Cənnətin ətri (17-ci bölüm FİNAL)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 3 433
Səs ver:
(səs: 0)
Həbsxanaya düşdüyüm ilk gündən üç ay keçərdi, Rauf görüşə gəlmişdi. Görüşdə o mənə
– Sənin xəbərin var ki, deşik-deşik etdiyin adam ölməyib, xəstəxanadan sağ-salamat çıxıb? – dedi.
Mən duyduğumdan təəccüblənib mat-mat onun üzünə baxaraq:
– Yox əşi, həqiqi deyirsən? – dedim.
– Hə, üç həftə bundan öncə gördüm, sən dediyin maşın vardı ha, “BMW X6”, həmin maşının içində gördüm, nömrəsinə belə baxdım, yüz faiz o idi.

– Sən hardan tanıyırsan Əlini, gördüm o idi deyir- sən?
– Yadından çıxıb? O vaxt mənə telefonda şəklin göstərmişdin, onu vurmamışdan günlər öncə.
– Hə, hə, yadıma düşdü, var-yoxuna lənət olmuş ölməyib demək, it kimi neçə canı var onun? Elə bil doqquz canı var.
– Daha səkkizi qalır.
– O da qalmayacaq, canın alacam onun, səkkizin də alacam, canı çıxmalıdır onun, başa düşürsən məni, Rauf? O alçaq, şərəfsiz ölməlidir.
– Başa düşürəm, ancaq necə? Mən öldürüm onu? Bunu istəyirsən? – Ətrafa baxaraq işarə barmağımı ağzına tutub:
– Astadan danış. Yox, bunu istəmirəm, onu özüm öldürmək istəyirəm, amma sənə ehtiyacım olacaq, səndən başqa da yeddi-səkkiz nəfər sirr tuta bilənə.
– dedim.
– Necə olacaq? Mən hələ anlamamışam söhbəti, nə etməli olduğumu bilmirəm axı.
– Gələn görüşə gəl, sənə planı şəkilli verəcəm, bü- tün məlumatları da göstərəcəm, bir az vaxt lazımdı sadəcə, o vaxta kimi dediyim qədər adamları tap.
– Yaxşı, taparam, amma nə edəcəyimizi desəydin yaxşı olardı.

– Vaxtı çatsın, məndən də yaxşı sən biləcəksən, da- rıxma... Tapacağın adamlar razı olmaq istəməsələr min manat vəd edərsən, ona da razılaşmasalar iki min manat, – dedim.
Qalan görüş vaxtını dərdləşərək bitirib sağollaşdıq. Sabahı gündən planı qurmaq üçün işlərə başla- dım. Həbsxana hasarlarının kənarı ilə addımlayır, ölçü götürürdüm. Ölçü dəqiq olsun deyə ayaqları- mın arasına köynəyimdən açdığım nazik boz rəngli iplər bağlamışdım. Kənardan nəzərə çarpmayacaq qədər nazik iplər idi. Başlanğıc nöqtəsini düşünmüş- düm, amma son nöqtəni tapmaqda çətinlik çəkirdim. Günlər keçdikcə bütün ölçüləri çıxarır, yazır, po- zur, plan qururdum. Raufla görüşə beşcə gün qala həbsxana həyətində dolaşdığımda məhbuslardan biri ilə mübahisəm yarandı. Həbsxana həyəti ortasında tozu-dumana qatmışdım, dustaqların əksəriyyəti bizi ayırmayıb kimin döyəcəyini gözləyirdi. Həbsxana nəzarətçiləri qaça-qaça gəlib ikimizin də qolunu qat-
layaraq ayrı-ayrı qaranlıq kameralara atdılar.
Kamera rütubətli və soyuq idi. İçəridən qəribə qoxu gəlirdi. Qırx altı saatımı həmin rütubətli kameranın içində keçirərək itirmişdim. Raufla görüşə sadəcə üç gün qalmışdı. Buna görə də planı yazmalı, çəkməli, bitirməli idim. Hər xəlvət olanda bir list dama-dama dəftər səhifəsi üzərində işlədiyim planı gizlətdiyim yerdən çıxarır, düzəliş edir, yenidən yerinə qoyur- dum. Raufla görüşə bir gün qala planı hazır vəziyyətə gətirmişdim.
Həbsə düşməmişdən öncə qardaşımın dediklərini dinləməmişdim deyə peşman olmuşdum. Sonrakı ağılla oturub qaçmaq üçün plan hazırlamağıma səbəb Əli olmuşdu. “Mən içəridə əziyyət çəkim, o isə kef çəksin, heç ədalətli görsənmirdi...” – kimi fikirlərlə sa- bah oldu. Raufla görüşdə plan çəkilmiş vərəqi xəlvəti ona ötürdüm. O bükülü kağızı ona söylədiyim kimi, qara rəngli enli kəmərinin görünməyən üzündə uzu- nuna tikdiyi gizli cibə bənzər qara parçada gizlətdi. İkimizin adına saxta vəsiqələr çıxarması barədə tapşı- rığımın ardınca adi məişət söhbətləri ilə görüş vaxtını bitirdik.
Hesablamağıma görə otuz yeddi gün sonra azad- lıqda olmalı idim. Azadlığa çıxacağım gecə Əlini öl- dürüb Rusiyaya qaçacaqdım. Günlərin keçməsini səbirsizliklə gözləyirdim. Qaçış planı barədə içəridən kimsəyə danışmamışdım. Özümlə güclə bacarırdım. Az qalırdı ki, söhbət elədiyim zaman dustaqlardan kiməsə bunu danışım. Amma özümü sıxır, casusların ola biləcəyindən qorxub heç nə danışmırdım. Planı Raufa verdiyim günün üstündən otuz bir gün keçmişdi. Rauf görüşdə: “Dəqiq hesablamısansa cəmi bircə günlük iş qalıb, sabah işləri bitirəcəyik” – demişdi.
Onlar mənim düşündüyümdən də sürətli işləmiş- dilər. Azadlığa çıxacağım vaxta saatlar qalmışdı. Azadlığa saatlar qala məhbuslardan cılız, balaca boy, cavan biri ilə mübahisə etdim. Növbətçilər yenə məni rütubətli kameraya aparırdılar. Onlar məni kameraya salanda mən onların əlindən çıxmağa çalışaraq: “Bura salmayın məni, buraxın, qələt eləmişəm, salmayın bura məni, qorxuram burdan” – deyə bağırırdım. Növbətçilərdən biri arxamdan təpik vurub kameraya ataraq qapını itələyib bağladı. Axşamçağı idi. Ürəyim həyəcanla döyünürdü. Oturub elə hey fikirləşirdim. Rütubətli, qaranlıq kameranın döşəməsinə baxırdım. Qaranlığa gözüm o qədər öyrəşmişdi ki, kamera di- varlarındakı cızıqları görə bilirdim. Bəzi məhbuslar divara adını yazmışdı, bəziləri isə söyüş.
Gecə saat üçə işləyirdi, hər kəs yatmışdı. Həbs- xanadan nə bir insan səsi, nə də başqa bir canlı səsi eşidilirdi. Azca da olsa səs eşitmək üçün qulaqlarımı şəkləyərək oturub səbirsizliklə Raufu gözlədiyimdə qara damlı böyük evə gedib Əlini necə öldürəcəyimi düşünürdüm.

***
Saatlar sonra azadlıqda idim artıq. Raufla birgə saat dördə işləmiş yola düşmüşdük. Maşını 130–140 km/sa- atla sürərək birbaşa Bakıxanova, Əlini bıçaqladığım evə gedirdik. Bu dəfəki silahım bıçaq yox, balaca bir tapança idi. Rauf bu tapançanı dostları vasitəsi ilə qeyri-qanuni yollarla əldə etmişdi. Üzərində cəmi beş güllə vardı. Beş güllə Əlini öldürmək üçün tamam kifayət edərdi. Saat beşin yarısı həmin evin önünə çatdıq. Raufa:
– Maşını hasarın yanına ver saxla, burada gözlə, indicə qayıdıram, – dedim.
O, maşını hasarın kənarına sürərkən arxa otura- cağa qoyulmuş fəhlə əlcəklərini götürüb əlimə ge- yinirdim. Birinci dəfə etdiyim kimi maşının üzərinə dırmaşdım. Tapançanın arxası ilə hasarın üzərinə düzülmüş şüşələrdən bir neçəsini sındırdım. Bu dəfə əlimi doğramadan həyətə girməyi bacarmışdım. Evin ətrafında dolanıb səssiz-səmirsiz evə girmək üçün alternativ axtardım. Axtardığımı günəşin doğuşunu seyr etmək üçün tikilmiş yerə ucalan təbiətdə tapdım. Evin balkonuna çıxa biləcəyim böyük bir ağac vardı. Ağacın qol-budağına tutunaraq dırmanıb üzərindən balkona sıçradım.
Balkona açılan plastmas qapı kilidli olmadığından rahatca evə girib yavaş-yavaş otaqları gəzdim. Divarlarında qızılı rəng divar kağızı olan, balkon qapısı ya- nında boz örtüklü dairəvi divan qarşısına böyük plaz- ma televizor qoyulmuş, tavanından klassik üslublu çilçıraqlar asılmış ikinci mərtəbədəki uzun və enli koridorda dördüncü otağa girdiyimdə onu tapdım. O stolüstü lampanın işıqlandırdığı alaqaranlıq otaqda sarışın bir qızla xorul-xorul yatırdı. Yatdıqları böyük çarpayının yanındakı çəkməcənin üzərində yarım bu- tulka Jack Daniels, iki qədəh, içi filtr dolu külqabı və bunlardan əlavə istifadə edilməmiş bir ədəd qoruyu- cu vardı. İkisini də istifadə eləyib yerə atmışdılar. Ya- tağın ətrafı nəm salfet ilə dolu idi. Gördüyüm qədəri ilə o Nərmini əvəzləyəcək birini tapmışdı.
Asta addımlarla düz gəlib başı üzərində dayandım. Ağzının iyi burnumu iflic eləmişdi. Başının altından yumşaq balışı çəkib götürdüyümdə o yuxulu-yuxu- lu gözlərini açıb mənə baxdı. Sonra yenə gözlərini yumub yatdı. Balışı üzünə dayayıb tapançanı balışa söykəyərək vaxt itirmədən tətiyi çəkdim. Yanında uzanan qız səsə dik atıldı. Çığırmağa başlayırdı ki, onunda əllərini tutub balışı üzünə dirədim. O qolla- rı ilə barmaqlarımı cırır, nəfəs ala bilməyib çırpınır- dı. Silahı dayayıb ikinci dəfə tətiyini sıxdım. Sarışının yeni yetişməyə başlayan məmələrini və ağ mələfəni al-qana bulayaraq otağı tərk etdim. Üzərinə kafel vurulmuş beton pilləkənlə aşağı enib Nərminin başını kəsdiyim yerdən keçərək ornamentli giriş qapısından bayıra çıxdım. Darvazadan keçib maşına əyləşərək or- dan uzaqlaşdıq. Gecə ilə Rauf sürdüyü maşını aparıb sahibinə qaytardı.
***
İki gün sonra gəmi ilə ölkəni tərk edəcəkdik. Bu vaxt ərzində qohum, dost evlərinə, atamın məzarını ziyarətə belə getməyib gizləndik. Polislərə, bizi tanı- yanlara görünməməli idik. Həmin iki günü enliyar- paq palıd ağacları ilə sıx olan meşədə gizlənmiş, Ra- ufun öncədən aldığı bir bel çantası qədər balıq və ət konservlərindən yeyərək vaxt keçirmişdik. Bu vaxt keçdikdən sonra saxta vəsiqələrlə gəmi vasitəsi ilə Qa- zaxıstana üzdük. Saxta sənədlərdə mənim yeni adım Elşən, Raufunsa Surac idi. Yeni adıma öyrənişmək bir az çətin olsa da, gəmi ilə səyahət etmək qədər çətin olmadı. Dənizdəki qeyri-qanuni səyahət məni ta- mam əldən salmışdı. Gəmi ləngər vurduqca başım gicəllənir, ürəyim bulanırdı. Bir neçə dəfə Xəzərin canlar almış sularına qusmuşdum. O qədər öyümüş- düm ki, gözlərim qızarmışdı. Mədəmdə bir şey qal- masa da zəhrimara qalmış hey bulanırdı.
Ayağım Qazaxıstan torpağına dəyəndə ürəyim sakitləşdi. Aktau şəhərinə yaxın sahilə çıxıb 22 saatdan çox maşınla şimala doğru yol getdik. Qazaxıs- tanda bir həftə boyu qalmağa məcbur qalmışdıq. Bizi Rusiya sərhədindən keçirəcək bələdçi: “Sərhədlərdə güclü nəzarət var, hələ gözləməliyik, fürsət olan kimi yola düşəcəyik”, – demişdi. Mən də: “Porsuq kimi o qədər yer qazıb həbsdən qaçmışam, sərhəddə tutul- maq, təzədən ora qayıtmaq fikrim yoxdu” – demiş- dim. Bir həftə Rusiya sərhədinə yaxın bir kənddən iki kilometr aralıda taxtadan damı olan, çiy kərpicdən düzəldilmiş, çatlaq divarlarına palçıq çəkilmiş ol- duqca köhnə və balaca evdə gecələdik. Rauf və məndən başqa altı-yeddi adam bizimlə birlikdə həmin evdə qeyri-qanuni Rusiyaya keçmək üçün gözləyirdi. Evdən çölə tualetə getməkdən savayı çıxmazdıq. Evdə siqaret çəkməkdən göz-gözü görmürdü. O evdə olduğumuzda Rauf mənə:
– Qazmağa kömək edən adamların hərəsinə üç min manat verəcəyimi demişdim, indi hamısı məni axta- rır yəqin. Yüz yetmiş səkkiz metr tunel qazmaq asan iş deyil, vedrə-vedrə torpağı çıxarıb sən dediyin kimi ətrafa yayırdıq ki, kimsə şübhələnməsin. Planın ən yaxşı hissəsi bilirsən hansı idi? – dedi.
– Hansı?
– Kameranın altın qazmaq. Əvvəl elə bildim bacar- mayacaqsan.

– Ən asanı o oldu, məhbuslardan birinə bir balaca çi- yin vurursan, böyük mübahisə düşür, nəzarətçilər də aparıb atırlar kameraya, beləcə nəinki nəzarətçilərin, heç dustaqların da heç nədən xəbəri olmur.
– Hə, fikirləşirəm, indi polislər nə fikirləşir görəsən, nə deyirlər: buranı necə qazdı bu?
– Yəqin ki, çöldən kömək edildiyin bilərlər.
– Bilirlər, bilsinlər, indi ordan çox uzaqdayıq, çətin ki, bir də tapa bilsinlər bizi.
– Evdəkilərdən sarı çox darıxacam, ömrümün so- nuna kimi qürbətdə yaşamaq ağır gəlir mənə.
– Buna da öyrənişəcəyik, qardaş, buna da. Mən:
– İnşallah öyrənişmərik, – deyib siqaret götürərək həyətə çıxmış, anamı, qardaşımı, rəhmətlik atamı və Səidəni düşünərək fikrə dalmışdım. Keçən günləri xa- tırlayıb hardan-hara gəldiyimi düşünürdüm. Özümə inana bilmirdim ki, mən bu vəziyyətə düşə bilərəm. Ədalətsiz həyat məni bu günlərə gətirib çıxaracaqmış.

***
Gecə saat dördün yarısı bələdçi ilə Rusiya sərhədinə gəldik. Bələdçi bizdən iyirmi metr aralıda iki sərhədçi ilə bir xeyli danışdıqdan sonra paltosunun iç cibinə qoyduğu pulu çıxarıb verdi və pulu alan əsgərlər hərbi andı “unudaraq” sərhədi keçməyimizə göz yum- dular. Rusiya sərhədini aşıb dincəlmədən köhnə bir maşınla yola düşdük. Doqquz saata yaxın yol gedib böyük Volqa çayının sahilində salınmış Ulyanovsk şəhərinə çatdıq. Burada bizi Raufun dostları qarşıla- mış, müvəqqəti qalmağımız üçün köhnə əşyaları olan iki otaqlı ucuz kirayə ev tapmışdılar.
İlk əvvəllər çətinliyimiz olsa da yavaş-yavaş böyük çayın sahilinə öyrənişdik. Ətrafdakı insanların çoxu azərbaycanlılar olduğundan adam özünü qürbət eldə hiss etmirdi. Hansı yana baxırdınsa bizimkilər. Azərbaycanlıların ən çox olduğu yerlərdən biri bazar idi. Bir də ən çox fəhlə işləyən bizimkilər idi. Rauf- la mən də fəhlə olaraq özümüzə iş tapmışdıq. Bu işi də özümüz yox, Raufun dostları tapmışdı. Raufun dostları da daxil olmaqla məni orda hər kəs Elşən deyə tanıyır, Elşən deyə çağırırdı. Üç aya yaxın fəhlə işlədikdən sonra bazarda kiçik yer götürüb meyvə- tərəvəz satmağa başladım. Raufsa fəhləçiliyi buraxıb Ulyanovskdakı kiçik bandit qruplaşmasından birinə qoşulub oğurluqla məşğul olurdu. Kirayə qaldığımız evə həftədə iki, ya da üç dəfə gələrdi. Hər gəldiyində də ya içmiş, ya da çəkmiş vəziyyətdə hallı, cibində oğurluq telefonlar, qızıl boyunbağılar, qolbağılar olardı.

Onu düşdüyü vəziyyətdən güclə də olsa çıxarıb bazarda yanıma gətirdim. Məndən iki sıra aralıda mə- nim kimi o da meyvə-tərəvəz satmaqla məşğul oldu. Ulyanovska gəldiyim gündən on səkkiz gün sonra zəng vurub qardaşımla danışdım. Səsimi eşitdiyinə o qədər sevinmişdi ki, sözlər həmin sevinci ifadə etmək üçün olduqca acizdi. Hüquq-mühafizə orqan- larının telefonları dinlədiyi qorxusu ilə başqa-başqa nömrələrlə hər həftə anamla, qardaşımla danışdığım- da mənə Elşən deyə xitab edər və heç vaxt atamın qoyduğu adı çəkməzdilər. Anamla hər danışdığım- da anam ağlayar, zəng etməyimə peşman edərdi. Bir gün qardaşıma whatsappdan qız şəkli yollayıb ana- ma göstərməsini, gəlini olduğunu yazmışdım. Həmin qızla eyni küçədə yaşayırdım. Sarı saç, göy göz, arıq, uzun, iyirmi üç yaşında Katya adlı bir qız idi. Katyay- la bazardakı işimə başlamazdan bir ay əvvəl daya- nacaqda tanış olmuşdum. Hər səhər işə getdiyimdə onun dayanacaqda marşrut gözlədiyini görərdim. Bir dəfə risk edərək ona yaxınlaşıb:
– Salam, necəsən? – demişdim.
– Salam, tanıyıram sizi? – demişdi mənə. Mən həyəcanla:
– Yox tanımırsan, səni hər səhər burada görürəm, səndən xoşum gəlir, sənlə tanış olmaq istəyirəm, – de- mişdim.

O tanış olmaqda naz etmədən razı olmuşdu. Bir- birimizə nömrə verib əlaqə saxlamışdıq. Tanışlıqdan bir neçə gün sonra bir-birimizin evinə get-gəl et- dik. Katyanın atası uzun zaman öncə onları atdığın- dan o anası ilə birlikdə yalnız yaşayırdı. Onun anası azərbaycanlıları çox sevməzdi, çünki Katyanın atası azərbaycanlı idi.
Bazardakı işimə yenicə başladığım həftələr Katya- nın anası Svetlanaya Katya ilə evlənmək istədiyimi söylədim. Svetlana xanım Katya üç yaşlarında ol- duğu zaman onları tərk etmiş Oqtay adlı ərindən uzun-uzadı danışıb qızı ilə ailə qurmağıma razı ol- madı. Mənim və Katyanın Svetlana xanımla günlərlə ölçülən söhbətimizdən sonra birtəhər razılıq aldıq. Svetlana: “Nə ərim var, nə də oğlum, bircə qızım var”,
– deyərək söhbətə başlayıb onlarla birlikdə yaşamağı- mı istədi. Hər şeyi gözə alaraq bir neçə kiçik vəzifəli şəxsə rüşvət verərək Rusiya vətəndaşlığına keçib bü- tün sənədlərimi qaydasına saldım. Beləcə Elşən və Katya rəsmi nikah bağlayıb evləndi.
Səssiz bir nikah oldu bizim nikahımız. Nə məclis, nə qonaqlar, nə də musiqi vardı. Atdığım bu yeni ad- dımda Raufdan aralı düşdüm. Onu kirayə evdə tək başına qoyub yeni ailəmlə birlikdə yaşamağa başla- dım. O gündən bəri xərclərim çox azalmışdı. Katyanın anası Svetlana, Katya özü və mən işləyirdim. Üstəlik daha kirayə haqqı da ödəmirdim. Raufunsa vəziyyəti bir az ağırlaşmışdı. Onunla yollarımız ayrıldığından o kirayəni təkbaşına ödəməli olmuşdu. Bu səbəbdən kirayə evdən çıxıb dostlarının yanına köçmüşdü. O evlənməyi düşünmədən həftədə bir qızla gəzirdi. Ona görə də xərci həmişə çox çıxırdı.
Katya ilə evlənib onlarla birlikdə yaşadığım üçüncü ay Katya ömrümdə bir, ya da iki dəfə görə biləcəyim bir təbəssümlə: “İki aylıq hamiləyəm”, – dedi. Bunu öyrənməyimlə həyatımda baş verən bütün pis xatirələri yaddan çıxardım. Katyanın sözü ilə həyatım büsbütün dəyişdi sanki. Daha yenidən xoşbəxtliyin ləzzətini hiss edə bilirdim. Əlimi Katyanın boynuna keçirərək alnından öpüb saçlarının qoxusunu sinəmə çəkərək həyata qayıtdım. Cənnətin qoxusunu hiss edə bilirdim. O an “Cənnətin ətri min illik məsafədən duyu- lar” – kəlamını xatırladım. Möcüzələr qoynunda cənnəti təsəvvür etməyə çalışaraq gözlərimi yumdum.
Aylar sonra cənnətdən gəlmiş bir qonaq gecələri yatmağa aman vermirdi. Bu balaca şirin qonaq anası kimi sarışın, göy göz qız idi. Katya onu “Saida” – deyə səsləyirdi, mənsə “Səidə”.
Bakı şəhəri, 24 iyun 2017-ci il.


Yazar: Elmar Şahbazov
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 433
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri