Məni tək qoyma, ölərəm (10-cu bölüm)

Müəllif: Onun_Mələyi
Şərhlər: 11
Baxılıb: 4 222
Səs ver:
(səs: 0)
Sevinc bütün gecəni yatmadan səhərin açılmasını gözləmişdi. Bu sabah heç açılmayacaq kimi gəlirdi ona.
Artıq səhər 6:30 idi,qulağına qulaqcıq taxıb biraz musiqi dinləmək qərarına gəldi,bəlkə belə gözünə yuxu gedər deyə düşündü.
7:30 da Zəngli saatın səsiylə oyandı,hələ çox tez olduğunu düşünüb birdə yatmaq istədi. Ama pəncərəsinə düşən günəşin işığı onun gözlərinə düşür,yatmağına mane olurdu.
Yastığını götürüb çarpayının o biri tərəfinə qoydu.Biraz yerində mürgülədi.
Artıq hazır idi,Yasəmənlə Sevinc UNİ'yə getdilər.
Bir iki dərs əvvəldən icazə alıb
Çıxdılar.
Zaman sanki getmək bilmirdi ... Ən ehtiyacın olan,ən çox vaxtın tez keçməyini istədiyi vaxtlar sanki dahada yavaş keçirdi .
Artıq çatmışdılar anasının evinin yanına.Iki mərtəbəli bir evdə yaşayırdı anası.Böyük qara darvazası vardı evin,gözəl gül bağçası evin dörd yanını əhatə eləmişdi.
Yasəmən əvvəlcədən Vüqara ora gedəcəklərini söyləmişdi.Nə qədər ora gəlməməsini xaiş etsə də Vüqar əlçəkməmişdi.Sevinc kimi mələk qəlbli bir qızın anası tanımaq,və Sevincin yanında olmaq istəyirdi.
Vüqar maşında ,başında kepka onları izləyirdi.
Yasəmən qapını döydü.
-Buyrun?Kim lazım idi?
Dedi bəyaz köynəkli,qara yupkalı qız.Bəlli ki evin xidmətçisi idi.
Sevinclə Yasəmən bir birinə baxdılar.
-Biz evin xanımını,yəni Sevda xanımı görmək istəyirik.
Dedi Yasəmən.
-Gözləyin,gəldiyinizi xəbər verim.
Ona kim sizi görmək istəyir deyim?
-Dayanın,gəlməyimizi icazə alnınıza gərəy yoxdur.Özümüz gedib onunla görüşəcəyik.
-Amma...
Dedi xidmətçi.Sevinclə Yasəmənə mane ola bilmədi.Yasəmən Sevincin əlindən tutub bir başa evə apardı.Xidməçi qızların dalıyca qaçdığı üçün darvazanı açıq qoydu.Vüqarda fürsətdən istifadə edib darvazadan içəri keçdi.
Yasəmən qapını döyməyə başladı.
-Hardadı bu qız axı,qapını niyə açmır?
Dedi özü özünə evin xanımı.
Nəhayət qapı açıldı.
Qapıda uzun boylu,sarışın,olduqca gözəl geyinmiş bir qadın dururdu.
Hər halından bəlli idi varlı və baxımlı olduğu.
Sevinc onu görən kimi tanıdı,illər əvvəl onu tərk etməsi yadına düşdü.Istər istəməz bir addım arxaya atdı qaçıb getmək istəyirmiş kimi.
Yasəmən Sevincin əlindən bərk-bərk tutub gözləriylə sanki cəsarətli olmasını söyləyirdi.
-Buyrun?Kim lazım idi?Siz simsiz?
Dedi Sevda xanım.
-Sssalam Anna.
Kəkələdi bir anlıq Sevinc.
-Anamı dedin?anlamadım?
-Həə ana,mən sənin qızınam. Sevinc.
Deyib sarıldı Anasına.Sevda xanım bir anlıq donub qaldı.
Sevinc'in qollarından tutub itələdi.
-Siz kimsiz?Nə anası ?Mən sənin anan deyiləm.Mənim qızım,mənim qızım olduğunu xatırlamıram.Yanlış ünvanı gəlmisiz qızlar.
-Necə yəni anası deyilsiz Sevda xanım?O sizin qızınızdır,İllər əvvəl atıb getdiyniz qızınız həmdə.Siz bir anasız,evladınızı necə tanımaya bilərsiniz axı?
Dedi əsəbi və bir o qədər də səs tonunu qaldırmış Yasəmən.
-Ee..Necə sübut eliyə bilərsiniz axı qızım olduğunu?Bilirsiniz imkanlı olduğumu,gəlib mənə özünü qızım kimi təqdim eliyirsən. Bəlkədə puluma görə yalan danışırsız.
Sevinc'in gözləri dolsada özünü saxladı .Qürurunu əzmək ,bu qadının qarşısında ağlamaq istəmirdi .O heç dəyişməmişdi.Əvvəldə fikri xəyalı həmişə pul var-dövlət idi ,indidə .
- Məni necə tanlmamazlıqdan gələ bilərsən axı ?!Varlı bir evdə yaşıya bilərsən,gözəl bahalı geyimlər geyinə bilərsən.
Ama mən səni hələdə unutmamışam.O gün atamla məni necə tərk etdiyin hələdə yadımdadır.Heç dəyişəməmisən əslində.

Sevda xanım həyat yoldaşının evdə olduğunu xatırladı.Sevinc'in üzünü əllərinin arasına alıb:
- Sevinc qızım,bu sənsən?necədə böyümüsən.)gözlə gəlirəm.
Sevinclə Yasəmən bir anlıq sevindi.
Qadın əlində çeklə qayıdıb,çeki Sevincin ovcunun içinə qoydu.
- Al Sevinc.Burda sənin 5 ilinə yetəcək qədər pul var.Təhsilini,geyim kecminə xərcləyərsən.Ama xaiş eliyirəm,birdə bura gəlmə.Məni anlamağa çalış,evlənib yuva qurmuşam özümə.Bilirsən axı bu həyatı yaşamaq üçün çox şeydən keçmişəm.Indi bu qədər pis gündən sonra bu həyatı itirmək istəmirəm.
Nə vaxt pul lazım olsa zəng edərsən.Ama bura gəlib görüşməymizə ehtiyac yoxdur.

Sevinc yerindəcə donub qalmışdı.Birdən Sevincin yerlə yeksan olduğunu gördülər.Şokdan özündən getmişdi.Qadın Sevincin halına ruhu belə incimədən getmələrini xaiş edirdi Yenə də.
Vüqar Sevinci o halda görüb qapıya tərəf qaçdı.Qadının dediklərini eşitmişdi.Artıq səbri qalmamışdı,Sevinci bu hala salan anası da olsa cəzasını çəkməliydi.
- Sən necə anasan axı?!Hə necə?!İllər əvvəl qızını atmadığını bəs eləməmiş kimi bugün ona sarılmadan göndərməyə çalışırsan.!Sənin pulun kimə lazımdır axı?!Bu qıza yaxşı bax.!Bu qız sənin öz qızındır. O bura nə ümidlərlə gəlmişdi.!Sən analıq adına yaraşmırsan.!Anladın?!
Səs küyü eşidən Sevda xanımın yoldaşı qapıda idi.
-Canım?O nə səs küydür?
Dedi Sevda xanımın həyat yoldaşı.
Sevda xanım tədirgin oldu.
-Heç canım,gəlmə sən .Dilənçidir,pulun azlığını görüb səs küy salırlar.

Vüqa əsəbdən partlamaq üzrə idi.Yasəmənsə Sevinci bura zorla gətirdiyi üçün peşmanlıq duyub,ağlayırdı.
Sevinc gözlərini yarı açmış ,qapıda atasının həkimini gördü.
-Sevinc qızım ?Sevda?Nə baş verir burda? Vüqar?Sən burda neynirsən?Biri mənə nə baş verdiyini danışacaq?!
-Hheeç..Gedirdilər onsuzda.Sən keç içəri canım.
Dedi kəkkildəyərək Sevda xanım.
-Dayanın həkim bəy.Deyəsən xəyanətə uğrayan tək biz olmamışıq.Sizdə yalana uğramısız.
-Anlamadım?Vüqar .Nə demək istəyirsən?
Vüqar Sevinc'in başına gələn hərşeyi danışdı ona,hətta indi Sevinci necə qarşılmasını,ona çek verməsini.
Rasimin həkimi əsəbdən əsirdi.
-Nə?!Sevda?!Bəs deyirdin evladım uşaq vaxtı ölüb?Bütün bunları necə edə bilərsən axı?Mənə necə yalan danışa bilərsən?Sən necə anasan?
-Bizə pul lazım deyildi həkim bəy.Biz sadəcə Rasim əmiyə köməy etməsini istəmişdik. Ama o bizi evdən qovsa bundan yaxşı olardı.
Sizin də bir evladınızı vardı hə?Nə malum ki öz qızını atıb gedən,onu pula görə tərk edən qadın öz ögəy oğluna siz olmadıqda sahib çıxar?!
Öz qızını atan bir gün ögəy oğluna nələr edər Allah bilir.
Dedi ağlayaraq Yasəmən.Sakitləşə bilmirdi.
Həkim Həyat yoldaşına bu evliliyin burda bitdiyini söylədi.
Aşağı əyilib Sevincin başına sığal çəkdi.Bundan sonra atasının müalicəsi üçün nə lazımdırsa təmənnasız şəkildə hamısını öz üzərinə götürəcəyini söylədi.

Sevinc gözlərini açanda xətaxanada,Vüqarla Yasəmən də yanında idi.Vüqar yanındakı stolda oturub,Sevincin bir əlini tutub,bir əliylədə başını sığallayırdı.
Sevinc Vüqarın hərşeyi eşitdiyini,və sonra olanları da arasıra eşitmişdi.Yasəmənin orda olduğunu görmədən Qalxıb Vüqara sarılıb ağlamağa başladı.
Vüqarsa onu sakitləşdirirdi.
-Öhhü,öhhü.Burdayıq yəni,heç olmasa mən çıxım siz işinizdə olun ))
Dedi Yasəmən.
Sevinc başını qaldırıb utanaraq Yasəmənə baxdı.
- Caan.. quzum yenə ağlayırsan sən?
Zarafat eliyirdim,birazda olsa kefini açmaq istəmişdim.
Ağlama daha.Bağışla mən ki ,səni zorla ananın daha doğrusu o qadının yanına apardım. Hamısı mənim günahımdır.
Qurban sənə,bağışla bacını.
-Səndə günah yoxdur bacı.Özünü boşuna danlayırsan. Əksinə sağol ki məni buna məcbur elədin,onunla görüşüb heç dəyişmədiyini anladım .Həm bəlkədə sən də deməsəndə bir gün özüm anamı axtarıb onunla görüşmək qərarına gələrdim.

Sevinc Yasəmənin əlindən tutub:
-Anama görə üzülsəmdə, sevinirəm ki sənin kimi yaxşı bir dostum var.
Vüqar Həkimin yazdığı dərmanları almaq üçün xəstaxanın aptekinə getmək üçün aşağı düşdü.Yasəmən Vüqarın yoxluğunu görüb Sevincə olan bitən hərşeyi danışmışdı.Həkimin atasının müalicəsini üzərinə götürdüynü,evliliyin ı bitirəcəyini.Vüqarın elədiklərini..Sevinci daim izlədiyini...O pulu əslində Rasim əmi üçün topladığını.....Sevinc Vüqara güvənməmklə necədə səhv elədiyini anlamışdı.
Tezliklə Vüqarın içəri gəlməsini gözləyirdi ki ondan üzür istəyib,və sevgisinin qarşılıqsız olmadığını öz diliylə deyəcəkdi .


Müəllif: Onun_Mələyi
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 4 222
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri