Yara'na məlhəm (8-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 943
Səs ver:
(səs: 2)
Evdən çıxıb Sofiyanın işlədiyi kafeyə gəldim. Keçən dəfəki gəlişimə nisbətən, bu gün dolu idi bura. Boş masanın birinə keçib otururkən gözüm Sofiyanı axtarırdı. Qarşı tərəfdəki masaya tort verirdi. Üzünü döndərdikdə məni gördü. Gözləmirdi məni... Ətrafına baxdı, daha sonra mənə yaxşınlaşdı "Menyu gətirim?" deyə soruşdu. Üzü bəyazlamışdı... Ona yatıb dincəlmək lazım idi. "Həə gətirərsən. Amma de görüm mədənin ağrısı keçdi?"dedim. Başqa nə deyə bilərdimki? Çox bəlli edirdim görəsən özümü.. "Əslində, yox... Amma işləməyə məcburam" deyib alt dodağını dişlədi. Ağıllı bir cümlə qurmalı idim. "Niyə məcbursan? İcazə vermirlər getməyinə?" İstədiyim yərə gəlməli idim. "Yox gərək yerimə bir adam qoyam. Oda yoxdu... Çox danışdıq biz mən getməliyəm"deyib dönərkən ayağa qalxıb qoluna toxundum. Qolunda olan əlimə baxdıqda, utanc hissi ilə əlimi qolundan çəkdim. Utanılası bir şey var idi? "Sənin yerinə mən işləsəm? Yəni sanmaki sənə görə deyirəm. Mənə lazımdı bu gün bu iş.. Çünki evdekilərlə dava etmişəm... Və onlara göstərmək istəyirəmki məndə işləyə bilərəm. Qəbul edirsən?"dedim. Yadımdan çıxmasın deyə, cümlələri ara vermeden demişdim. "Qəribədi... Bu gün bu təklifin ilə 2 ci yaxşılığındı edirsən mənə... Başqa bir vaxt olsa hec vaxt qebul etməzdim... Amma buna indi həqiqətən ehtiyyacım var." dedi. Şükür.... Uzatmadan qəbul etmişdi. Sanki, bir az özgüvəni artmışdı... Daha insanlar ilə danışmaqdan çəkinmirdi. "O zaman vaxt itirməyək. Müdürünə yaxınlaşıb vəziyyəti izah edək"dedim. Az çox bu işdən başım çıxırdı. Ailəmin göz bəbəyi olsamda, səhv hərəkət etdikdə kafelerdə ofsiantlıq edirdim. Ya da maşınım əlimdən alınırdı. Bu məsələni həll etdikdən sonra Sofiya getmişdi. Mən isə iş başına keçmişdim. Sevinirdim... Onun yükünü bir az azlatdım deyə çox sevinirdim. Saat 7 də kafedən çıxıb birbaşa evə gəlmişdim. Yorğunluqdan ölürdüm ... Otağıma çıxıb özümü yatacağıma atdım. Bildiyiniz atdım yəni! Sofiya bu yorğunluq ilə necə baş edirdi? Başımda ağrımağa başlamışdı. Ağrının keçməsi ilə,alnımı ovuşdurmağa başlayıb, cibimdən telefonu çıxardıb ona yazmağa başladım.


Kamran: necə oldu mədənin ağrısı?
Sofiya: indi yaxşıyam yatıb durdum düzəldi
Kamran: bəs işdə deyildin sən?
Sofiya: işdə idim. Amma hec gözləmədiyim bir sey oldu. Direktorun bacısı oğlu gəlmişdi kafeyə. Adı Kamrandı bu arada. Mədəm üçün bu gün mənə dərman almışdı. Ordada soruşduki mədənin ağrısı keçdi falan. Sonra dedi sənin yerinə işləyə bilərəm. Yəni özü üçün etdi əslində. Uzun sözün qısası O işlədi mən gəldim evimə
Kamran: O baxıramda dünyalı insanlar ilə danışmağa başlamısan artıq
Sofiya: birdən oldu. Məndə hec gözləmirdim :)
Kamran: əla onda
Sofiya: səndə nə yenilik var?
Kamran: mənəmdə ... yenilik çoxdu... problemlər daha çoxalıb...
Sofiya: danışmaq istəsən burdayam
Kamran: bilirəm... indi deyil amma, bəlkə vaxt danışacam sənə...
Sofiya: bu arada, bu gün axşam telefonla danışa bilməyəcəyik.Çünki başqa bir dostum ilə danışmalıyam.
Kamran: sənə necə xoşdusa elədə olsun.


Mən çıxıram indi. Özünə yaxşı bax
Son mesajı yazıb interneti bağladım. Həqiqətən artıq bir problemim var idi. Və bu mənim canımı sıxmağa başlamışdı. Ona 'doğruluq-cəsarət' oyununda yazdım. Bu oyunu 'virtual dostluq' adı altında davam etdirdim. Daha sonra nə olacaqdı hə? Bir gün bu gərəcəklər ortaya çıxdıqda Sofiya üzümə belə baxmaycaqdı... Hara qədər belə gedəcəkdim? Özümü rahat hiss edə bilmirdim artıq. İçimdə bir yerlərdə narahatlıq hissi baş qaldırırdı. Mən bir oyunun, başından böyük bir işlərə yol açacağını bilmirdim. O gün pencerenin yanında oturub kitab oxumasaydı, mən onu tanımaycaqdım. Yaşıl gözləri, daima yaşlı idi... Mən ona sadecə yaxşılıq edirdim? Yəni, etdiyim bir yaxşılıq idi. Başqa bir niyyətim yox idi. Başqa bir niyyətə sahib deyildim... Sofiya həyatıma daxil olandan sonra, öz həyatımı unutmuşdum. Əslində, yaşadığım 'boş' bir həyatımı unutmuşdum. Həyatımın mənası yox imiş... Bir çox şeyin fərqinə vardım artıq. Məsələm, özümü tanıdım... Ona yanaşma tərzim bir başqa oldu... Bir sözlə son günlərdə həyatım çox dəyişdi. Onun həyatında bir Kamran olmaq istəyirdim daha.
Onun yanında olsaydım, yarasına məlhəm olardım. Onun üzünün gülməsini istəyirəm artıq. İrəlləyən vaxtlarda, bu məsələyə bir çarə tapmalıydım. Hər zamn olduğu kimi ən yaxşısı yatmaq idi. Səhər gözlərimi yağışın səsi ilə açdım. Aprel ayı olduğundan aramsız yağışlar yamağa başlamışdı artıq. Məktəbə getmək üçün hazırlaşıb evdən çıxdım. Yenə könül onu görmək istəyirdi. Dərsə girməyib bufetə gəldim. Sözdə, anama bu il məzun olacam demişdim. Bu gedişlə çətin olam... Hər zamanki masa tərəfə irəllədikdə öz adımı eşitməyim ilə ayaq saxladım. Bir səs zərifcə "Kamran..."söyləmişdi. Bu səsin sahibin tanıyırdım. Üzümü ona dönərdim. Yavaş adımlar ilə mənim olduğum nöqtəyə yaxınlaşdı. "Dünən sənə təşəkkür edə bilmədim..."dedi çəkingən bir tərzdə. "Təşəkkürə ehtiyyac yoxdu... Dərsin boşdusa 2 çay içək?"deyə bir təklif etdim ona. Mən ona çay içək deyə bir təklif etdim? Hansı ağıla qulluq edib, görəsən təklif etdim. Özümü şühbəli aparmağa davam edirdim. Ona çətin sual vermişdim... "Olarda... Amma... Mənimlə görünməkdən çəkinmirsən?" deyib başını aşağı əydi. Nə qədər gözəl olduğunun fərqində belə deyildi... O sacları açsa, gözünün içi daima gülsə ondan daha gözəli ola bilməzdi... "Deyəsən sən özünə, güzgüdə baxmamısan..."dedim ona. "İnsanları alçatmaqdan zövq alırsız?! Hamınız eynisiz! Mənə çirkin damğası vurmaqdan əl çəkin!"dedi əsəblə. Yanlış anlamışdı dediyimi... Dönüb getmək istəyərkən, qolundan tutub özümə tərəf çəkdim daha sonra qulağına yavaşca "Baxdığın, güzgülər çatlamalıdı, məncə... Çünki, daş belə olsa sənin, bu gözəlliyinə çatlar, Sofiya... "deyə pıçıldadım.

Bölüm sonu...

Müəllif: Goncha
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 943
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri