Gecə olmaq istəyənim

Müəllif: Diablo
Şərhlər: 6
Baxılıb: 6 470
Səs ver:
(səs: 1)
“Gecə olmaq istəyənim”,
Bəlkə günəşə də baxaq?
Öz içimizdə dustağıq,
Bir gün içimizdən çıxaq.

Bu dünyaya başqa gözlə,
Başqa təlatümlə baxaq.
Dönək həsrətli baxışa,
Gözlərdən könülə axaq.

Bu gecənin ayından da,
Ulduzundan da bezmişəm.
Arzularım yerlə birdi,
Bilmədən əzib keçmişəm.

Gunəşim ol bircə günlük,
Qızınım sənin istinə.
Ver saçlarının qoxusun,
Qoyum bağrımın üstünə.

Öz içimizdə dustağıq ,
Bəlkə içimizdən çıxaq.
“gecə olmaq istəyənim”
Bir gün günəşə də baxaq

Ramil Mərzili
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 6 470
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri