Nə, necə, nə üçün?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 710
Səs ver:
(səs: 3)
Avtomobilin işıq faraları nə üçün adətən sarı olur?
Avtomobilin işıq faraları elə olmalıdır ki,həm dumanı yarıb keçsin,həm də sürücünün yolunu işıqlandırsın.Dumanı da rahatlıqla yarıb keçə bilən qırmızı işıqdır.Lakin qırmızı işıq ətrafını zəif işıqlandırır.Sürücü isə həm yolu,həm də qabaqdakı xəbərdarlıq işıqlarını yaxşı görməlidir.İnsanın gözü ən çox sarı işığa qarşı həssasdır.Bununla yanaşı,sarı işıq dumanı dəlib keçmə baxımından qırmızı işığa daha yaxındır.

Qaranlıqda pişiklər necə yaxşı görürlər?
Pişiklərin gözlərinin arxasında işıq şüalarını cüt görməyə təmin edən xüsusi əksedici səth var.Bu əksedici səth vasitəsilə onların qaranlıqda görməsi təmin olunur.Belə xüsusi yaradılış sayəsində pişiklər gecə zil qaranlıqda rahatlıqla hərəkət edirlər.

Dünyada yemək ən gec harada bişir?
Dünyanın dəniz səviyyəsindən ən hündür yerində-Everest zirvəsində yemək daha gec bişir.Çünki,dəniz səiyyəsindən hündür yerlərdə su 100 dərəcədə qaynamır.Hündürlük artıqca təzyiq aşağı düşür və suyun da təbii ki,qaynama temperaturu azalır.Hər hansı bir mayenin qaynaması üçün daxili təzyiqlə xarici təzyiq tarazlaşmalıdır.Ancaq dəniz səviyyəsindən hündür yerlərdə təzyiq aşağı olduğu üçün bu tarazlıq tez baş verir.O zaman su 100-dən aşağı temperaturda qaynamağa başlayır.Təbii ki,suyun qaynama temperaturu azdırsa,onda yemək gec bişəcək.

Balın ağzı açıq qalanda nə üçün xarab olmur?
Qidaların xarab olması göbələk və bakteriyalar kimi mikroorqanizmlərin çürüməyi,kiflənməyi nəticəsində baş verir.Digər orqanizmlər kimi bunların da yaşamaq üçün suya ehtiyacları var.Balın isə tərkibində yaradılış etibarı ilə mikroorqanizmlərin yaşamsı üçün kifatət qədər su yoxdur.Ona görə də,xarab olmağa səbəb olan mikroorqanizmlər burada yaşamır.

Elektrik kəsiləndə telefon necə işləyir?
Ev telefonu xüsusi iki kabel vasitəsilə telefon naqillərinə bağlanır.Bu kabellərdən biri ortaq danışmaq xəttidir.Digər kabel vasitəsilə avtomat telfon qovşağından ev telefonuna 6-12 volt elektrik cərəyanı daxil olur.Ona görə də,evdə elektrik kəsiləndə telefonumuz işləyir.Bu elektrik cərəyanı telefon qovşağından gəlir.Telefon qovşağında elektrik kəsiləndə,oradakı elektrik batareyası işə düşür.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 2 710
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri