Statistikaya əsasən, uşaqlar gündə təxminən, 400 dəfə güldüyü halda, yetkin insanlar 17 dəfə gülür.
Gülmək
və qəhqəhə çəkməyin sağlamlıq üçün faydalı olduğu elmə çoxdan məlumdur.
Ancaq son illər təkcə həkimlər deyil, hətta yoqistlər də gün ərzində,
heç olmasa, 1 dəqiqə qəhqəhə çəkməyi məsləhət görür.
Bəs, qəhqəhə çəkmək sağlamlığa necə təsir edir?
*Hormonları balanslaşdırdığı üçün immunitet sistemini gücləndirir. Bu isə xəstəliklərdən birbaşa müdafiə deməkdir.
*İdman
edərkən orqanizmdə endorfin hormonu istehsal edilir. Maraqlıdır ki,
eyni hormon biz qəhqəhə çəkərkən də. istehsal olunmağa başlayır.
*Ağrıkəsici effekt verir.
* Stressi azaldır.
*Gündə
100 dəfə gülmək 10 dəqiqə avar çəkmək və ya 15 dəqiqə velosiped
sürməklə eyni effekti verir. Hər üç halda orqanizm eyni miqdarda kalori
xərcləyir.
*Qəhqəhə çəkən insan pozitiv olur, belə insan da, təbii ki, karyerada daha tez yüksəlir.