Yeraltı Bənövşə (4-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 2802
Səs ver:
(səs: 0)
Ararlanan dodaqlarımı, bağlamağa çalışdım. Ancaq bu şokdan çıxa bilmədiyimdən ağızım açıq qalmışdı. Qarşımda gördüyüm bu oğlan, yuxumda gördüyüm həmin oğlan idi. Tək fərqi biz liftdə deyil, marketdə qarşılaşmışdıq. Ya bu da yuxu idi? Yuxu görürdüm mən? Oğlan mənə tərəf adım atdıqda, qolumu çimdiklədim. Qolumun ağrısına 'uf' dedikdə oğlan qarşımda dayanıb, egolu bir baxış ilə məni süzdü. Bu idi mənim qismətim? Qolumun ağrısından yuxuda olmadığımı dəqiq bildim. Özümü ələ almalı idim. Necə ələ almağımı isə bilmirdim

"Pul qabımı verəcəksiz? Ya durub 1 saat mənə baxacaqsız hələ?"dediyində üz gözümü turşutmağa başladım. Egosit baxışlarından o tərəfə, egoist danışığıda vardı. İnsanın ilk cümləsi bizə çox şeyi izah edərdi. Psixoloq olmaq yolunda irəlləyən adam isə bunu daha yaxşı başa düşərdi

"Alın pul qabınızı!"deyib ona uzatdım. Başına çırp deməli idim!

"Nidasız danışın mənimlə"deyərək pul qabısını əlimdən aldı

Havalara bax havalara! Sanki yazılı cümlə yazmışdım, nidamı görürdü!

"İndiki insanlara yaxşılıq yoxdu onsuzda! Sizdə buna sübutsuz! Bir təşəkkür belə etmədiz!"

"Həə sizin nəyə görə belə etdiyinizi başa düşdüm mən"

"Nəyə görə edirəm?"

Sualımı cavabsız qoyub, pul qabısını açaraq içindən pul çıxardıb mənə uzatdı

"Al balaca qız özünə nəsə alarsan. Başımıda beləcə ağrıtmazsan" dedi

Ondan pul istəyən vardı?! Bu nə tərbiyəsizlik idi?!

"O pulu götürüb yerinə qoyun! Bu nə hərəkətdi?! Pul qabını pul almaq üçün vermədim sizə!"

"Səhv başa düşmə. Bunu çox adam edir... Səhərdən mənimlə danışmaq istədiyini gördüyüm üçün bu qənaitə gəldim"

Ah bilsəydi mənim onunla danışmaq çabamın sırf yuxu ilə ələqadar olmasını! Bunuda ona deyə bilməyəcəyimə görə burdan getməyim daha məsləhətli idi. Beləcə yuxumda gördüyüm insanı sonuncu görüşüm olacaqdı. Qismətim falanda deyilmiş!

Şokalad almayıb əsəblə marketdən çıxıb kursa gəlmişdim. Bilmirəm yuxumda gördüyüm insanı realda görməyimə sevinim, yoxsa elə biri çıxdığı üçün pis olum...? Niyə xoş tanışlıqlar əvəzinə hər zaman belə olur? Acı tanışlıq... Normal tanışlıq ünsiyyət görsəm, dişlərimi qıraram! Net qıraram!
Tanış uşaqlar yavaş - yavaş gəlməyə başlamışdı. Az sonra Yunisdə gəldi. Yunis məni gördüyündə gülümsünüb yanıma gələrək "Salam Zeyneb"dedi. Bu gün ona qarşı yenə tərs tərəfim tutacaqdı. Özümdən aslı olan bir sey deyildi

"Sənədə salam" deyib sulu boyalara baxmağa başladım. Elə bil sulu boya birinci dəfədi görürəm! O qədər diqqətli baxırdım yəni! Ağılım yuxumda gördüyüm həmin oğlanda qalmışdı. Ən əsası tamamladığım rəsmdə... Rəsmi tamamlayıb tamamlamış qarşıma həmin oğlan çıxmışdı

"Görürəm bu gün yenə tərs tərəfindən ayağa qalxmısan"

"Səhvin var... Günə yaxşı başlamışdım... Hər sey sonra dəyişdi"

"Dəyişkən xarketerin var onun üçün"

"Dəyişkən deyil! Dəyişdirirlər!"

"Səndə dəyişilmə"

Dişimin dibində "Yunisss!"dedim. Onunla dünən səmimi söhbətimizdən sonra yenə başa qayıtmışdıq. Ya mən problemi biri idim, ya da hər zaman məni problemli insanlar gəlib tapırd.
"Yaxşı... Səni hec danışdırmadım say"deyib qarşısında olan boş taxta löhvəyə baxdı. Sərt reaksiya vermişdim? Cavab verməyib fırçanı əlimə aldım. Başımı qatmağım lazım idi mənim.
Bütün kurs boyu rəsm çəkməyə çalışmışdım. Ancaq hec nə tam alınmamışdı. Bir gözüm Yunisin üstündə qalmışdı. Demək olar mənim tərəfə hec baxmamışdı. İçimdən 'lənət şeytana!'deyib öz özümü keçişdirməyə çalışırdım. Kursun bitməsinə az qalmışdı onsuz. Birazcada dözərdim, Xumar Qədimova demiş...
Kursun saatı bitər bitməz Yunis ayaqlandı. Üstümə başıma fikir vermədən məndə ayağa qalxdım. O sadə qələm ilə rəsm çəkdiyindən onda rəng yox idi. Mən isə sulu boya ilə işlədiyimdən palatarım olmasada qoluma, əllərimə rənglər dəymişdi. Hər kəs çölə çıxmağa başladığında, qapı kənarına çatarkən "Yuniss"deyib onu saxladım

"Eşidirəm" deyib qapı kənarına çəkildikdə, qarşısına keçdim. Yunis deyib onu saxladım. Sözümün ardı nə idi?

"Bu gün beynim həqiqətən qarışıb. Sənə deyəcəyim belə yadımdan çıxdı... Nə deyirdim həqiqi mən sənə?"deyib yadıma salmaq üçün başımı qaşımağa başladım. Üzündəki gülüşü basdırmağa çalışıb "Onu sən bilərsən, mən sənin fikirlərini oxuya bilmərəm xanım qız"dedi. Ah yenə xanım qız? Qaşlarımı çatıb, dodaqlarımı büzdüm. Xanım qız sözün sevmirdim. Sevmiyəcəkdimdə!

"Səni yolundan etməyim buyurub gedə bilərsən bəy oğlan!"dedim. Gözləri qoluma və əlimə taxıldı. Bu gün səliqəsiz iş görmüşdüm...
"Rəsmi deyəsən qolunda çəkmisən" deyib öz aləmincə zarafat etdi

"Zarafatın boyat olduğundan hec gülmürəm"

"Zarafat deyildi. Sözün düzünü demək nə vaxtdan zarafat hesab olunub xanım qız?"

"Xanım qız deməyə davam etsən, səninlə hec yola gedə bilməyəcəm"

"Yola gedə bilmirsənsə, yallı ged"

"Allahım! Səninlə danışmaq fikiri başdan səhv bir sey idi. Hər kəs öz yoluna getsin
"
"Nəzrinə çatdırımki, məni yolumdan edən sənsən mən deyiləm"

"Bağışla! Dönə - dönə üzr istəyirəm səndən! Əl çəkə bilərsən daha?"

"Əl çəkərəm, əl çəkmək asand bir şeydi. Sadə qələmlə çəkim, yoxsa sulu boya ilə?"

Bu zarafatları dəqiq sonum olacaqdı! Dəqiq!

"Əl çəkməni istəmirəm!"

"Bəs nə çəkim?"

"Varsa ordan, 2 kiloqram kartofdan falan çək!"

"Tərəzimiz bu gün işləmir xanım qız. Başqa vaxta qaldı"

"Bu ət tökən söhbəti yığışdıraq?"

"Yerdə ət görmürəm mən"

"Yuniss bax çox olursan ha. Sənə söz çatdırmaqdan evə gecikəcəm"

"Yaxşı əsəbləşmə... Sənin səbrini yoxlayırdım. Sən o dediyimi bir daha düşünərsən"

"Nə demişdin?"

"İxtisasını dəyişdirməyi. Sənin özünə psixoloq lazımdı"deyərək qapıdan çıxdı. Mənə söz atıb getdi?!

Kor peşman kursdan çıxıb, binaya giriş etdim. Lift işlədiyindən gözləməli oldum. 14 cu mərtəbəyə ayaqla çıxan deyildim! Nəsə yorulmuşdum... Hec nə etməyib yorulanlar sırasına mənidə əlavə edərsiz. Gözümü liftdən çəkib oflamağa başladım. Ən azından ofladıqda keçirdi. Özümü rahat hiss etməyə başlayırdım. Ayaqqabılarımı bir birinə sürtüşdürüb "Kabus dolu bir gün keçdi"dedim. Kabus bunun yanında yaxşı idi...

"Ya da yox kabusdan daha bərbad, ruh tutma kimi bir sey idi" dedim. Bu da olmamışdı!

"Olmadı... Bu da olmadı... Daha başqa bir sey idi. Eynən yuxu kimi...!"dedikdə gözlərimi ayaqqabılarımdan çəkib qarışma baxdım. Piləkanda dayanıb mənə baxan, yuxumdaki oğlanı gördüm. Yox bu dəqiq yuxu idi!

"Düz edirsən öz özünə danışmaq daha yaxşıdı. Kimsə səni başa düşmür deyəsən"dedi

Dediklərimim hamısını eşitdi?

"Sən çoxdan burda idin?"

"Kabus söhbətindən burdayam. O qədər fikirlisənki məni görmədin... Səninlə yenidən qarşılaşdığımızda sevindim düzü"

Bu qədər təsadüf? Allahım eyni gündə üst -üstə çox deyildimi bu təsadüflər, yazıq qulun Zeyneb üçün? Bu təsadüflərin altında qalsaydım nə edəcəkdim?

"Sən burda yaşayırsan?"dedim

Bildiyimə görə bu binada belə üzdə insan yaşamır nə də qalmırdı. Bəs bu oğlan hardan çıxmışdı? Süprizli kender yumurtası idi?

"Bacım... Bacım burda yaşayır. Məndə bir müddətliyinə işim üçün bura gəlmişəm. Onlarda qalacam. Bəs sən?"dedi

Verdiyi sualı düşünmədim... Tək düşündüyüm sey liftin qarşısında dayanmağımız və onunla yenidən rastalaşmamız oldu... Qismət dedikləri sey bu idi? Yoxsa mən yuxunun təsirində idim?

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2802
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri