Sənə Allergiyam Var (20-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 4 423
Səs ver:
(səs: 2)
Sonunun necə olacağını bilmədiyimiz bir yola baş qoymuşduq. Soğru sualsız yanımda var olan insan Xəyal idi. Türanə və sevdiyi oğlan ilə bərabər gecə 12 dən sonra rayondan qaçıb Bakıya üz tutmuşduq. Atamla mən, şühbə çəkməmək üçün nənəm və babamla əvvəldən sağollaşmışdıq. Bizim çoxdan Bakıda olduğumuzu düşünürdülər. Səhər açıldıqda Rafiq əmi, Türanəni evlərində görməyəcəkdi. Onun üz ifadəsini görmək istəyərdim. Qızına başqa bir secim buraxmamışdı... Belə olmasını özü istəmişdi. Kimsə bu zamanədə məcbur evləndirilə bilməz... Qanunlar və qaydalar hər kəs üçün keçerlidi. Bir həyat xilas etdiyim üçün özümü çox xoşbəxt hiss edirdim. Və etdiyim bu hərəkətəndə peşman deyildim. Mənimlə bərabər dəlilik edən Xəyalda halından razı görünürdü. Onun hec görmədiyim, bilmədiyim 2 otaqdan ibarət olan bina evinə gəlmişdik. Bura qədər rahat gəlib çatdığımız üçün, dərindən bir oh çəkmişdim. Bundan sonrası məncə o qədərdə qorxulu deyildi. Türanənin sevdiyi oğlan, Nizami yol boyu Xəyala minnətdarlığını bildirmişdi. Yaxşılıq etmək hər adamın işi deyildi. Qonaq otağında hər birimiz oturaraq bir - birimizə baxırdıq. Türanə isə narahat görünürdü. Narahatlığının səbəbi arxasında qoyduğu ailəsi idi. Ancaq bir az gülümsəməyə ehtiyyacımız vardı

"Mən çox acmısam. Bu saatda da açıq market olmaz hə?"deyib fikirlərini dağıtmağa çalşdım.
"Ac olduğunu niyə əvvəldən demirsən?"deyə Xəyal dilləndiyində "Çünki, indi acmışam" dedim. Ayağa qalxıb "Hamınız arxamca gəlin" dedi. Hec nə başa düşə bilməsəkdə arxasıyca getdik. Mətbəxə gəldikdə, soyducunun açıb "Bu da yeni mini marketimiz"dedi. Soyducuya gözlərim yerindən çıxacaqmış kimi baxdım. Demək olar nə istəsən, nə axtarsan hər sey vardı içində. İnsan bu qədərinidə düşünərmi?
Nəcəf "Xəyal sənin haqqını biz necə ödəyəcəyik" deyib yanına keçdi. Xəyal arsızca gülümsünərək "Oğulunuz olanda adını Xəyal, qızınız olanda da adını Nəfəs qoysanız haqqımı ödəmiş olarsız"dedi.

Bu oğlanın fikiri zikiri uşaq idi! Gözlərimi bərələdib ona baxmağa davam etdiyimdə "Zarafat edirəm təbikii. Əsas olan sevgidi. Sən sevginə sahib çıxdın ha, bax bu mənim gözümdə ən böyük bir seydi. Sevən sevdiyinə sahib çıxmalıdı. Xoşbəxt olun hər zaman. Nəsə də probleminiz olsa mənə zəng edərsiz. İş üçündə sənə bir nömrə atacam, onunka əlaqə saxlayarsan. Məncə saatda çox gec olub. Biz Nəfəs ilə gedək. Sizdə istirahət edin. Hec nə üçündə qorxmayın"dedi. Bir nəfəsə necə cümlə qurmuşdu. Əlini soyducuya atıb içindən bir bisküvut götürərək, mənə uzatdı. Məncədə getmək vaxtı idi. Onlarla sağollaşdıqdan sonra yola düşdük. Çox yorulmuşdum...

"Sənin qəlbin mələk qəlbi imiş. Düşüncəli qıvrıcıq..."deyərək bisküvutden bir dişləm aldım

"Qəlbi mələk edən sən oldun. Orda bəlli etmədim amma güclə dayandım"
"Nəyə?"
"Səni qucaqlamaq istədim... Qoxun burnuma dolmuşdu... Onun üçün tez çıxdım evdən"
"Neynək evə çatanda 1 dəqiqəliyinə qucaqlama şansın var. Bu şansı layiqincə haqq etdin"
"Bir dəqiqə az deyil?"
"İki dəqiqə olsun"
"Oda azdı"
"Atam evdə məni gözləyir. Sənə bir dəqiqədə bəs olmalıdı"
"Məni hardan susdurmaq lazım olduğunu bilirsən. Atan demiş, atan həqiqətən qısqanc biri imiş. Bunun bu gün fərqinə vardım"
"Başını əzmədiyinə dua elə sən"
"Böyük təsəlli verdin, çox sağ ol"
"Atam səni çox istəyir... Bunu etiraf etməli idim. Hətda kölə söhbətini atama danışanda, atam mənə demişdiki, filmlərdəki kimi olar birdən. Demişdim necə? Demişdi bir birinizə aşiq olacaqsız"

"Aşiq oldun bəs? Çünki, mən çox aşiqəmdə..." dediyində az əvvəl yanlış cümlə qurduğumun fərqinə indi vardım. İndi nə desəm, onu incitmiş olacaqdım. Hisslərimdən tam əmin olmayınca ona bir dey demək istəmirdim. Onda daha çox üzüləcəkdi...

"Varlığın məni xoşbəxt edir"deyib azca təbəssüm etməyə çalışdım. İşə yaramasını, içimdən dua edərək

"Varlığım səni xoşbəxt edir ancaq sevmirsən. Olsun... Mən hər ikimizin yerinə sevməyə davam edərəm. Yetərki sonda sevgi qazansın..." dedi

Sonda sevginin qazanacağını və ya qazanmayacağını bilmirdim.
Evə gəlib çatdıqda maşını saxladı. Məni qucaqlamaq istəməsi yadıma düşdü. Ancaq onda bir tərpəniş yox idi. Maşından düşməyi gözləyirmiş kimi, üzümə baxmağa davam edirdi.
"Bəs qucaqlamayacaqsan?"deyib səssizliyimi pozdum

"Qucaqlasam qoxun üstümə hopacaq... Gecə yarısı yuxudan ayılıb, dəli olmaq istəmirəm..." dedi

Yəni, qucaqlamayacaqdı... Bununda səbəbi az əvvəlki sualı, və mənim həmin suala verdiyim cavabdan qaynaqlanırdı

"Başa düşürəm səni..." səni deyib qapını açmağa çalışdığımda "Başa düşə bilməzsən" dedi

Onu ən yaxşı mən başa düşürdüm... İnsan birini sevdikdə, ondan qarşılıq ala bilmədikdə, hər keçən gün ölürdü... İnsan sevdiyi insanı uzaqdan sevər kəliməsi boşuna indi. İnsan sevdiyi insanı qucaqlamaq istəyərdi... Əllərindən tutub, saclarına sığal çəkmək istərdi... Mən bunların hamısını başa düşürdüm. Onun haqqsız yerə əziyyət çəkməsinə göz yumurdum

"Xəyal bu gecənin sonu gözəl bitsin. Səni incitmək istəmərəm"

"Hec incitmirsən... Hec... Sadecə qəlbimi paramparça edib, hisslərimi görməzdən gəlməyə çalışırsan"

"Sənə 5 dəqiqədə nə oldu? Mən səni qırmaq incitmək istəmirəm. İnanki bunları sənə yaşatmaq istəmirəm"

"Atan səni gözləyir..."deyərək düz yola baxdı. Mən indi arada olan bu qırğınlıq ilə evə necə gedim? İndi onun üzündən öpmüş olsam, ona daha çox ümüd vermiş olacaqdım. Öpməsəm ağılım onun yanında qalacaqdı. Hec kimə arada qalmağı arzu etməzdim

"Mən küs ayrılmaq istəmirəm. Əgər sənə yaxşı gəlmirəmsə, bu münasibəti kəsib bitirək"dedim

Olmaz deməsini gözləyərkən "Yaxşı..."dedi. Bu qədər tez əl çəkmişdi? 10 dəqiqənin içində?

"Yaxşı nə deməkdi?"

"O deməkdiki bu gündən sonra sən öz yoluna mən öz yoluma. Belə davam edə bilmərəm mən. Hər dəfəsində içimdən sənə qarşı gözəl cümlələr qurmaq keçərkən, sənin o cümlələri məhv etmə gücünə sahib olduğunu düşünüb, hisslərimi içimdə saxlaya bilmərəm. Zamanla hər sey düzələcəksə, zamana buraxaq"

"Haqqlısan... O zaman bu son görüşdü?"

"Həə... Son görüşdü..." deyib üzünü məndən gizlətməyə çalışdı. İçində bunu istəmədiyini bilirdim. Lakin belədə əzab çəkəcəkdi. İnsan bilə - bilə əzab çəkmək istəməz...

"Özünə yaxşı bax qıvırcıq"deyib dolan gözlərimi gülüşüm ilə basdırıb maşından aşağı düşdüm. Bəlkədə hər ikimiz üçün xeirlisi bu idi. Ayrı qalsaydıq, hisslərimi daha yaxşı başa düşərdim. Bu günün sonu bir tək mənə yaramamışdı. Evə gəldiyimdə atamı qonaq otağında oturan gördüm. Yatmayıb məni gözləmişdi...
Yanına keçib oturduqda, onu qucaqladım. Göz yaşlarımı sərbəst buraxdığımda "Qızım, qızım tərs gedən bir sey oldu?"dedi

"Ayrıldıq..."deyib iç vurdum. Məndə bir cürünə manyak idim. Ya da itirdikdən sonra dəyərini bilənlərdən...

"Nə ayrılması nə danışırsan sən?"
"Xəyal ilə... Belə davam edə bilməyəcəyini dedi. Məndə aramıza məsafə qoyaq dedim. Olmaz deməsini gözləyərkən, yaxşı dedi. Hər sey bir anda baş verdi"
"Boşuna ağlama"
"Boşuna deyil canım yandı... İnan bu dəfə içim bir başqa oldu"
"Boşuna ağlama çünki, siz ayrı qalan deyilsiz. Uzağı iki gün verirəm. İki gün sonra yene bir arada olacaqsız"
"İnanmıram... Xəyal geri dönməyəcək"

"Atana inan və güvən"dediyində başımı qaldırıb ona baxdım. Atam haqqlı idimi?

"Necə əminliklə deyə bilirsən?"
"Özünə az əziyyət ver qızım... Onu sevirsən... Bunu özünə etiraf etməyin vaxtı gəlib. Sevgində qarşılıqsız deyil. O, səni çox sevir"
"Sevsəydi, belə etməzdi"
"Sevdiyi üçün edib... Əsas sevməsə elə etməzdi"
"Hec nə bilmərəm istəmirəm daha. Niyyəti uzaq qalmaqdısa qoy məndən uzaq dursun"

Yenidən atamı qucaqladığımda, ağılıma Xəyal gəldi. Pis qıvırcıq...

Səhər atamı işə yola saldıqdan sonra, zəng edib Türanə ilə danışmışdım. İndidə ortalığı təmizləməyə çalışırdım. Sonrada dərs oxuyacaqdım. Sabah imtahanım vardı. Mən isə tam hazır deyildim. Divanın yastıqlarını çırpdığımda, qapının zəng səsini eşitdim. Xeir idi görəsən? Qapını açdığımda, qarşımda Həsəni görməyi gözləmirdim. Başqa vaxt bir birimizə sarılardıq. İndi yad olduq bir birimizə qarşı... Küçədə görsəm, salam vermərəm... O dərəcə yad...

"Evə almayacaqsan məni?"dediyində içəri girməsi üçün bir kənara çəkildim. İçəri keçdikdən sonra, qapını bağladım. Niyə gəlmişdi?

"Gəliş səbəbini bilmək olar?"dedim dümdüz səsim ilə

"Sənə həqiqətləri deməyə gəldim... Birdə nə vaxt cəsarət taparam bilmirəm"deyərək əlləri ilə oynamağ başladı. Məndən gizlənən həqiqətlər...

Divana keçib yanaşı oturduq. Bu gün bu həqiqətləri bildikdən sonra, öz yoluma baxa biləcəkdim

"Səni gözləyirəm... Danış..."
"Hardan başlayacağımı bilmirəm"
"Bir yerlərdən başla. Bu kabusu bu gün bitir"
"Asand deyil... Bir göz qırpında hər seyi danışmaq asand deyil. Danışdıqlarımdan sonra bəlkə hec üzümədə baxmadın"
"Həsən danış! Səbrimi sınama mənim"
"Səni sevərkən, Samirə ilə sevgili olmağa məcbur oldum mən... Çünki... Necə deyim axıı"
"Məni sevsəydin, Samirə ilə sevgili olmazdın! Bunun çünkisi yoxdu Həsən!"
"Var Nəfəs... Var... Olmasaydı, mən səndən əl çəkməzdim"
"Nə var axı?! Nə də nəə?!"

"Hər sey 2 il əvvəl o partyə getdiyim gün baş verdi... Xatırlayırsan məni sevən bir qız vardı. Əl çəkmirdi məndən. Harda getsəm qarşıma çıxıb dururdu. O qızı sevmirdim ona görə ki çirkli işləri vardı. Həmin gün o partydə bilərək, mənim içdiyim içkiyə həb qatmışdı... Nə həbi olduğunu hələdə bilmirəm, ancaq ağılım başımda deyildi. O günü o həbin təsirindən Samirə ilə bərabər oldum..." dediyində şoka düşdüm. Mən belə bir həqiqət gözləmirdim...

"Ayılanda çox gec idi... İyrənc qız, Samirəyədə o həbdən vermişdi. Hər seyi planlı şəkildə qurmuşdu... Onun üçün Samirədən əl çəkə bilmədim... Bir qızın həyatın qaraldıb, hec nə olmamış kimi həyatıma davam edə bilməzdim... O gün Samirəyə söz verdimki, onunla evlənəcəm... Mən qurban edildim... Rufina mənim bütün həyatımı əlimdən aldı... İndi yenə ortalığa çıxıb"dediyində tanış gələn ad ilə irkildim. Rufina...?

Bölüm sonu
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 4 423
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri