QARAQAN - "A" Romanı ( Bölüm 18)

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 3 330
Səs ver:
(səs: 0)

 

O səni öldürməmiş sən onu öldür

Biz sonun əvvəliyik.
Bizim tərbiyəmiz bizə qarşı qoyuldu.
Bizim arzularımız bizə düşmən edildi.
Bizim azadlığımız bizim zəncirlərimizə çevrildi.
Bizim adımız qorxu ilə çəkilib nifrətlə unudulacaq.
Biz özümüzdən sonra heç nə qoymayacağıq.
Biz tikməyə yox, sökməyə gəldik.
Bizə bağışlanma yoxdur, deməli biz azadıq.

- Qəşəng oğlan, deyəsən bu gecə əylənmək istəyirsən? Mən necəyəm, xoşuna gəlirəm?
- Hə, pis deyilsən. 150 bəs edər?
- Hələ artıqlaması ilə, hara gedirik? 
- Mənim evim var, indi boşdur. Otur maşına...

Biz çölün ortasında gözləyirdik. 10 dəqiqəyə Araz maşınla gəldi. Arxa qapını açıb fahişəni yerə tulladı. Biz onun yanına çatdıq. Fahişəyə heç nə deməyə ehtiyac yox idi. O özü bilirdi ki, nəyə görə onu döyəcəklər. Azad bircə cümlə dedi:
- Cındır, sənə görə neçə ailə dağılıb hə? Neçə qıza xəyanət olunub? Bax o qədər də dişin bu gün sınacaq.

Uşaqlar onu vururdular. Mən vura bilmirdim. Ürəyim gəlmirdi bəlkə. Bilirdim ki, zibildir, fahişədir. Amma əlim gəlmirdi. Uşaqlar isə bütün acıqlarını ondan çxırdılar. O vaxta kimi başqa maşında Adil qız gətirmişdi. Onu da maşından yıxıb vurmaq istəyəndə o qaçdı, mən onun saçından yapışıb yerə çırpdım. İlk dəfə idi fahişəyə əlim dəyirdi. Mən indi başa düşdüm ki, bu doğrudan da insan deyil. O nəslimi söyməyə başladı. Mən də təpiyi ağzının üstündən ilişdirdim. Onu öskürək tutdu. Nəfəsindən spirt və nikotin iyi gəlirdi. Yarı çılpaq bədəninə zərbələr endirirdik. Uşaqlar onu da əhatə etmişdilər. Mən o biri fahişəyə yaxınlaşdım. Onun sağ yanağında qırmızı yanıqla "A” yazılmışdı. O bizə baxırdı. Amma qara kapüşonda olduğumuzdan üzümüzü seçə bilməzdi. Biz onlara dərs verirdik. Onlar bir də çətin bu işlə məşğul olsunlar. Amma bizim dayanmaq fikrimiz yox idi. Böyük təmizləmə başlamışdı. Və A- nın planları həyata keçirdi. Həmin gecə biz səhərə kimi 7 fahişəni möhürlədik. Kimsə deyə bilər ki, onlar da insandır. Nə olsun fahişədirlər, onunların da öz hissləri, öz arzuları var. Bəlkə də içdə yaxşı insandırlar. O adamlara demək lazımdır ki, onda türmələrdəki manyakları da azadlığa buraxın da, onlar da insandır. Arzuları, hissləri var!
Bizim üçün zaman donub.
Biz günahlarınızın cəzasıyıq.
Bizi cinayətkar adlandıracaqsınız, amma biz sadəcə özümüzü axtarırıq.
Sizi insanlar adlandırırdıq.
Amma siz sadəcə insancıqlığınızı gizlədirdiniz.

Həmin həftə bu işi bir az da peşəkarlaşdırdıq. Artıq avtomobili fahişəxanadan bir az uzaqda saxlayırıq ki, heç kəs maşının nömrəsini görə bilməsin. Çalışırdıq ki, bir gecədə möhürləyəcəyimiz fahişələrin hamısı eyni yerdən olsun. Əgər bir gecədə bir neçə pritona getsəydik onda xəbər tez yayılardı amma təsiri az olardı. Bu dəfə biz bir avtomobildə 4 qız gətirirdik. Deyirdik ki, evdə ad günüdür dostlarımızın yanına aparırıq. Avtomobilin nömrəsinin üzərinə isə xüsusi zərli məhlul tökmüşdük. Adi gözlə heç nə görünmürdü. Amma nömrələrin yanına ultrafiolet rəngli kiçik lampalar qoymuşduq. O lampa yananda zərlər parıldayır və nömrədəki rəqəmləri seçmək olmurdu. Bu çox effektli üsul idi. Lampa o qədər kiçik idi ki, polislər onu nömrənin qırağında görə bilmirdilər. İşığı yandırmaq üçün düymə isə sükanın yanında yerləşirdi. Görəndə ki, polis gəlir tez o işığı söndürürdük. Polisin heç xəbəri də olmurdu ki, bizdə belə bir şey var. Əsas odur ki, fahişələr maşının nömrəsini görməsinlər. Bundan başqa Abbas xüsusi bir məhlul vermişdi. Bu məhlul kiçik iynələrin ucuna sürtülürdü. Kimə batsaydı həmin adam on dəqiqəlik tərpənə bilmirdi. Fahişələrin üzünü yandıranda biz bundan istifadə edirdik. Onların iniltisi bütün aləmi bürüyürdü. Yanmış insan ətinin iyi qədər iyrənc bəlkə heç bir şey ola biləməzdi. Amma mənə bu ləzzət eləyirdi. 10-ca günün içində biz bəlkə 100-dən çox fahişəni eybəcər günə salıb cəzalandırmışdıq. Onları bu sifətlə heç bir kişi götürməzdi. Bakının ən məhşur qəzetləri bu xəbəriləri yazırdı:
Bakıda gözlənilməz bir ekstremizm. Fahişə ovuna çıxan kimlərdi? Görəsən onlar hansı xarici təşkilat tərəfindən yönləndirilirlər? Bu skinhedlərdi yoxsa radikal İslamçılar? Bu Vəhabilərdi yoxsa MTN agentləri? Kütləvi zorlama müxalifətçilər tərəfindən edilir yoxsa dövlətin gizli planıdır?
Bizim haqqımızda isə heç nə yox idi. Çünki biz çox kiçik bir qrup idik. Heç kəs düşünə bilməzdi ki, 60 nəfər gənc bunu edə bilər. Həftənin sonu üçün qəzetlərin birində fahişəlik statistikası göstərilirdi. Son həftə ərzində fahişələrin sayı 40 % azalmışdı. Bu inanılmaz göstərici idi. Fahişələr tanımadıqları adamlarla getməkdən qorxurdular. Bəzi qəzetlər və televiziyada ayrı-ayrı şəxlər bu hadisəni rəğbətlə qarşılayırdılar. Yeni həftə başlayanda isə cəmiyyət artıq bunu tamamilə müsbət bir hadisə kimi qiymətləndirdi. Qəzetlərdə "Millətin namusu oyandı”, "ƏXLAQSIZLARA ÖLÜM”, "Mənim arvadım fahişə imiş ki? Üzündə möhür var” kimi müxtəlif məqalələr dərc olunurdu. Biz artıq qızları maşınlara mindirmir elə onların pritonlarındaca, öz yataqlarındaca bircə dəfə iynəni batırıb onları keyidəndən sonra bıçağımızı çıxarıb üz gözünü cırıq-cırıq edirdik. Səsləri də çıxmadığına görə hər şey çox sakit keçirdi. Bundan sonra biz özümüz qəsdən onların eybəcər hala düşmüş bədənlərinin şəklini ya da videosunu çəkib mətbuat orqanlarına anonim bağlamada göndərirdik. Onlar da ki, ölür sensassiya üçün. Bu xəbər tezliklə bütün ölkəyə yayılırdı. Şəkillər bütün qəzetlərdə çıxırdı. Videolar saytlara yerləşdirilirdi. "A” hərfini onlar müxtəlif cürə yozurdular. Bəziləri deyirdi ki, bu İslam terrorçularıdır. "A” isə Allahu Akbar kəliməsinin qısa rəmzidir. Onlar bu fahişələri Qurban edirlər. Bəziləri yazırdı ki, "A” Antixrist deməkdir. Bu şeytanpərəstlərin işidir. Bəziləri bunu Masonlarla bağlayırdı. Bəziləri feminist qadınların planı kimi qələmə verirdi. Çünki feminist qadınlar da həmişə fahişəliyə, qadının kişidən aşağı bir varlıq kimi alınıb satıla bilməsinə qarşı idilər. Amma Azərbaycanda heç feministlərin birliyi də yox idi. Ən maraqlısı isə o idi ki, bizim bu işimizdən on gün sonra A fahişələrə qarşı təmizləməni qadağan etdi. Çox qəribə idi. Hər şeyin yaxşı getdiyi bir vaxtda, biz yavaş-yavaş dünyanı dəyişirdik. Amma A qəti olaraq bu işi unutmağımızı və tamam başqa bir işə keçməyimizi tələb etdi. Mən Adildən soruşanda ki, bəs niyə belə oldu. Adil dedi :
- Anar bircə həftə gözlə özün görəcəksən. 
Sonra mənə Ayseldən gələn növbəti məktubu verdi.

MƏKTUB

Anar haralardasan? Niyə heç nə yazmırsan? Yoxsa məni belə tez unutdun? Sənsiz bacara bilmirəm. Bəlkə səni görməsəydim indi mənə daha yaxşı olardı. Mən əvvəllər elə bilirdim ki, əsl sevgi yoxdur. Ona görə də bu haqda heç fikirləşmirdim. Ancaq musiqidən, incəsənətdən fikirləşirdim. Amma indi sevgi bütün qəlbimi doldurub. Səndən başqa heç kimi fikirləşə bilmirəm. Məni xilas elə. Məni bu əclafın əlindən qurtar.

MƏKTUB

Aysel, bağışla məni. Sadəcə nə yazacağımı bilmirəm. Nə yazım sənə? Yazım ki zəifəm, heç nə bacarmıram? Yazım ki, 10 gündür səni necə xilas edə biləcəyimi düşünürəm amma heç nə ağlıma gəlmir? Yazım ki, sənin şahzadən gücsüzün biri imiş? Nə yazım, canım? Ürəyim partlayır. Bilmirəm səni necə çıxarım ordan. Boş-boş sevgi sözləri yazmaqla da heç nəyi dəyişə bilmərəm. Beş dəfə sənin evinin yanından fırlanıb keçmişəm. Ev hər tərəfdən qorunur. Mən heç cürə səni oradan çıxara bilmərəm. Indi bu dəqiqə də gözlərim dolub. Hər gecə. Hər gecə sənin onunla bir yatağa uzandığını təsəvvür edəndə yastığımı yumruqlamağa başlayıram. Hər gecə istəyirəm ki, bir silah tapıb sizin evə hücum edim. Amma bu uşaqlıq olar. Səni bu cür xilas edə bilmərəm. Başqa yol tapmalıyam. Məni bağışla...


Ardı var...

 

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 330
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri