Cənnətin ətri (1-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 5 362
Səs ver:
(səs: 0)
Çətin günlər geridə qalmış, istənməyən xatirələr unudulmuşdu. Xoşbəxtliyə toxunacaq qədər yaxın, qorxulardan düşünülməyəcək qədər uzaq adam “Günəş doğacaq” deyərkən qaranlıq çökdü. Alov- lanan ümid məşəlləri kiçik qığılcımlar tək söndü. Zülmət sabaha dair bütün xəyalları korluğa gömdü. Korluq acizlik duyğusu, çarəsizlik hissi yaşatdı və bu yaşam düşüncəni parçalamağa qadir psixi sarsıntılar gətirdi. Qaranlıqda ağlını oynatmış insan sadəcə bir şeyi düşünə bilirdi: “Canının yanacağını bildiyi halda həyatını odlayaraq qisas almağı”.

Günorta hava günəşli və küləkli idi. Küləyin so- yuq nifrətindən qızğın günəş ətrafında dövr
edən qanadsız pərvanənin qəlbi isinmirdi, şəhərdə dolaşmaq qeyri-mümkün hala çevrilmişdi. Şəhərin aurasını damğalayaraq əsən soyuq nifrət ağacları belə təşvişə salırdı. Sağa-sola əyilib budağı budağına çırpı- lan çinarlar yaşıl yarpaqları ilə vidalaşmalı olurdular. Bu görünməz güc həyata son nəfəsini verən yarpaq- ları küçələr boyunca sürükləyib binaların künc-bu- cağında topalayırdı. Səmada quşların yerinə sellofan torbalar, kağız parçaları uçuşurdu. Bütün şəhəri toz- duman bürümüşdü. Usandırıcı havada bir-biri ilə ya- rışan Xəzər dalğaları özlərini möhkəmcə Bakı sahilinə çırpıb məhv eləyərək küləyə olan qəzəbini göstərirdi. Küləksə şiddətləndikcə şiddətlənir, qarşısına çıxan nə varsa qırır, dağıdır, aləmi alt-üst edirdi. Bunlar az- mış kimi günəş dünyadan üz döndərib onu qaranlı- ğın əsarətinə buraxdığında çılğın külək fürsəti əldən verməyərək qara buludları sürüyüb Bakı səmasına toplamışdı. Yağış yağır, külək əsir, şimşək çaxırdı. Yağış damlaları göz yaşı kimi süzülüb pəncərədən aşağı axırdı. Gözlərimdə uyuşuqluq, əlimdə piyalə, sağımda yarım butulka qırmızı kəmşirin çaxır vardı. Rəngi bozarmış cızıq-cızıq kauçuk stul üzərində aya- ğımı ayağımın üstünə aşırmış, bənövşəyi şimşək çil- çırağının arabir aydınlatdığı güclü yağışı və küləyin sağa-sola əydiyi ağacları seyr edərək ağır-ağır çaxır- dan qurtumladırdım. Topa buludlar tək qara dərdim ağlımda saysız – yağış damlaları qədər fikirlər ya- radırdı. Həmin gün kefimin yoxluğu soyuducuya doldurduğum pivələrin çoxluğu qədər idi. Çünki o zaman səkkiz gün olardı ki, Nərmindən ayrılmış- dım. Zəhrimara qalmış ayrılıq yaman ağır gəlirdi. Onunla birlikdə olduğumuz zamanlarda bəzən ay- rılmaq barədə düşünürdüm. İşə bax ki, ayrılmışdıq deyə özümü yaman pis hiss edirdim, ürəyim sıxılır, gözlərim dolurdu. Gah buxarlanıb səmaya qalxır, gah yağış olub yerə enirdim. Bu böyük dünyaya sığa bil- mirdim.
Məyus halda oturub etdiyim qələtə görə məndən küsmüş sevgilimlə barışmaq üçün bəhanələr düşü- nürdüm. Düşündüklərim bir yana, ayrılığın sağlığı- na şokoladla qırmızı çaxır ideal harmoniya yaradır-dı. Hər damlası qürura zəhər, göz yaşlarına məlhəm olurdu. Zəhərli məlhəmdən mədəmə boşaltdığımda kimsə qapını döydü. Stəkanı pəncərənin önünə qo- yub saatlarla oturduğum stuldan qalxdım. Gözlərimi silib üst-başımı düzəldərək qapını açdım. Qarşımdakı iş yoldaşım Elnur idi. Elnur yağışda islanmış siçana bənzəyirdi. Yastılanmış saçından çiyinlərinə, boynu- na su damcılayırdı. Üstü-başı büsbütün yaş idi. İslan- mış siçan mənə:
– Niyə beş gündür işə gəlmirsən? – dedi. Mən gözlərimi ovuşduraraq:
– Altı gündür, – dedim.
– Olsun altı gün, niyə gəlmirsən? Müdir mənə dedi ki: “Ona de ki, daha işə gəlməsin.” Amma aramızda qalsın, səni qorxutmaq istəyir. Sabah gəl, üzr istə, bir də olmayacaq de, işə başla. Belə getsə həqiqətən səni qovalayacaq.
– Əşi, cəhənnəm olsun... üç ay özümü dolandırma- ğa pulum var, heç onun işinə ehtiyacım yoxdu. Ax- şam-axşam yağışda-qırğında bunu deməyə gəlibsən? Keç içəri, saçını-başını qurula, su siçovuluna oxşayır- san. Həm də içək bir az, soyuducuda pivə var, bəlkə çaxır içəsən? – oturduğum stulun yanına qoyduğum çaxırı əlimlə işarə etdim.

Elnur giriş qapısının arxasındakı asılqandan götür- düyü açıq mavi əl-üz dəsmalı ilə başını qurulayaraq mətbəxə keçib çay stəkanı ilə geri qayıtdı. Kəmşirin çaxırla onun stəkanını doldurdum; masa üzərinə qoy- duğum şokolad parçalarını göstərərək:
– Şokoladı ora qoymuşam, – dedim.
Elnur ayağını ayağının üstünə aşıraraq stula yayxa- nıb şokolad parçasından iri birini qarnına ötürdü. İki- üç qurtum çaxırdan içib oturmaqdan yorulmuş kimi gərnəşərək:
– Hə, de bilək, dərdin nədir? Kim salıb bu hala səni? – dedi.
Pəncərə önünə qoyduğum stəkanı götürüb stula oturaraq:
– İnsanlar, qardaşım, insanlar. Pis, düşüncəsiz in- sanlar, – dedim.
– O pis və düşüncəsiz dediyin insanlar kimdir? – söylədiyində çaxır dolu stəkanı bir nəfəsə qarnıma boşaltdım.
Əlimin arxası ilə ağzımı silib gülümsəyərək:
– Axı nəyinə lazım? – deyə sual verdim, lakin stə- kanımı doldurmaq üçün əyilib çaxır butulkasını gö- türmək istədiyimdə stul altımdan sürüşüb çıxaraq məni sağ tərəf üstə, butulkanın üzərinə yıxdığından nə cavab verdiyini eşidə bilmədim. Zədələnərkən
–aaa... – deyə çığırıb,
– ay zibil, öldüm
– ufuldandığımda çaxır butulkası aşıb həzin-həzin döşəməni qırmızı- ya boyayırdı.
Elnur əlindəki stəkanı cəld masaya qoyub iki əli ilə qoltuqlarımdan tutaraq məni ayağa qaldırdı. Qısılıb əlimin içi ilə möhkəmcə qabırğamı sıxdığımda o yıxıl- mağıma gülür:
– Piyan olub ha,
– başını bulayıb,
– nə oldu? Nə tez yıxıldın belə,
– deyərək yersiz zarafatlar edirdi.

Ağrı bürümüş canımla onun zarafatlarına dözə bilmədiyimdən:
– Exğğ...
– deyə iyrənc bir səs çıxarıb:
– Cəhənnəm ol, həkim çağır, ölürəm,
– dedim. O zarafat etmədiyimi anlayıb təcili yardıma zəng etdi.
Yarım saat sonra xəstəxana otağında nazik bəyaz örtüklü soyuq çarpayı üstə uzanmışdım. Həkim rent- gen otağının bağlı olduğunu, sabah açılacağını, saba- ha qədər xəstəxanada qalmalı olduğumu demişdi.
Elnur:
– Sabah yanına gələcəm,
– deyib məni orada tək qoyaraq getmişdi.
Rütubətli otağın rəngi bozarmış divarları arasında- kı çarpayı üzərində şəhəri silkələyən külək və yağışın səsini dinləyərək yatmağa çalışırdım. Soyuqdan və küləyin uğultusundan sızlayan qabırğamla birlikdə yata bilmədiyimdən öz halıma acıyır, kimsəsiz yetim bir uşaq hissi yaşayırdım. Nə yaxşı ki, arada tibb ba- cıları gəlib yoxlayırdılar. Nəsə istəyib-istəmədiyimi soruşur, yenə otağı tərk edirdilər. Mənə ağrıkəsici vu- ran, sürməli yaşıl gözləri, uzun qıvrım kirpikləri və iri çəhrayı dodaqları olan tibb bacısına gözüm düşmüş- dü. İkinci dəfə yanıma gələndə sarışın gözələ:
– Getmə, yanımda qal, – dedim. Gülümsəyib:
– Niyə? Ağrınız var? – deyə soruşdu. İçdiyim çaxırın təsiri ilə:
– Yox, sadəcə gözlərinizə aşiq olmuşam, – dedim.
O üzünü bozardıb gözlərini süzdürərək qapını çırpıb getdi. Qapını çırpmadan öncə adsız barmağın- dakı üzüyünü göstərdi. O üzük taxılı barmağını elə göstərdi ki, sanıram, həmin hərəkəti ilə pis barmaq işarəsi də göstərmiş oldu. Qıvrım kirpikli yaşıl gözlər bir də məni yoxlamağa gəlmədi.

Bir ara Nərminə zəng etdim. Beş, ya da altı dəfə. Te- lefon çağırır, çağırır, amma o açmırdı. Mesaj yazdım: “Xəstəxanadayam, ölürəm, qabırğam sınıb deyəsən, bu sənə yazdığım axırıncı sözlərdi bəlkə də, haqqını halal et”.
Yatanadək gözlədim, cavab gəlmədi. Ya yatmış, ya da inanmamışdı. O cavab yazmadığı üçün özümü ruhən pis hiss etməyə başladım, – bədənimdəki ağrı- larsa çoxdan sakitləşmişdi.
Səhəri gün qabırğamı rentgen aparatına salıb yox- ladılar.
Həkim:
– Heç nəyin yoxdur, salamatsan, sadəcə əzilibsən, bir-iki maz yazıram, onlardan alıb sürtərsən, heç nəyin qalmaz, – dedi.
Xəstəxanadan çıxıb ən yaxın aptekdən, resepti verərək, mazları alıb avtobusla evə qayıtdım. Evə tə- zəcə çatmışdım ki, telefonuma zəng gəldi. Zəng edən Elnur idi:
– Salam, Rasim, necəsən? Rentgendən keçdin?
Həkim nə dedi?
– Salam, dünən gördüyün kimi, hə keçdim, iki qa- bırğam sınıbmış.
– Bəs necə olacaq? İşə gəlməyəcəksən?
– Necə gəlim? Güclə hərəkət edirəm, həkim çox hərəkət etməməyi tapşırıb.
– Hə, yaxşı, müdirə deyəcəm vəziyyətin haqda. Sən hardasan indi?
– Güclə taksiyə əyləşib evə gəldim, özümü pis hiss edirəm, danışa bilmirəm, özünə yaxşı bax, sağ ol.
– Yaxşı, sən də sağ ol, bir şeyə ehtiyacın olsa çəkin- mə, de.

– Olsa, deyərəm, çox sağ ol, – deyərək telefonu sön- dürüb soyuducuya tərəf getdim. Soyuducudan sərin pivə götürüb dişimlə qapağını açdım. Divanda uza- nıb pivə içərək televizora baxır, başımı qarışdırırdım. Üçüncü butulkadan pivə aşırdığımda telefonum ça- ğırdı. Bu dəfə zəng edən müdirim idi. Telefonu açıb xəstə kimi zarıyaraq danışdım:
– Salam, Teymur müəllim, ıh... Buyurun. Müdir:
– Salam, Rasim, Allah şəfa versin, mənə indi Elnur dedi, özünü necə hiss edirsən? yaxşısanmı? – deyə su- allar verirdi.
– Allah razı olsun, bir az ağrı var, pis deyiləm, – de- dim və yenə də səsimdə nıqqıltılar var idi.
Müdir:
– Özündən muğayat ol, işə görə də narahat olma, nə vaxt sağalarsan, onda gələrsən, sən bizim yaxşı işçilərimizdən birisən, hələlik.
– Çox sağ olun, hələlik, – deyərək telefonu sön- dürdüyümdə necə yalançı və murdar bir varlıq oldu- ğumu düşünürdüm. Bu düşüncələr ağlımdan keçən zaman üzümdə şeytani bir gülümsəmə də vardı.
Üç litr pivəni mədəmə boşaldaraq divandaca yuxu- ya dalmışdım ki, yenə kimsə zəng edərək narahat etdi. Telefona baxmamış Elnurun anasını ürəyimdə söyürdüm artıq. Gözlərimi qıyaraq telefonun ekranına bax- dım. Nömrə tanış gəlmirdi. Öncə cavab verməmək barədə, ardınca da “Xeyir bir iş ola bilər” – deyə dü- şündüm. Telefonu açıb:
– Alo, buyurun, – deyərək yuxulu səslə dilləndim. Telefondakı:
– Salam, Rasim, mənəm Səidə, – dedi.
Ürəyimdə “tüpürüm belə xeyir işə” – deyib, tele- fondakından:
– Hə, Səidə, buyur, nə işdi? – deyə soruşdum. Səidə:
– Yəqin bilərsən, o gündən bəri Nərmin evə gəlmir, mənim yanımdan köçüb hansısa tələbə rəfiqələrinin yanına, mən də işləmirəm, tələbəyəm, pulu çatdıra bilmirəm...
Əsəbiləşərək onun sözünü kəsib:
– Bəs mən nə edim? Sən də tələbə dostlarının ya- nına köç, sənə kömək edə bilməyəcəm, özüm çətin vəziyyətdəyəm, – dedim.
Səidə çığıra-bağıra:
– Necə nə edim? Sənə görə tək qalmışam bu xa- rabada, kirayənin vaxtına az qalıb, ev yiyəsi də tərs adamdı, məni evdən atacaq, – deyə deyindi.
Mən də ondan betər hay-küy saldım:

– Mənə görə deyəndə, məni o otağa çağıran sən idin, sənə zorla nəsə etməmişəm, cəhənnəm ol, köç hansısa tələbə yoldaşının yanına.
O məndən duyduğu sözlərlə variantını dəyişərək zarıdı.
– Bəs mən yazıq deyiləm? Mənə bir əl uzat, kömək et, tək qalmışam burda, pulum da azalıb. İki həftə son- ra rayondan pul göndərəcəklər, indi pulum yoxdu, o zamana kimi mənə pul lazımdı axı. Hə, deyək köç- düm tələbə dostlarımın yanına, pulum yoxdusa bəs orda necə edəcəm?
Oyunbazlıq etdiyini bilsəm də ona yazığım gəldi və:
– Bir azdan sənə yüz manat gətirərəm, elə olanım budur, bundan artıq verə bilməyəcəm, – dedim.
Səidə yüz manat sözün eşidən kimi sevindiyini hiss etdirib məmnunluqla:
– Hə yaxşı, nə vaxt burda olarsan? – deyə soruşdu.
– Paltarlarımı geyinib gəlirəm, Əcəmidən Nərima- nova altı-yeddi stansiya var, haradasa qırx dəqiqəyə orda olaram, – deyib onunla sağollaşdım.

Yazar: Elmar Şahbazov
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 362
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri