Ürəyim ona qalıb

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 790
Səs ver:
(səs: 1)
Zamanım addımlamır,
Əqrəblərim qırılıb.
İkinin yarısıyam,
Ürəyim ona qalıb.

Yetim qalmışam onsuz,
Möhtacam nəfəsinə.
İndi məni gecələr
Götürüb öhtəsinə.

Gözləyirəm nə vaxtsa,
Evi yadına düşə.
Alıb əşyalarını
Ürəyimə yerləşə.

Kaş ki, əlimi sıxa,
Məni sıxana qədər.
Həyatından çıxmaram
Canım çıxana qədər.

Hər şeyi unudaram,
Gəlsə getdiyi yerdən.
Təzə cığır açaram,
Yolun bitdiyi yerdən.

Mirşen Xeyal
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 790
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri