Bir gecəlik günah: Əmanət (1-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 11
Baxılıb: 8 274
Səs ver:
(səs: 0)

Bir yerdə oxumuşdum 'Ölənlə ölmək olmaz' bu cümlə Sənanı ifadə edirdi. Günlər keçib, ay olmuşdu. Aylar isə zamanla ilə çevirlmişdi. Bu illər ərzində Bahar bir xeyli böyümüşdü. Sənan həyatın yalnız Bahara həsr etmiş, hec kimi sevməmiş, hec kimlədə evlənməmişdi. Qızı ilə olan 2 nəfərlik dünyasında çox xoşbəxt idilər. Sənan hər həftə Məryəmin məzarına baş çəkib onunla dərdləşərdi. Baharın necə böyüyüb, gözəl bir qız olduğundan danışardı. Bəzən gözləri dolar, bəzən isə gülümsünərdi. Həyatın yükünü tək çəkmək, Sənanın alın yazısı idi. Sənan Bahara ata olmamışdan əvvəl, bir ana, bir bacı, bir qardaş, bir dost idi. Bəli, Sənan bunları bacarmışdı. Bir gün gəlibdə, Sənan möhtəşəm bir insan olacaq desələr inanmazdıq.. Amma olmuşdu. Sənanın saclarına ağ düşmüş,40 yaşlarına gəlib çatmışdı. Bahar isə 18 yaşın tamam edəcəkdi sabah.
Sənan Baharı çox saf və təmiz böyütmüşdü. Bahar hələdə nağıllara inanacaq bir qız, sadəliyi və gözəlliyi ilə hər kəsdən seçiləcək bir gənc idi. Bu yaşına qədər atasından başqa hec kimə sevgi hissi bəsləməmişdi. Onun ilk sevgisidə, qəhramanıda atası idi. Çünki, qız uşaqlarının qəlbi həmişə atalarına aitdir. Üstəlik - üstəlik Sənan kimi möhtəşəm bir atanın.. Amma Bahar kecmişdə yaşanan, hec bir hadisəni bilimirdi. Ya bir gün o hadislər, Baharın nağıl dünyasını dağıtsa necə? Bahar yenədə atasını sevməyə davam edəcəkdimi? Ya nağılı dağılıb deyə, öz qəhramanına küscəkdimi? Bu hekayə Məryəmin Sənanə 'Əmanət' etdiyi Bahardan və Baharın artıq əsl həyat ilə üzləşməsindən gedir.Keçmiş hələdə incidirsə, deməkki keç'məmişdir. İrəli gedərkən, keçmişə baxmaq olmaz.. Çünki, bir yerlərdə qarşına çıxıb, yenidən səni yaralaya bilər.Keçmişə baxmadan, gələcəyə davam.

Mart ayının otağa düşmüş günəşi ilə Sənan yerindən qalxmışdı. Bu gün Baharın ad günü idi. Onun üçün 18 ədəd ürəkli şar, bir kitab almışdı. Birdə Baharın sevəcəyi bir keksin üstünə 1 ədə şam qoymuşdu. "Qızım çox sevinəcək"deyib sağ əli ilə şarları və kitabı tutmuşdu. O biri əlində isə bir ədəd olan keksi. Yavaş-yavaş Baharın otağına yaxınlaşıb, qapını döydü. Bahar isə yenicə yuxudan ayıldığı üçün, gözlərini ovuşdurub "Gələ bilərsən ata"dedi. Sənan içəri keçib, hələdə yatacağından durmamış qızına gülümsündü.Bahar Sənanın əlindəkiləri görəcək "Canım atam" dedi. Sənan yatacağın boş qalmış kənarına əyləşib, şarları otağa buraxdı. Hədiyyəsini Bahara uzatdı. Bahar hədiyəsini açıb Sənana sarıldı. Daha sonra Sənan şamı yandıraraq "Arzu tut"dedi. Bahar gözlərin yumub arzu fikirləşməyə başladı. Sənan "Qızım arzuların nə yaman çox çəkdi"deyib gülümsənməyə başladı. Bahar şamları üfürüb "Ata mənim hər arzumu yerinə yetirmisən sən, azru olaraq hec ne ağlıma gəlmədi". Sənan qızının alından öpüb "Yaxşiki doğulmusan Bahar qoxulum. İndi isə geyin dərsinə gec qalma. Axşam isə nənən gildəyik orda qeyd edəcik ad gününü"deyib otaqdan çıxdı.Bahar isə çox xoşbəxt hiss edirdi özünü. Otağdaki şarları saymağa başlayıb"Ahh hər yaşım artdıqca şarların sayıda çoxalır. Gələn il 19 olacaq yəqin. Canım atam mənim. Çox şanslı qızam mən.. Çox şanslı"deyib saçlarını daramağa başladı.

6 ay sonra
Bahar "Ata çox həycanlıyam ya qəbul olmamışamsa"dedi əli ilə iki üzünü tutaraq.Sənan "Qızım sən çox çalışmısan özünə güvən qəbul olacaqsan"dedi Baharı sakitləşdirmək üçün. Baharın bu gün univeristet cavabları açıqlanacaqdı. İstəyi dostları ilə eyni univeristete düşüb, onlardan ayrı düşməmək idi. Ən yaxın dostları isə Səlim və Nazlı idi. Bahar özü cavablara baxa bilmədiyi üçün, cavablara Səlim baxdı. Bahar əllərini yumulmuş gözlərinə tutaraq"Səlim qəbul olmuşam?"dedi. Daha sonra səs gəlmədiyini görüb barmaqlarını aralayıb, bir gözü ilə Səlimə baxmışdı. Gülüşü ilə ətrafı gözəlləşdirən Səlim "Təbrik edirəm! Biz bunu bacardıq"dedi. Bahar əllərini gözlərindən çəkib "Aaaa" deyə qışqırmağa başlayıb, Sənana sarıldı. Daha sonra isə Səlim və Nazlıya sarıldı. Bu gün hər zamanki, kimi xoşbəxtlik, Bahardan yana idi. Xoşbəxtlik isə çox uzun çəkməzdi elə deyilmi..?

Bölümün Sonu ...
Müəllif: İ.Goncha
Ps. Hekayənin əsl gedişatı, yəni Baharın həyatı 2 ci bölümdən başlayır. Bu bölüm sadecə, tanıtım xarekterli idi...
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 8 274
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri