Ağ Kəpənək ( BÖLÜM 37)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 990
Səs ver:
(səs: 0)
Qonaq otağında tək təhna oturmuşdum. Danielə zəng gəlmişdi. Oda tez tələsik evdən çıxmışdı. Kim zəng etmişdi, hara getmişdi bilmirdim. Xəyalədə dəldiyindən bəri gah yemək yeyirdi, gahda yatırdı. Hələdə onunla normal söhbət etmişliyim yox idi. Dünənki çətin gününün halını üstündən atsın deyə, ona dəyib dolaşmırdım. O, hələdə axtarılarkən mənə köməyi dəyə bilməzdi. Beynimdən kiçik planları keçirtdiyimdə evin qapısı açıldı. Və arxadan Danielin əsəbi səsdi gəldi. "Səni bir daha onun yanında görməyəcəm!" deyirdi. Divandan başımı arxaya tərəf çevirdim. Laura ilə bərabər idi. Laura qonaq otağının ortasına çatıb "Sən mənə qarışa bilməzsən!" dedi.
Hec nə başa düşməmişdim. Laura ilə Daniel hardan gəlirdi? Daniel əsəbini basdırmaq üçün yalandan gülməyə başladı. Mənim yanıma gəlib "Siz ikinizdə məni dəli etməklə məşğulsunuz! Ölüm səbəbim sizin əlinizdən olacaq!" dedi. Mən nə etmişdimki? Hec nədən xəbərim yox idi.
"Daniel nə olduğun mənədə izah edəcəksiz? Yoxsa mən bu söhbətdən kənar qalacam?!" dedim
"Bilirsən bu qızı kimin yanından gətirmişəm?!"
"Mən hardan bilim!"
"Bilmirsənsə sakit dur!"
"Vallah sən xəstə kimi hərəkət edirsən"
"Xəstəyəmdə, xəstəyəm! Laura məni xəstə edir! Sərdarın yanına gətirmişəm onu"
"Sərdarın?"
"Həə restoranda yemək yeyirdi xanım!"
Laura Sərdarla imiş. İndi aydın olmuşdu, Danielin bu əsəbinin qaynağı.
"Sən Fikodan xoşlanmırdınmı? Sənin Sərdarın yanında nə işin var? Səni nə vaxt itirsəm, onun yanında tapıram!" dedi
Nə, Laura Fikodanmı xoşlanırdı? Mən bütün söhbətlərdən kənarda qalmışdım. Belə seyi necə bilməmişdim...
"O uşaq vaxtı olan bir sey idi. Daha xoşlanıb etmirəm" dedi, Laura mənim yanıma oturarkən.
"Sənə ciddi - ciddi son dəfə söz deyəcəm. Səni onun yanında görmək istəmirəm. Məni yarım qoyduğum işi tamamlamağa məcbur etmə. Elə etməki, Sərdarı öldürüm!"
"Mən nə etdiyimi çox gözəl bilirəm! Əylənirəm onunla. Buda xoşuma gəlir!"
"Əyləncənə qapılsan necə olacaq?"
"Qapılmaram. Mənə belə xoşdu. Səndə mənim bu qərarıma hörmət et"
"Mən hörmətcil bir insanam. Sənin qərarınada hörmətlə yanaşıram. Elə ona görədə, səni sabah ilk biletlə xaricə göndərirəm. Necə fikirdi?"
Danielin cümləsi belə qısqanclıq qoxurdu. Ya da daha çox qoruma istəyi vardı. Lakin, Laura sonsuza qədər onunla qala bilməzdi. O, gənc qız idi. Həyata açılması lazım idi. Danielin istəyidə bu olarkən, onu daima göndərmək istəyi hec xoş deyildi. Laura burda qalaraqda, özünə yeni həyat qura bilərdi
"Mən hec yerə getmirəm. Hələki burdayam!" dedi
"Necə yəni getmirəm? Millət ölüre xaricə getmək üçün. Sənin ayağına qızıl tökürəm, sən qızılı itələyirsən"
"İstəmirəm!" deyib mənim yanımdan qalxdı. Qonaq otağında o baş, bu başa gedib gəlirdi. Danieldə altdan yuxarı onu süzdü. Süzdükdən sonra gözü kəlləsinə çıxmış kimi oldu. Nəyə əsəbləşdiyini təxmin edirdim. Diqqətlə ona baxdığında, Laurada bu baxışı hiss edib "Nəyə baxırsan?" dedi.
"Sən bu geyimlə Sərdarla görüşməyə getmisən?!"
"Səhərdən görmürsən?"
"Çox uzun olub. Bir az daha qısasın geyinsəydin!"
"Həqiqətən uzundumu?" deyib, öz üstünü incələdi. Aşağı çox əyildiyindən sinəsinin yarı hissəsi çöldə qaldı. Və bu görüntü Danieli özündən daha çox çıxartdı.
"Sərdarın yanında da belə əyilirdin?" deyə, yumşaq şəkildə danışmağa çalışdı. Laura əlini sinəsinə yerləşdirib "O qədərdə açıq deyil. Sən böyüdürsən məsələni" dedi
"Nəyi açıq deyil? Bal kimidə açıqdı"
"Dina, Tanrı xatirinə qardaşımı çək götür yanımdan. Azərbaycanda qala - qala, dağ ayısına dönüb!"
"Dağ ayısına döndərmisiz məni!"
"Al yenə, günah mənim başımda patladı" dedim. Hər sözdə, mənidə araya qatırdı. Elə bil, Sərdarla görüşə gedən mənəm!
"Nə istəyirsən qızdan? Gənc qızdı. Ağılıda başındadı. Nə etdiyini, hər halda səndən çox yaxşı bilir" deyib, qadın birləşməsi edərək Lauraya tərəf durdum. Laura gülərək yanıma yaxınlaşıb, üzümə bir öpüş qondurdu. Başda mənlə soyuq olsada, sonradan mənə öyrəşmişdi. Məndə onu çox istəmişdim. Sevilməyəcək yanıda yox idi. Hər seyi ilə mükəmməl qız idi.
"Məndə öpücük istəyirəm..." deyib, Daniel boynun bükdü. Danışmasının nə qədər boş olduğunun özüdə fərqində idi. Amma yenədə bir yanı, hər zamanki kimi onu qorumaq istəmişdi. Laura onun yanına gedib, qollarını boynuna doladı. Üzünə bir öpüş qondurub "Səni çox sevirəm" dedi. Daniel onun məsum baxışlarını görüb, yumşaldı. "Məndə səni sevirəm prenses..." deyib, onu qucaqladı. Bir az belə qaldıqdan sonra, Laura ondan ayrılıb mənə göz vuraraq yuxarı çıxdı. İndi Danieli sorğuya çəkmək vaxtı idi. Yanıma oturduğunda "Üstünə çoxmu getdim?" dedi. Yaşadıqları keçmişi bilməsəm, hə deyərdim. Amma bildiyim üçün, hə demək keçmirdi içimdən. Nə də o qədərdə sərt danışmamışdı. Fikir verirdim, cümlələrini seçərək deyirdi.
"O qədərdə deyil. Ancaq Laura şans tanımalısan. Onunda həyatı olmalıdı" dedim
"Onu Sərdarın yanında göründüyündə, keçmiş yadıma düşür. Laura özü necə dayanır Sərdarın yanında?"
"Laura məncə, özü ilə mübarizə aparır. Sən bu mübarizədə ona dəstək ol. Həm az əvvəl, Fikodan xoşlanma söhbətini atmışdın ortaya. O nə işdi, bilmək olar?"
"Çoxdanın söhbətidi. Laura uşaq vaxtından ondan xoşlanırdı. Mən Fikonu istəyirəm, deyib qulağımın ətin yeyib bitirmişdi. Hələdə ondan xoşlandığını düşünürdüm. Sən demə elə deyilmiş"
"Hələdə sənə, xoşlandığını düşündürən səbəb nə idi?"
"Fikonun şəkillərini saxlaması... Həmdə köhnə şəkillər deyil. Şəkillərin içində yenisidə var"
Bu işləri korlamışdı... Fikonun şəkillərini hələdə hansı səbəblə saxlayırdı? Lauranın beynindən nəsə keçirdi. Bizim bilmədiyimiz, görmədiyimiz nəsə vardı...
"Daniel, bəlkə Laura Fikoya yaxınlaşmaq üçün Sərdarla əlaqə qurmağa çalışır?" dedim
"Lauranın ağılından keçənləri bilmirəm. Özüdə mənə hec nə demir. Belə olsa, sonu hec yaxşı bitməyəcək bu işin. Nəysə, Dina... Bu gün sənə vaxt ayıra bilmədim hec. De görüm, günün necə keçdi"
"Bu qədər dərdinin, probleminin arasında birdə mənlə maraqlanırsan..." deyib, dizinin üstündə olan əlindən tutdum. Hər nə olur olsun, qayğısını istəyini mənim üstümdən əksik etmirdi. Əlinin üstündə olan əlimə barmaqlarını keçirtdi. Göz qapaqlarını yumub açaraq "Yanıma gəl, çox uzaq dayanmısan. Darıxmışam" dedi. O qədərdə uzaq oturmamışdım. Amma bu dediyi işimə gəlmişdi. Məni qolları arasına aldı. Başımı sinəsinə yaslayıb, altdan yuxarı ona baxdım. Hanı, bizim aramızda məsafə vardı? Məsafəni pozmuşdu... Yadındanmı çıxartmışdı? Yoxsa ona sərfmi etmirdi?
"Daniel sənə bir sey demək istəyirəm mən" dedim
"Sən de, sonra məndə sənə bir sey deyəcəm"
"Yaxşı. Mən Rüfətlə görüşəcəm. Ona təklif edəcəmki, mən tərəfə keçsin. Yaxında Sərdara xaricdən mal gəlməli imiş. Onun o malını ələ keçirdəcəm. Həm əlimdə Xəyalədə var. Xəyalədəndə istifadə edəcəm. Yəni, qısaca mən Sərdarı özümə aşiq etdirmək istəmirəm. Çox boş fikir imiş... Bunu etsəm, bu işin içində özümdə getmiş olacam. Özüm özümdən istifadə edəcəm... Mən istifadə olunmaq istəmirəm. Onun mənə yaxın dayanmasını həzm edə bilmərəm. Mən ona aid olmaq istəmirəm. O məndən daha irəli bir seylər istəsə, mən onu edə bilmərəm. Çünki, aid olduğum yer, başqasıdı"
Nəhayət içimdəkiləri deyə bilmişdim ona. Gecədən bəri bunu düşünmüşdüm. Mən Sərdarla eyni havanı udmaq istəmirdim. Bunu həm özüm üçün, həmdə Daniel üçün edirdim. Danielədə xoş deyildi bu hal. Və bu boş taxıntıya görə aramızın dəyməsini istəmirdim.
Bir sey demədiyini gördüyümdə "Susacaqsan?" dedim.
"Sən hisslərin ilə işi bir birinə qarışdırırsan"
"Yaxşı bir sey deyilmi"
"Deyil. Hisslər başqa, iş başqa. Sən hisslərinə görə, işini məhv edirsən" dediyində, başımı sinəsindən qaldırıb əlini əlimdən çəkdim. Bu insanın niyyəti nə idi?
"Nə edim, gedib işə görə Sərdarla yatım?!" dedim
Qurduğum cümləmi eşidər eşidməz, üzünün forması düşdü. Belə cavabın verərdilər adamın!
"O sözü bir daha dilinə almayacaqsan!" dedi
"Niyə almayacaqmışam? Mənim işim budu! Sənində dediyin sey bu yerə gəlib çıxır!"
"Mən elə bir seyi qəsd etmədim!"
"Etdin! Tamda bunu qəsd etdin. Get Sərdarla yat dedin!"
"Sus. Susmasan əlimdən bir qəza çıxacaq!"
"Çıxsın. Meydanı çox boş buraxmışam mən" deyib yanından qalxdım. Getmək istədiyimdə, qolumdan tutub, məni özünə tərəf çəkdi. Özünə tərəf çəkməsi ilə, tam qucağına düşdüm. Qucağından qalxmaq istəsəmdə, əli ilə belimi möhkəm sardığından qalxa bilmədim.
"Tərpənmə. Tərpənsən səni çox pis öpəcəm" dedi
"Ona öpəcəm deyilmir. Döyəcəm deyilir"
"Mən şiddətimi öpmək ilə göstərirəm"
"Mən bəlkə öpülmək istəyirəm?"
"Öpülmək istəyirsənsə, tərpən" deyib arsızca güldü. Ətrafa baxdım. Biz qonaq otağında idik. Biri aşağı düşsə, çox səhv başa düşə bilərdi. Hələ, Samueli demirəm. Aylarla canımı dilindən qutara bilməzdim!
"Tərpənərdimdə, dua elə qonaq otağındayıq" dedim
"Bunu problem edirsən?"
"Həə. Evdə tək yaşamırıq biz"
"Yataq otağına keçə bilərik. Yatağı otağında bizdən başqa hec kim olmur"
"Daniel! Məni təcili sürətdə qoyursan yerə!"
"Yox əzizim. Gecdi daha" deyərək, mən nə olduğunu başa düşmədən məni qucağına alaraq ayağa qalxdı. Həqiqətənmi otağa aparırdı? Addımlarını atıb, yuxarı çıxdığında gözlərim dörd açıldı. Ancaq O, öz kefində idi. Bu haldan əylənirdi. Məni öz otağıma gətirib, yatağıma qoydu. Qaranlıqda nə etdiyini görmədiyimdən, bir anda onu yanımda tapdım. Nə qaranlıqdamı öpəcəkdi məni? Mən nə deyirdim belə. Mən niyə öpürdüki?! Olmazdı...
"Daniel mən öpüşmək falan istəmirəm" dedim
Qulağıma gülüş səsi yayıldı. Gülməsini kəsməyini gözlədim! Gülüşünü dayandırmağa çalışa - çalışa "Gözəlim, öpmək istəsəydim ordada öpərdim. Mən sadecə səni qucaqlayıb yatmaq üçün bura gətirdim. Bunu mənə çox görmə" dedi. Gülüş səsi tamamilə kəsildi. Ciddi idi. Başını sinəmə yasladıqdan sonra, başını boynum ilə boğazım arasında qalan məsafəyə daha çox soxuldu. Sanki, balaca uşaq idi. Hər kəsdən küsüb, mənə sığınmışdı...Dodağıları boynuma dəyirdi. Çox güclü nəfəs alıb verirdi. Onun nəfəsini sakitləşdirmək üçün əlindən tutdum. Əli hər dəfənin əksi, bu dəfə soyuq idi. "Çox soyuqdu..." dedim, onu qucaqlayarkən.
"Sənin yanında isinəcək" deyə, mırıltı şəkilində danışdı. Boynumdakı nəfəsi içimi ürpətdi. Külək əsməsədə, bədənimə külək əsməsi yayılmış kimi oldum. Bu insanın həm xoşuna gedirdi, həmdə insanı üşüdürdü. İçli şəkildə "Məndən hec vaxt getmə... Hər nə olsada, məndən getmə. Mən sənə öyrəşmişkən, məni tək qoyub getmə. Yoxsa bu qədər insan içində, mən kimsəsiz qalaram" dedi. Mən hec yerə getməzdim. Getməyimə bir səbəbdə yox idi. Onun bu qorxusu nə idi?
"Getmərəm, Daniel. Səndən uzağa getmərəm. Mən sonsuza qədər sənin yanında qalacam" dedim, əlimi saçınlarına keçirib oxşayarkən. Özünü mənə daha çox basdırıb "Günəşim olarsanmı, qadın?" dedi. İnsan bəzən iki cümləni bir araya gətirib, səni sevirəm deyə bilməz. Onun yerinə fərqli sözdən istifadə edər. Danieldə eynən bunu edirdi. Çünki, mən onu hiss edə bilirdim...
"Olaram..." dedim, kiçik pıçıltı ilə. Başını bir balaca qaldırıb, mənə baxdı. Əlimdə olan əlinin istiləndiyini gördüyümdə "Sonsuza qədər, günəş olub səni isidəcəm" dedim. Mən belə olacağını düşünürdüm. Olacağınada inanırdım...


(2 gün sonra)

(Sərdarın'ın dilindən)

Görüşmək üçün hazırlıq görürdüm. Qol saatının bir taxıb, birin çıxardırdım. Hec birini bəyənmirdim. Sıxıntı ilə ofladığımda, Fiko bezgin halda "Sənin yerinə mən bezdim. Birin seç taxda" dedi.
"Məndə seçib taxmağı yaxşı bilirəm. Gördüyün kimi seçim edə bilmirəm!"
"Sən kimlə görüşəcəksənki, belə hazırlıq görürsən"
"Laura ilə"
"Ooo buna görə imiş hazırlığın"
"Dediyin 'ooo' ları soxacam gözünə sənin! Sən ümümiyyətcə mənim otağımda nə gəzirsən? Çıx çölə"
"Ətirini yaxşı sec ha" dediyində, başına şillə vurmaq üçün yanına getdim. Fiko isə işini bildiyindən, tez otaqdan çıxdı. Məndə saçlarımı qarışdırdım. Allah xətirinə mən nə etməklə məşğul idim? O qədər işim gücüm vardı mənim. İşlərimi yarıda qoymuşdum bu gün. Nə var, nə var Laura görüşüm deyə. Saat seçməyi yarıda saxlayıb, telefonumu əlimə alaraq çarpayıma uzandım. Görüş saatını yazmalı idim. Axrıncı mesajımı cavabsız qoymuşdu. İki gün idi, belə idi. Gah cavab verirdi, gahda yox. Yenə işim şansa qalmışdı
Sərdar: Axşam saat 8 də hazır ol
Laura: Səbəb?
Sərdar: Görüşmüz vardı
Laura: Odunsan sən?!
Sərdar: Nə etdim yenə?
Laura: Saat 8 də hazır ol nədi yazırsan. Adam bir yazarki, sənə hansı saat uyğundu!
Sərdar: Sən mənim səbrimi sınamaq üçünmü belə edirsən? Edirsənsə etmə! Çünki məndə səbr falan qoymamısan qala!
Laura: Gözləyirəm səni
Sərdar: Nə gözləyirsən
Laura: Təklif etməyini!
Sərdar: Hörmətli Laura xanım. Bu gün görüş üçün, sizə hansı saat uyğundu? Zəhmət olmasa, sizə uyğun olan saatı yazın!
Laura: Bax belə yola gələcəksən
Sərdar: Dovşan?
Laura: Mən dovşanları sevirəm
Sərdar: Mən bir dovşan deyiləm!
Laura: Bilirəm. Həm dovşan sevirəm dedim. Səni ki sevmirəm
Sərdar: Bilirəm nifrət edirsən
Laura: Nifrəti qoy kənara. Söz deyəcəm sənə
Laura: Mən bilet almışam :)
Sərdar: Nə etmisən, nə etmisənn?
Laura: Korsan? Oxuda
Sərdar: Məni bağışlamamış hec yerə, gedə bilməcəyini ikimizdə gözəl bilirik!
Laura: Yaxın günlərdə gedəcəm
Sərdar: Məni dəli etmə. Xahis edirəm səndən!
Laura: Daniel getməyimi istəyir
Sərdar: Danielin başın qat
Laura: Əslində ağılımda bir fikir var. Amma yerinə yetirməkdən qorxuram. Etməsəmdə, Daniel bütün gün ged - ged deyə tutduracaq
Sərdar: Nə fikiridi bu belə?
Laura: Danielə getmiş kimi görünəcəm. Amma getməyəcəm. Burda bir ev tutub qalacam
Sərdar: Belə etməyinin səbəbi nədi?
Laura: Getmək istəmirəm. Daniel isə israrla deyirki, get. Gec ya tez onun dediyi olacaq
Sərdar: Tək evdə qalmağın sənin üçün təhlükəli ola bilər
Laura: Bunuda bilirəm. Amma başqa yolum yoxdu mənimdə
Sərdar: Var
Laura: Nə var?
Sərdar: Sey...
Sərdar: Necə deyəcəyimi hec bilmirəm
Laura: Necə varsa elə de
Sərdar: Bizdə qal
Laura: Sizdəmi?
Sərdar: Olmazmı? Olar məncə
Laura: Daniel sonda sənin yanında olduğumu bilsə, hər ikimizidə öldürəcək
Sərdar: Öldürsün
Sərdar: Yetərki sənə özümü bağışlatdıra bilim

Bölüm sonu
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 990
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri