Metroda bir qoca soruşdu məndən
Necə getmək olar gəncliyə bala
Dedim qocalıqdan hələ gəncliyə
Metro çəkilməyib bilirsən baba
Baxıb gülümsəyib xəyala daldı
Sonra köks ötürdü bilsən nə qədər..
Dedi ehh, qocalıq yaxşı olsaydı
Adına metroda düzəldərdilər.