Çəhrayı Yalan (25-ci Bölüm)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3141
Səs ver:
(səs: 0)
Yarım saatdan çox idi aramızda olan səssizlik davam edirdi. Mən çarpayımda oturub düşünürdüm. Cahad isə kürəyini çarpayıya söykəyib aşağıda oturmuşdu. Hələdə ağzını açıb hec nə deməmişdi... Bu susqunluq yaxşıya işarət bir sey deyildi. Mənim düşündüyümü oda düşünərdi... Oda istəməyəcəkdi, körpəmizi...
Varlığını qəbul edə bilməzdim. Ona öyrəşmədən ondan ayrılacaqdım... Əlimi bətnimə yerləşdirib, ağlamamaq üçün dodaqlarımı dişləməyə başladım. Mənim içimdə canlı bir varlıq vardı. Amma bu canlı varlıq çox zəif bir qızı anası olaraq secmişdi. Mənim gücüm onu böyütməyə çatmazdı... Atasıda istəməzdi onu...
Cahad başını mənə tərəfə çevirib göz ucu mənə baxdı. Gözünün dolduğunu gördüyümdə, çarpayıdan aşağı düşüb dizinin dibinin yanında dayandım. İndi dilimdən töküləcək sözlərə görə özümü hec vaxt bağışlamayacaqdım. Amma bizim başqa yolumuz,başqa bir secimimiz yox idi.
"Aldırarıq..." deyib hissiyyatsız şəkildə üzünə baxdım. Dolan gözlərinin yerini bir anda iti bir baxışlar aldı.

"Yarım saatdı bunu fikirləşirsən sən!?" deyə səsinin tonun mənə qaldırdı. Cahad elə düşünmürdümü?

"Düşüncələrimiz eyni deyilmi?" dedim

"Mən yarım saatdı, körpənin gələcəyini düşünməklə məşğulam! Xəyalımda artıq birinci sinifə gedirdi... Sən isə onu aldırmaqdan bəhs edirsən?! Canından olan bir parçaya necə qıya bilərsən? Bətnindəki körpə sevdiyin adamın körpəsidi..." dedi

Mən səssizliyini çox səhv başa düşmüşdüm... Yenədə düzgün deyildi... Hisslə hərəkət etmək olmazdı

"Sən hisslərlə hərəkət edirsən... Hisslərini kənara qoy reallığa qayıt! Bizim ailə vəziyyətimizə bax... Yaşımıza bax... Yarımcıq qalan xəyallarımıza bax... Sən yuxudan ayıl!"

"Gənc yaşda o qədər ana, ata olan varki bizdə onlardan biri olarıq. Gözəl olmazmı? Bizdə körpəmizlə bərabər böyüyərik. Mən sənin hər zaman yanında olacam Jasmin. Bizi bu körpədən məhrum etmə"

"Bunu ailəmizə necə deyəcəyik bəs?"

"Evlənərək"

"Evlilik?"

"Evlənərik sonra qarşılarına çıxarıq. Beləcə uşağada hec kim, hec nə deyə bilməyəcək. Mən nə səndən nə də körpəmdən əl çəkən deyiləm. Hec birinizi yarı yolda qoymaq fikirim yoxdu. Gəl indi onun varlığına sevinək... Hə, mələyim?"

Razı olum deyə düz gözümün içinə baxırdı. Bir ümüd axtarırdı... Ümüdünü qırmaq istəmirdim onun. Beynim indi çox qarışıq idi. Nə körpəmdən əl çəkmək istəyirdim, nə də xəyallarımdan. Ancaq ikisindən birini itirəcəkdim. Atam bunu qəbul etməyəcəkdi... Oxuya bilməyəcəkdim... Bunların hamısına dəyərdimi körpəm? Qarşımda sevdiyim adam dayanıb, məndən bir cavab gözləyirdi. Hətda razılaşım deyə gözümün içinə yalvarırmışcasına baxırdı. Oda keçmişinə görə belə edirdi. Atasına oxşamasın deyə...

"Fikirləşəcəm..." dedim

Gözlərində bir parıltı yarandı. Məni özünə tərəf çəkib, qollarını boynuma dolayaraq məni qucaqladı

"Ölərəm, amma səni tərk etmərəm" dedi

Onu möhkəmcə qucaqladım. Göz yaşlarımı sərbəst buraxdım. Gülə bilmirdik, amma bərabər ağlaya bilərdik... Bu çətin gün deyildi. Çətin günlərin qarşıda olduğunu bilirdim. Məndən ayrılıb göz yaşlarımı silməyə başladı.
"Sənə ağlamaq olmaz... Ağladığını birdə görməyəcəm. Yoxsa körpəmiz mənə şikayətlənər. Anama yaxşı baxmırsan deyər" dediyində üzümdə kicik bir təbəssüm əmələ gəldi. Cahad onun varlığına indidən öyrəşmişdi. Növbə məndə idi... Ya hər seyi bir kənara atıb, təkcə körpəmə tutunacaqdım, ya da öz gələcəyimi secib ondan əl çəkəcəkdim. Əl çəksəydim, yanımda birdə məni sevən bu adamı görməyəcəkdim... Təkrar onu qucaqladım. Mənə indi tək yaxşı gələn sey onu qucaqlamaq idi.
"Görəsən bu körpə bizi niyə secdi?" dedim gözlərimi yumaraq. Bu sualıma cavab tapmaq istəyirdim. Ona layiq olmaq istəyən nə qədər ailə vardı. Biz günahkarları niyə secdi?

"Onu Tanrı bizə göndərdi... Bizdə əmanətinə sahib çıxmalıyıq. Nə qədər şanslı olduğumuzu təxmin etmirsən sən" dedi

"Bizim gələcəyimiz necə olacaq?"

"Gələcəyimiz olduğu yerində qalır. Sadecə gələcəyimizi iki nəfərdən deyil, üç nəfərdən ibarət olacaq. Bir az çətinliyimiz olacaq. Çətinlik olmasa, xoşbəxtliyin bir mənası olmaz. Üstəsindən bərabər gələcəyik"

Üstünə çox getdiyimi düşünüb susdum daha. Ona suallar verdikcə, onu qıracaqdım. Bu körpəyə tək sahib olmamışdım. Qərar vermək, Cahadında haqqı idi.

"Qalx sevgilim, yatmaq vaxtıdı. Bundan sonra gec yatmaq yoxdu" deyərək əlimdən tutub məni ayağa qaldırdı. Bu gecə çox fərqli duyğular ilə yatacaqdım... Üstümü dəyişmədən çarpıyama uzandım. Çarpayının boş qalan yerinə Cahad oturdu. Gözlərimi yumduğumda, əllərini saclarımda hiss etdim. Saclarımı oxşamağa davam etdikcə, bir qəribə olurdum. Bu qəribəlik həm xoşuma gedirdi, həmdə məni qorxudurdu...

***
Otağıma düşən günəş ilə gözlərimi sabaha açdım. Yanımda Cahadı görə bilmədiyimdə ayağa qalxıb otaqdan çıxdım. Yenə üstümdə bir halsızlıq vardı... Mədə bulantım yenə başlamışdı... Mətbəxə daxil olduğumda, Cahad bir işlə məşğul idi. Məni görər görməz əlindəki işi yarım saxlayım yanıma gəldi.
"Məndə səni oyatmağa gələcəkdim. Sabahın xeir mələyim" deyib alınıma bir öpücük qondurduğunda "Ürəyim bulanır mənim..." dedim. Mızmız uşaqlara bənzəyirdim ged - gedə

"İnternetdən maraqlandım, ürəy bulantına görə hər səhər bir bardaq su içməlisən. Hə birdə limon qoxlamalısan" dedi

Gözlərimi çevirdim... Körpəni çox tez mənimsəmişdi... Bir bardaq suyu doldurub mənə uzatdığında məcburda qalsam suyu içdim. Dönüb masaya baxdımda boş olduğunu gördüm. Hec nə hazırlamamışdı.
"Yemək yeməyə iştahım yoxdu onsuzda. Bir sey hazırlama" dediyimdə qaşlarını çatdı.

"Süfrəni bağçada qurmuşam. Təmiz havada yemək sənə yaxşı gələcək. Sən yaxşı qidalanmalısan. İndi gedirsən bağçaya məndə gəlirəm" dedi

Oflayaraq yanından ayrılıb bağçaya çıxdım. Bağçada olan masaya yaxınlaşdım. Süfrədə hər sey vardı... Bu qədər seyi kim yeyəcəkdi? Gözümü süfrədən çəkib masa arxasına keçdim. Bundan sonra işimiz gücüm vardı... Cahad məni yemək yeməmiş rahat buraxmayacaqdı. Uzaqdan onun gəldiyini gördüyümdə, boşqabıma bir dilim pendir qoydum. Əlində gətirdiyi bir bardaq südü gördüyümdə üz gözümü turşutdum. Onu içən deyildim mən.

"Onu hər halda mənə gətirməmisən" dedim

"Tamda sənə gətirmişəm" dedi

Bardağı masaya qoyduqdan sonra özüdə yanıma keçib əyləşdi. İndi başlayacaqdı onu ye, bunu ye... Halbuki, ürəyim həqiqətən bir sey yemək istəmirdi... Bunun nazla falan əlaqəsi yox idi

"Yeyəcəksən? Yoxsa mən öz əllərim ilə yedizdirim?" dedi

"Lazım deyil, özüm yeyəcəm. Onsuz bir etmədiyin bu qalıb!"

"Ye sonra südü iç"

"Əcəb işə düşdük"

"Təzədi deyə hec nə yemək istəmirsən, sonradan öz ürəyin nə qədər sey istəcəyəcək. Deyəssən, Cahad ged onu al, bunu al gətir"

Susdum... Mən fikirləşəcəm demişdim, saxlayacam deyil... Arada qalmaq çox pis bir sey idi. Yemək yeməyə başladığımda, Fəqanın bizə tərəf gəldiyini gördüm. Bir bu çatışmırdı! Günlərdi üzünü görmədiyim adam, indi dibimdə bitmişdi...

Masa arxasına əyləşdiyində, Cahad ona çay gətirmək üçün mətbəx getdi. Məndə başımı aşağı salıb, yemək yeməklə məşğul olduğum sırada, Fəqan "Süd içirsən?" dedi

"Olmaz içmək?"

"Olar"

"Onda nə soruşursan"

"Qəribə gəldi. Cahad səhər saat 7 dən yuxudan ayılıb bu süfrəni hazırlmaq üçün əl ayağa düşüb. Xeyirdi?"

"Hər zamanki Cahaddı"

"Hər zamankından daha fərqlidi"

"Fəqan nə deməyə çalışırsan?"

"Hamiləsən hə?" dediyində çörəyin tikəsi boğazımda qaldı. Öskürməyə başladım... Bu hardan bilmişdi?

"Alınımda yazılıb hamilə olduğum?" dedim

Nə qədərdə boş danışmışdım! Əlimi alınıma toxunurdum. Bilinməzdi hə? Üzümdən hamilə olduğum bilinməzdi...

Ayağa qalxıb mənə tərəfə bir az əyilərək "Qorxma üzünə baxanda hamilə olduğun bilinmir. Ancaq hamiləlik testini otağın ortasında qoymağın təhlükəli bir seydi. Məndən başqa biri görsəydi, nə olardı? Hə, bu arada təbrik edirəm" dedi

İlk gündən Fəqan bilmişdi... Sonraki günlərdə mən özümü daha çox ələ verərdim. İçimdə qorxu yana bir həyəcan yarandı. Mən hec nəyə hazırlıqlı hiss etmirdim özümü.

"Təbrik etmə"

"Nəyə görə?"

"Uşaq qalmayacaq"

"Əminsən?" deyib gözü ilə süfrəni işarət etdi. Ardından bir təbəssüm edib "Sənə belə süfrə hazırlayıb qeydinə qalan Cahad, asanlıqla körpəsindən əl çəkməz... Hər nə olursa, olsun məndə sona qədər qardaşımın yanında olacam. Sən körpəndən möhkəm yapış" dedi. İlk dəfə idi içdən və cana yaxın tərzdə danışığını gördüyüm. Körpəni istəmələrinə haqq verirdim, ancaq bizim tutduğumuz işin isə hec bir haqqlı yanı yox idi...

"Olmaz Fəqan... Cahad indi həvəslidi... Həvəsi keçəndən sonra oda istəməyəcək"

"Buna həvəs deyirsən? Gözündə yaranan xoşbəxtliyi görmürsən sən? Nə həvəsindən bəhs edirsən... Ağılına başqa fikir salma. O uşaq dünyaya gələcək"

"Siz məni başa düşmürsüz!"

"Tək olsaydın, körpənə Cahad sahib çıxmasaydı yanınızda mən olmasaydım, hə sən deyən olardı. Amma gördüyün kimi biz sənin yanındayıq"

"Fəqan məni burax... Mən düşünməliyəm"

"O körpəyə nəsə etmiş olsan, Cahadı həmin dəqiqə itirmiş olacaqsan... Fikirləşəndə, bunuda fikirləş" deyərək yanımdan uzaqlaşdı. Məni çıxılmaz bir vəziyyətə salıb getdi... Cahad yanıma gəlib "Fəqan hara getdi? Çay icəcəkdi bəs" dedi

"Dərs oxumağa getdi"

"Yenə dalaşdız onunla?"

"Yox... Mən öz içimlə dalaşıram"

"Jasmin"

"Nə Cahad nə? Hec nə olmamış kimi davrana bilmirəm mən... Səndə davranma"

"Məni incitdiyinin fərqindəsən?"

Verdiyi sual qarşısında susdum. Mən bir qərar verməli idim. Günü günə satmaqla, iş keçməyəcəkdi...

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3141
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri