Məni tək qoyma, ölərəm (7-ci bölüm)

Müəllif: Onun_Mələyi
Şərhlər: 13
Baxılıb: 4 364
Səs ver:
(səs: 1)
Sevinc artıq 3 ay idiki Uni'də oxuyurdu.Iş,məktəb,Ev işləri..üstəlik də atasının yoxluğu Sevinc'i lap əldən salırdı.Həkimin dediyinə görə müalicə Rasimin üzərində hələki bir fayda göstərmirdi.Son zamanlar Rasim bir xeyli çəki də itirmişdi.Belə getsə Rasimin üzərində başqa müalicə metodları sınanılmalı idi.Və buda bəlli ki Rasimin pulu yetməyəcək qədər bahalı olacaqdı.
Sevinc yenə hər zamankı kimi Hazırlaşıb Uniyə gedəcəkdi.Bir xeyli Yasəmənlə  ,Rafiq əmini gözlədikdən sonra Zəng gəldi telefona.
-Alo?
-Salam canım.Mənəm .
-Yasəmən,sənsən bacı?səni gözləyirəm səhərdən. Deyəsən getmək fikrin yoxdur UNI'yə?))
- Canım mən getmirəm bugün.Atamla mamanı xəstəxanaya aparacam,təzyiqi qalxıb yenə.
-Hay da..nə oldu birdən birə bacı?istəyirsən məndə gəlim sizinlə.
-Yox canım.Sən get,dərslərindən geri qalma sən.
-Yaxşı canım. ALLAH şəfa versin .
- Sağol canım.Bye..

Sevinc Uniyə getmək üçün yola çıxsada,bir tərəfi Nərgiz xalanın yanında qalmışdı.
Yaşadığı binadan uzaqlaşmışdı.Avtobus dayanacağında Avtobusun gəlməyini gözləyirdi.
Qolundakı saatına baxaraq gecikdiyini görüb offuladamağa başlamışdı.Bu an qara bir maşın Sevincin yanından keçdi.Maşın çox getmədi ki geri qayıdıb ,Sevincin yanında saxladı.Avtobus dayanacağında Sevincdən başqa heç kəs yox idi deyə Sevinc tədirgin oldu,fikir verməməyə çalışdı.
Maşın siqnal verdikdən sonra,tanış bir səslə Sevinc'ə səsləndi.:
-Sevinc?!səsindən?Burdan uzaqlaşandan sonra səni gördüyünü hiss elədim,doğru görmüşəm demək.

Bu Vüqar idi.Onunla eyni siniftə,yan-yana oxuyan,Hər gün restorana Sevinc'i görməyə gələn həmin gənc.
Sevinc'in bir söz demədiyini görüb tez dilləndi:
-Uni'yə gedirsən hə? Məndə gedirəm,istəyirsən gəl birlikdə gedəy.
- Yox,çox sağol Vüqar.Mən avtobusu gözləyirəm,gələsidi elə.
- Yaxşı da gözəl,yenə inadkarlığından əl çəkmirsən aa..avtobus hələ onsuz da gələn deyil,həm gecikirsəndə..
Dedi gülümsəyərək.
- Yox mən başımın çarəsinə baxaram. Sən get.
-Pah dədə...bu dəqiqə səni heç bir qüvvə maşınıma mindirə bilməz deyirsən hə))səni zorla maşına qoyub aparırdım da,polis görər eliyər. Eləbiləcək səni zorla qaçırıram.
İkisidə güldü bu sözünə Vüqarın.
Birdən yol polisi fit çalıb Vüqarın bu ərazidə  maşın saxlamağın qadağan olduğunu bildirirdi.Vüqarsa yaxşı anlamında başını sallayıb,Sevincə virsöz demədən maşını işə salıb getdi.Sevinc bunu gözləmirdi deyə maşının arxasıyca baxdı .
Birdən kimsə əliylə Sevincin ürəyinə toxundu,Elə onun toxunmağıyla Sevinc dik atıldı.
-Uff..Vüqar sən idin?dəlisən?qorxutdun məni.
deyib gözlərini qısdı.

Vüqarsa Sevincin belə qorxduğunu görüb səsli gülməyə başladı .
-Oo..bizim gözəl qorxmaq da bilirmiş.
Dedi imalı şəkildə .
-adım Sevinc'dir.Mənə gözəl deməyə son versən yaxşı olar.
-Hmm...anladım..çirkin olduğunu boynuna alırsan demək?belə de. Lap yaxşı,mənim də canım qurtarar sənə yalandan gözəl deməkdən.Nəhayət çirkin olduğunu özün gecdə olsa anladın deyib göz qırpdı.
Sevinc nə dəyəcəyini bilmədən Avtobusun gəldiyini görüb  fürsətdən istifadə edərək ondan uzaqlaşmağa çalışdı.
Vüqarın da arxasıyca gəldiyini görüb sərt şəkildə dilləndi:
- Məni niyə izləyirsən?
-Bax gözəl qız.Yəni,daha doğrusu çirkin qız,xatırladımkı avtobus dayanacağındayıq.Məndə hər bir sərnişin kimi avtobus gözləyirəm dedi gözlərindən gülərək.
Sevinc'in baxışları Hələ də onun gülüşündə qalmışdı.Bir oğlanda  belə gözəl gülərmi?Hələ gülərkən batan o qəmzələr ona necədə yaraşırdı.
Nəhayət sevinc gözlərini ondan alıb avtobusa mindi.Vüqarda təbii olaraq onunla mindi.Elə Sevincin yanına da əyləşib qulağına pıçıldadı.:
-Maşınım xarab olub,ona görə avtobusla gedirəm.
-Niyə taxsiylə getmirsən bəs?pulun yoxdur avtobusla gedirsən?
Dedi  Sevinc zarafatyana.Ama düşünmədən deyib Vüqarın xətrinə dəyəcəyini düşünüb kefi pozuldu.
Vüqarsa bir söz demədən yola baxırdı.
"Burda saxlayın" deyib indi avtobusdan .Sevinc onun bir maşına mindiyini gördü.
Sevinc Uniyə çatanda Vüqar artıq orda oturub Sevincin gəlməyini gözləyirdi.Vüqar qəsit olaraq Sevinclə birlikdə inməmişdi avtobusdan.Bəziləri yanlış anlaya bilərdi çünki.
Günlər bir-birini beləcə qovalayıb gedirdi.Vüqar Sevincə gündən günə daha çox bağlanırdı.Sevinc isə onun sevgisinə cavab vermir,onu özündən uzaqlaşdırmağa çalışırdı.
Sevinc'ə " heç olmasa  yaxşı bir dost olaq "deməsindən sonra münasibətləri əvvəlkindən biraz daha yaxşı idi.
Hər dəfə bəhanə ilə Sevincdən gah qələm,gah dəftər istəyib,gahda saatı soruşurdu.Sevinc ona soyuq davranmaq istəmirdi.Çünki oda artıq Vüqara biganə deyildi.Amma başqa yolu da yox idi.Atası xəstəxanada xəstəliyi ilə mübarizə apararkən Sevincin burda eşq yaşaması düzgün deyildi.
Bir dəfə Yasəməndən Sevincə yalan danışıb UNİYƏ getməyəcəyini deməsini xaiş etdi.Yasəmən Sevinclə Vüqarın arasında olanları bilirdi .Vüqarın Sevinci dəlicəsinə sevdiyini,onun üçün hərşey edə biləcəyini...Sevincin isə onu ürəyində ,səssiz sədasız     sevdiyini bunları düşündükdə Vüqarla razılaşdı .Vüqar sinifin ən ali cənab oğlanlarından idi.Siniftə Hər kəs onu çox istəyirdi.Elə yasəməndə.buna görədə onun istəyini rədd edə bilməyib Vüqarın dediyi kimi elədi.Səhər UNİ'yə hazırlaşanda zəng edib getməyəcəyini dedi.
Sevinc avtobusla getməli oldu. UNİ'nin önündə Avtobus sürücüsü avtobusu saxladı.Sevinc yenicə avtobusdan düşüb arxasını dönmüşdü ki Vüqar onu ağzını tutub maşına mindirdi.Tez maşını sürüb ordan uzaqlaşdı.
Sevinc onun neylədiyini anlamağa çalışırdı ki,Vüqar dilləndi.
-Narahat olma,Səni qaçırmıram.
Uniyə geri aparacam.Sadəcə səninlə danışmaq istəyirəm.
-Mənim səninlə danışmağa sözüm yoxdur . Bu nə hərəkətdir hə?!Sən kimsən axı məni zorla maşınına mindirirsən?
- Sadəcə iki yetişkin gənc kimi danışmaq istəyirəm Sevinc.Artıq bəzi şeyləri yoluna qoymağın vaxtı çoxdan gəlib çatdı.

Sevinc əsəbindən heçnə danışmırdı,Vüqar Sevinci dəniz sahilinə gətirdi.Maşını saxlayıb ,cəld hərəkətlərlə indi maşından.Sevinc Onun indiyini görüb özü də indi.

-Bu qədər vacib məsələ nə idi axı məni bura gətirdin?Sözünü məktəbdə deyə bilərdin.
- Nə deməy istədiyimi bilirsən sən.Niyə analmırsan axı SƏNİ SEVİRƏM!.Məyər məni anlamaq bu qədər çətindir?!Nədən və ya kimdən qorxursan? Bilirəm səndə mənə biganə deyilsən.Bəs onda niyə məndən qaçırsan?İstədiyin qədər gözləməyə hazıram.Səninlə sevgili olmasaq da olar.Yetərki bilim ürəyin məndədir.
SEVİRƏM SƏNİ!Məyər mənə cavab vermək bu qədərmi çətindir?əyər sevdiyin bir başqası varsa de bilim.
Anla artıq sənə başqasının baxmağına dayana bilmirəm.Niyə susursan Sevinc?De ,deki məndə səni sevirəm,ya başqasını sevirəm.

Sevinc həyacandan tir-tir əsirdi.Vüqardan gözləmədiyi hərəkətləri etmişdi o.Vüqarı heç bu qədər əsəbi halda görməmişdi.
O mərdcə davranıb öz sevgisini etiraf elədi.

-Mənlə sən bir yerdə ola bilmərik Vüqar.
-Niyə axı?Nə əksiyim var axı mənim?!Sənin sevginə layiq olmayacaq qədər pis bir insanam?!yoxsa gözlədiyin,sevdiyin birimi var?
- İnan kı sən pis insan deyilsən Vüqar.Sənə çox hörmətim var.Ama mən evliliyə hazır deyiləm.
-Sənə indi evlənəlim,sevgili olaq demirəm ki..

Sevinc vüqarın sözünü kəsib,kövrəlməyə başladı:
-Həqiqət budur ki,mənim gözlədiyim biri var.Həsrətlə onun yolunu gözləyirəm.
Vüqar əsəbdən sıxdığı yumruğunu açıb ,Sevinc'in qolundan tutdu.
-Çoxmu sevirsən onu?Gözlərimə bax.
-Canımdan belə Çox sevirəm .deyib ağlamağa başladı.

Vüqar daha bir söz demədi .Deyə bilmədi çünki.Sevincin bir yandan ağlamağı ,Bir yandan da dediyi bu sözlər onun ürəyinə xəncər kimi batmışdı.
Sevincə maşına minməsini işarə elədi.Maşına minib ordan uzaqlaşdılar.Sevinc yarı yolda enmək istəyib,evə gedəcəyini söylədi.
Vüqarda israr aləmədi.Sevinci indirib,özü də birbaşa evə getdı.Heçbirində UNİ'yə gedəcək həvəs yox idi .
Sevinc içindən "İnşallah Nərgiz xala evdə deyil "deyib dua eliyirdi.Qaçaraq özünü Yasəmnin qollarına atdı.Yaxşıki Nərgiz xala evdə deyildi.
Yasəmən də Sevincə sarılıb,saçlarını sığalladı,nə baş verdiyini təxmini bilsədə,Onu sakitləşdirməyə çalışıb,Nə baş verdiyini soruşdu.
Sevinc hərşeyi olduğu kimi ona danışdı.
Vüqar da pərişan olmuşdu.O sevinc kimi ağlamasa da ,bıçaq vursan qanı çıxmazdı bəlkədə. Yenə də Sevinc'in sarılacağı Yasəmənı,Nərgiz xala ,atası olsada Vüqar'ın sarılıb dərdini danışacağı belə Bir yaxını olmamışdı.

Müəllif:Onun_Mələyi
(səs: 1)
Şərhlər: 13
Baxılıb: 4 364
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri