Mənim valideynlərim - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 468
Səs ver:
(səs: 0)
Hələ mən lap kiçik olarkən atam və anamdan öz valideynləri haqqında çox eşitmişəm. Mən ana babamı və nənəmi görməmişəm. Anam hər zaman öz valideynlərindən ağız dolu danışar, nisgilli baxışlarla köks ötürərdi. Anam hələ gənckən öz valideynlərini itirmişdi.
Anamın bu halı hər zaman məni narahat edirdi.
Mən ata babamın, nənəmin, ata-anamın əhatəsində böyüyürəm.
Babamın mənə olan əziz, ehtiramlı qayğısından nənəmin məni oxşayan zərif əllərindən gücalıb ruhlanıram.
Atam hərbçidir. Biz onun üzünü az-az görürük. O bizə az vaxt sərf edir, lakin bizimlə olduğu zamanları çox səmərəli keçirməyə çalışır. Mən atamdan vətənimizin hərbi vəziyyəti haqqında soruşanda, o, başımı sığallayıb, bu mövzudan yan keçməyə çalışır. Hiss edirəm düşünür ki, hansısa hərbi sirri açar. Amma buna baxmayaraq, xalqımızın tezliklə torpaqlarımızın düşmən tapdaqlarından azad edəcəyindən əminliklə danışır. Azad, xoş, firavan həyatımızdan söhbət açır.
Anam isə müəllimədir. Hər zaman anamın nəvazişli sözləri ilə bərabər, onun vətənpərvər öyüdlərini, vətən sevgisini, məhəbbətini görürəm. Anam deyir ki, vətənini, millətini sevməyən insan ailəsini, valideynlərini sevə bilməz.
Mən orta məktəbdə oxuyuram. IX sinif şagirdiyəm. Dərslərimi yaxşı oxuyuram. Orta məktəbi bitirib atam kimi hərbçi olmaq fikrindəyəm. Inşallah, mən bu sənətə yiyələnincə artıq vətənimiz düşmən tapdağından qurtaracaq. Azad, müstəqil Azərbaycan dinc quruculuq dövrlərində sərhədlərimizin keşiyində əzm və qüdrətlə dayanacaq, əsən küləkdən, uçan quşdan belə onu məharətlə hifz edəcəyəm.
Eyni zamanda, vətənimizin keşiyində qəhrəmanlıqla dayanaraq valideynlərimi də qayğı və sevgimlə əhatə edəcəyəm.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 468
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri