Sənə allergiyam var (1-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 8
Baxılıb: 7 389
Səs ver:
(səs: 0)
Bütün hekayələr tək nəfərlikdi, ta ki o hekayənin içinə eşq qarışana qədər. Hekayələrin çoxunun ilk sözü çox mənasız bir şəkildə başlayır. Buna sübut olaraq, öz hekayəmi misal çəkə bilərəm. Sizə həyat hekayəmi necə danışacam bilmirəm. Hardan başlayacağımı belə bilmirəm. Lakin, bir yerdən başlamalıyam elə deyilmi? Elə isə sizə gündəlik həyatımda baş verə biləcək hadislərdən danışım. Mən Nəfəs Salahlıyam... Ayaz Salahlının yeganə olan, tək övladıyam. Anamın xəstəliyi olduğu üçün, məni dünyaya gətirəndə vəfat edərək, məni atama əmanət edib. Atamda 20 ildi əmanətinə gözəl bir şəkildə sahib çıxır. Biz hal hazırda illər əvvəl anamla birgə yaşadığı evdə yaşayırıq. Təmir etdirərək, evi modern tərzə gətirib çıxartmışdıq. Nə də olmasa, atam baş mühəndis deyildimi? Mən isə univeristetimi bitirdikdən sonra jurnalist olacaqdım. Anam jurnalist olmaq istəyib, mənə görə ola bilmədiyi üçün... Jurnalistlik fakültəsinə qəbul olduqda, atamın gözlərində gördüyüm qürur hissi ilə, necə düzgün qərar verdiyimi bir daha başa düşmüşdüm. Anama 20 il idi sadiq qalmışdı. Evlilik üzüklərini belə barmağından çıxartmamışdı... Necədə gözəl sevirdi anamı... Onun sevgisinə həsəd aparırdım. Kim kimi belə sevə bilərdi? Anam qədər, mənidə çox sevirdi. Çünki, mən onu həyata qaytaran yeganə insan idim. Anam kimi məndə portağal qoxurdum... Onu görməsəm belə, ona bənzəməyə çalışırdım. Kövrək notlara daha çox bürünmədən, çantamı alaraq otağımdan aşağı düşməyə başladım. Aşağı düşdüyümdə atamı mətbəxdən çıxan gördüm. Məni çağırmaq üçün mətbəxdən çıxmış ola bilərdi

"Qızım, yemək yemədən səni evdən dərsə getməyə qoymayacam"dedi

"Yaxşı atacan. Həsən gələnə qədər bir - iki sey yeyərəm"deyərək mətbəxə daxil olduq. Mətbəx masasına oturub çayımı verməsini gözlədim. Məni dərsə gedəndə iş görməyə qoymazdı. Hər seyi özü edərdiki, mən rahat dərsimi edim. Çayımı masama qoyduqdan sonra özüdə yanıma əyləşib, əlinə çörək dilimi aldı. Yenə məcbur yedizdirəcəkdi!

"Nəfəsim, aç ağızını bundan bir dişləmdə olsa yeməlisən"dedi. Uzatdığı çörək dilimindən bir dişləm alıb, yeməyə başladım

"Ata sən bilirsənki, mən səhərlər yemək yeməyi o qədərdə sevmirəm. Bu məcburiyyətindən əl çəkmədində sən"

"O çörək diliminin hamısı bitəcək Nəfəs xanım. Bitmədən ayağa qalxmaq, kimi bir şansın yoxdu"

"Off ataaa!"

"Adam hec atasına oflayar?"

"Yaxşı oflamadım..."deyib dodaqlarımı büzərək salladım. Atamda bu sırada, yanımdan ayağa qalxdı. Qolumdaki saata baxdım. Həsən harda olsa gəlməli idi. Mən dərsimə gecikəcəkdim yoxsa... Həsən demiş, Həsən mənim orta məktəb illərindən bəri tanıdığım dostumdu. Yəni, O məni özünə dost bilir. Mən isə onu gizlincə sevirəm. Bunuda bir tək atam bilir... Birini qarşılıqsız sevmək çox çətin bir seydir. Üstəlik, O sizim dostunuz isə bu hal lap bərbad bir seydir. Həsənin, sevdiyi hətda sevgilisi var. Mən isə onu ondan xəbərsiz sevdiyim üçün həm özümdən utanıram, həmdə arada sırada özümə lənətlər yağdırıram...Telefonuma gələn zəng səsi ilə Həsənin gəldiyini başa düşüb, tez bazar ayağa qalxdım. Atamın üzündən öpdükdən sonra evdən bir göz qırpında çıxdım. Həsən maşınında məni gözləyirdi. Maşına mindikdə bir birimizə gülümsəyərək, maşını işə saldı. Yolda danışmağa bolca vaxtımız olacaqdı

"Həsən mən deyəsən dərsə gec qalacam. Firuzə müəlliməni bilirsən, bir dəqiqə gec qalanları belə dərsə qoymur girməyə"dedim

"Kəpənəyim, bir az rahat ol. Vaxtında çatdıracam səni mən dərsə"deyərək içimə su səpdi. O mənə 'Kəpənəyim' deyə xitam edirdi. Kəpənəklər bir gün yaşasalarda, ömürlərini mənalı başa vururdular. Həsən isə məni bəzəkli, rəngli, daima hərəkətdə olan kəpənəyə bənzədirdi. Boynumda mənə hədiyyə etdiyi, kəpənək simvollu gümüş bir sep vardı. 3 il idi bu sepin məndə olduğu... Ona göz bəbəyim kimi baxırdım. Sevdiyim adam tərəfindən dostcada olsa, bu qədər gözəl bir şəkildə sevilirdim mən.

Univeristetə gəlib çatdıqda, Həsən öz oxuduğu korpusa daxil oldu mən öz korpusuma daxil olaraq 3 cu mərtəbəyə çıxmağa başladım. Gözüm qolumda olan saata ilişib qalmışdı. Tam 5 dəqiqə vaxtım vardı. Piləkanı demək olar qaçaraq çıxıb, 3 cü mərtəbəyə çatdıqda dərindən nəfəs alıb verməyə başladım. Qıvrım olan saclarımı arxaya atıb, sinif otağına tərəf irəllədim. Gec qalmamışdım, deyə içimdən keçirtdim. Lakin, dəhlizin pəncərəsinə söykənən 2 gənc oğlandan, orta boylusu yanında duran oğlana dodaq altı şəkildə "Sacına bax şir evdən qaçdıya oxşayır"dedi. Addığım atdımı saxladım. Mənə demişdi?! Burda başqa bu dərəcədə qıvrım olacaq sac yox idi. Diqqət edin, qıvırcıq demirəm. Çünki saclarım qıvırcıq deyil, qıvrım idi. Arxaya dönüb həmin iki oğlana baxdım. Mənə baxan baxışlarını çevirib o tərəf, bu tərəfə baxmağa başladılar. Mən isə dilimi işə saldım. Dil danışmaq üçün deyildimi?

"Sacıma hansınızın söz atdığını bilmirəm. Ancaq mənə bu sözü deməmişdən əvvəl, dönüb güzgüyə baxmanızı sizə tövsüyə edirəm. Və də dua edinki, mən dərsə gec qalıram. Yoxsa sizinlə başqa cür danışardım!"deyibdə qarşıma döndüm. Sürətli addımlarımı atıb, sinif otağının qarşısında dayanıb, qapını döyərək içəri daxil oldum. Firuzə müllimə 45 yaşlarında, zəhimli görünən, qayda qanuna dəqiq riayət edən bir müəllim idi. Gec qaldığımı düşünmək belə istəmədən "Salam müəllimə" dedim. Yerimə necə keçib oturacağım haqqında, cümlə fikirləşirdimki Firuzə müəllimənin "1 dəqiqə gec qalmısan dərsə. Divarın küncündə dayanıb, dərsin bitməyini gözlə"dedi. Futbol komandası kimi, qol yemişdim...

Sözünün üstünə söz deyə bilmərəm deyə qrup uşaqlarının üzünə yarı utanc hissi ilə baxıb qapı kənarında olan divarın küncünə keçib dayandım. 1 dəqiqə, gec qaldığım üçün 90 dəqiqəni ayaq üstə keçirdəcəkdim. Düşündüm də 90 dəqiqədən 5 dəqiqəm getmişdi. Qalmışdı 85 dəqiqəm... Beynimdə olan dəqiqə söhbətin bir kənara atmışdımki, otağın qapısı döyüldü. İçəri univeristetin sevimli oğlanı Xəyal daxil oldu. Hər kəsin gözü onun üstündə olarkən, mənimdə gözüm ona baxmadı deyil...
Göz ucu mənə baxaraq, Firuzə müəlliməyə dönüb "Salam Firuzə müəllimə. Dərsinizə gec qaldığım üçün, mən öz xoşum ilə küncdə dayanım"deyib şirinlik etməyə çalışdı. Bu uşaqda şeytan tükü vardı

"Sakitcə, səsini çıxarmadan səndə Salahlının yanında keç dur. Dərsə başlamalıyam mən"dedi

Bu müəlləmin xüsusi özəlliklərindən biridə, insanlara soyadı ilə səslənməsi idi. Soyadımı o qədərdə sevmirdim. Mən qapının kənar divarına söykənərkən, oda künc divara söykənib otağı süzməyə başladı. Xəyal üçüncü kursda oxuyurdu. Bu dərsdən kəsrdə qaldığı üçün, indi bizimlə bu dərsə girməyə məcbur olmuşdu. İlk gündəndə dərsə gec qalmışdı. Qıvırcıq dağınıq saclara sahib olan, sevimlilik abidəsi kimi bir sey idi. Asanlıqla hər kəsi yoldan çıxardır, hər istədiyini şirin dili ilə elətdirirdi. Təbiki onunda bu xüsusiliyi bir tək Firuzə müəllim üstündən keçmirdi. Gözünü otaqdan çəkərək, mənə baxmağa başlayıb, dodaq altı gülümsədi. Gözlərimi süzdürməklə kifayətlənib, baxışlarımı aşağı salmağa başladım. Bu sırada müəllim dərsinə başlamışdı. Atam dərsə gec qaldığımı bilsəydi, axşama evdə bir toy olacaqdı. Getdikcə ayaq üstündə durmaqdan sıxılmışdım. Gözlərimizdə Xəyal ilə tez - tez toqquşurdu. Mən sıxılırdım... O, isə gülümsünürdü. Həmdə mənə baxaraq. Yenə mənə baxıb güldüyünü gördükdə, qaşlarımı qalıdırb 'Nəyə gülürsən?' işarətini etdim. Alınına düşən qıvırcıq saclarını geri ataraq, səs çıxmadan dodaqlarını tərpədərək 'Sənə'dedi. Mənim nəyimə gülürdü?! Öz üstümə baxmağa başladım. Gülünəcək bir sey geyinməmişdim. Cins dar şalvar üstünədə sadə qara rəngli, qısa qol futbolka köynək geyinmişdim. Qaşlarımı daha çox çatmağa başlayıb 'Gülmə!'dedim.
'Gülürəm'deyərək gülümsəməyə davam etdi. Sevimli deyil, qıcıq bir tip idi!
Zəng vurular vurulmaz, çölə çıxdıqda məndə arxasıyca çıxdım. Nəyə güldüyünü mənə açıqlayacaqdı! Böyük addımlar ataraq qarşısına keçib dayandım. Məni gördükdə yenə eyni gülümsəmə ilə üzümə baxıb dayandı

"Bir 90 dəqiqəni sənə mənə gülərək baxdın. Gülməli olan nə idi?!"

"Səhvin var 90 dəqiqə deyildi, 85 dəqiqə idi"

"5 dəqiqənin söhbətin edəcəyik?!"

"Səni bilmirəm, amma mən dəqiq insanam. İndi kənara çəkilsəydin, gedərdim"

"Sualımın cavabını almadan hec yerə getməyəcəksən!"

"Sən nə sualı vermişdin?"

"Mənə baxıb niyə gülürdün?"

"Ürəyim gülmək istəyirdi. Məndə güldüm. Yenə olsa, yenə gülərəm qıvrım sac olan qız"

"Sacıma gülürdün?!"

"Evdə feni partladıb gəlməmisənki?"deyərək öz aləmində zarafat edib zarafatına güldü. Sacıma bu qədər taxmaqları normal deyildi!

"Mənə deyənə bax! Öz sacına baxmısan? Sacının qarşısı meşədi elə bil. Nə badə, birdə mənim saclarıma güləsən!"

"Mənim saclarım qıvırcıqdı. Mənədə yaraşır. Qızlarda sacımı sevirlər. Sən isə bu ucuz nömrələrini başqalarının üstündə sına" deyib sol yanımdan keçib gedərək irəllədi. Ucuz nömrə nə demək idi?! Əsəblərimə bir azda olsa hakim çıxmağa çalışıb, yenə qarşısına keçdim.
"Yenə nə istəyirsən məndən?"deyib dayandı

"Ucuz nömrə nədi?!"

"Gülmək söhbətin ortalığa atıb, mənimlə danışmağa çalışırsan. Halbuki, normal yaxınlaşsaydın sənə yenə cavab vermiş olacaqdım"

"Gör qızlar, sənin egonu nə qədər bəsləyib böyüdüblərki, səninlə danışmaq istədiyimi düşünmüsən. Yazığım gəldi sənə... Pis olma, hec tipim deyilsən"dedim onu əzməyə çalışaraq.
"Bitdisə, yoluma davam edə bilərəm?"dedi dediyimi eşitməmiş kimi edərək. Qarşısından kənara çəkilərək, qolumu yola uzadıb "Buyur, tipim olmayan oğlan"deyərək gülümsündüm. Atamın çox sevdiyi saclarıma, hec kim gülə bilməzdi!

Bölüm sonu

Müəllif: Goncha

Not: Bu hekayə 'Ruhum Sənə Əmanət' adlı hekayədə olan Ayaz və Asyanın qızı Nəfəsin hekayəsidi

Dibnot: Mentalitetdən kənar bir hekayədi. İçində əks olan davranışlar var
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 7 389
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri