Bir gecəlik günah: Əmanət (29-cu bölüm FİNAL)

Müəllif: Lusi
Şərhlər: 10
Baxılıb: 8 015
Səs ver:
(səs: 0)
Hər birisi xəstəxanda Yasəmənin əməliyyatdan çıxmasını gözləyirdi. Rüzgar ilk dəfə idiki Ağanın gözündə göz yaşı görürdü yanındaki Samirə "O mənə gələndə qorumasız balaca bir uşaq idi.. Mən bir qızımı itirdim ... Onuda itirə bilmərəm"deyirdi. Səlim isə bir qıraqda oturub Yasəmənin niyə belə bir şey etdiyini düşünürdü. Dəyərdimi? Ona görə ölməyə dəyərdimi? Ya Yasəmən bu həyatdan bezdiyi üçün belə etmişdi. Bahar isə ağlayırdı.. Yasəməni az müddətdi tanımasına baxmayaraq göz yaşlarını saxlaya bilmirdi. Rüzgar Baharın saclarından öpüb "O güclü qızdı.. Dayanacaq.."dedi. Bahar göz yaşlarını silib "Ağanın dediyi nə idi? Yasəməni niyə bu qədər çox istəyir?" deyə suallarını verdi. Bu suallar Baharın ağlında çoxdan dolaşırdı. Rüzgar gözlərini aşağı dikib "Yasəmən 16 yaşında təcavüzə uğrayıb.. O vaxtlarda da Ağanın qızı ölmüşdü. Ağa onu öz qızı gözündə görüb ona sahib çıxmışdı"dedi qısaca şəkildə. Bu sözləri eşidən Səlim, Yasəmənin dediyi sözləri xatırladı. Ona "Sən kimi qadınlardan iyrənirəm"demişdi. Utanc hissi ilə başını önə əydi. Öz həmcinsi tərəfindən balaca bir qızcığazın həyatı məhv olmuşdu. Az sonra həkim çölə çıxdı. "Silah qarın boşluğuna gəlmişdi. Gülləni çıxartdıq. Bundan sonrası Allahın əlindədir dua edin"deyib yanlarından ayrıldı.
1 həftə sonra
Yasəmən güclü bir qız idi. Dayanmışdı.. Yaşmaq istəməsə belə sağ qalmışdı. Baş ucunda hər kəs dayanmışdı. Samir "Qorxutun bizi!"dedi yarı gercek yarı zarafat hala cevirərək . Yasəmən isə azacıq gülmsündü "Qismətdə buda varmış" deyib Ağaya döndü. Ağa isə əsəbi idi "Qismət deyildi bu. Sən bilərək O oğlanın önünə atladın! Hanı indi bax O yoxdu"dedi.Yasəmən azacıq dikəlib "Atalıq mən səni qoyub getməzdim... Onu boş verində polislər dediyimiz yalana inandılar?" Rüzgar bu an sözə atlayıb "Əmim o məsələni həll etdi. Rahat ol" Yasəmən Rüzgarın yanında durmuş Bahara baxdı. Yasəmən Baharı çox istəyirdi "Səndə burda imişsən" Bahar gülümsünüb "Yaxşı olmağına sevindim.. Birdə belə bir sey olmasın.. Bu gündən mənim dostumsan"dedi. Yasəmən razlıq əlaməti kimi gözlərini qırpdı. Nə qədər bildirməməyə çalışsada, indi burda nədənsizcə Səlimin olmağını istəyirdi. Amma O yox idi... Səlim atası bildiyi Rafiqin yanına gedərək onu qəbul etmədiyini söylədi. Bu vaxtdan sonra ona ata lazım deyildi. Duyğusal söhbətlərdən sonra Səlim son qərarını vermişdi. Amma Rafiq bu qərarı qəbul etməmişdi. Səlim isə bütün gercekleri bildiyi üçün ağlında olan planı işə salmağa başladı. Rafiqin yanından çıxıb polislərə narkotik mafiyasının ünvanın söyləmişdi. Bu ünvanlar həm Rafiq bəyin həmdə Ağanın məkanları idi. Hər kəsin qanında bir yaxşılıq olsada, hər kəs öz cəzasın mütləq və mütləq çəkməldirlər. Rafiq bilə bilməzdiki, axtardığı oğlu onun sonu olacaq... Yasəmən tam xəstəxandan çıxdığı gün polislər məkanı basıb onları tutmuşdu. Yasəmən bu xəbərə yıxılmışdı tək təsəllisi yanındaki Bahar və Rüzgar idi.
Yasəməni Rüzgarın evinə gətirmişdilər. Az sonra qapı çalınmışdı. Bahar qapını açdıqda qarşısında Səlimi gördü. Daha sonra Səlim içəri daxil oldu. Hec biri Səlimin gəlişini gözləmirdi.Hər 3 də bu günki yaşanmış hadisənin Səlim tərəfindən olduğunu bilirdi. "Mənə elə baxmayın.. Hamımızın gələcəyi üçün bunu etməliydim"deyib divanda uzanmış Yasəmənin yanına gəlib əlindən tutdu "Gec qaldığım üçün bağışla məni... Düzdü bir birimizi çox tanımırıq.. Amma bizə bir şans ver" dedi Yasəmənə gülümsəyərək.. Arada olan hissin adı yox idi. Amma adı olmayan bir hiss onların hər ikisini bir birinə çəkirdi. Və şansı Yasəmən Səlimə vermişdi. Tam 1 ay sonra Rüzgar Baharı Yasəmən və Rəsula əmanət edərək öz istəyi ilə 6 aylıq dispansere yatmışdı. Bu aylar ərzində Bahar Sənandan icazə alaraq Yasəmən, Rəsulla birlikdə Rüzgarın evində qalmışdılar. Yasəminin Səlimə verdiyi şans isə sevgi hissinə çevirlmişdi artıq. Yasəmənə bütün kecmisini unutdurub onu elə qəbul etmisdi. Və niyyəti olduqca ciddi idi. Bahara qarşı hiss etdiyi bağlılıqdan utanırdı bəzən.. Əvvəlki tək yaxın dost ola bilməsələrdə araları düzəlmişdi artıq.
6 aydan sonra
Bu gün Rüzgar dispanserdən çıxırdı. Rəsul ilə birlikdə Bahar dispanserin qarşısında Rüzgarı gözləyirdi. Çox həycanlı idi hər ikisidə bundan sonra həmişə bərabər olacaqdılar.. Onları qarşıda gözəl günlər gözləyirdi. Maşına söykənib gözünü qapıya dikmişdi. Qapı açıldıqda əlində sport çanta olan və sacları kəsilmiş formada olan Rüzgarı gördü. İri addımlarla Rüzgara tərəf irəlləməyə başladı. Rüzgar isə əlindəki sport çantanı atıb iki qollarını yana açdı. Bahar Rüzgara sarıldı. Rüzgarda Baharı olduqca möhkəm qucaqlayıb ətrafda döndürməyə başladı "Bacardıq Bahar.. Bu sənin uğurundu"deyib sağ üzünə möhkəm bir öpücük qondurdu. Bahar isə hec ne demirdi.. Deyiləsi bir sözü yox idi.. Gözü yaşarmağa başladı. Rüzgar bunu hiss edib "Sevinc göz yaşları.. Səni sevirəm"dedi. Daha sonra Bahardan ayrılıb Rəsul ilə qardaşcasına görüşdülər. Rəsul maşının açarlarını Rüzgarın əlinə verib getdi. Çünki, Bahar belə istəmişdi. Rüzgarı götürəcəyi bir yer var idi. Rüzgarın əlindən tutub "Gedək"dedi. Yolda gedəcəyi ünvanı söylədi. Maşın dayandığı yer məzarlıq idi. Rüzgar hec nə demədən Baharı izləməyə başladı. Baharın dayandığı nöqtə Məryəmin məzarı idi. Məzarın düz önündə dayanıb Rüzgar ilə əl ələ tutub "Gəldim ana.. Gəldim... Bu dəfə sevdiyim adamla, gəldim..."dedi.

VƏ Son

Müəllif:İ.Goncha

Ps.Bu hekayəni çox saylı istəkləri nəzərə alıb davam etdirmişdim. Və ən sevimli hekayelerimden birinə çevirildi sonda.Əmanətinizə bir ömür sahib çıxmay diley ilə sevin ve her zaman sevilin..
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 8 015
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri