Sənə Allergiyam Var (16-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 3 824
Səs ver:
(səs: 0)
Xəyala sevdiyim gül kimi yanaşırdım. İnsan sevdiyi gülü qırıb qoparda bilməzmiş, əksinə hər gün ona su verib o gülü böyüdərmiş. Məndə elə etməyə başlamışdım... Onu qırıb yox etmək əvəzinə soldurmamaq üçün əlimdən gələn hər seyi edəcəkdim...
Ən son məni öpdükdən sonra dodaqlarını alınıma basdıraraq bir öpüş qondurub səssiz səmirsiz yanımdan uzaqlaşmışdı. Səssizliyə qərq olduğumuzdan otağa keçmişdik. Mən onun çarpayısında yatarkən, oda divanda yatmışdı. Bütün gecəni məni öpməsini, öpməsinin ardından dediyi cümləni düşünüb durmuşdum. Hələdə bunun necə baş verdiyini bilmirdim. Onunla yan - yana gəlməyim mənim üçün təhlükə sayılırdı. Ondan əsla uzaq qala bilmirdim. Zəif nöqtəm olmağı necə bacarmışdı? O olmadan əvvəl həyatım sakit şəkildə keçib gedirdi. O gəldikdən sonra həyatım yanğın yerinə döndü. Mən yanan alovu söndürə bilmədim. Ancaq zamanla tüstüsündə boğulacağımıda çox yaxşı bilirdim. Hər sey hələ yeni başlayırdı

Səhərə gözlərimi açdığımda, ilk əvvəl tavanı izlədim. Gözlərimi tam açmağa çalışırdım alınmırdı. Çarpayıdan ayağa qalxdım. Məzara baş çəkib ordan çıxdıqdan sonra geyim mağazasına dəyib, mənə bir iki sey almışdıq. Üstümdə də çəhrayı rəngdə ayılı olan gecə paltarı vardı. Divana baxdığımda Xəyalı orda görmədiyimdən üstümü dəyişib otaqdan çıxdım. Mənə necə davranacağını bilmirdim...
Otaqdan çıxıb ayaq yoluna daxil olaraq gündəlik işlərimi həll edib ordan çıxdım. Gözümə Xəyal dəyməmişdi hələdə. Alt mərtəbədə onu görmədiyimdən yuxarıya çıxdım. "Xəyal... Xəyall" deyə onu səslədiyimdə ən sonda olan otaqdan çıxdı

"Prensesim yuxudan ayılıb" deyərək yanıma tərəf gəldiyində utandığımdan başımı aşağı salmağa çalışdım. Tərs davranmamışdı...
Dünən gecə yatarkən, məni öpməsindən peşman olduğunu düşünmüşdüm. Bir düşüncəm, digərini tutmurdu

"Səni aşağıda görməyincə, məcbur yuxarı çıxmalı oldum. Elə bildim məni tək qoyub, harasa getmisən"

"Getmişdim. Sən gələnə gəldim"

"Hara getmişdin?
"
"Marketə. Gedib yeni portağallar aldım. Sənə öz əllərim ilə portağal suyu çıxdım"

"Maşallah tez yuxudan ayılıbmışsan"

"Mən yuxudan ayılanda daha tez idi. Yuxudan ayılanda ilk sənin yanına gəlib sənə baxdım. Mələklərin necə yatdığını görmək istəyirdim. Uzun uzadı sənə baxıb, səndə kilitlənib qalmışdım. Baxmağa doya bilmədiyimsən"

"Yemək yeməyə yerim qalmadı. Bu sözlərinlə doydum mən. Səən... Sən insana dəyər verməsini bilirsən"

"Mən ancaq çox sevdiklərimə dəyər verirəm. Səndə onlardan birisən. Bu qədər şairlik bəsdi? Yemək yeməyə aşağı düşək?"

"Geri qalanıda günortaya qalsın" dediyimdə qapının zəng səsi eşidildi. Görəsən kim idi gələn? Atam olmasın...?

"Mən özüm baxacam Xəyal"deyib tez aşağı düşdüm. Qapıya yaxınlaşıb, qapını açdığımda qarşımda uzun boylu qumral bir qızı görməyim ilə, arxamdan Xəyal "Nəfəsim kim gəlib" deyə səsləndi. Qapını daha çox araladığımda Xəyal qızı gördü. Qızında ilk başda məni görəcək, üzü düşmüşdü. Bu qız kim idi bəs?
Xəyal irəli bir addım atıb "Rufina?"dedi. Adını deməkdən, daha çox sual soruşmuş kimi olmuşdu

"Bakıya gəlmişkən, sizədə baş çəkim dedim. Amma belə görürəm sən məşğulsan"dedi gözü ilə məni işarət edərkən. Nə mənada demişdi bunu?!

"Gələr gəlməz söz atmalarından geri qalmırsan. Gəl keç içəri" deyib onu dəvət etdiyində, qız dünəndən bu cümləni gözləyirmiş kimi içəri keçdi. Biri mənə bu qızın kim olduğunu başa salsaydı yaxşı olardı!
Bir başa qonaq otağına keçib, divana oturduğunda gözü evi gəzirdi. Evin gözdən çəkdikdən sonra "Tanış etmədin qızla məni. Nəfəsim deyişini eşitdimdə, kim olduğunu dəqiq bilmədim"dedi. Nə maraq doğurası bir cümlə! Xəyal məni indi tanış etsin görək
"Adı Nəfəsdi. Özüdə mənə nəfəsdi. Onunla nəfəs alıram mən" dedi

Xəyalın cümləsinin gözəlliyinə taxılmazkən "Bəs siz? Siz kimsiz?"dedim. Nəhayət verə bilmişdim bu sualı. Bilirəm sizədə maraqlıdı!
Qız cavab verməmiş Xəyal araya girib "Ailəvi dostumuzub qızıdı. Uşaqlıqdan bir yerdə böyümüşük"dedi. Ah indi içimə rahatlıq girmişdi!

Mən belə düşünərkən Rufina gülməyə başlayıb "Hə birdə keçmiş sevgilisiyəm. Keçmişdə olsam, hələdə qopmayan bir əlaqəmiz var"dedi. Üzümün düşdüyünü hec birinə göstərməyəcəkdim. Məcburidə olsa gülümsəməyə çalışıb "Şad oldum tanımağıma. Mən çay dəmləməyə gedim"deyib ayağa qalxdım. Yanlarından ayrılmağa çalışdığımda Xəyalın "Rufina keçmiş söhbətləri niyə açırsan?!"dediyini eşitdim. Gerisinə qulaq asmadan mətbəxə keçdim. Mətbəxdə əllərim ayaqlarım bir birinə dolaşmış kimi oldu. Nəyin harda olduğunu unutdum. Əllərim buza dönmüşdü. Qız nəyə görə elə atmacalı şəkildə danışmışdı? Xəyalın onla hələdə bir əlaqəsi varmı idi? Düşüncələrimi özüm cavablandıra bilmədiyimdə, gözüm masanın üstündə olan portağal suyuna sataşdı. Məni incitdilər, portağal... Dodağımı büzüb ağlamamağa çalışdığımda Xəyalın "Nəfəs çaya ehtiyyac qalmadı. Rufina gedir"deyişini eşitdim. Onu yola salmayacaqdım! Dəqiqələrdən sonra Xəyal mətbəxə keçdiyində "Yola saldın, keçmiş sevgilini?"dedim kecmiş sevgili sözünü vurğuya basaraq

"Nəfəs qısqanmağına hec bir səbəb yoxdu burda. Üzünü asma nə olar, gözəlim"

"Gözəl mən deyiləm, gözəl O qız idi. Qarışdırma bizi!"

"Bax həqiqətən yeri yoxdu bu qısqanclığının. Bu nə sözlərdi danışırsan"

"Yersiz qısqanclıq deyil! Sən məni gösdərərək deyirsənki, bu qız mənim nəfəsimdi. Qız isə üzsüzlüyünə salıb bu vəziyyətdən əylənirmiş kimi, istifadə edərək deyirki mən onun keçmiş sevgilisiyəm. Sən de mənim keçmiş sevgilim sənə gəlib belə bir sey desə xoşuna gələr?!"

"Nəfəs mövzunu böyüdürsən... Sakit qalmağa çalış. Rufina gəlib məni sənin əlindən alacaq deyil. Keçmişdə yaşanıb, olan bitən bir mövzudu. Mən keçmişimlə yaşamıram. Nə də onu sevməmişəm... Elə belə ailə dostu olduğumuzdan sevgili olmuşduq"

"Məni başa düşmürsən... Mən çıxıb gedirəm sən Rufinanı geri çağırıb, səhər yeməyini yeyə bilərsən!"deyib yanından keçdiyimdə qolumdan tutub məni özünə tərəf çəkdi

"Qurban sənə, sən niyə birdən birə səni atıb gedəcəyim düşüncələrinə qapıldın hə? Bəlkə səni ondan gizlətdim? Sən hər çətinə düşdüyündə niyə qaçırsan? Atandan qaçdın mənə sığındın... Mən qaçdıqda, sığınacaq bir yerin olmayacaq... İndi masaya otur, səhər yeməyimizi yeyək"

Bəlkədə mən böyüdürdüm... Bəlkədə etdiyim hərəkət onun gözündə yersiz qısqanclıqdan başqa bir sey deyildi. Amma ya mənim hiss etdiyim sey? Hissiyatım məni yanıldırırdımı?
Könülsüz şəkildə masaya keçib oturdum. Xəyal məni başa düşməyəcəkdi... Özümü ələ almağa çalışıb, yemək yeməyə başlamışdım. Qız qara pişik kimi qarşımdan keçmişdi!

"Məni günortadan sonra evimizə apararsan. Atam üçün darıxmışam"

"Yaxşı... Bunun bayaqki hadisə ilə əlaqəsi varmı bəs?"

"Yoxdu... Düşündümdə sən haqqlısan. Mən səni niyə qısqanmalı idim? Biz onsuzda hec nəyik. Münasibətimizin bir adı yoxdu"

"Münasibətimizə bir ad verə bilərik. Buna özünü hazır hiss etdiyin an, sən mənim sevgilim olacaqsan"

"İlk öpüşümü al məndən, sonra de ki özünü hazır hiss etdiyində mənim sevgilim olacaqsan. Olmayacam... Biz hər zaman belə münasibətdə qalacayıq. Ad'ımız olmayacaq bizim"

"Adının yanına, soyadımda gözəl durur ha"

"Xəyalll! Mənim dediylərimi eşitmirsən sən?!"

"Eşdirəm sizi Nəfəs Əlisoy"

"Fikirimi yayındırmağa çalışma!"

"Fikirini yayındırmıram, nazını çəkirəm. Nazına qurban olduğum"

"Belə danışmada! Off! Mən sənə əsəbləşə belə bilməyəcəm?"

"Əsəbləşməklə hirsin soyuyacaqsa əsəbləş. Əsəbləş demirəm sənə. Əsəbləşə bilərsən. Bu gedişlədə axırda, məni əsəb xəstəsi edəcəksən"

"Sən nə qədər əsəb sözünü işlətdin" dediyimdə masadan ayağa qalxdı. Mənə tərəf əyilib sağ yanağıma dodaqlarını basdırıb, kicik bir öpüş qonduraraq "İlk öpüşümüzün tarixini yaz. Hər il o günü, bərabər qeyd edəcəyik. Hə unutmamışkən, bunu da deyim dodaqların bal dadırdı..."dedi. Şoka düşmüş üz ifadəm ilə ona baxdığımda, azca gülümsəməyə başlayıb "Ti - Amo" dedi. Səni sevirəm sözünün, İtaliyanca deyişini daha çox sevdiyimi hardan bilmişdi? Və ən əsası dili ilə məni sevdiyini söyləmişdi...

Bölüm Sonu

Ps. Tiamo ❤
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 824
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri