Məni tək qoyma, ölərəm (9-cu bölüm)

Müəllif: Onun_Mələyi
Şərhlər: 12
Baxılıb: 4 452
Səs ver:
(səs: 0)
Sevinc elə olurdu gündə bir öyün yemək yeyirdi. Bütün gecəni yatmadığı isə gözlərindən oxunurdu.
Yasəməndə Sevinc'in bu halına çox üzülür,ona dəstəy olmağa çalışırdı.Ama artıq onun kiminsə dəstəyindən çox atasının tezliklə şəfa tapıb,Sevincin yanına dönüb,Evin sönmüş işiğının təkrar yanması idi.
Uniyə getdilər bərabər. Yol boyu heç nə danışmadılar.
Nəhayət Yasəmən dayana bilməyib çökən sükutu pozdu.
- Canım,Neçə vaxtdır sənə deməy istədiyim önəmli şeylər var...Əslində Vüqar...
-Bilirsən axı bacı,Vüqar haqda heçnə danışmaq istəmirəm. Vüqar məsələsi bağlandı mənim üçün.
-Gözlərimin içinə baxa-baxa mənə yalan danışırsan axı...sanki Mən anlamırammı?guya bilmirəmmi Vüqarı hələdə dəli kimi sevdiyini?Sən mənim ən yaxınımsan...buna görədə sənə köməy etmək,hisslərini qəbul edib ona bir şans verməyini istəyirəm.
-Mənim ən yaxın dostumsan  sən,Ama məni anlamırsan .Neyləmiliyəm axı?Ona gedib sevgisinin qarşılıqsız olmadığını deyəcəm ,bəs sonra?Atamla bağlı olanları biləndə necə?Mən evlənib gəlin köçsəm atama kim baxar?Bəs onun müalicəsi?Mənim təhsilim?!Bəlkədə o atamla anam haqda olan həqiqəti bilsə ...nəisə
Dedi kövrək səslə.
Yasəmən nəsə deyib onu dahada incitmək də istəmədi.Bəlli ki Vüqar haqda olan həqiqətləri bilməsinin hələ zamanı deyildi .
Araya yenə sükut çökdü.Sevinclə Yasəmən qarşılaşdığı mənzərədən tam olaraq birşey anlamamışdılar.
Məktəbdə bütün gənclər və bir iki kostyumlu kişi bir yerə yığışmışdı.
Vüqar əlində ağzı bağlı bir qutuyla yolu kəsmişdi.Ona tərəf yaxınlaşdılar.
Vüqar Sevinc'in gəlməsindən xəbərsiz idi.
-Xaiş eliyirəm gənclər.Diqqətlə qulaq asın.
Məktəbimizin bir şagirdinin atası ağır xəstəliyə yaxalanıb,həkim yeni müalicə üsulu təklif edib,Ama bəlli ki imkanları çatmadı qarşılamağa.
Hər kəs bir nəfər kimi əlini cibinə salsın,az çox demədən qutuya pul atsın.Bəlkə bizim də bir yardımınız toxunar onlara.

Sevinc ürəyi kövrək qız idi.Söhbətin  kimdən getdiyini belə bilmədən pula ən çox ehtiyacı olan bir vaxtda əlini cibinə atıb cibxərcliyini qutuya atdı .
Vüqarın gözləri hələdə Sevinc'də idi.Görnüşündən necə bitkin olduğu bəlli idi.
Sevinc evə gedib,atasının doğum günündə Sevincə aldığı balaca sırqanı satmaqa  qərar verdi. Hər nə qədər atasının yadigarı olsada indi atasının sağlamlığından vacib heçnə yox idi ona görə.
Sırqanı satmağa tək başına çıxmışdı.Vüqarla yolda təsadüfən qarşılaşdı.Sevinc başını aşağı salıb onu görməməzlikdən gəldi .
Qızıl dükanına girib ,qızılın əvəzində pul götürdü.
Pulun yetərli olmadığını görüb evə 2 kirayəçi kollecli qız da götürdü.
Ama qızlarda inadçı çıxdı.Sevinc vəziyyətini başa salsada ,ay sonu gəlmədən kirə pulunu verməyəcəklərini bildirdilər.
Evə yeni kirayəçilər gəldiyindən Yasəmən artıq onlarda qalmıyacaqdı.
Nə Yasəmən Sevincdən ayrı qalmaq istəyirdi,nədə Sevinc Yasəməndən.
Ama heç biri bu haqda bir söz demədi.Yasəmən evdəki bir neçə dəst geyimini çantasına qoyub öz evlərinə getdi.
Axşam Rafiq əmiylə,Nərgiz xala da gəldi.Nədənsə Yasəmən gəlməmişdi bu dəfə.
Nərgiz xala çıxarıb masanın üzərinə pul qoydu.
- Al qızım,buda bizdən  olsun.
Bilirəm elədə çox  miqdar  olmasa da Yenədə bəlkə biraz faydamız dəydi .
-Amma... Nərgiz xala.Rafiq əmi vermişdi onsuz da mənə.
-Neylək qızım.Bu dəfə mən verirəm say.
Sevinc daha heçnə demədən Nərgiz xalasına sarıldı.

2 gün keçmişdi aradan,Yasəmən Sevincə zəng elədi.
-Alo,canım səninlə görüşmək istəyirəm təcili.
-Caan...quzum belə çox darıxmısan  mənim üçün))
-Hə darıxmışam,gül sən,təcili deyirəme,üz-üzə göz-gözə.
-Off..Yasəmən dəlisəndə...saat 11:30'du.Mənsə pembe pijamalarımla,dovşanqulaq başmaqlarımı geyinib yerimə girəcəkdim.
-Quzu kəsim sənin o pembe pijamanla ,dovşanqulaq başmaqlarına.
Gəl dedim,bax gözləyəcəm səni bizim evdə.Yanında olmaya bilərəm,ama yenə gecə gözünə yuxu getməyəcəyini bilirəm.Narahat olma,yatır Hərkəs.
Sevinc ərincəkliyindən pijamasını dəyişmədən qaça qaça getdi Yasəmən gilə .
Qapını da əvvəlcədən açıb gözləyirdi ki səs salmasınlar.
Sevinc narazı narazı danışmaq istəyirdi ki,Sevinc ağzını tutub dedi:
-Şşş..evdəkiləri oyatmayaq.Gəl,otağıma keçəy.
Yasəmən uşaq tək Sevincin əlindən tutub sakit addımlarla öz otağına apardı.Çarpayının üstündə Yasəmən çarpaz şəklində,Sevinc isə çarpayının bir küncündə oturdular.
Yasəmən çox gərildi bir anlıq.
Sevinc isə məsüm quzu kimi gözlərini dikmiş Yasəməninin bu saatda ona nə deyəcəyini gözləyirdi.
- Canım,sənə bir söz demək istəyirəm.Ama ümid varamkı məndən inciməzsən.
-Əyər yenə Vüqar haqda deyəcəksənsə mən gedirəm bacı.
Deyib ayağa qalxdı Sevinc.
Yasəmən cəld Sevincin qolundan tutub oturmasına xaiş etdi.
-Heç olmasa bir dəfə məni sonuna kimi dinləsən..
-Yaxşı bəs mənimlə kimin haqqında danışmaq istəyirsən canım?
- Səninlə mən...Anan haqqında danışmaq istəyirəm.Bilirəm o səni illər əvvəl atıb getdi.Amma...
-Bacı bilirsən axı,mənim anam yoxdu.O çətinliyə dözə bilməyib məni və atamı tərk elədi.Indi onun haqqında nə danışaq biz.Bəlkədə o bizi tərk etməsəydi,indi həyatımız tam fərqli olardı .
Deyib nəmlənən gözlərini açıb yumaraq göz yaşlarını saxlamağa çalışdı.
Yasəmən əliylə Sevincin üzünü əllərinə alıb, başını dizlərinin üstünə qoydu.
- Gözəl bacım mənim...hərşeyi bilirəm.Demək istədiyim,bəlkə anandan haqqın olanı alasan?Öyrəndim ki imkanlı bir kişiyə ailə qurub,Ünvanınıda bilirəm.Bəlkə ondan yardım istəyək.Indi bunu düşünmək belə istəmirsən bilirəm.Ama bəlkə oda etdiklərindən peşman olub?bəlkə vicdan əzabı çəkir.Sənə köməy eləsə özünün də vicdanı rahatlar bəlkədə.Nədə olsa o da bir anadır.
-Düz deyir Yasəmən,indi əsas məsələ qürur etmək yox,atanın sağlamlığıdır gözəl qızım.Yenədə bir dəfə cəhd elə,bəlkə düşündüyümüz kimi olar Hər şey.

Qızların ikisidə qapıya tərəf baxdı,Nərgiz xala qapının yanında söykənmiş qızları dinləyirdi.Bir əliylədə axan göz yaşlarını silib otağa keçdi.
-Ana sən yatmırdın bəs?
-Yatırdım qızım,susamışdım.Su almağa gəldim mətbəxə.Gördüm otağından səslər gəlir.Qapı da açıq idi deyə danışıqlarınızı eşitdim istəmədən.

Yasəmənlə,Nərgiz xala Sevinci bir təhər yola gətirdilər.
Sevinc də razılaşdı.Sabah UNİ'dən biraz tez çıxıb,Sevinc Yasəmənlə birlikdə neçə illərdir görmədiyi anasının evinə gedib,onunla görüşəcək.Üstəlikdə atasının vəziyyətinə görə yardım istəyəcəkdi.
Nə qədər ürəyində kin bəslədə,Bir ananın isti qucağına,dəstəyinə çox ehtiyacı vardı .Anasıyla bağlı düşünüb dururdu ürəyində.
Necə olacaqdı bəs..Anası onu qəbul edəcəkdimi,ona qucaq açacaqdımı bir Allah bilirdi.

Müəllif:Onun :Mələyi
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 4 452
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri