Sönmüş Həyat... (4-cü bölüm)

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 2 365
Səs ver:
(səs: 0)
BÖLÜM 4 – SEVGİ

Raul hər dəfəsində dərsdən sonra Mələyi
evlərinə ötürürdü. Tam şəkildə bir-birilərinə
aid olmasalar belə, içlərində “bağlılıq, istək
“-hissi biruzə vermişdi. Əlbətdə ki, Mələk
cavan oğlandan etiraf gözləyirdi. Raul isə
nədənsə tərəddüd edirdi ki, birdən etirafedər, qız da onu rədd edər. Şərt o deyil ki,
dərsdən sonra qızı evlərinə ötürür, etiraf
etsəydi rədd də edə bilərdi.
Günlərin bir günü, dərsin axırıncı saatı idi.
Raul artıq qərara almışdı ki, Mələyə onu
sevdiyini, onu istədiyini bildirsin. Özgüvən
yaranmışdı artıq. Zəng çalındı, tələbələr
evlərinə getməyə hazırlaşırdılar. Mələk
kitab-dəftərini çantasına yığmağa başlayırdı
ki, cavan oğlan ona yaxınlaşdı :
“Mələk, sənə vacib sözüm olacaq”- dedi
Cavan qız isə heç bir şey demədən təbəssüm
etdi sadəcə. Sinifdən çıxıb,universitetin
qapısından çıxdıqdan sonra, cavan oğlan :
“Mələk, sənə bir etiraf etmək istəyirəm,
amma xahiş edirəm mənim sözümü
kəsməyəsən, sən rədd də edə bilərsən məni,
məndə onu istəmirəm “- dedi cavan qıza
Mələk söhbətin nədən getdiyini artıq
anlamışdı, o da bu etirafı gözləyirdi cavan
oğlandan :
“Buyur, Raul, dinləyirəm səni “- söhbətin
nəyə varacağını hiss etdirmədən dedi“Mələk, mən özümlə bacarmıram, səni ilk
gördüyüm gündən etibarən içimdə sənə
qarşı bir hiss oluşmağa başladı, sənin bu
mavi gözlərin, gözəl təbəssümün belə
ağlımdan çıxmır, İnandırım səni ki, səni hər
dəfəsində dərsdən sonra evinizə ötürəndə
mənim necə də xoşbəxt, sevincli olduğumu
hiss etsən, mənim nə demək istədiyimi başa
düşərsən.Bu o istəkdi ki, sənə qarşı, heç bir
zaman içimdən sönməz və sönə də bilməz.
MƏN SƏNİ SEVİRƏM! Xahişim ondan
ibarətdi ki, yaxşı-yaxşı düşünəsən, məni ilk
anda rədd etmə sənnən xahiş edirəm “-
həyəcanlı şəkildə qıza ürəyinnən keçəni
söylədi
Mələk gülümsündü və :
“Raul, mən səni rədd etmərəm, səndən də
gözlədiyim bu idi.Mənimdə içimdə sənə qarşı
hiss yaranıb, sənin səmimiyyətini, xoş
davranmağını, belə ürəklə mənə
yanaşmağını rədd etsəm itirmiş olaram.
Sevginə sayğım var. Əgər bilmək
istəyirsənsə, mən də səni sevirəm!. Məni
heç bir zaman yalnız qoymayacağına da
əminəm “- cavan qız Raula cavab verdiArtıq hər şey bəlli idi. Raulun sevincinin
həddi-hüdudu belə yox idi. Bəli, sevgili
oldular artıq. Bu andan etibarən cavan
oğlanın həyatı daha maraqlı keçəcəkdi.
Raul gələcəyə inamla addımlayırdı. Keçmiş
də baş verən hadisələr yavaş-yavaş ağlından
çıxırdı. Hadisələrin, həyatında nə baş verib,
verməyib hər bir şeyi Mələyə danışmışdı.
Mələk də öz üzgünlüyünü cavan oğlana
bildirmişdi.
Raul tək yaşayırdı. Valideynlərini avtomobil
qəzasında itirmişdi. Ümidini üzməyərək
hazırlaşmış, universitetə qəbul olmaq
arzusunu gerçəkləşdirmişdi. Yaxşı ki, bu
fakültəni istəyibmiş,yoxsa indi Mələklə bəlkə
də tanış ola bilməyəcəkdi. Deməli, qismət.
Mələk isə ziyalı ailəsində böyüyüb boya-başa
çatmışdı. Atası neft sektorunda mühəndis,
anası isə hansısa məktəb də müəllimə
işləyirdi. Hə, birdə bacısı var idi. Bacısı da
evli olub ayrılmışdı, öz üşağı ilə ata evində
qalırdı.Cavan oğlan Mələyə öz narahatçılığını
bildirmişdi ki,”indi, mənim heç kəsim yoxdu,
sənin ailən səni mənə verəcək? “
Mələk də “hər şey yaxşı olacaq, narahat
olma “- demişdi.
Bütün dünyada sevgi danışmaq həsrətindədir, lakin
cürət etmir, çünki utanır. (B. Şou)
İllər keçdi. Universiteti bitirdilər. Raul Mələyə
universiteti bitirdikdən sonra bir iş axtaracağını
demişdi. İş tapdıqdan sonra,qızı istəməyə
gələcəkdi. Mələk də razılaşmışdı.
Şəhər-şəhər cavan oğlan iş axtarmağa başlamışdı.
Ali təhsilli olmasına baxmayaraq iş tapmaq çətin
bir şey idi. Əgər pulun, adamın varsa istədiyin işə
düzəlmək asand məsələ idi. Fərasətdən də asılı
idi hər şey. Fərasətin varsa hər şeyə nail olmaq
mümkündü və birdə məqsədin. Hansı qapıya üz
tutdu, ya maaşı qane etmədi, ya da boş vakansiya
olmadığını deyirdilər. Sonunda bir hotel də,
vakant yer tapmağa nail oldu. Danışdılar, həll
etdilər məsələni. Sabahdan işə başlayacaqdı cavan oğlan. Sevinirdi. Mələyə zəng edib iş
tapdığını söylədi. Artıq yaxın günlərdə sizə gələ
bilərəm dedi və telefonu qapadı.
Raul elə həvəslə öz işinin öhdəsindən gəlirdi ki,
hoteldə çalışanlar belə təəccüblə baxırdılar bu
cavan oğlana. Məqsəd işləmək və Mələylə ailə
qurmaq idi.Bir müddət çalışdı. Artıq qərara gəldi
ki, gedə bilər qızgilə.Telefonu götürüb qıza zəng
vurdu :
“Mələk, sizə gəlməyi planlaşdırıram, nə deyirsən?
“- dedi cavan oğlan
Mələk :
“Sən necə uyğun bilirsənsə, Raul “- cavab verdi
Bir qədər danışdıqdan sonra, telefonu qapatdı.
İşdən çıxdıqdan sonra birbaşa Mələkgilə gedəciyini
ağlına qoymuşdu. Saat 18.00 idi. İş vaxtı başa
çatırdı. Raul hotelin qapısından çıxıb, mağazaya
yönəldi, bir qədər alış-veriş etdikdən sonra
mağazanı tərk etdi. Qız gilin evinə tərəf yönəldi.
Pilləkənləri çıxdı və qapını döyməyə başladı.
Qapı açıldı. Qapını açan Mələk idi.
“Xoş gəlmisən, Raul “- deyərək gülümsündü.
“Çox sağol, Mələk “- Raul da öz təbəssümünü
gizlətməyərək cavab verdi, içəri keçdi. Mələyin
atası, anası, bacısı hamısı evdə idi. Qonaq otağında gözləyirdilər. Raul əlində ki paketləri
qıza uzatdı və qonaq otağına keçdi. Atası ilə əl ilə
salamlaşıb :
“Salam, Raul mən “- dedi cavan oğlan
“Bəhruz, şadam. Keç əyləş bala “- mırıldandı
qızın atası. Raul stulu çəkib, əyləşdi. Bir qədər
həyacan boğmuşdu cavan oğlanı.Qızlar da çay
gətirməyə getmişdilər.
“Hə, bala, əvvala xoş gəlmisən, özüvü sıxma,
sərbəst olmağa çalış”- qızın atası azacıq da olsa
təbəssümlə cavan oğlana dedi
“Hər şey yaxşıdır, çox sağolun “- cavab verdi
cavan oğlan
“De görüm, kimlərdənsən, nəçisən “- Bəhruz kişi
ciddi şəkildə sual verdi
Raul bu sualı gözləyirdi amma ki, bu qədər tez bir
şəkildə gözləmirdi. Özünü ələ alaraq :
“ Mənim heç kimim yoxdu, Bəhruz müəllim. Özüm
Mələklə bir yerdə eyni universitetde, eyni
fakültədə oxumuşuq”- suala cavab verdi cavan
oğlan
“Mm.Valideynlərin ümümiyyətlə yoxdur? “
“Xeyr, vəfat ediblər, tək yaşayıram. “
“Hə, Allah rəhmət etsin ““Ölənlərivizə rəhmət “
“Amin, bəs yaxşı necə baş verdi qızımla bu yola
addımlamaq qərarına gəldiz”
“Siz, məndən yaşca böyüksüz, sizə deməyimə
belə utanıram, üzrlü sayın məni, ilk universitetə
daxil olduğum gün, kiçik bir dialoq yaşandı
aramızda, sonra bu dialoqlar zaman keçdikcə
sevgiyə çevrildi “
“Başa düşdüm, oğlum. Hal-hazırda bir işlə məşğul
olursan bəs? “
“Bəli, Hoteldə çalışıram “
“Lap yaxşı, cəsarətli oğlansan maşaAllah”
“Çox sağolun”
“Qızım çayları gətirin “
“Yaxşı, ata. Hazırdır gətiririk”
Dialoqlar belə bitdi. Raul tər-suyun içində idi.
Atası ilə razılığa gəldiyinə görə də sevinc hissi
bürümüşdü onu. Hər şey öz qaydasında gedirdi
artıq. Demək olardı ki, əsas pilləni keçmişdilər.
Bəhruz kişinin son sözü “ Allah sizi xoşbəxt etsin
İnşaAllah “- olmuşdu. Bu söz nəyə desən dəyərdi.
**********Xeyli müddətdən sonra, toyları oldu. Bəhruz kişi
öz yardımını da əsirgəmədi qızı gilə. Gənc, cavan
ailə. Necə də xoşbəxt görsənirlər. Təki belə
xoşbəxtliyi sevib-sevənlər daima yaşaya bilsinlər.
Valideyn razılığı, xeyir-dua, sevdiyin qadın və
xoşbəxtlik. Eyni vəhdət təşkil edir. Hər şey yaxşı,
gözəl gedirdi, ta ki, Mələyin hamilə olduqdan
sonra “Səmasını dünyaya gətirənə kimi”..

Məcnunlar yanmasa, dünya isinməz. (Əbu
Turxan)

Müəllif:Nicat
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 365
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri