Sənə Allergiyam Var (19-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 3 284
Səs ver:
(səs: 0)
Axşam üstü olmuşdu. Səbrsizliklə Xəyalın gəlişini gözləyirdim. Otel uzaqda yerləşdiyindən atam indidən getmək istəyirdi. Mən isə getməməkdə israrlı idim. Bu günü axşam üstünə qədər necə yola verdiyimizə hec özümdə inana bilmirdim. Əslində otelə getmək mənim işimə yarayacaqdı. Xəyal ilə rahat görüşə biləcəkdim. Ancaq ürəyim Türanənin halına yandığı üçün hec bir yerə getmək istəmirdi. Əlimdə möhkəmcə tutduğum telefona yenidən baxdığımda, atam yanıma gəldi

"Kimdənsə zəng gözləyirsən?"
"O qədər bəlli edirəm?"
"Söhbət yəqin Xəyaldan gedir"
"Ataaa... Xəyal bura gəlir"
"Nəə? Xəyalın cəsarətinə bir daha heyran qaldım"
"Gəliş səbəbi başqadı atacan"
"Tam danışsan hər seyi mənə, yarım - yarım danışırsan və mən hec nə başa düşmürəm"
"Eşitdin yəqin Türanə nişanlanır... Ancaq məcburi bir şəkildə. İstədiyi oğlan ilə qaçmasına, Xəyal ilə bərabər köməklik edəcəyik"
"Ciddisən sən?"
"Tam ciddiyəm ata"
"Amma qızım"
"Amması yoxdu ata... Bir qızın həyatının qaralmasına göz yuma bilmərəm. Xəyalda mənim kimi dəli çıxdı. Sorğu sualsız razı oldu. Səndə özünü hec nə olmamış kimi apar"
"Etdiyiniz hərəkəti dəstəkləmirəm biləsən. Çünki, qaçmaq hər seyi həll etmək deyil. Ancaq hər zaman olduğu, kimi indidə yanında olacam. İnsanların gözü dönüb... Balaca qızlarını bir əşya kimi satıb, evləndirirlər. Nə deyim hec bilmədim... Bizdə elə olmuşduq"
"Sizdə fərqli idi. Anamın istədiyi yox idi. Həmdə sən anamı başa düşürdün. Burda isə hər sey çox qarışıqdı. İndi səndən bir istəyim var məni bu evdən çıxartmağın. Sonra qayıdarıq"
"Qayıtmaq yoxdu. Ordan otelə keçək. Orda nə edəcəyimizə qərar verərik"
"Buranın otelleri o qədərdə yaxşı deyil özün bilirsən. Məndə rahat edə bilməyəcəm"
"Artıq başqa söz eşitmək istəmirəm. Necə saatdı burda qalmağa dözürəm. Amma daha dözümüm falan qalmayıb. Son nəfəsimdi. Ataya qarşı bu mövzuda gəlmə. Hazırlaş gedək" dediyində başqa israr edəcək bir çarə görmədim daha

Nənəmlə babam qalmaq üçün nə qədər israr etsədə, ordan çıxıb yola düşmüşdük. Xəyalada qalacağımız otelin adını vermişdimki, ora gəlsin. Həm oda orda qalardı. Başqa harda qalacaqdı?
Otelə gəlib çatdığımızda atam bizim üçün otaq götürürdü. 5 ulduzlu otel olmasada, gecəni qalmaq üçün idarə edərdi. Mən isə kürək çantamı otağımıza atıb, atamı otaqda qoyaraq aşağı düşmüşdüm. Xəyal harda olsa birazdan gələcəkdi. Oteldən çıxıb düz küçəyə çıxdım. Addımlarımı atdıqca yadıma ad günümün yaxınlaşdığı düşdü. Həmdə anamın ölüm günü...
O günü qeyd etməzdik... O gün bizim üçün tam səssiz gün olardı. Amma yenədə atam kicik bir tort alıb, üstünə bir ədəd şam qoyaraq yeni yaşımı qeyd edirdi. Şamı üfləmədən yeni yaşıma adım atmazdım mən. Sonrada anamın məzarının üstünə gedərdik. Məni dünyaya gətirdiyi üçün, anama təşəkkür edərdi. Daha sonra isə bir gün əvvəldən uşaqlar üçün aldığımız geyimləri uşaq evlərinə aparıb paylayardıq. Hələ kicik aksiyonlarımızı demirəm. Çox insanın evlərinin qapısının qarşısına bir necə kiloqram portağallar qoyub, zəngə basaraq qaçardıq. Üzümdə yaranan xoş təbəssümü hiss etdiyimdə, nə qədər çox şanslı olduğumu başa düşürdüm. Mənim yanımda olacaq insanında atam kimi olmasını istəyirdim. Onun kimisini deyəsən tapmışdım... Mənə görə bura gəlirdi... Telefonumun zəng çaldığını gördükdə, telefonu cibimdən çıxardıb ekrana baxdım. Xəyaldan zəng gəlirdi. Oteldən bir az uzaqlaşmışdım. Ona harda olduğumu necə başa salacaqdım? Olduğum yerdə qalıb tərpənmədən zəngi açıb "Oteldən bir az uzaqlaşmışam"dedim. Gülüşün səsi qulağıma gəldiyində "Qısqanc olduğumu bilirsən?"dedi
Gözlərimi süzdürməyə başladım. Hec yeri idi?

"Bunun söhbətimizlə nə əlaqəsi var?!"dediyimdə həm telefondan, həmdə yaxından "Nəfəsim..." deyə bir səs eşitdim. Dönüb arxama baxdığımda Xəyalı gördüm.

"Tanımadığımız yerdi və səndə tək başına çöldəsən. Qısqanmaq üçün səbəb deyil?"deyib yanımda dayandı

"Atam bunu bilirsə və içi rahatdısa sənə qısqanmaq düşməz" dedim

Üz cizgilərinin yavaş - yavaş asıldığını gördüyümdə "Mən zarafat etmək istəmişdim... Nəysə... Hava soyuqdu üşüyərsən, maşına keçək?"dedi.

Off... Çox ciddi danışdım mən... Qəlbinin qırılmasının səsini burdan eşidə bilirdim. Uşaq məni görmək üçün, mənə kömək etmək Bakıdan durub bura gəlsin. Məndə onunla belə danışım, hec olacaq sey deyildi

"Xəyal çox sərt danışdım hə?"

"Yox Nəfəsim... Mən üstümə vəzifə olmayacaq, söz dedim sənə. Boş ver"

"Bağışla... Həqiqətən bir anlıq elə danışdım. Sən gəlməmişdən əvvəl beynimdə başqa bir sey düşünürdüm. Onun əsəbi canımda qalmışdı"

"Başa düşdüm. Sənin üstünə gələcək, başqa bir sey demək istəmirəm. Maşın irəlidədi gedək"

Xəyal irəli addım atsada olduğum yerdə qaldım. Getmədiyimin fərqinə vardıqda, dönüb mənə baxdı. "Gəlməyəcəksən?"dediyində sürətli adım atıb yanına gələrək, onu möhkəmcə qucaqladım. Məncə oda bura gələndə bunu xəyal etmişdi

"Qucaqladım səni... Keçdi ürəyində olan qırğınlıq?"dedim

Əllərini belimə sarıb məni qucaqladığında "İndi keçdi... Keçməycək olan tək sey sənsizlikdi... Səni sevirəm Nəfəsim"dedi

İndi ürəyim yerinə gəlmişdi. Ürəyini yerinə gətirmişdim. Rahat şəkildə ondan ayrılıb, maşınına tərəf irəllədik. Hec yerə getmək istəmədiyimizdən maşına minib maşında qaldıq. Başqa yerə getməyə ehtiyyac yox idi. İkimiz bir birimizə bəs edərdik. Yer vacib deyildi, vacib olan birlikdə olmağımız idi.
"Dediyini etdin yanıma gəldin" deyib az əvvəl olan dialoqumuzu yaddan çıxartmağa çalışdım

"Mən bura gəlməyi onsuzda düşünürdüm. Bu hal işimə yaradı deyək"
"Ona hec şühbəm yoxdu. Sən yenə bir yolunu tapıb, məni görməyə gələrdin"
"Çünki sənsiz olmur... Sənsiz hec nəyin dadı duzu yoxdu. Həyatımın dadı duzu sənsən"
"Immm... Sey bir seylər fikirləşib tapmalıyıq. Sabah axşam onlar qaçsada, oğlanın Bakıda nə işi gücü var, nə də evi"
"Oğlanın işidə var evidə"
"Tapmısan?"
"Həə dost tanışdan xahis etdim. İş tapdılar, evdə mənim evimdə qala bilərlər. Onsuz mən ailəmlə yaşayıram. Hələlik idarə edərlər. Bizdə yanlarında olub olara dəstək çıxarıq"
"Sənin qəlbin çox gözəldi... Hec tanımadığın insana bu yaxşılığı edəcəksən... Həyatımda olan ən düzgün insan sənsən"
"Tanımıram düzdü. Ancaq tanımamığım kiməsə kömək etməyəcəyim mənasına gəlmir. Hansısa bir qızında sevgisiz ailə qurmasını istəmərəm. Qadınlar buna layiq deyillər. Oğlan sevgisinin arxasındadısa, bir balaca köməyə ehtiyyacları varsa niyədə etməyim? Bir işlə, bir evlə hər sey düzələcəksə, mən bunu dünəndən etməyə hazıram. Həm işin içində səndə varsan. Mən hər zaman sənin yanında olacam"
"Məhz buna görədə sən... Buna görədə indi yanımda sən varsan. Mən məyərsə, sənin üçün bu bir gündə çox darıxımmışam"
"Məni demirsən hələ... Aldığım hava qədər sənə ehtiyyacım var imiş"
"Qıvırcıqdan gözəl sözlər. Nəfəsdə bu sözlərə düşür"
"Ad günün yaxınlaşır hə?"
"Hardan bilirsən ad günümü?"
"Sey... Ananı ziyrətə getdiyimiz gün bildim"
"İndidən deyirəm, biləsən mən ad günü keçirtmirəm. Nə də hədiyyə qəbul etmirəm o günü"
"Kicik hədiyyədə qəbul etmirsən?"
"O günü hədiyyə qəbul edəcək halda olmuram mən. Anam öldüyü gündü o gün... Bundan daha gerisi var?"
"Nəfəsim o günü bütün günü mənimlə keçirərsən?"
"Atamla bərabər məzara gedib gəldikdən sonra hə... Atamın o günlərdə yanında olsamda, bəzən təkdə qoyuram. Onunda buna ehtiyyacı olur"

"Mələk üzlüm" deyibdə üzümü ovucları arasına aldı. Əlimi yuxarı qaldırıb, üzümdə olan əlinin üstünə qoydum. Məni başa düşməsini, yanımda olmasını çox sevirdim. Ona qarşı gələ bilmirdim mən. Əllərini üzümə yumşaq şəkildə basdırdıqdan sonra aşağı çəkdi

"Atan nə yaxşı ki səni kimi qız böyüdüb. İçdən içə atana heyranlıq duyuram"
"Onun kimi ata yer üzünə birdə gəlməz məncədə"
"Məncədə... Mən olsam, qızımın yanında başqa oğlan görsəm, oğlanın başını əzərəm"
"Atama deyim gərək onda sənində başını əzsin. Bu nə dar düşüncədi?!"
"Dar düşüncə deyil, mən qısqanc bir insanam o qədər. Onun üçün yalnız mən olmalıyam"
"Atam səndən daha çox qısqancdı. Sən hələ onun qısqanc vaxtına rast gəlməmisən, ona görə rahatlıqla danışırsan. O sadecə məni çox gözəl başa düşür"
"Atanla özümü müqayisə etmək istəmərəm. Onun kimi hec bir zaman ola bilmərəmki mən"
"Örnək al atamdan. Gör qızına necə davranır. Qızının yanındakı oğlana necə inanır. Səndə vaxtında belə olarsan"

"Qızımız şanslı olacaq. Babası onuda çox sevəcək" dediyində bir qəribə oldum. Qız deyə bəhs etdiyi, bizim qızımız idimi?

"Qızımız?"deyib maraqlı gözlər ilə ona baxdığımda "Olmasın?"dedi. Allah bu oğlanın düşüncələri uçmuşdu yene

"Mən elə seylər düşünmürəm hələki. Səndə beynindən belə seyleri çıxardıb atsan yaxşı olar"
"Hecmi düşünmürsən?"
"Hec düşünmürəm"
"Mən düşünürəm amma... Gecə yatanda da səhər yuxudan ayıldıqda da bunu düşünürəm. Sən həyatıma daxil olmayana qədər bu düşüncələrim mənimdə hec olmamışdı. Səndən sonra məndə çox dəyişdim. Səndən sonra necə xəyal qurmaq lazım olduğunu öyrəndim mən. Xəyallara nə qatılır, nə arzu edilir, nə istənilir hamısını tək - tək öyrəndim. Mən xəyallarımdan əl çəkməyəcəm. Xahis edirəm səndən qızımızın əlini buraxma"

Xəyalın düşüncələri məni aşacaq tərzdə idi. Belə mövzunu niyə danışırdıq hec bilmirdim. İkinci dəfə idi eyni mövzu açılırdı. Onu yenə qırmaq istəmirdim. O isə israrla qırılmağı secirdi. Nə edəcəyimidə bilmirdim

"Xəyal... Sən sadecə çox gözəl xəyallar qurmusan. Xəyallarına bu qədər çox qapanma. Gələcəkdə başımıza nə gələcəyini hec bilmirik"

"Səninlə xəyallarımı bölüşməyəcəm daha. Sən xəyallarımı yıxırsan... Öz içimdə saxlayacam onları. Sənində hec birindən xəbərin olmayacaq"

"Otelə qayıdaq?"deyib söhbəti bağlamağa çalışdım. Dahasını eşidib bilmək hec istəmirdim
"Sən və sənin klassik qaçış yolların" deyərək maşını işə saldı. Qaçmaqdan başqa bir çarə görməmişdim. Onunla xəyallarından bəsh edib danışacaq, biri deyildim mən. Bu fikirləri beynindən çıxardıb atmalı idi. Belə xəyallar mənə görə deyildi...
Otelə gəlib çatdığımızda yuxarı çıxmışdıq. Atam otaqları yan yana secmişdi. Öz otağımın qapsının yanında dayandığımızda anidən qapı açıldı. Atam gəldiyimi hiss etmişdi.
Xəyal "Salam Ayaz əmi" dediyində atam
"Salam oğlum. Bizim qız sənin başına silah falan dayayıb, bura qədər gətirib çıxartmayıbki" dedi. Gözlərimi bərəldib atama baxdığımda "Nədi? Zarafat etməkdə olmaz?"dedi

"Ataa. O öz xoşu ilə gəlib. Məcbur kimisə bura gətizdirməmişəm"dedim

Xəyal gülməyə başlayıb "Atan zarafatçıl insan imiş"dedi. Onun tərsi atam hec gülmədən məni özünə tərəf çəkib, qucaqlayaraq "Həmdə qısqanc bir insandı"dedi. Tam yeri idi!
"Ayaz əmi vurdu, qol oldu. Mən nə demək istədiyinizi, deyəsən başa düşdüm"dediyində hər üçümüzdə gülməyə başladıq. Mesaj alınmışdı!

Xəyal öz otağına keçi etdikdən sonra, bizdə öz otağımıza daxil olduq. Gecə geyimi geyindikdən sonra çarpayıda uzanan atamın yanına gəldim. Bu gün onunla bərabər yatcaqdıq. Balaca uşaqlar tək mənə nağıl danışıb, saclarımı sığallayacağından adım qədər əmin idim.
Başımı sinəsinə qoyduğumda, əli ilə qoluma sığal çəkməyə başladı. Saclarımıda öpdükdən sonra "Qızım..."dedi. Ah atam mənə qızım dedikdən sonra ardından nəsə ciddi bir sey gələrdi. Ya da mənə məni çox sevdiyini deyərdi
"Eşidirəm atacan" deyib bir az yumşaq danışmağa çalışdım

"Sənin düzgün insanı tapdığını hiss edirəm. Bir birinizi incitməyin" dedi

Xəyaldan bəhs edirdi... Gözlərimi yumub dərindən nəfəs alaraq "Ürəyin çox möhkəm döyünür"dedim.

"Ürəyimin döyüntüsünün söhbətə nə kimi aydiyyatı vardı? Yoxsa sən söhbəti dəyişməyə çalışırsan?"
"Kim mənn? Mən və söhbət dəyişdirmək. Yox ay ay ata mən elə seyləri bacarmıram"
"Qızımm"
"Aycan ataa"
"Səni çox sevirəm"
"Mən səni daha çox sevirəm"
"Qızımmm"
"Aycan ataaa"
"Mən səni səndən daha çox sevirəmm"
"Yox mən sevirəm!"
"Elə sey yoxdu. Mənim yaşım səndən daha böyükdü. Ona görədə mən sevirəm"
"Bunun yaşla əlaqəsi yoxdu. Mənim ürəyimdə sənə daha çox yer var"
"Görürsən sən ürəyində mənə yer ayırmısan. Amma mənim ürəyimin özü sənsən..."deyib məni hardan susdurması lazım olduğunu bildi. Bu insanı buna görə çox sevirdim. Düşündüyümdən daha çox ağıllı idi!

Bölüm sonu
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 284
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri