Sənə Allergiyam Var (9-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 4 385
Səs ver:
(səs: 0)
Xəyal'ın dilindən
Bəs yaxşı, hər kəsə daş divar olarkən ona çiçək açmağıma nə deməli? Bildiyiniz daş üstündə, hər şeyə inad olaraq açmağa çalışan bir çiçəyə bənzəyirdi. Bir o qədər incə, bir o qədərdə qırılqan...
Yanımda bu şəkildə var olması, ürəyimə həycan qatmışdı. Sürətli döyünməyinin səbəbi, mənim həycanımdan irəli gəlirdi. Verdiyim suala hələdə bir cavab verməmişdi. Mən isə zamanın durmasını istəyirdim. Zaman dayansaydı, onu mənim əlimdən hec kim ala bilməyəcəkdi
"Hələdə sualıma bir cavab vermədin" deyib qulaqlarının üstünə tökülən saclarını öpməyə başladım. İlk dəfə idi bir qadına bu qədər incə yanaşıb, bu qədər ruhuna toxunacaq hərəkətlər edirdim. Əlləri ilə qollarımı sıxmağa başlayıb, üzünü azacıq mən tərəfə döndərdi. Döndərməsi ilə "Zamanı dayandır sonsuz olaq"dedi.

"Mən nağıllardan çıxıb gəlməmişəm, amma sənin üçün zamanı dayandırmağı çalışacam" dedim

Üzündə təbəssüm əmələ gəlməyə başladı. Ona təbəssüm etmək çox yaraşırdı. Şirin görsənirdi. Başıma bəla olmağa çalışan, başıma açdığı bəla ilə məni özünə tərəf çəkməyi bacaran şirin bir qız idi. Mənim qıvırcıq saçlarıma bənzəyən, qıvrım saclarını sevməyə başlamışdım. Ona xüsusi bir gözəllik qatırdı. Qoxusu isə ağılımı başımdan alacaq dərəcəyə gətirib çıxartmışdı məni. Məncə hər seyin səbəbkarı, onun portağal qoxusunun olması idi. Olmasaydı, başımıza bunlar gəlməyəcəkdi. Gəlməsinədə, içimdən sevinirəm...

Zaman dayana bilmədiyindən, zəng gələn bir telefon səsi eşitdi qulaqlarımız. Nəfəsin telefonu idi çalan. Zəngi eşitdiyində hec birimiz yerimizdən tərpənmədik. Zəng bir dəfə çalıb söndüyündə "Gördün zəng söndü. Durmağına ehtiyyac qalmadı"dedim. Zəng yenidən çalmağa başladıqda qollarımı açmağa çalışıb "İkinci dəfə çalır. Məcbur baxmalıyam"dedi. Qollarımı yavaş - yavaş boşaltdıqda aradan çıxıb, telefonunu əlinə aldı. Zəng edən kim idi maraqlanmağa başladım. O isə ekrana durub baxırdı

"Səsini çıxartma ha"

"Niyə?"

"Zəng edən Həsəndi deyə"

"Bir Həsənimiz çatışmırdı!"

"Sakit ol zəngi açıram"

Onun Həsənlə olan canımlı cicimli sözlərini eşitməmək üçün otaqdan çıxdım. Başımızda olan böyük bəla Həsən idi. Dəqiq bəlanın özü O idi! O olmasaydı, Nəfəs belə olmayacaqdı... O uşaqda xoşuma gəlməyən seylər vardı. Adını bilmirdim amma onda yolunda getməyən bir seylər dəqiq var idi. Nəfəs onu sevdiyini düşünürdü... Sevmirdi... Sevsəydi ona yaxın durmağıma icazə verməzdi... Mən onun gözünü açmaq istəyirdim. Onun onu sevmədiyini, hissinin bir həvəs olduğunu ona görsətmək istəyirdim. Nəfəs isə beynində israrla onu sevdiyini düşünüb dururdu. İnsan birini sevərkən, başqasına toxunmazdı...
Başqa birinə toxuna bilirsizsə, hissinizin adına sevgi deməyin. İnsan birini sevərkən, başqalarına həm kar həmdə kor olur. Nəfəsdə zamanla bunu başa düşəcəkdi. Bəlkədə özü ilə mübarizə aparırdı. Məndə belə işləri çox yaxşı bilmirəm. Ancaq Nəfəsi tanıdıqdan sonra internetdən, sevgiyə aid olan hər məqaləni tapıb oxudum. Oxuduqcada sevgiyə aid olan hisslərin nə olduğunu başa düşməyə çalışdım. Başa düşdükcədə, çıxılmaz bir vəziyyətə özüm düşüb qalırdım. Nəfəsi otaqdan çıxan gördükdə, yanıma doğru yaxınlaşıb "Mən getməliyəm..."dedi. Həsən onun beynini qarışdırdı... Mənim çox sevdiyim sevgilim olsa, qız dostum olsaydı belə ona bu dərəcə yaxın dayanmazdım. Sevgilisinə yazıq deyildimi?

"Getmə desəm, yenədə gedəcəksən?"

"Getmək istəmirəm məndə... Amma məcburam. Həsənlə bərabər atama iş yerində baş çəkməyə gedəcəyik"

"Mən aparsam olmaz?"

"İş yerinə olmaz... Bu gün üçün təşəkkür edirəm"

"Yaxşı"

"Yaxşı nə?"

"Sən get işində ol. Məndə özümə məşğulliyət tapım"

"Səndə dostların ilə gəz, əylən"

"Gəzib əylənərəm narahat olma sən. Gəzib əylənmək mənimdə haqqımdı"

"Bu günlük bu qədər. Özünə yaxşı bax" deyib evdən çıxdı. Gəzmək əylənmək hə? O həyatıma daxil olandan sonra gəzməyidə əyləncənidə unutmuşdum. Dost tanışımda məndən küsüb incimişdi... Amma onun istəyi bu idisə yerinə yetirərdim mən. Yenə içimdə bilmədiyim bu hiss baş qaldırmışdı. Qısqanclıq adlandırmaq istəmirdim. Qısqanc bir insan deyildim... Elə olmadığımı düşünürdüm mən... Otağıma keçdikdə gözüm az əvvəl oturduğumuz divana sataşdı. Ona evimi açmışdım mən... Evimi, içimi, dünyamı... Özünü narahat hiss etməsin, ağılından başqa bir sey kecirtməsin deyə valideyinlərimin yaşadığı evə gətirmişdim. Bu qədər düşüncəli hərəkəti onun üçün etmişdim. Nəfəs isə məni görsədə, görməmizlikdən gəlməyə çalışırdı. Divana yaxınlaşıb oturmaq istədikdə, divanın küncündə qalan boyunbağını gördüm. Yadından çıxımışdı çox güman. Sepi əlimə alıb üstünə olan kəpənək simvoluna barmaq uclarım ilə toxunmağa başladım. Kəpənəyin bu gün qanadları qırılmışdı... Kəpənəyin ömürünün qısa olması beynimə daima taxılırdı. Anası, bu dünyadan tez köçdüyü üçün belə bir seyin onda olmasını hec istəmirdim. Anası haqqında çox məlumatda bilmirdim... Soruşmağada çəkinirdim... Hec nə bilməyib, ona yaxım dayanırdım. Həsən isə onun hər seyini bilirdi... Xoşladığı yeməkləri, meyvələri, müğənniləri, mahnıları, kitabları... Mən isə adicə sevdiyi rəngi belə bilmirdim...
Beynimdən çıxardıb atmağa çalışdığım o qədər sey var idiki... Ayağa qalxıb sepi cibimə ataraq evdən çıxdım. Bu gün dostlarım mənlə görüşmək istəmişdilər. Mən isə bu günümü Nəfəsə həsr edəcəyimi, düşündüyüm üçün onların təklifini qəbul etməmişdim. Nəfəs Həsənlə getdiyi üçün məndə bu təklifi bir daha gözümün qarşısından keçirtməli idim. Hansı məkanda olduqlarını öyrəndikdən sonra, maşını işə salmağa başladım. Bu gün özüm olmalıydım...
Clubdan içəri keçib, bizimkilərin oturduğu yerə yaxınlaşdım. Axşam üstü yeni düşdüyündən çox insan yox idi. Musiq səsidə yoxlanış üçün az verilmişdi. Hələki rahatcılıq höküm sürürdü. Qırmızı yumru divannın başına yığışmışdılar. İndidən içki şişələrinin ortalıqda gəzdiyini gördüm. İçməyə nə tez başlamışdılar...
Elşən ilə Rəvanla görüşüb yanlarına oturdum. Geri qalanları gözümə görsənməmişdilər
"İki nəfərsiz elə?" dediyimdə Elşənlə birgə Rəvanda möhkəmdən gülüşməyə başladı.
Rəvan gülüşünü yarıda kəsməyi dayandırıb "Çatan kimi qız falan soruşursan, hec demirsən qardaşlarının kefi necədi"dedi. Elşəndə qolunu boynuma dolayıb "Axşama gələcək hamısı darıxma"dedi. Qolunu boynumdan aşağı atmağa çalışdım

"Mən qız falan nəzərdə tutmamışdım. Cahid ilə Şahini soruşurdum"dedim

Rəvan içkisəndən içib "Həə belə de də. Onlar bu gün yoxdu. Onların yerinə başqaları var. Sən hec narahat olma. Gəlmədiyin günlərdə nə qədər qız tutmuşuq burdan"dedi. Hə qaqaların qız tutmaq teması vardı...

"Dostum bura sizi görməyə gəldim. Bu günlük bu temaları kənara ataq. Necə vaxtdı yoxam, danışın görüm nə var nə yox" dedim

"Sənin xətirinə temanı bir iki saatlıq qoyuram kənara. Amma axşam acacam bu temanı. Zema ilə səndə tanış olarsan. Tam sənin istədiyin kimi bir qızdı. Bir mavi gözləri var adam baxıb heyran qalır"dedi

Çox nahaq yerə gəlmişdim bura. İçdiklərində nə danışdıqılarını hec özləri belə bilmirdi. Mən isə bu vaxtı içməzlər ayıq başları olar deyə düşünüb bura gəlmişdim. Necə vaxtı bura gəlmədiyimdən özümü həm yad, həmdə qəribə hiss etmişdim... Tikan üstündə oturmuş kimi hiss edirdim özümü. Halbuki burda tikan yox idi. Tikan ürəyimə batmışdı... Əlimi saclarıma atıb, çəkişdirməyə başladım. Mən sıxılmışdım... Mən Nəfəsi istəyirdim... O isə mənim yanımda deyildi... Əlimi cibimin üstünə qoyduğumda, sepin var olmasını hiss etdim. Ondan bir parça yanımda daşıyırdım. Yanında ola bilməsəmdə ən azından mesaj yaza bilərdim. Burdan getmək mənim üçün ən doğrusu idi. Ayağa qalxıb "Dostlar bu günlükdə məni üzrlü sayın. Mən təcili getməliyəm"dedim.

"Zema gələcəkdi hara gedirsən Xəyal. Biraz qal sonra gedərsəndə. Evdə 6 aylıq uşaq qoyub gəlməmisənki"

"Bu dəfəlik belə olsun, başqa vaxt bunun hesabın çıxaram mən. Siz burda mən burda. Qaçmıramki bir yerə"

"Səni tapmaq olurki bizi elə necə gündü keçişdirirsən. Qal bir az. Vallah Zemanı görsən, özün getmək istəməyəcəksən hec"

"Yaxşı mən ayaq yoluna gedim gəlirəm indi" dedim. Aradan çıxmağın ən sadə yolu. Onlara söz başa salsaydım, burdan qocalanda çıxaydım gərək. Clubdan çıxıb maşınıma minib işə saldım. Adama deyərdilər, niyə gəlmişdin niyədə gedirsən? Burda Zemaların çox olduğunu bilmirdimmi? Bilirdim... Bilə - bilə gəlib, bilə - bilədə qayıdıram...

Ordan uzaqlaşıb evə gəldim. Mətbəxə su içmək üçün daxil olduqda gözüm meyvə qabıda olan portağallara sataşdı. Suyu bir kənara qoyub, portağalın birin əlimə aldım. Saniyələr keçdikdən sonra üzümün güldüyünün fərqinə vardım. Yavaş - yavaş üzümdəki gülüşü silməyə çalışdım. Portağala baxıb niyə gülürdüm?
Onun qoxusu düz burunumun ucunda idi. Bir insan insanın qoxusuna möhtac qalmamlı idi. Mən isə möhtac qalmışdım... Yanımda O yox idi... Yanında olan Həsən idi...
Portağalı geri yerinə qoyub otağıma keçdim. Ona yazmağın tam vaxtı idi. Cibimdəki sepi çıxardıb, əlimə keçirdərək telefonu yandırdım. Adını 'Portağalım' deyə qeyd etmişdim. Kəpənəkdən daha yaxşı idi məncə. İlk başlarda ondan xoşum gəlmədiyindın böyük həriflər ilə 'BAŞ BƏLASI' yazaraq qeyd etmişdim. İlk başlarda elə idi... Yola gedə bilmirdik... İndidə yola getməyimiz tam sayılmazdı, amma olsun... Bizimdə yola getmək, şəkilimiz bu idi. Adına daxil oldum. Nə yazım deyə düşündüm. Bir əlimdə olan sepə baxdım, birdə telefonun ekranına... Sonra ağılıma gələn ilk sözü ona yazdım

"Bəlkə, portağalın olum hə? :)"

Mesajımı oxuduğumu gördükdə, ovuc içim tərləməyə başladı. Ovuc içimi dizimin üstünə basdırıb, ondan cavab gözləməyə başladım

Portağalım: Bu gündən oldun mənim portağalım :)
Qıvırcıq: Nə etdin bu gün? Mən çox darıxdım
Portağalım: Axşam yeməyi üçün üçümüz bərabər restorana getdik. Maraqlı keçdi günümüz. İndi gəlmişik evə. Sən nə etmisən?
Qıvırcıq: Məndə clubdayam, dediyin kimi əylənirəm
Portağalım: Əylənmək sənində haqqındı. Mənimdə əvəzimdən əylən
Qıvırcıq: Səni tutmayım yorğun olarsan
Portağalım: Dayan. Niyə darıxırsan bəs?
Qıvırcıq: Qız yanımdan qalxdı deyə. İndi harda olsa gələr
Portağalım: Oo boş dayanma) Sənin üçün gecə indi başlayır demək)
Qıvırcıq: Həə qız gəldi yanıma. Mən çıxıram
Portağalım: İyi əyləncələr sənə)

Telefonu söndürüb bir kənara atdım. Əlimdə olan sepidə çarpayının üstünə atıb ayağa qalxdım. İçimə gələn əsəbi necə basdıracağımı bilmirdim. Mən əylənmirdim... Mən otağımda oturmuş, onu düşünürdüm... Onun üçün darıxırdım...

Otağımdan çıxıb yenidən mətbəxə qayıtdım. Düz portağallara baxmağa başladım. Hər seyin səbəbkarıda, günahkarıda bu portağallar idi! Portağallardan birini əlimə alıb çəp - çəp ona baxdım. Öz özümə səsli şəkildə "Niyə varsız? Niyədə niyə?! Niyə belə qoxudasız?! Sizi evimdə görmək istəmirəm! Eşidirsiz məni!"dedim. Arxadan gələn atamın səsi "Oğlum portağallar danışa bilmir"dedi. Portağalı əlimdə sıxıb atama tərəf çevrildim

"Onda sən cavab ver ata. Niyə belədilər? Mənim günahım nədi?"

"Sənin əsəbin portağallaradı, ya qıza görədi?"

"Hər ikisinədə... Hər ikisidə eyni seydi... Portağallarda cavab vermədi mənə"

"Portağallar danışa bilmir. Amma O qız danışa bilir. Dərdin nədisə həmin qızla danış"

"Danışa bilmirəm... Danışsamda məni başa düşmür"

"Əlindəki portağalı sakitcə yerinə qoy. Sonra düşünməyə başlaki, səni niyə başa düşmür?"

Məni niyə başa düşmürdü? Həsən var olduğu üçün ola bilərdi...?

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 385
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri