Məzar daşınla nişanlanıram

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 6 307
Səs ver:
(səs: 5)
Bu gün ad günündür qanayıb yaram,
Məzarın üstün də seir yazıram,
Bu son seirimlə bizi ayıran,
Ölmüş xoşbəxtliyə qəbir qazıram...
 
Sən hər üşüyəndə qucaqlayardım,
 Yaralı qəlbimə ox tək batırsan,
Bəs indi torpağın altında canım..
Bu soyuq məzarda necə yatırsan?
 
Baş daşın üstündə iki tarix var,
 Bu günü görməzdim ölərdim ancaq,
Doğum tarixinə toxunmazdım yar..
Ölüm tarixini silərdim ancaq.
 
Sənə yalvarıram qalx ordan gedək,
Kaşki,bu ayrılıq yuxu olardı,
Nə vaxt nişanlanaq?harda toy edək?
Neçə istəyimiz arzumuz vardı....
 
Bizi qovuşmadan ayırdı ölüm,
Mən yenə əhdimə sadiq qalıram,
Bir nişan üzüyü almışam gülüm,
Bu gün məzarınla nişanlanıram.....
 
Əziz xanımlar mən bu şeiri oxuyarkən çox təsirləndim. Və bu seiri sizlərlə paylaşmaq istədim. Ümidvaram bəyənərsiniz! :08:
(səs: 5)
Şərhlər: 11
Baxılıb: 6 307
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri