün bunlar Sevinc'i dahada həyavcanlandırmışdı.
İndi isə Yasəmənlə Sevincin tək gözlədiyi şey tezliklə səhərin açılması idi.
Bacıdan artıq olan bu qızlar dar bir yataqda qucaqqlaşıb söhbət əliyə yatdılar.Soruşsan nə vaxt yuxuya getdiklərini belə bilmirdilər.
Səhər açılanda ayaqları bir birinə dolanmış,Yasəmənin bir ayağı Sevincin üzərində idi,digəri isə bir azdan yerə düşəcəkdi.
Zəngli saat çalanda Yasəmən yerə ,Elə ayaqları dolanmış idi Sevincdə Onun üstünə düşdü.
Sevinclə Yasəmən nə baş verdiyini əvvəl anlamasalar da Nərgiz xalanın gülüşüylə özlərinə gəldilər.Hamısı birdən gülməyə başladı.
Nərgiz xala süfrəni açmışdı artıq.Yasəməndə gedib evdə hazırlaşıb gəldi.Sevincdə hazır idi.Nərgiz xalanın adığı paltarları geyinmişdi.Həyacandan  çayı başlarına qaldırıb,heç nə yeyə bilmədilər.
Nərgiz xalada indidən deyinməyə başladı:
-Pah dədə..bu qızlar ilk gündən heçnə yemədilərsə , sonra heç yeməzlər.Heç olmasa yumurta yeyərdiz,zehniniz açıq olardı.
İkisidə Nərgiz',in bu narahat və qayğıkeş rəftarına güldülər.Nərgiz xalanı hərəsi bir üzündən öpüb evdən çıxdılar.
İlk gün idi deyə bu qədər həyacanlı olmaları normal idi.Rafiq onları UNİ'nin yanında  düşürüb ordan da işə getdi .İkisi bir birinə baxıb gülümsündü,1'ci sinif uşaqları tək əl-ələşə tutub içəri girdilər.
Görünən o ki ,həyacanlı olan tək Sevinclə Yasəmən deyildi.Bütün şagirdlər çox həyacanlı idilər.Çünki Hər kəs fərqli yerlərdən öz xəyallarını gerçəkləşdirmək,öz ayaqları üzərində durmaq üçün evlərini buraxıb gəlmişdilər bura.
Yavaş yavaş bir birləriylə qaynaşırdı gənclər.
İlk dərs başlamışdı.Sevinc ən öndə oturmuşdu.Yasəmənsə ondan 3 parta arxada idi.Bütün partalar dolu olsada,Sevinc'in yanı boş qalmışdı.Sevinc'in yanında kimsənin oturmasına müəllim icazə verməmişdi.
Sevinc qələmini kitabını 1-ci simif şagirdi kimi çıxarıb masanın üzərinə qoymuşdi.Aradan 15 dəqiqə keçmişdi ki qapı döyülməyə başladı .
Müəllimənin "gəl" deməsiylə qapı açıldı.
Bu o idi,restorana gələn həmin gənc. "Olar?" deyib gəlib Sevinc'in yanına oturub,Sevinc'ə də göz qırpdı.Sevinc nə reaksiya verəcəyini bilmədi.Donub qalmışdı,Yəni o da Sevinclə eyni Uni'də,Eyni siniftə,hətta eyni partada oxuyacaqdı?Bunları düşünüb başını çevirib Həmin gəncə baxdı.Həmin an oğlanda çönüb Sevinc'ə baxdı.Bir anlıq göz gözə gəldilər .
Sevinc utandığınnan yanaqlarnın qızardığını hiss elədi."Ama bəs keçən gecə və yanındakı qız.."Deyə düşündü içindən.Nəisə...artıq özünü dərslərinə adaptasiya etməyə çalışdı.

Müəllif:Onun_Mələyi
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 4 188
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri