Özünü kəşf et...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 552
Səs ver:
(səs: 2)
Yolnan gedirdim. Bir buğdanın öz-özünə yeridiyini gördüm... Əyilib diqqətlə baxdım heyrətə gəldim. Bapbalaca qarışqa dişlərini keçirmişdi özündən dəfələrlə böyük buğda dənəsinə. Buğdanın arxasında görünməz olmuşdu qarışqa. Çəkirdi, buğdanı heyy çəkirdi. Hirsli idi, qeyrətini toplamışdı qarışqa. Özündən dəfələrlə böyük olan buğda dənəsi onun gözündə özündən dəfələrlə balaca görsənirdi. Içindəki işçilik ruhu onu qarşısındakından güclü edirdi. Qarışqa olmaq istədim...görəcəyim işin böyüklüyündən qorxmamaq üçün...işləməkdən yorulmamaq üçün....
 
Gözüm şamdana sataşdı. Diqqətimi çəkən işığında yazı yazdığım şam deyildi. Diqqətimi çəkən şamın başına fırlanan pərvanə idi. Bezmirdi, yorulmurdu, elə hey fırlanırdı. Pərvanə olmaq istədim, yorulmadan, bezmədən, gecə-gündüz hədəfim üzərində fırlanmaq üçün pərvanə olmaq istəyirəm....

Həyətdə oturmuşdum... bir qaranquş yuva qururdu damın kənarında. Dimdiyində bir damcı palçıq gətirib yapıdırırdı divara. Hər dəfə balaca bir nöqtə ancaq hiss olunurdu orda. Yuvanı qurmaq üçün minlərlə dəfə gedib palçıq gətirirdi dimdiyində. Nəticəni görmə zövqü içində o qədər böyük idi ki, bezdirmirdi onu bu kiçik nöqtəciklər. Ona görə sonunda bir yuvası olacaqdı, balalar çıxarıb uçuracaqdı o yuvadan. Onu düşünərək çalışırdı qaranquş. Qaranquş olmaq istədim. Nəticəni öncədən görüb maneələri maneəcik görmək üçün....

Su içmək istədim. Bunun üçün mağaraya girməli oldum. Su içərkən damlalar gördüm. Kiçicik zərif su damlaları növbələrlə daşın üzərinə düşüb müxtəlif melodiyalar ortaya çıxarırdı. Daşın üzərinə baxanda heyrətə gəldim. Su damcısı, bu zərif yüngül, həfif olan su damcısı o qədər davamlı düşümüşdü ki, yekə bir daş parçasının üzərində dəlik açmışdı. Heyrətimdən nə edəcəyimi bilmədim. Sadəcə istədim. Su damlaları kimi aramsız, gecə gündüz davamlı olaraq damlayıb iş ritmimdən melodiya meydana gətirən zövqlə çalışan damla olmaq istədim....

Əlimi anlıma qoyub dəryaya baxdım. Üfüqlərdə yelkənlərini açmış bir gəmi limana doğru üzürdü. Nədənsə birdən dayandığını gördüm. Durbinimi çıxarıb diqqətlə baxdım. Gəmi heyəti tədirgin olmuşdu. Çünki külək artıq kəsmişdi. Limana çatmaq üçün küləyin əsməsini gözləmək lazım idi. uzun yolda heyət yorulmuşdu avar çəkə bilməzdilər. göyərtədə Kapitanı gördüm. Ağıllı və məntiqli görsənən gözləri gülürdü onun. Əlini havaya qaldırıb işarə elədi. Işarəsi ilə yelkənlər aşağı endi. Şturmana baxdım, kapitana baxıb başını salladı və gülümsündü. Əlini açara atıb saat əqrəbi istiqamətində çevirdi. Böyük borulardan qara tüstü qalxdı. Gəmi yolna davam elədi. Ehhh.... dedim...gəmi olmaq istədim...sadəcə küləkdən və yorğun qol gücündən asılı olmayan bir gəmi olmaq istədim...hər zaman planımda bir motorumun olmasını istədim....

Güzgüdə özümə baxdım...Aman Allahım mən necədə nəhəngəm, qarşıqadan milyinlarla dəfə nəhəng...Deməli mən istərsəm əgər özümdən dəfələrlə böyük yükü rahatca qaldıraram ki... Əllərimi bir birinə vurdum şaqqıltı ilə çıxan səs gəldi. Mən pərvanədən minlərlə dəfə möhkəməmmiş...Niyə də gecə gündüz çalışa bilməyim ki?! Bir addım atdım, ikinci addımı atdım üçüncünü atdım...necə tez-tez qüvvətli yürüyürəm mən...qaranquşdan nəyim əskikdir ki?! Ayağımı yerə vurdum döşəmə silkələndi. Necə güclü zərbəm varmış...zərif su damlasından nəyim əskikdir ki?! Hədəfimi düşündüm. O hədəfə çatmaq üçün bitməz, tükənməz planlarım varmış ki...Gəmi kapitanı qədər ağıllıymışam mən....Daha necə kəşf eləmədiyim üstün cəhətlərim var mənim...

Bəs niyə durmuşam?!....BU qədər imkanlarımın olduğunu bilə-bilə niyə durmuşam ki? Di getdim iş başına! Nə deyirsiniz? Mənimlə gəlirsiniz?
Unutmayaq, bir işi başlamaq yarılamaq deməkdir!
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 552
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri