Səndən başqa (2-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 8
Baxılıb: 5 599
Səs ver:
(səs: 2)
Bölüm 2

Getmək üçün irəli addım atdıqda "Mənə birdə soyadımla xitam etmə!"dedi. Üzümə süni bir gülüş qataraq ona döndüm. Edəcəkdim! Qıcıqlıq etməyi sevirdim çünki! Soyadını heca - hecaya bölərək "Zi - yad - za - də" dedim yenidən sağ qaşımı qaldırıb, ona meydan oxumuş kimi. Renatı əsəbləşdirdiyim bəlli oldu. Çünki, "Ya səbr!"dedi oda üzünə süni bir təbəssüm qataraq. Onunla 2 ay çox gözəl yola gedəcəyimiz burdan aydın oldu mənə! Bir şey demədən qarşıya dönüb onun yanından uzaqlaşaraq otağıma çıxdım təkrar. Ona artistlik olsun deyə masadan ayağa qalxdım, amma mən hec bir sey yeməmişdim. Və hal hazırda ac idim. Ac! Özüm özümə göz süzdürüb, kursa gedəcəyim üçün hazırlaşmağa başladım. Xalamla birgə evdən çıxıb, 2 ay boyunca oxuyacağım kursa gəldim. Bildiyimiz, özəl məktəblərdən idi. Bir ayrıcalığı yox idi. 5 uşaqla birgə dərs alacaqdım. Bunu öyrəndiyim yaxşı olmuşdu. Daha sonra kursdan çıxıb, xalamın israrı ilə mənə yeni geyimlər aldıq. Ehtiyyac yox idi amma xalam yenə məni dinləməmişdi. Günün sonunda nəhayət evə gələ bilmişdik. Bütün gecəni sabahki kursumu düşünərək keçirdim. Nə də olmasa, yeni insanlar tanıyacaqdım. Axşam yeməyi üçün aşağı düşdükdə, masada əyləşən Renatı gördüm. Nə əcəbsə, axşam yeməyinə gələ bilmişdi... Masaya yaxınlaşıb, onun qarşısında olan boş stola əyləşib qıcıqlıq olsun deyə təbəssüm etdim ona. Oda eynən, mənim etdiyim kimi etdi... Xalamla, Salman əmidə masaya əyləşdikdə, yeməklərimizi yeməyə başladıq. Masada səssizlik höküm sürərkən, xalamın "Oğlum, İlknuru sabahdan kursa sən aparıb gətirə bilərsən? Nə də olmasa yenidi burda"dedi. İçdiyim su boğazımda qaldı. Və öskürməyə başladım. Renat qəbul etməzdi çox güman.Bu da mənim işimə yarayardı. Onunla bir yerə getmək istəmirdim! Renatın dodaqları aralandıqda, böyük bir həvəslə nə deyəcəyini gözlədim.

"Həə, niyədə olmasın..."

Dediyi söz ilə məndə həvəs falan qalmamışdı... Bildiyiniz, Renat mənim başıma baxıçı oldu! Bu işə əl atmalı idim!

"Xalacan Renatın bəlkə bir işi var? Onu narahat etmək istəməm"dedim.

Başqa nə cür bildirim axı ki, mənə Renat lazım deyil! Renat əlindəki çəngəli yerə qoyub

"Mənim bir işim yoxdu, narahat olmaram. Nə də olmasa bizlərə əmanətsən sən"dedi.

Məyus bir halda baxışlarımı masanın üzərinə çevirdim. Sırf inad olsun deyə etmişdi belə! Mərcə girərəmki belə idi! Yeməklər bitdikdə xalam ayağa qalxıb "Renat, bu gün masanı yığışdırmaq, qabları yumaq sənin növbəndədi"dedi. Xalamın yalnızca təmizlikçi tutduğunu bilirdim. Amma qabları sıra ilə belə yuduqlarından xəbərim yox idi. Xalam sözünə davam edib "Həə bu arada, İlknur səndə Renata kömək edəcəksən bizdə Salman əmin ilə bağcaya kecirik"dedi. Renat ilə birgə masanın üzərini yığışdırıb mətbəxə keçdik. Yəni, Renat indi qab yuyacaqdı?

"Mənə elə baxma. Mən qadın kişi ayrıcalığı edən insanları sevmirəm. Burda qəribə bir seydə yoxdur. Belə edirik mən yuyuram sən də sadecə mənə baxırsan"

Düz deyirdi əslində, qadın kişi hüququ bərabərdi deyən biz idik. Həmdə belə görürəm, bu hal onlarda adət halına çevrilmişdi. Mətbəxdə olan masanın üzərindəki qırmızı almanı əlimə alıb, bir dişləm alaraq, Renatın yanına gəlib qaz sobasına söykənib onun qab yumağına baxdım.

"Niyə razı oldun, məni dərsə aparmağa?"dedim aramızda olan səssizliyi pozaraq.

Mənə baxmadan qabları yumağa davam edərək "Niyədə razı olmayım? Bir səbəb göstər? Həmdə Zərişi qırmaq istəmirəm mən. Sən onun sevimlisisən"dedi.

Tək səbəb, xalam idi... "Sabah saat 9 da hazır ol, o zaman. Gözlənilməyi hec sevmirəm. Birdə, qabları yaxşı yuu"deyərək qaz sobasının yanından ayrılıb irəli atdım atdım. İrəli atdım atmağım ilə, bir əl arxa qolumu tutdu. Təbiki, Renat idi... Arxamda duraraq, dodaqlarını sol qulağıma yaxınlaşdırıb "Sənə mənimlə belə rəftar etmək cəsarətini kim verib?!"dedi. Dodaqlarının istisini qulaqlarımda hiss edə bilirdim... Dönmədim ona tərəf... Mən sadecə bir zarafat etmişdim. "Bundan sonra zarafat belə etmərəm səninlə!" deyərək qolumu əlindən çəkib, yanından uzaqlaşdım. Sakit bir qız olsam, ayrı bir dərd, olmasam başqa bir dərd! Əsəblə otağıma çıxıb, çarpayıma uzandım. Sabahdan onu danışdırmayacaqdım! Mənə normal davranana qədərdə bu belə davam edəcəkdi! Uşaqlığında da belə idi... Ətrafındaki insanları hər zaman özündən aşağı səviyyədə görərdi. Hec kimi özünə yaxın buraxmazdı. Dəyişən bir sey yox idi onda... Əsəblərimə hakim olub, pozulan kefimi düzəltməyə çalışdım. Boş verməli, idim... Gələcəyin, psixoloqu olaraq bu işə bir çıxış yolu tapmalıydım. Yoxsa iki ay boyunca, məndə əsəb qalmazdı... Can sıxıntısına olduqca nifrət edirdim! Sıxılma canım...

Nə vaxt yuxu tutduğunu bilmirəm amma ayıldıqda, ilk öncə yuxulu gözlərim ilə ətrafa baxdım. Deyəsən, səhər açılmışdı... Günəş otağa vururdu... Gözlərimi ovuşdurub, çarpayıdan qalxmağa çalışdıqda, üstümə nəzər saldım. Dünən gecə ki paltarlar ilə yatmışdım... Mən belə düzənsizliyi hec sevməzdim... Üstümə baxdıqdan sonra isə, sanki yeni - yeni idrak etməyə başladımki, mənim bu gün kursum vardı! Çarpayının üzərinə qalmış telefonu əlimə alıb saata baxdım. Saat 08:45 göstərirdi... 15 dəqiqəm vardı. Tez bir şəkildə gündəlik səhər işlərimi həll edib, geyim gardirobumu açdım... İnsan ən azı, gecədən nə geyinəcəyini hazırlamalı idi! Ağılsız başım! Əlimə mavinin ən açıq tonunda, dizimdən azacıq yuxarı olan sadə bir platya götürüb, geyinərək, saçlarımıda darayıb, tək tərəfli sol yanıma hörərək atdım.
aha nə? Bu halımda makiyaj etməyəcəkdim. Düzün desəm, etməyidə hec sevmirdim. Amma belə ruha oxşayırdım... Onun üçün sadecə qırmızı dodaq boyası sürüb, ağ rəngli kürək çantamıda götürüb, qaçaraq aşağı düşdüm.Aşağıda hec kimi görə bilmədim. Bu Renat harda idi?! Bir az daha gəlməsəydi, gecikəcəkdim! Sağ sola boylanıb baxdıqda, piləkandan düşən xalamı gördüm.

"Sabahın xeir qızım. Renat səni çöldə gözləyir, nə gec düşdün aşağı?"

Xalamın bu sözü ilə nə qədər boş düşündüyümün fərqinə vardım. Evdən çıxıb, çölə çıxdıqda, maşının kənarına söykənən Renatı gördüm. İlk öncə, məni yenidən başdan aşağı süzdü... Daha sonra qoluna taxdığı saatı mənə göstərib saat "09:10"du dedi gülümsəyərək. Ona doğru yaxınlaşıb "Yatıb qalmışam... Və dərsə gecikirəm"dedim dodaqlarımı büzüb. "Mən səni tez bir şəkildə ora çatdıracam... Bu arada, şirin olmusan"dedi baxışlarını məndən qaçırdıb. Diqqətinizə çatdırımki, gözəl deyildim... Şirin idim sadecə...

Bölüm sonu

Müəllif: Goncha

Ps. Məncə şirin sözü, gözəl sözünü döyər :)
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 5 599
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri