Etika qaydaları və biz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 381
Səs ver:
(səs: 3)
Tutaq ki, ictimai nəqliyyatda: avtobusda və ya metrodasınız . Getdiyiniz yerə kimi ən azı yarım saatlıq yol var. İctimai nəqliyyatın vəziyyəti də məlumdur: tıxaclar, nizamsız qrafiklər, şəhərdə qurtarmaq bilməyən tikililər...Avtobuslar dah dözülməzdir, addımbaşı saxlayırlar, salon dolu olsa da, kim əl qaldırsa, kim düşmək istəyirsə, elə ordaca saxlayırlar. Ağzına kimi dolu salon... sürücülərin çoxsu da ictimai nəqliyyatı idarə etməyə peşəkar deyillər. Harda gəldi, necə gəldi əyləci basırlar, adamlar bir-birininə toxunur. Bu da azmış kimi, bəzi kobud sürücülər: "bir az mehriban olun, qoyun hamı minə bilsin”-deyə, mənzilbaşına kimi 30-35 nəfərlik salona iki dəfə artıq sərnişin yığırlar.Ay qardaş, sənin avtobusunda gedən sərnişinlər, artıq nəinki mehribandılar, lap qohum olublar, mənzilbaşına kimi bir-birlərinin üstünə yıxılır, sıxlıqdan o qədər yaxınlaşırlar ki, evdə heç belə mehribanlıq olmur. Mətləbdən uzaq düşməyək. Metroda da vəziyyət təxminən eyni olsa da, vaxt baxımından, təhlükəsizlik baxımından daha əlverişli olduğu üçün çoxumuz metrolara üz tuturuq. Budur, artıq platformadasınız, qatar da gəldi və siz içəri daxil oldunuz.

Salonda və ya vaqonda özünüzü necə aparırsınız:
* Tez özünüzü boş yerlərə çatdırırsınız, yoxsa ətrafınıza da nəzər salırsınız?

* Əyləşmişsinizsə, sonrakı dayanacaqda içəri başqaları da daxil olur, diqqətiniz bunu cəkirmi?

*  Əyləşmisinizsə, yol boyu nə edəcəksiniz, gözlərini üzbəüz sırada əyləşən oğlan sizə zilləyəcək, siz neynəyəcəksiz   yoxsa yuxarı baxacaqsınız?
 
* Yoldaşlarınızlasınız, mənzilə catana qədər deyib-güləcəksiniz, yoxsa ?

* Birdən telefonunuza zəng gəlsə..
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 2 381
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri